Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi
6600
21 May 2024 | 13:58

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşdi

Milli Məclis Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrində dəyişikliyi son oxunuşda təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
 
Məlumat verilib ki, təklif olunan dəyişikliyə əsasən, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə (qeydiyyat "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən şəhadətnamənin verilməsinə) alınmasına görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) 15 dollar dövlət rüsumu ödəniləcək.
 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
 
Link kopyalandı!
Son xəbərlər