BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
7674
21 May 2024 | 17:50

BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Atatürk Universiteti arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
Moderator.az xəbər verir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev hər iki universitetin təhsil və tədqiqat sahələri üzrə geniş imkanlarının olduğunu və imzalanan memorandumun uğurlu əməkdaşlığa imkan yaradacağını bildirib. O qeyd edib ki, anlaşma memorandumunda ortaq elmi-tədqiqat layihələrinin işlənməsi, akademik və inzibati heyətin, tələbə, doktorant və tədqiqatçıların mübadiləsinin, birgə konfransların, seminarların, simpoziumların həyata keçirilməsi nəzərdə tutulur.
 
Atatürk Universitetinin rektoru Ömer Çomaklı isə qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi 67 illik tarixə malikdir. Atatürk Universitetinin 23 fakültəsində 80 minə yaxın tələbə təhsil alır. Ömer Çomaklı Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU ilə birgə ortaq layihələrin hər iki universitet üçün faydalı olacağına əminliyini bildirib.
Link kopyalandı!
Son xəbərlər