\"Durub getməsəm, bu foto hələ məni çox danışdıracaq\" - 1 May düşüncələri...
Oxunub: 1460
01 May 2020 | 09:45
\
1981-ci ilin yayı yaddaşımda Şuşaya aşiq olduğum yay kimi qalıb. O yayın az qala hər günü dünən kimi yadımdadır. Hövsələni basıb yazsan, inanın, bir kitab eləyər…

Atamın dostları Hafiz əmi, Vahid əmi ailələriylə birgə “Turbaza”ya yaxın beşmərtəbəli evin axırıncı mərtəbəsində üzbəüz mənzilləri kirayələmişdilər. Məni də aparmışdılar. Gah Hafiz əmigildə, gah da Vahid əmigildə qalırdım. Şəhərin yuxarı başı olduğundan hər yan ovuc içi kimi görünürdü.

Hafiz Sədrzadə məşhur Şuşa müctəhidi Məhəmməd ağanın oğludur. Ağdam, Şuşa məscidlərində azan onun lentə alınmış səsiylə verilirdi.

Ötən əsrin 70-80-ci illərində isə Hafiz əmi azan oxumurdu, Qarabağ toylarının ən hörmətli xanəndələrindən idi. Yanıqlı səsinə indi də tüküm biz-biz olur. İllər öncə “Şeyximizin bəyənmədiyi azan sədası dünyanı dolaşır” yazısında ondan söz açmışam.

Vahid əmi isə Ağdamda qonşumuz idi. Dəli-dolu adam. Atamın xətrini çox istəyirdi. Yaşda xeyli kiçik olsa da, atam onunla tay-tuşu kimi rəftar edirdi. 02-68 AQE nömrəli yaşıl “Jiquli”miz vardı. O yay maşınımızı atamdan çox Vahid əmi sürən gördüm.

Vahid əminin yoldaşı çox qısqanc idi. Əlində durbin bütün günü balkonda bitib şəhərdə yaşıl “Jiqilu”ni gəzirdi. Qəribəydi, maşın hər gün dörd bir yanı dolansa da, axşama yaxın “Turbaza”ya gəlirdi. Belə vaxtlarda xanımın dediklərini eşitməmək üçün ən yaxşı yol Hafiz əmigilə keçmək idi.

Nə baş verdiyini anlamırdım deyə uşaq marağı məni bürüyürdü. Bir gün “ver mən də baxım” dedim. Durbini alıb baxanda nə görsəm yaxşıdır – Vahid əmi maşına söykənib kimisə gözləyir. Və budur, bir sarısaç turist qadın gəldi, maşınımıza minib teleqüllə tərəfə, oradan da aşıb Allah bilir hara getdilər.

Mən adaşımı çox istəyirdim. Bəlkə bu istəyə görəydi ki, hətta o boyda “cinayət”i bizim maşında elədiyini atama da demədim.

Bütün günü Vısotskinin mahnılarına qulaq asırdı. Hökumət haqda o vaxt anlamadığım qəribə şeylər danışırdı.

Urusetdən, başqa rayonlardan qonaqları gələndə həyətində açdığı məclisin səsi Ağdamın hər yanına çatmasa da, bizim “Köhnə hamam” məhləmizi başına götürürdü. Gah Rəmişin gitarasının səsi, gah Vısotskinin mahnıları ətrafa yayılırdı.

Məclislərin birində Rəmişin pianodakı ifasının səs yazısını bağışlamışdı mənə. Heyif, itirdim sonralar.

Qarabağda dava başlayanda, xüsusən də yollar bağlananda bölgəyə məsul olan məmur Polyaniçko cəsur adam kimi məhz onu özünə sürücü götürdü. Yaşadığı stresslər özünü göstərdi. Ağdamın işğalından əvvəl ürəktutmasından öldü.

***

Həmin yay atam dayımla Şuşadakı İstirahət evində dincəlirdilər. Hərdən onlarla da qalırdım. Ən çox da kino çəkilən günlər.

Anar Üzeyir Hacıbəyovdan film çəkirdi. “Uzun ömrün akkordları”nı. Çəkilişlər İstirahət evinin bağında aparılırdı. Elə xoşum gəlirdi o çəkilişlərə baxmaqdan! Ən çox da kadrarxası olayları seyr etməkdən zövq alırdım. Kino çəkənlər səhnəyə baxırdı, mən də onlara. Elə özü kino kimi bir şey idi kino çəkmək.

Atamla, dayımla birlikdə baxardıq. Onlar Cabbar Qaryağdı rolunu oynayan Qədir Rüstəmova azarkeşlik edirdilər. Mən də Anara.

Bir gün “Qaya” restoranında xəngəl yeyirdik. Anar da çəkiliş qrupundan bir neçə adamla aralıda, çinarın altındakı masada əyləşmişdi. Gördük Qədir Rüstəmov gəlir. Dayımı gözü aldı,  masamıza yaxınlaşdı. Stul çəkib oturdu. Ona dəhşət maraqla baxırdım. Bəs necə, Ağdam camaatının kumiriylə bir stolda oturmuşdum.

Dayımın Qədirin yanında əməllicə hörməti varmış, nə desə, Qədir elə “düz deyirsən” deyirdi. Dayım gileyləndi ki, Anarı incitdiyindən danışırlar, çəkilişlərə gecikirsən deyirlər.

“Ay Sabir, maa deyirlər ki, hərifsən, ayağını yerə bərk dirəsən Anardan lap çox pul alarsan”. Qədirin bu sözünə dayım belə cavab verdi: “O pulu onsuz da toylardan qazanırsan də, burda səni tarixə yazırlar. O gün biz də qıraxdan baxırdıq. Əla alınır sənin rolun. Kişiləri incitmə”.

“Nə deyim vallah, o da düzdür, düz sözə nə deyəsən” – Qədir Rüstəmov təslim oldu.

Yemək yemədi Qədir. Eləcə bir neçə stəkan çay içib getdi. Biz duranda dayım Anargilə yaxınlaşdı. Tarixi iş gördüyünü söylədi, maraqlı film alınacağına inandığı dedi, Qədirin şıltaqlığına səbrini basdığına görə təşəkkür elədi, axırda “Sizə uyğun bir axşam hamınızı qonaq dəvət eləyirəm” dedi. Anar qonaqlıq təklifinə görə minnətdarlıq etdi, vaxt darlığından gileyləndi.

Şuşanın İstirahət evi bir vaxtlar Bəhmən Mirzə Qacarın (Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Azərbaycan hakimi və taxt-tacın varisi) mülki olmuş böyük ərazidə yerləşirdi. Bağ Qala divarlarına qədər uzanırdı. Hərdən Qala divarına çıxar, Qarabağın üfüqəcən uzanan genişliyinə tamaşa edərdim. İndi də hərdən gecələr yuxum ərşə çəkiləndə xəyalən o divara dırmaşır, quş kimi özümü o sonsuzluğa atıram, uçuram, beləcə yuxuya keçirəm.

…O yay dayımla aramda qəribə münasibət yarandı. Mən onun ağlına, savadına, oxuduğu kitablara, camaat arasında hörmətinə, o yerlərin tarixinə aid bilgisinə məəttəl qaldım.

Atamla bu şəkli həmin yay elə İstirahət evinin həyətində çəkdiriblər. Həmin gün bir az tez gəlsəydim, indi bu fotoda mən də olardım. Mən gələndə fotoqraf getmişdi.

Dayımı Salmanoğlu Sabir çağırırdılar. Daha yaşlıların ona Dəmirçioğlu dediklərini də eşitmişəm.

Tağı bəyin oğlu Dəmirçi Salman mənim ana babamdır. O, Ağdamın məşhur dəmirçilərindən olub. 1960-cı illərdə Ağdam məscidini də bağlayıb anbara çevirmək istəyirmişlər. Babam 41-45 müharibəsində aldığı döyüş medallarını da taxıb birbaşa raykom katibinin yanına gedib, Bakını, Moskvanı bir-birinə qatacağını deyib, məscidin açılmasına nail olub. O vaxt Ağdamda birinci katib işləmiş Nadir Abbasov sonralar babamın yasında danışırmış bunu.

Ağdamın 1 may günlərində adətən paraddan sonra dayımgilə yığışardıq. Bütün qohum-əqrəba bilərdi ki, onlarda böyük süfrə açılıb. Yaz göyərtilərindən kətə, sac qovurması, manqalda kabab, tüstülü samovar… O məclislər ayrıca bir söhbətin mövzusudur, qalsın başqa vaxta.

Durub getməsəm, bu foto hələ məni çox danışdıracaq. Səki dayımın doğum gününə təbrik yazmaq istəyirdim, foto huşumu apardı. Axı 1 may Salmanoğlu Sabirin 90 illiyidir.

Durum hazırlıq görüm…

Vahid Qazi
2020-ci il
Oxşar xəbərlər
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi