“1920-ci ildə  Rəsulzadəni Xızı sakinləri atları dəyişə-dəyişə Lahıca çatdırıb…”
Oxunub: 6230
29 Apr 2020 | 13:43
“1920-ci ildə  Rəsulzadəni Xızı sakinləri atları dəyişə-dəyişə Lahıca çatdırıb…”
1990-cı ilin aprelində Azərbaycan Respublikasının o dövrkü başçısı, ilk Prezident Ayaz Mütəllibovun təşəbbüsü və Ali Sovetin qərarına əsasən Ermənistan və Qarabağdan didərgin düşən soydaşlarımızın müvəqqəti məskunlaşdırılması məqsədi ilə ölkəmizdə yeni inzibati-ərazi vahidi kimi  2 rayon( Qobustan və Hacıqabul) yaradılıb, digər 2 rayon (Xızı və Ağstafa) isə bərpa edilib.  Lakin nədənsə bu əlamətdar tarixlər unudulub və bildiyimizə görə, heç adı çəkilən rayonların rəhbərlikləri səviyyəsində də anılmayıb.
Qeyd edilən rayonların ilk rəhbərləri haqda maraqlandıq. Və yalnız Xızı rayonunun ilk başçısı olmuş tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayevlə əlaqə qura bildik.  

“Elə mənim üçün də maraqlıdır ki, Azərbaycanın bu 4 rayonunun yaranma, bərpa tarixləri, 30 illikləri nədən unudulub. Axı, müstəqilliyimizin bərpası prosesinin getdiyi, Ermənistanla müharibənin  başladığı o ağır illərdə Qərbi Azərbaycan qaçqınları və Qarabağ köçkünlərinin müvəqqəti məskunlaşdırılmasında həmin rayonların böyük rolu olub...” – bunu deyən Xızı rayonunun ilk İcra Hakimiyyəti başçısı öncə Moderator.az-a təşəkkür etməyi özünə borc bildi.

«Xızı rayonunun bərpasını ilk dəfə təşkil edən, həmin rayonun partiya komitəsinin ilk birinci katibi və icra başçısı, bu rayonu 10 il parlamentdə deputat kimi təmsil etmiş bir şəxs olaraq Moderator.az saytının baş redaktoru və əməkdaşlarına yaxın tariximizin vacib məqamlarının unudulmamasından ötrü əllərindən gələni etdikləri üçün  təşəkkürümü bildirirəm. Azərbaycanın ayrı-ayrı bölgələrinin tarixinin araşdırılması, həmin bölgələrin inkişafında xidməti olmuş şəxslərin xatırlanması milli, vətənpərvər ruhlu gözəl bir ənənədir. Moderator.az-a bu kimi işlərində yeni-yeni uğurlar diləyirəm… 
Xızı rayonunun bərpası barədə əsas məqamlara toxunmamışdan öncə rayonun Respublika və onun paytaxtı Bakı üçün coğrafi-siyasi, iqtisadi və tarixi əhəmiyyəti barədə bir neçə kəlmə demək istəyirəm. Xızı  strateji cəhətdən Azərbaycanın digər rayonlarından tamamilə fərqlənən bir bölgədir. Əvvəla, paytaxt Bakı üçün ən vacib kommunikasiya xətləri Xızı rayonunun ərazisindən keçir. İstər Rusiya imperiyası, istər SSRİ, istərsə də indiki müstəqillik dövründə də bu amil öz əhəmiyyətini itirməyib. Buraya  magistral avtomobil və dəmiryolları, Şollar və digər su kəmərləri, Samur-Dəvəçi kanalı, Rusiyaya gedən qaz və neft kəmərləri, vacib yüksək gərginlikli elektrik xətləri  və s. aiddir.  Bir sözlə, obrazlı şəkildə desək, Bakının şah damarı Xızıdan keçir… 

Onu da xatırladım ki, sovet dövründə Xızı ərazisində SSRİ Müdafiə Nazirliyinin 7 hərbi hissəsi yerləşib. Onlardan 3-ü Qafqaz regionunda ən vacib məxfi hərbi birləşmələrdən olub...

İkincisi, Xızı rayonu camaatının qonaqpərvər, gülərüz və mərd xarakterlərini vurğulamaq istəyirəm. Bunun xüsusilə, Ermənistan və Qarabağdan gələn qaçqın və köçkünlərin  rayon ərazisinə yerləşdirilməsi zamanı şahidi oldum.  O camaat nə qədər özləri çətinlik içində olsalar da belə, həmin qaçqın-köçkünləri öz qardaş-bacıları kimi qarşılayaraq darısqal evlərində də onlara yer verdilər, bacardıqları qədər qida və geyimlə təmin etdilər. Orada çalışdığım illərdə əmin oludm ki, Xızı camaatı qanunu, ədaləti, həqiqəti sevən, əl qabarı, alın təri ilə dolanışığını quran,  yalana, harama, dələduzluğa, rüşvətə nifrət edən, Allahı, Peyğəmbəri(s) tanıyan  bir camaatdır…

Çar Rusiyası dövründə imperatorların özünü də cəlb edib Xızı ərazisi. Çünki Bakı ətrafında ən səfalı ərazi olub. Ona görə də  1839-cu ildə Rusiyanın Samara və Tula şəhərlərindən Altıağaca 80 ailə köçürülüb və onlar üçün hər cür şərait yaradılıb. 
 
Onu da vurğulamaq lazımdır ki, bölşevik Rusiyası Azərbaycanı işğal edən zaman, eləcə də kolxozlaşma dövründə “Allahsızlar ittifaqı” yardılmasına, yəni ateizimin təşkilinə ən çox müqavimət göstərən bölgələrdən biri də  məhz Xızı olub.  Minlərlə insan güllələnib, repressiyaya, sürgünlərə məruz qalıb.  Rayonun Ağdərə kəndi 1930-cu illərin ortalarınadək Sovet hakimiyyətinə tabe olmayıb. Sakinlər  kəndin yarısı qırılanadək vuruşub bolşeviklərlə. Bu, Azərbaycan tarixində Ağdərə hərəkatı kimi qalıb...  

Xızı camaatının qeyrətinə, mərdliyinə 1920-ci ildə bolşeviklər tərəfindən devrilən Xalq Cümhuriyyəti liderləri də böyük etimad göstərib. Bunu o tarixi fakt da sübut edir ki,  Məhəməd Əmin  Rəsulzadə rusların təqibindən qurtulmaq üçün İsmayıllı rayonunun Lahıc kəndinə Xızının Giləzi və Uxa kəndlərindən keçməklə  gedib. Bir  neçə gecə həmin kəndlərdə qalarkən kəndlilərlə gizli görüşlər, söhbətlər keçirib. Xızılılar atları dəyişə-dəyişə böyük çətinliklə də olsa, Məhəmməd Əmini Lahıca çatdırıblar…” –bunları qeyd edən M.Musayev sonra bilavasitə Xızı rayonun bərpa və yenidən qurulması işlərindən danışdı:


“Öncə onu xatırladım ki, Xızı rayonunun əsası 1930-cu ildə qoyulub. Lakin 1963-cü ildə rayon ləğv edilərək Abşeron rayonunun tərkibinə qatılıb. Azərbaycan Respublikası Ali Sovetinin 24 aprel 1990-cı il tarixli qərarına əsasən Xızı rayonu bərpa edildi. Onu xüsusi olaraq vurğulayım ki, qeyd etdiyimiz digər 3 rayon: Qobustan, Hacıqabul, Ağstafa kimi  Xızının da bərpası və yenidən yaradılması da bilavasitə Azərbaycanın o vaxtkı rəhbəri Ayaz Mütəllibovun təşəbbüsü və göstərişi ilə baş tutub.  
Dövrün tələblərinə uyğun olaraq o vaxtlar bütün məsələlər partiya rəhbərliyi tərəfindən həll edilirdi. Ona görə də Xızı rayonunun rəsmi olaraq fəaliyyətə başlaması və formalaşması üçün rayonda birinci növbədə partiya təşkilati yaradılmalı idi. Bununla əlaqədar olaraq respublikanın direktiv orqanları tərəfindən "Xızı rayonunun yaradılması üzrə təşkilat komitəsi" təsdiq edildi. Sədr Abşeron rayon partiya komitəsinin birinci katibi Abbas Abbasov, sədrin müavini isə mən oldum. Komissiyanın digər üzvləri bununla əlaqədar ərazi, sərhəd, təsərrufat, maliyyə, əhali, kəndlər, kommunikasiya və digər məsələlərin bölgüsü və ayırd edilməsinə aid olan işlərin həlli ilə məşğul oldular.

Xızı rayonunun yaradılması üzrə məsələlər yetişkənlik vəziyyətinə çatdıqdan sonra 25 iyul 1990-a ildə Abşeron rayonunun mərkəzi Xırdalan şəhərində Xızı rayonunun birinci təsis konfransı çağırıldı. Çıxışlarda qeyd edildi ki, Xızı rayonu vaxtilə kənd rayonu kimi fəaliyyət göstərmiş və respublikada böyük şöhrət qazanmışdır. Sonralar baxımsızlıq və qayğısız- lıqdan kəndlər sürətiə dağıdılmış, əhali Bakı, Sumqayıt və bu şəhərlərin ətrafındakı yaşayış məntəqələrinə köçmüşlər. Eyni zamanda qeyd edildi ki, Dağlıq Qarabağ və Ermənistandakı millətçiliklə bağlı Qarabağdan və İrəvanətrafı rayonlardan azərbaycanlılar, Özbəkistandan isə türklər qovulmuşlar. Onların yerləşdirüməsi, işlə təmin edüməsi və digər məsələlərdə respublika daxilində gərginlik yaranmışdır. Nəzərə alaraq ki, qaçqın və köçkünlərin əksəriyyəti kənd rayonlarmdan gəlib və əvvəlki yaşadıqları yerlərin iqlim şəraiti də Xızıya uyğundur, ona görə də rayonun yaradılması vacib bilinmişdir. Azərbaycan Respublikasınm Ali Soveti bununla əlaqədar 4 rayon yaratmışdır ki, onların içərisində Xızı ərazicə ən böyüyü, əhalisinin sayına görə ən kiçik rayondur. Və sairə…


Konfransın gündəliyinə yalnız bir məsələ qoyul-du: "Xızı rayon partiya təşkilatmın rəhbər orqanlarınm seçilməsi". Partiya təşkilatina Abşeron rayonu və yeni gələn qaçqın-köçkün rayonların partiyaçılarmdan plenium üzvləri seçildi (Ağalarov Hikmət, Abbasov Sədrəddin, Aslanov Rövşən, Bayramov Üzeyir, Qasımov Oqtay, Əliyev Ramiz, Əkbərov Zaməddin, Əliyev Adil, Zəkiyev Ağa- gül, Yaqubov Əlisəfa, Maqsudov Yusif, Həsənov Qəşəm, Həsənli Nurəddin və digərləri)…
 Xızı rayonunun yaradılması barədə qərar qəbul edildikdən sonra əməli işlər təşkil edilməyə başlandı. Kadrları axtarıb tapmaq, respublika təşkilatlarmdan ştat vahidlərini almaq, onlar üçün iş şəraitini minimumda olsa belə, təşkil etməyin ağır günləri başladı. İlk həftə-aylarda idarələrin bəziləri baraklarda - bir otaqda, 10-12 kvadratmetrlik yerlərdə yerləşdirildi. Şərait olmadığmdan elə vaxt olurdu ki, bir oturacaqda işçilər növbə üə əyləşməli olurdular (digərləri ayaqüstə dayanırdı). Rayon idarələrinə yeni təyin olunan işçilərin yaşayış yerləri olmadığı üçün hər gün Bakıya gedib-gəlirdilər (yol xərci pulsuz idi). Bunun üçün çətin də olsa, vəsait ayırıb bir avtobus ala bilmişdik. Ən əsas məsələlərdən biri də o idi ki, irili-xırdalı yüzə yaxın yar adüacaq kənd, kolxoz, idarə, məktəb, baxça və sairə tez işə başlamalıydı. Fəaliyyətlərinin canlı ola-raq hiss edilməsi üçün bank hesabları açılmalı, möhür blank və sairə yaradılmalı idi. Bütün bunlar və hər şey Bakıdan, Abşerondan, Sumqayıtdan, Şamaxıdan və onun təşkilatlarmdan asılı idi. Lakin yeni işə başlayan insanlar vəziyyətin ağırlığına baxmayaraq işin öhdəsindən gəlməyə çalışırdılar. Əlbəttə, elə kadrlar oldu ki, bir neçə gün işlədikdən sonra qaçmağı üstün tutdular. Elə idarə də oldu ki, onun rəhbəri işə başlayır, ayın axırında yox olurdu və yenisini də çətinliklə axtarıb tapa bilirdik. Elə təşkilatlar da oldu ki, onu tez yaratmaq xatirinə mərkəzə məlumat verib, iş yeri açmaq naminə oraya azsavadlı, səriştəsiz, hətta təcrübəsi olmayan adamları təsdiq edirdik. Bütün bunlar maddi imkansızlıq və kadr çatışmazlıqlarına, qaçqınlara tez bir müddətdə iş yeri açılmasına görə edilirdi.


Fərman, qərarlar və sərəncamlarla dolu və yalnız kağızlar üzərində olan rayonu "ətə-qana gətirmək", həyatda reallaşdırmaq, onu işlək vəziyyətə gətirərək necə olursa olsun, tez formalaşdırıb, canlandırmaq lazım idi. Belə vəziyyətdən istifadə edib, saxta vətənpərvər, "işgüzar şəxsiyyətlər" və "səriştəli təşkilatçılar" qrupları arasında dövlət vəsaitini mənimsəmək naminə bir neçə sifətə girib bizi aldadanlar da oldu. Bu cür faktları danmaq qeyri mümkündür. Bunun əsas səbəbi də o idi ki, rayonun idarə və təşkilatlarma rəhbərlik etmək üçün yerli kadr az idi, olanlar da başqa yerlərdə işləyirdilər.

Qaçqın kimi Xızıya cəmləşən insanlar içərisindən tanımadığımızlarla işə başladıq. Onların əksəriyyətini bir neçə həftəydi ki, görmüşdük, keçmişlərinə bələd deyildik, çoxusunun pasportu, diplomu və əmək kitabçası belə yox idi. Heç kəs heç kəsə zəmanət vermirdi və vermək də istəmirdi. Bir-birlərini tanıyanlar da bəzi hallarda yanlış məlumatlar verirdilər. Odur ki, səhv də olsa, "yığma kadr komandası"ndan istifadə edib onlarla işləməyə məcbur idik. Çalışdığımız o idi ki, səhv az edək, tanımadıqlarımızdan rayona ziyan dəyməsin. Kadr seçimində rüşvətxorluğa, yerlibazlığa, talançılığa imkan verilməsin. Əlbəttə, yaramaz ünsürlər həya etmədən haram əllərini qaçqın olmuş xalqm malına uzadırdılar. Allah sonralar öz cəzasını onlara verdi. Əfsuslar olsun və etiraf etməliyik ki, naəlaclıqdan işə götürülənlərin bəzilərinin ziyanı indinin özündə də Xızı camaatına dəyməkdədir.
Rayon yaradılarkən imkansızlıq və yoxluqdan "kadr siyasəti"miz özümüzü də qane etmirdi. Bəzən bilərəkdən bəzi addımları atmaq məcburiyyətində qalırdıq… 

Elə hallar olurdu ki, rayonun rəhbər təşkilaüarı yer olmadığmdan məcbur olub idaslanm açıq havada, ağac köl- gəsində, avtomaşmm oturacağmda, çay qırağmda keçirirdüər. Məqsəd, qaçqınları çadırlardan, tövlələrdən, klublardan, baraklardan, qonaq təki qaldıqları evlərdən tez köçürmək üçün əllərindən gələni etmək idi. Təskinliyi onda tapırdıq ki, idarəsi, nəqliyyati, rabitəsi və minimum şəraiti olmasa da əksər işçilər vəzifəsinə vicdanla yanaşırdılar. Buna görə də iki ilin içərisində, yeni yaranan rayonda yol, elektrik, qaz, su və rabitə sahəsində böyük irəliləyiş oldu. Bəzi hallarda qaçqınlara tikinti materiallan verib, onlara köməkliklər edilirdi ki, zövqünə münasib olan evlərini özləri tiksinlər. Belə ki, qısa vaxt içərisində kəndlərdə yüzlərlə ev tikib qaçqınlara verilməli idi. Bunun üçün isə texniki vasitələr və fiziki qüvvələr çatışmırdı.

Bakı şəhərində ayrı-ayrı Nazirliklər arasında iş böl- güsü aparılmışdı və onlar qaçqınlar üçün sürətlə evlər tikirdilər. Məsələn, Bakı şəhərindən "Bakstroy" (Bakı şəhəri tikinti idarəsi) keçmiş Yaşma kəndində şəhərin vəsaiti he- sabına quraşdırma evlərin tikintisinə başladı. Yeni kəndin salınması üçün ərazini Bakı şəhər Partiya komitəsinin bi- rinci katibi R. Ağayev, Bakı şəhər Baş tikinti idarəsinin rəisi R. Gülməmmədov və mən seçməli olduq. Kəndi "Yeni Yaşma" adlandırmağı də biz fikirləşmişdik. Əlbəttə, kənd yeri üçün bu ərazi o qədər də əlverişli deyildi. Ona görə ki, qrunt suları torpağın səthinə yaxın idi, küləkli günlərin sayı çox olurdu. Əvvəllər burada bir neçə ailə ya- şamışdı ki, iqlimdən onlar da razılıq etmirdilər. Bütün bun- ları bilsək də Bakıya məsafəcə yaxın olan, panel-plitələri daşımağa yararlı idi. Bir gündə bir ev tikmək mümkün idi və bəzi günlər tikilirdidə. "Bakstroy" və başda onun rəhbəri mərhum Rauf Gülməmmədov olmaqla demək olar ki, bir neçə aylığma Yeni Yaşma kəndinə köçmüşdü, iş yeri bu kənd idi. Hətta, Bakı şəhəri üzrə tikinti məsələlərini də o, Yeni Yaşmadan idarə edirdi. Fəhlələr üçün məişət şəraiti və yeməkxananı o qədər yaxşı təşkil etmişdi ki, bəzən rayon rəhbərləri də fəhlə yeməkxanasına gedirdilər (onsuzda hamı boxçada yeməyini evindən gətirirdi). R.Gülməmmədovun işə vicdanlı münasibəti nəticəsində plan üzrə nəzərdə tutulan evlərin bir hissəsi, küçələrin sa- lınması, içməli suyun çəkilməsi, magistraldan kəndə yol (bu başqa bir Nazirliyin işi idi) və qaz çəkilişi həll edildi. Paralel olaraq kolxoz, kənd sovetliyi, orta məktəb (tikintini çox pis keyfiyyətlə "Kolxozstroy" aparırdı), rabitə qovşağı, tibb məntəqəsi, tikiş sexi və sairə yaradıldı ("Bakstroy"un tikdiyi beşotaqlı evin birinci qaçqın ailəsinə verilməsində iştirak etmək üçün Yeni Yaşmaya Azərbaycan KP MK-nın birinci katibi A.Mütəllibov da gəldi). 
Kəndin ətrafmdakı torpaq sahələrinə üzüm plantasiyaları salmaq məqsədilə 120 hektar sahədə layihələşdirmə aparılıb, xeyli maliyyə vəsaiti ayrılaraq meliorasiya işləri başlandı. Bu layihə təxminən 30-35% yerinə yetirilsə də sonralar nədənsə tam dayandırıldı. Kəndə müxtəlif adda kənd təsərrüfat texnikası verildi. Azərbaycan Dövlət Qaçqınlar Komitəsi Yeni Yaş-manı himayədarlığa götürdü və xeyli iş yerləri açdı...


Xızı rayonunun bərpası barədəki işlər, eləcə də bu ərazinin tarixi haqda daha ətraflı “Xızı XX əsrdə” kitabımda(bax: //m-musayev.com/)yazmışam.  Sonda bu işlərdə bizə böyük dəstək olmuş br neçə şəxsin də adını çəkmək istəyirəm. Eks-prezident Əbülfəz Elçibəyin rayonun ən çətin  vaxtlarındakı dəstəyini, mədəniyyat naziri Polad Bülbüloğlunun Mikayıl Müşfiqin muzeyinin yaradılmasında, məşhur heykəltəraşımız Eldar Ömərovun Xızı rayon mərkəzində Cəfər Cabbarlının heykəlinin qoyulmasında, keçmiş Kənd Təsərrüfatı naziri Müzamil Abdullayevin təsərrüfatlarımızın texnika, toxum və s. ilə təmin olunmasındakı xidmətlərini xatırlamamaq mümkün deyil…
 
Xızı rayon camaatına bundan sonrakı quruculuq, yaradıcılıq işlərində, Vətənimiz Azərbaycanın gələcək inkişafına xidmət sahəsində yeni-yeni uğurlar diləyirəm”- deyə rayonun ilk icra başçısı sözünü yekunlaşdırıb.

Sultan Laçın



Oxşar xəbərlər
07:41, Bu gün
Niyə kənd yumurtası?
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya "Yutub"u bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
26 Jul 2024 | 10:51
Azərbaycanda dəhşətli mənzərə – Minlərlə balıq məhv oldu
26 Jul 2024 | 11:49
Əməkhaqqı və sosial ödənişlər bu qədər artacaq: Yeni qərar qüvvəyə mindi
26 Jul 2024 | 12:48
“Onların dərdləri, azarları Yazıçılar Birliyini məhv etməkdir, Səməd Vurğunu tənqid edəni üzvlükdən kənarlaşdırdıq” - ANAR + ÖZƏL
26 Jul 2024 | 09:07
Estoniya səfiri Laçın yaxınlığına gəldi...-SƏBƏB?..- FOTOLAR
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
26 Jul 2024 | 10:51
Azərbaycanda dəhşətli mənzərə – Minlərlə balıq məhv oldu
26 Jul 2024 | 11:49
Əməkhaqqı və sosial ödənişlər bu qədər artacaq: Yeni qərar qüvvəyə mindi
26 Jul 2024 | 12:48
“Onların dərdləri, azarları Yazıçılar Birliyini məhv etməkdir, Səməd Vurğunu tənqid edəni üzvlükdən kənarlaşdırdıq” - ANAR + ÖZƏL
26 Jul 2024 | 09:07
Estoniya səfiri Laçın yaxınlığına gəldi...-SƏBƏB?..- FOTOLAR