100 il öncə Xosrov bəy ermənilərin Şuşaya hücumunun qarşısını belə aldı- Tarixi ibrət...
Oxunub: 5230
23 Mar 2020 | 12:10
100 il öncə Xosrov bəy ermənilərin Şuşaya hücumunun qarşısını belə aldı- Tarixi ibrət...
Xəbər verildiyi kimi, Türkiyəni 1915-ci il hadisələrinə görə “soyqırımı”nda ittiham edən Ermənistan  Azərbaycana qarşı da uydurduğu “soyqırımı” «fakt”larından biri ilə bağlı növbəti uydurma informasiyalar yaymağa başlayb. Hələ martın əvvəlində işğalçı ölkənin “Jamanak” qəzeti  martın 22-24-ü tarixlərində Azərbaycanın işğal alıtındakı Şuşa şəhərində guya 1920-ci ildə Azərbaycan hökumətininn Şuşadakı ermənilərə qarşı  keçirdiyi “soyqırımı”nın 100 illiyi ilə bağlı  xarici ölkələrdən də tarixçilərin cəlb olunacağı beynəlxalq konfrans təşkil edəcəyi haqda yazmşdı.  
Görünür, koronavirusla bağlı həmin üzdəniraq tədbir təxirə alıınıb...

Ermənistan Milli Elmlər Akademiyası 1920-ci il martın 23-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin və Qafqaz İslam Ordusunun regionda qalan birlikləri ilə Şuşanın erməni məhəlləsini, Əsgərtanı və ətraf kəndləri ələ keçirdiyini və martın 26-na qədər 45-50 min arasında erməninin öldürüldüyünü iddia edir.
Halbuki, tarixi faktlar ermənilərin bu iddiasının əsassız olduğunu sübut edir.

Moderator.az bu mövzuda qısa araşdırmanı təqdim edir.
Tarixi mənbələrdə 1920-ci il martın 23-də erməni qadınlarının bir neçə Azərbaycan əsgərini bıçaqla qətlə yetirdiyi, Şuşanın azərbaycanlılar yaşayan məhəlləsinin erməni quldurları tərəfindən atəşə tutulduğu göstərilir. Ermənilər həmin günlər bütün Qarabağ ərazisində qiyam qaldıraraq Azərbaycan Cümhuriyyətinin o torpaqlarımızdakı varlığına son qoymağa çalışırdılar. Lakin Cümhuriyyət rəhbərlərinin və xüsusən 1919-cu ildən Qarabağın general-qubernatoru təyin olunmuş  Xosrov bəyin təşkil etdiyi ciddi siyasi-diplomatik və hərbi  müqavimət nəticəsində onların bu çirkin niyyətinin qarşısı alındı.


Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin saytında bu mövzuda yerləşdirilmiş snədli materialda deyilir:

“Ermənilərin bütün pozuculuq hərəkətlərinə Azərbaycan Cümhuriyyəti hökumətinin və müvəqqəti general-qubernator X.Sultanovun ciddi səyləri nəticəsində 1919-cu il avqust ayının sonlarında Azərbaycan hökuməti ilə Qarabağ Erməni Milli Şurası arasında deklarasiya imzalanır. Bu deklarasiya ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni-milli muxtariyyat hüququ verirdi(“Azərbaycan” qəzeti, 2 sentyabr 1919-cu il, № 185).

Bu deklarasiyadan sonra hətta Azərbaycan hökuməti Qarabağda erməni müəllimlərinə yardım etmək məqsədilə 1919-cu il sentyabrın 29-da qəbul etdiyi qərarla Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müvəqqəti general-qubernatoruna 1 milyon manat pul vəsaiti də ayırmışdı (Azərbaycan  Respublikasının Dövlət Arxivi: f. 894, siy. 1, iş 24, vər. 56).

Azərbaycan hökumətinin bütün bu güzəştlərinə, bütün məsələləri sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq Qarbağ erməniləri öz məkrli niyyətlərindən heç cür əl çəkmək istəmirdilər. Onlar Ararat Respublikası hökumətinin gizli tapşırıqlarını həyata keçirmək üçün yollar axtarır, gizli olaraq yeni çıxışlara hazırlaşır və bunun üçün fürsət gözləyirdilər. 

Ermənilərin belə bir çıxışı 1920-ci il mart ayının 22-də Novruz bayramı günü baş verir. Bu gün Şuşa şəhəri, Şuşa qəzası və onunla qonşu olan digər qəzalarda eyni vaxtda ermənilər yenə də qiyam qaldırırlar. Həmin il aprel ayının 1-də Azərbaycan Cümhuriyyəti Parlamentinin iclasında Qarabağda ermənilərin yeni qiyamı haqqında yenə də məsələ müzakirə olunur. Bu hadisələr haqqında daxili işlər naziri Mustafa bəy Vəkilov məlumat verir. Nazir öz çıxışında bildirir ki, son günlərdə ictimaiyyətin diqqətini yenə də Qarabağ hadisələri daha çox cəlb edir. Bu hadisələrin baş verməsi ilə bağlı məlumatında nazir deyir: “martın 22-də və iki gün ondan irəli Şuşa qalasına Azərbaycanın xidmətində olan iki sahənin erməni pristavları general-qubernatorun görüşünə gəlmək bəhanəsi ilə hərəsi 15-20 nəfər silahlı erməni strajnikləri ilə şəhərə (Şuşaya – A.P.) gəlmişlər. Beləliklə, şəhərə 200 nəfər silahlı erməni əsgəri toplamışlar. Bir bu qədər də şəhərdə olan erməni silahları ilə birləşərək Şuşada qəflətən əsgərlərimizə hücum etmişlər”(Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti, stenoqrafik hesabatlar, Bakı, 1998-ci il, II cild. vər. 879).

Hücum edən ermənilər bir neçə zabiti həbs edərək Azərbaycan Ordusunun əsgərlərinə atəş açmışlar. Bir tərəfdən bayram münasibətilə xalq öz evlərində bayram şənlikləri keçirdiklərindən, digər tərəfdən azərbaycanlılar bu cür namərdliyi gözləmədikləri halda bu silahlı çıxış olduqca qəfildən baş vermişdi. Buna baxmayaraq Şuşadakı Azərbaycan ordusunun əsgəri hissələrinin, onlara rəhbərlik edən zabitlərin qəhrəmanlığı sayəsində ermənilərin hücumu tezliklə dəf edilir. Mart ayının 23-də bütün günü şəhərdə atışma getmiş və gün batana yaxın qiyamçılar artıq Azərbaycan ordusunun qüvvələri qarşısında geri çəkilməyə məcbur olmuşdur. Ermənilərin eyni vaxtda Xankəndinə də hücumu olmuşdur. Onların da hücumları dəf olunmuşdur. Yalnız Əsgəran qalasına hücum edən ermənilər qeyri-bərabər döyüşdə Azərbaycan ordusu əsgərlərini oradan çıxararaq Əsgəran qalasını ələ keçirə bilmişlər. 

M.Vəkilov öz məruzəsində qeyd edir ki, ermənilər bu qiyama gizli şəkildə bir neçə aydan bəri hazırlaşırmışlar. Bu xüsusda böyük hazırlıq işləri görülmüş, hücuma başlamaq üçün onların ümumi bir xəbərdarlıq siqnalları da olmuşdur. Şuşa şəhərinin yaxınlığındakı Şuşa kəndindən atılan top atəşi ilə verilən xəbərdarlıq üzrə hər yerdə eyni vaxtda erməni yaraqlıları Azərbaycan əsgərlərinin üzərinə hücuma keçmişlər. Şuşa şəhəri və Şuşa qəzası kəndləri ilə yanaşı Qarabağın Cavanşir və Zəngəzur qəzalarında olan erməni əhalisi də qiyam edib Azərbaycan əhalisi və Azərbaycan əsgərləri üzərinə hücum etmişlər. Əlbəttə bu qiyam nə qədər böyük bir miqyasda hazırlansa da, hər yerdə ermənilərə böyük zərbələr vurulmuş, onların hücumları dəf edilmişdir. Ermənilərin gizli şəkildə hazırladıqları hücum planları bir nəticə verməmişdir. Onlar yalnız Əsgəran qalasını işğal edə bilmişlər. Bütün bu məsələlər haqqında verən daxili işlər naziri daha sonra demişdir: “Bu kimi həyasız fitnəni dəf etmək üçün əsgəri qüvvəyə müraciət etmədən əvvəl həyacana gəlmiş əhali özü onu yatırmağa çalışmışdır. Məmləkətimizin hər tərəfindən camaat sel kimi könüllü surətdə axışıb məhəlli hadisəyə gəlməkdədir. Hazırda bu xalq axınının qabağını almaq müşkül bir məsələ olmuşdur. Hər yerdən cəbhəyə qoşularaq öz qardaşlarının imdadına gəlirlər. Qarabağda müvəqqəti pozulmuş intizam və qayda-qanun bu yaxınlarda düzələcəkdir” ( Yenə orada, vər. 880).
 
Tanınmış Cümhuriyyət tədqiqatçısı, tarix elmləri doktoru Nəsiman Yaqublunun «Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov” adlı məqaləsində isə deyilir:

“1919-cu ilin yanvarın 15-dən X. Sultanov Qarabağın general-qubernatoru təyin edilir.
Arxivlərdə X. Sultanovun Qarabağda apardığı əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar vardır. Bu məlumatlar X. Sultanovun böyük təhlükə və çətinliklər içərisində olsa da, öz vəzifəsini icra etdiyini göstərir.
X. Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
X. Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan baş nazir N. Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə baş verən toqquşma tədbirləri qeyd olunur. Həmin teleqramdan: "Dünən - 4 iyunda Şuşada ermənilərlə kiçik toqquşma baş verdi:  atışma oldu. Lakin bu gün sülh yolu ilə həll etmək mümkün oldu. Bu gün Azərbaycandan Erməni Milli Şurasının fəalları olan Avetisyan, Tumanyan, İşxanyan göndəriliblər. İki nəfər özləri tez gedib, iki nəfər isə bu günlərdə göndəriləcək. Sabah, iyunun 6-da erməni tərəfdəki kazarmalar alınacaq. General-qubernator Sultanov".
X. Sultanovun 1919-cu ilin 26 iyulunda S. Mehmandarova Şuşadan göndərdiyi 3743 saylı məlumatda Zəngəzura Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunur. Həmin məlumatdan: "Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.
Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.
Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X. Sultanov".
X. Sultanovun 1919-cu il, dekabrın 14-də Daxili İşlər nazirinin göndərdiyi məktubda Zəngilanın əhalisinin ermənilərdən müdafiəsi üçün ora kömək göndərdiyi məlumatı verilib.
X. Sultanovun və T. Novruzovun N. Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı 1920-ci ilin martın 23-də Şuşadan göndərilib. Teleqramda bildirilir: "Zəngəzur uyezdinin rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: "Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoclu patron göndərməyi xahiş edir. Göndərilən patronlar ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik, general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X. Sultanov; dəstə (otryad) rəisi general Novruzov".
X. Sultanovun 1920-ci ilin martında göndərdiyi teleqramda vəziyyətin getdikcə gərginləşdiyi görünür. Onun 1920-ci ilin 24 martında Ağdamdan M. Vəkilova Xankəndi və Şuşada gedən döyüşlər haqqındakı teleqramdan: "Martın 23-də ermənilər gecə yarısı bizim Xankəndində olan döyüş hissəmizə güclü hücum etdilər. Eyni zamanda, ermənilər Şuşaya da hücuma keçdilər. Hücumun qarşısı alınıb, ətraflarda atışma gedir. Şuşa Şuşukənddən bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib. Ekstremistlərin uzaqlaşdırılması üçün bütün tədbirlər görülür. Qəzəblənmiş əhali vıxodit iz povinoveniya. Dəstə rəisi tərəfindən Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm, təcili olaraq adamlarla, başlıcası patronla kömək edin. General-qubernator  X. Sultanov".
Xosrov bəy Sultanov Qarabağda hadisələrin təhlükəli inkişafı ilə bağlı partizan dəstələrinin yaradılması elanı haqqında Parlamentin sədri M. Y. Cəfərova belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər. Şuşadan olan teleqraf xətləri qəsdən kəsilib. Mənim agentlərdən alıb dəfələrlə Sizə çatdırdığım məlumatlar teleqrafla da özünü doğruldur. Xankəndinə hücumun nəticələri haqqında hələ məlumatım olmadan yazıram. Hamıya partizanların səfərbər edilməsi haqqında əmr göndərilib. General-qubernator Sultanov".
1920-ci ilin martın 31-də X. Sultanovun və K. Əliverdiyevin M. Vəkilova Şuşada, Xankəndində, Əsgəranda ağır vəziyyət və təcili köməklə bağlı göndərdiyi teleqram: "Sizin 28 martda olan gizli məlumatınıza uyğun olaraq 29-da səhər Əsgərana hücum gözləyirdik. Gizli məlumatdakı təxmini gözləntiyə görə, hücum Xankəndi tərəfdən başladı. Bizə məlum olmayan səbəbə görə, Əsgəran bu günə qədər alınmayıb. Dünən cəbhədən aldığımız məlumata görə, Zəngəzur erməniləri Bağırbəyli kəndini, Qarabağ erməniləri isə Müsəlmanlar kəndini ələ keçiriblər. Beləliklə, zəngəzurlularla qarabağlılar arasında əlaqə yaranıb. Bu gün, yaxud sabah, saat 10-a qədər gözləmək lazımdır. Səhər Şuşaya, yaxud Şuşadan keçib erməni yaşayış yerlərindən birbaşa Xankəndi və Əsgərana gedilməlidir. Bütün əhali səfərbər və təşkil edilib, ermənilərin hərəkətinin qarşısının alınması və müdafiə üçün lazım olan yerlər tutulub. Əgər kömək bir gün gecikərsə, o, artıq kömək olmayacaq. Təcili cavab gözləyirəm.
Bundan əlavə, bizdə bütün patronlar qurtarıb. Partizanlar üçün patron yoxdur. Xankəndi anbarından 150 min üçxətli və 50 min mauzerin ayrılması ilə bağlı təcili sərəncam verməyinizi xahiş edirəm. General-qubernator Sultanov. Parlament üzvü Əliverdiyev".
X. Sultanovun Qarabağın General-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Təkinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: "Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının General-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb".

Təqdim etdi: Sultan Laçın

Oxşar xəbərlər
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
13:02, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:05, Bu gün
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi - FOTO
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək