“Təşvişin olması əsassız deyil, koronavirus çox təhlükəlidir”
Oxunub: 1279
19 Mar 2020 | 12:18
“Təşvişin olması əsassız deyil, koronavirus çox təhlükəlidir”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov son vaxtlar dünyada tüğyan edən təhlükəli koronavirusla bağlı Modern.az-a müsahibə verib.

- Əhliman müəllim, dünyanı cənginə alan koronavirus ölkəmizdə yayılıb. İnsanlar koronavirusun daha çox psixoloji gərginliyini yaşayır. Belə deyək, virus beyinlərdə daha təhlükəli hala çevrilib. Bunun üçün nə etməliyik?

- Əslində gərgin psixoloji durumun yaranması, həyəcan və təşvişin olması əsassız deyil. Doğrudan da koronavirus çox təhlükəli xəstəlikdir. Bir çox hallarda insanların bu xəstəliyə biganə yanaşdığının şahidi oluruq. “Heç nə olmaz”-deyirlər. Halbuki bu xəstəlik dünyada yayılıb. Bəşəriyyət tarixində dünyada bir neçə pandemiya mövcud olub. Növbəti pandemiya isə koronavirusdur. Reallıq odur ki, bizim ölkəmizə də gəlib çıxıb. Ölkəmizdə aşkarlandığına görə son dərəcə ehtiyatlı olmalıyıq. Xəstəliyin psixoloji tərəfinə bir də qayıtmaq istəyirəm. Milli Məclisin Səhiyyə komitəsinin sonuncu iclasına psixoloq da dəvət etmişdim. Hesab edirəm ki, bu məsələyə təkcə psixoloqları deyil, sosioloqları da qatmaq lazımdır. Sadəcə olaraq panika yaratmaq lazım deyil. Çünki panikanın ziyanı daha çoxdur. İnsanlar bunun ciddi xəstəlik olduğunu bilməlidir. Hər birimizin koronavirusa yoluxma ehtimalı var. Heç kim bundan sığortalanmayıb. Ancaq dövlət tərəfindən bütün tədbirlər görülür. Xəstəxanalarımızın imkanı, tibbi avadanlıqlarımız kifayət qədərdir. İlk gündən vacib tədbirlər görülməyə başlanıldı. Dövlət başçımızın tapşırığı ilə əlavə olaraq həm avadanlıqlar, həm ləvazimatlar, həm də  dərman preparatlarının ehtiyatı yarandı. Bu gün dövlət tərəfindən son dərəcə geniş işlər görülür.

- Xəstəliyin ölkəmizdə yayıldığı ilk günlərdə koronavirusa yoluxanlar əsasən İrandan, İtaliyadan gələn vətəndaşlarda aşkarlanırdı. Lakin son günlərdə virus aşkarlanan xəstələrin hansısa ölkənin vətəndaşı olması barədə məlumat yoxdur. Bu da onu deməyə əsas verir ki, aramızda koronavirusa yoluxmuş xəstələr var. Güman ki, biz onlarla təmasdayıq. Siz bu barədə nə düşünürsüz?

- Bəli, ölkədə koronavirusa yoluxmuş insanlar var. O günkü dinləmələrə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlını da dəvət etmişdim. O rəsmi olaraq dedi ki, bizdə 27 xəstə var. Onların biri dünyasını dəyişib, 6 nəfər isə sağalıb evə göndərilib. Kritik vəziyyətdə olanlar yoxdur. Bu gün məlum olur ki, bu pandemiya 150-dən çox ölkədə yayılıb. Elə ölkələr var ki, az, elələri də var ki çox yayılıb. Əvvəla, bu virus son dərəcə sürətli yayılmağa meyllidir. Xüsusilə insandan insana keçmək şansı son dərəcə yüksəkdir. İnsanın hüceyrələrinə daxil olub onu zədələmək imkanları genişdir. İnkubasiya dövrü 14 günə qədərdir. Bu da uzun müddətdir. Təsəvvür edin, virus daşıyıcısı 14 gün ərzində heç nə hiss etmir. Hər kəslə ünsiyyətdə olur, görüşür. 14 gündən sonra məlum olur ki, bu xəstədir. Hətta 27 gün də deyirlər. Bu da virusun həddindən artıq təhlükəli olmasından xəbər verir. Bu xəstəliyin təhlükəli olmasını səciyyələndirən şərtlərdən biri də onun müalicəsi üçün ona təsir edən ciddi dərman preparatlarının və vaksinin olmamasıdır.

- Bu gün insanların şəxsi gigiyenik qaydalara riayət olunması hər kəsə tövsiyə olunur. Artıq hər kəsin evində, iş masasında, çantasında spirt var. Hətta bir qədər də irəli gedərək koronavirusun məhv olması üçün soğan və sarımsağın faydalı olduğunu iddia edənlər də var. Bütün bunlar barədə fikirlərinizi bilmək istərdik.

- Bir məsələni deyim ki, bəzi şeylər şişirdilmiş söhbətlərdir. Burada şəxsi gigiyenanın son dərəcə böyük rolu var. Əlləri tez-tez və sabunla yumaq, əlləri antiseptiklərlə təmizləmək çox vacib elementlərdən biridir. Çünki virus daha çox əl vasitəsilə ağıza, gözə keçir. İkinci tərəfdən hava damcı yolu ilə keçir. Bir-birimizlə yaxın məsafədə olsaq, virusun keçmə şansı daha çox ola bilər. Ancaq soğan və sarımsağın nə dərəcədə profilaktik əhəmiyyətli olacağını demək çətindir. Çünki bunlar təsdiqini tapmayıb. Sadəcə əllərin yuyulmasına, antiseptiklərdən və maskalardan istifadə edilməsinə daha çox əhəmiyyət verilməlidir.

- Hələ də karantindən qorxan insanlar var. Ümumiyyətlə, karantin dövrü nə dərəcədə vacibdir?

- Karantin çox vacibdir. İnfeksiyanın yayılmış olduğu ölkələrdən gələn insanların karantində saxlanması olduqca zəruridir. Belə epidemiyalarla mübarizədə karantinin xüsusi rolu olur. Təsəvvür edin, kimsə xəstəliyə yoluxub və karantinə alınmır. Evə gedir və evdə, qonşuda, qohumda hər kəslə təmasda olur. Bir müddətdən sonra bu şəxsdə əlamətlər aşkarlananda vəziyyət daha ağır olur. Bir xəstə və daşıyıcı insan yüzlərlə insanı yoluxdurma ehtimalı var. Ona görə də bu çox təhlükəlidir. Bəzən mənə də sual edirlər ki, “bəlkə mənim qohumumu karantinsiz evə buraxsınlar?!” Buna yol vermək olmaz. 14 gün müddətində karantinin olması mütləq vacibdir. Karantin üçün kifayət qədər ən müasir tələblərə cavab verən xəstəxanalarımız var.

- Pandemiyanın maraqlı tərəfi odur ki, uşaqlar arasında yayılmır. Bunun konkret səbəbi nədir?

- Uşaqlar arasında çox nadir hallarda virusa yoluxma ola bilər. Bu da onunla əlaqədardır ki, həm uşaqlarda, həm də gənclərdə immunitet güclüdür. Ancaq yaşlı adamlarda həm immunitet zəifdir, həm də xroniki və digər xəstəliklərin xəstəliyə tutulma risqini artırır.

Dövlətimiz üzərinə düşən bütün tədbirləri həyata keçirir. Birincisi dövlət səhiyyə müəssisələrinin hamısını lazımi tibbi  avadanlıqlarla təchiz edib. Xəstəxanalarımızın hamısı hazır vəziyyətə gətirilib. Kifayət qədər xəstəxanalarımızda avadanlıqlarımız, tibbi ləvazimatlarımız var. İlk vaxtlarda səs-küy yarandı ki, maska, spirt yoxdur. Ölkə Prezidentinin tapşırığı ilə əlavə tibbi ləvazimatlar gətirildi. Ağır pnevmaniyalı xəstələr üçün əlavə olaraq süni tənəffüs aparatları da gətirildi. Hər bir ləvazimat alınıb və alınmaqda da davam edir.

- Mətbuat səhifələrində xəstəliklə bağlı rəsmi xəbərlərə daha çox üstünlük verilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarına istinad edirik. Ancaq əhali arasında həqiqəti əks etdirməyən məlumatlar da yayılır. Məsələn, bəzi insanlar ölkəmizdə daha çox insanın koronavirusdan dünyasını dəyişdiyini və bunun gizli saxlanıldığı barədə fikirlər səsləndirirlər. Təbii ki, bu da ajiotaja səbəb olur. Siz bu barədə nə deyə bilərsiz?

- Heç bir şaiyə tipli məlumatlara inanmaq lazım deyil. Koronavirusa yoluxmuş hər hansı xəstəni gizlətmək olmaz. Belə bir riskin altına heç kim girə bilməz. Belə söhbətlərin heç birinin əsası yoxdur. Bir məsələni deyim ki, dövlət öz üzərinə düşən vəzifələri çox yüksək səviyyədə həyata keçirir. Xəstəxanalar hazırdır. Müasir tələblərə cavab verən laboratoriyalar qurulub. Dərman preparatları ilə bağlı heç bir çatışmazlığımız yoxdur. Hər şey yüksək səviyyədə həyata keçirilir. Baş Nazir bu məsələyə diqqət edir. Ümumdünya Səhiyyə Təşkilatı ilə ciddi əlaqələrimiz var. Onlar Azərbaycana gəlib vəziyyətlə tanış oldular. Görülən işləri yüksək qiymətləndirdilər. Bəzi insanların məsuliyyətsizliyi, etinasızlığı digərlərini də yoluxdurmağa  gətirib çıxara bilər. Kütləvi tədbirlər qadağan edilib. Ancaq bəzi adamlar yenə də restoranlara üz tutur. Ailənin 6-7 üzvü bir yerdə mağazalara gedir. Böyük bir xəstəxanaya rəhbərlik edirəm. Dünən gördüm ki, bir orta yaşlı insan 1 yaşlı uşaqla xəstə ziyarətinə gəlib. Xəstəxanada nə qədər adam yatır. Biz belə ziyarətləri də qadağan edirik. Görünür, bu istiqamətdə insanlarda informasiya qıtlığı var. Onlara bu virusun nə dərəcədə təhlükəli olduğunu başa salmaq lazımdır. Yenə təkrar edirəm. Koronavirusdan qorxmaq lazımdır, ancaq panikaya, ajiotaja yol vermək olmaz.
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...