“2020-ci ildə Qarabağı azad etməliyik! –Vəssəlam!..”
Oxunub: 14086
11 Jan 2020 | 09:40
“2020-ci ildə Qarabağı azad etməliyik! –Vəssəlam!..”
...Biz korrupsioner şəbəkənin sadiq və etibarlı üzvləri kimi gecə-gündüz xalqı və onun sərvətlərini necə soyub-talamaq, rəqiblərə nə cür torba tikmək, parlamentə, hakimiyyətə, rayon icra hakimiyyətlərinə, bələdiyyələrə öz adamlarını necə yerləşdirmək haqqında yox, işğal altındakı torpaqlarımızın azad olunması barədə düşünürük... 

***

Bu gecə də həmişəki kimi, Qarabağı, doğma kənd-kəsəyin çəmən, meşə, bulaq və cığırlarını düşünüb yuxuya keçdikdən sonra heç gözləmədən gördüm ki, Azərbaycan Respublikasının Ali Baş komandanı rəhbər məmurlarla keçirdiyi növbəti geniş müşavirədə yumruğunu qətiyyətlə masaya çırpıb deyir: 

“Bu il, nə yolla-olursa-olsun, işğal altındakı torpaqlarımız, Qarabağ, Xankəndi, Əsgəran, Xocalı,  Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan... azad olunmalıdır! Artıq 30 ilə yaxındır ki, biz bu haqsızlığa, ədalətsizliyə dözürük. Belə olmaz!.. Statistik rəqəmlərə nəzər salsaq, Azərbaycanın işğal altındakı torpaqlarında, eləcə də “Ermənistan” adlandırılmış Qərbi Azərbaycanda doğulmuş vətəndaşlarımızın sayı gündən-günə azalır. Çünki doğma yurd-yuvasını, dədə-baba məzarlarını, dağlarını, yaylaqlarını, bulaqlarını itirmiş, ata-anaları, qardaş-bacıları, əzizləri, qohum-əqrəbaları amansızlıqla qətlə yetirilmiş o qaçqın-köçkün insanlar dözmürlər. Hər il ümid edirlər ki, torpaqları azad olunar, amma nəticə görməyəndə sarsılırlar, ürək xəstəlikləri tapırlar və dünyadan köçürlər... 

Artıq  ATƏT-in, AŞ-ın, ABŞ-ın, Moskvanın  “münaqişənin tənzimlənməsi” barədəki baş aldadan, zaman aparan "tövsiyə"lərini qulaq ardına vurub sözdən əmələ keçərək işğalçı Ermənistanı yerində oturtmaq lazımdır.  Düzdür, regionda və dünyada siyasi durum çox mürəkkəbdir. Və biz qəti döyüş əməliyyatlarına başlayacağımız təqdirdə işğalçı ölkəyə dəstək verən xarici super güclərin ağır və təhlükəli təhdidləri ilə üzləşəcəyik. Amma bunu da qəti bilmək lazımdır ki, Qarabağın azadlığı – Azərbaycan xalqının, dövlətçiliyinin, dünya azərbaycanlılarının ölüm-dirim məsələsidir. Əgər biz  bu gün - indi torpaqlarımızı işğaldan azad etməsək,  sabah- 10 il, 20 il sonra daşnak, ifrat millətçi, terrorçu xislətli, “Böyük Ermənistan” “ideya”lı ermənilər iştaha gələcək və Azərbaycan Respublikasının digər ərazilərini də ələ keçirməyə çalışacaq... Bu isə Azərbaycanın müstəqil dövlətçiliyinin, ümumiyyətlə, Azərbaycan xalqının sonunu gətirə bilər. Biz buna qətiyyən yol verə bilmərik... Digər tərəfdən,  bütün beynəlxalq qanunlar və ən əsası, BMT-nin 30 ilə yaxındır icra olunmayan məlum qətnamələri Azərbaycana bunu etməyə, yəni torpaqlarını işğalçı və qanunsuz hərbi birləşmələrdən, separatçı-terrorçu xunta rejimindən təmizləyib azad edərək orada öz dövlət qanunlarını və o torpaqlardan qovulmuş vətəndaşlarının konstitusyon hüquqlarını bərpa etməyə imkan verir...  Bir sözlə, hazırkı şəraitdə bizim var gücümüzü toplayıb xalqımızın, ölkəmizin, dövlətçiliyimizin varlığı naminə riskə getməkdən savayı yolumuz qalmayıb.  Qadir və Qalib Allah bizimlədir, inşallah, Onun köməyi ilə bu Haqq savaşında biz də qalib  olarıq...

Qoy bunu hamı bilsin: 2020-ci il Qarabağın azadlığı ili olmalıdır!.. Burada əyləşən hər bir nazirə, komitə sədrinə və digər bütün dövlət məmurlarına xəbərdarlıq edirəm: gedin və işinizi torpaqlarımızın azadlığı istiqamətində qurun. Müdafiə Nazirliyi ön və arxa cəbhədə iştirak üçün yaşı 18-dən 60-dək olan bütün sağlam kişilərin səfərbərliyini elan etsin... 

Ölkənin iqtisadiyyatı, elmi, səhiyyəsi, nəqliyyatı, bütün istehsal sahələri və s. təcili şəkildə Vətən müharibəsinin aparılması istiqamətinə yönləndirilsin. Bütün telekanallar, radiolar, qəzetlər, saytlar təbliğatı bu istiqamətə yönəltsin. Uşaq bağçalarından, orta məktəblərdən tutmuş universitetlərə, akademiyalara qədər - hər yerdə Qarabağ, vətənpərvərlik təbliğatı aparılsın. Küçələrdəki bayağı reklam şitlərinin yerinə vətənpərvərlik şüarları vurulsun! Telekanallardakı diqqəti Qarabağdan yayındıran səviyyəsiz, mənasız, bəzən də tam əxlaqsız, xalqımızın milli-mənəvi dəyərlərinə tamamilə zidd  verilişlər, şoular, konsertlər yığışdırılsın. Və bunların əvəzində xalqa, gənclərə döyüşkənlik, mübarizə ruhu aşılayan verilişlər, filmlər nümayiş etdirilsin. Paytaxt və digər şəhərlərin konsert salonlarında, teatr səhnələrində yalnız vətənpərvər ruhlu konsertlər, tamaşalar verilsin... 

Müdafiə naziri, digər güc, təhlükəsizlik strukturları və qoşunlar  son hazırlıqları tamamlasın və “hücum!” əmrimi gözləsinlər. Vəssəlam!.. Tanrı Özü bizə yar olsun!..”

Oyandım və görüb-eşitdiklərimiz yuxu olduğunu biləndə dərhal Paşinyanın Xankəndində Qarabağ haqqındakı məlum “nöqtəli” çıxışı və Azərbaycan Prezidentinin ona “nidalı” cavabı  yadıma  düşdü...

***

Doğrudan da artıq 2020-ci ildir. Bu ilin dekabrında artıq Xankəndinin, Kərkicahanın, Əsgəranın, Hadrutun və s. erməni birləşmələri tərəfindən tam işğalının 29-cu  ili tamam olacaq... Xocalı, Şuşa, Laçının, Xocavəndin isə 28-ci... Kəlbəcərin, Ağdərənin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın da 27-ci... Nə edək, 30-cu, 35-ci, 40-ci ildönümlərini gözləyək?.. O torpaqların əsl sahibi, sakini olmuş insanlar dünyadan köçür e, köçür... Onların özləri ilə bərabər ümidləri də məzarlara gömülür... Heç bir elmi, tibbi, iqtisadi inkişaf o insanları həyata döndərmək qüdrətində deyil... Buna bu dünyada və Axirət günü Allah qarşısında kim və necə cavab verəcək?!..

***

Allah, sən özün Qarabağın azad olunması haqdakı yuxularımızı çin et! Kafirlərə, münafiqlərə, müşriklərə qalib gəlmək üçün bizə iman, ağıl, elm, helm, qüdrət, iradə, səbir və dözüm ver! 

Bu il də yuxularımız çin olmasa, daha neçə torpaq həsrətlimiz, ata-analarımız, əzizlərimiz doğma yurdlarını yuxuda görmək imkanından da məhrum olacaq...

***

Allahım, sən başbilənərimizi bütün sadalanan gerçəkləri görməyə və qəti tədbirlər görməyə hidayət et!.. Və xalqıımıza, dövlətimizə, ordumuza bu Haqq savaşında müzəffər olması üçün dostların, müttəfiqlərin gerçək yardım etməsinə qərar ver! Bütün böyüklərdən böyük, bütün güclülərdən güclü, bütün yardım edənlərdən xeyirli Sənsən!.. Sən Özün bizə yar ol!..

Sultan Laçın  

Oxşar xəbərlər
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
30 Apr 2024 | 09:30
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
30 Apr 2024 | 09:59
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
30 Apr 2024 | 10:21
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
30 Apr 2024 | 11:00
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
30 Apr 2024 | 09:30
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
30 Apr 2024 | 09:59
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
30 Apr 2024 | 10:21
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
30 Apr 2024 | 11:00
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi