Keçmiş xarici işlər naziri Qasım Süleymaninin Azərbaycana "dostluğ"undan danışdı...
Oxunub: 9669
10 Jan 2020 | 12:48
Keçmiş xarici işlər naziri Qasım Süleymaninin Azərbaycana
Moderator.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir. 

Onunla ABŞ-la İran arasında general Qasım Süleymaninin Bağdadda öldürülməsindən sonra yaranan gərginlik, eləcə də müharibə təhlükəsinin hələ də qalıb-qalmaması ətrafında söhbət aparılıb.

- Tofiq bəy, ABŞ-la İran arasında yaşanan son hadisələri necə dəyərləndirirsiz? Sanki müharibə təhlükəsi sovuşub...

- Nəticə göz qabağındadır. Hesab edirəm ki, indiki mərhələdə məsələlər bu səviyyədə tamamlandı. Amma ortada qarşıdurma səbəbləri mövcuddur. Digər tərəfdən, Yaxın Şərqdəki proseslər onu göstərir ki, regiondan kənarda olan qüvvələr ilk növbədə bölgədə şiə və sünni liderlərin toqquşmasını istəyirlər. Bu amildən istifadə etmə cəhdləri özünü açıq şəkildə göstərir. Şiə ölkəsi olan İran öz iddialarını gizlətmir və nüfuzunu qaldırmaq üçün yürütdüyü siyasət özünü açıq şəkildə büruzə verir. Burada Qasım Süleymaninin fəallığı görünürdü. ABŞ-İran qarşıdurması regiondan kənarda olan qüvvələrin marağındadır. Köhnə ssenari üzərində qarşıdurma davam edəcək.

- Azərbaycan istiqamətindən son prosesləri necə dəyərləndirirsiz?

- Ölkəmizdə İslam dininin müxtəlif məzhəbləri mövcuddur. Xarici qüvvələr istəsə ki, Azərbaycanda hər hansı bir qarışıqlıq olsun, bu istiqamətdə fəaliyyət aparacaqlar. Eyni zamanda Azərbaycanda buna qarşı çox ciddi immunitet var. Hesab edirəm ki, qurulan, həyata keçirilməyə çalışılan planlar nəticəsiz qalacaq. ABŞ-İran qarşıdurmasında tərəflər hər zaman olduğu kimi, çalışacaq ki, Azərbaycan faktorundan istifadə etsinlər. Burada İranın şimalında yaşayan və milliyyətcə azərbaycanlı olan milyonlarla insanı da unutmaq olmaz. Ölkəmizdə bu məsələlərə dövlət olaraq, çox ciddi diqqət ayrılır. İrandakı bəzi dairələrin Azərbaycandakı problemlərdən istifadə etmə cəhdləri olmur. Eyni zamanda oradakı azərbaycanlıların problemləri İranın daxili problemləri kimi qəbul olunur. Deyərdim  ki, əldə olunan qeyri-rəsmi saziş ölkələr arasında normal münasibətlərə şərait yaradır. Üçüncü qüvvələrin əli ilə iki ölkə arasında münasibətlərin də pozulmayacağını düşünürəm.

- Qasım Süleymaninin öldürülməsindən sonra çox ciddi iddialar meydana çıxıb. Onlarda biri də odur ki, iranlı general ölkənin gələcəkdə rəhbəri ola biləcək ən şanslı şəxs olub. Hətta onun ölümündə İranı suçlu bilənlər də az deyil. Onu ölkənin ikinci nüfuzlu şəxsi də saymaq olardı...

- Mən sizinlə razıyam ki, Qasım Süleymani nüfuzuna görə ölkənin ikinci şəxsi hesab oluna bilərdi. Son illərdə Qərbin sanksiyalarından sonra onun nüfuzu daha da qalxmışdı. Onun neft məsələsinə bağlılığı daha çox idi. İnsanlar açıq şəkildə deyirlər ki, Qasım Süleymanini öldürmək imkanları həddindən artıq çox idi. İranlı generalın Amerika hərbiçiləri ilə Suriyanın qaynar nöqtələrində şəkilləri mövcuddur. Hansısa mərhələdə Qasım Süleymaninin fəallığı, eləcə də iranlıların İŞİD-ə qarşı döyüşləri Amerika tərəfi qane edirdi. Amma hesab edirəm ki, neft məsələsində “qırmızı xətt”lərin keçilməsi baş verdi. Nəticədə vəziyyət bu yerə gəlib çıxdı. Amerika Administrasiyasının özündə də vəziyyət çox gərgindir. Demokratlar Trampın impiçment məsələsini daim önə çəkirlər. İranlı generalın öldürülməsinə demokratların reaksiyası çox tənqididir. Bu amildən də Trampa qarşı istifadə olunur. ABŞ daxilində baş verən bəzi proseslər bu və ya digər dərəcədə Qasım Süleymaninin fəaliyyəti ilə bağlıdır. Bu istiqamətdə ən müxtəlif fikirlər söyləmək olar. Deyilən səbəblərin hər birində haqlı tərəflər tapmaq olar. Məlumatlar kifayət qədər çoxdur. Hər birimiz generalın öldürülməsi ilə bağlı hansısa nəticələrə gələ bilərik.

- İranın Amerikaya cavabını qənaətbəxş hesab edirsiniz?

- Əlbəttə. Hamıya bəllidir ki, ABŞ-ın gücü İranın hərbi imkanlarından qat-qat çoxdur. Bu baxımdan belə bir müharibənin başlanmasına İranın imkan verməməsi haradasa başa düşüləndir. Populist şüar səsləndirənlər çoxdur. Siyasət elə aparılmalıdır ki, dövlətin inkişaf etsin, yəni itkilərə məruz qalmasın. Belə olan halda real siyasi nəticə qazanmaq olar. Təəssüflər olsun ki, hər bir hökumətdə olduğu kimi, İran hökumətinin də tərkibində radikal ünsürlər var. Onlar hər zaman radikal mövqelərini büruzə verirlər. Onlar öz xalqlarına fayda gətirə bilməzlər. Onların təhriklərinə uymaq çox böyük səhv olardı. Bu fikirlərim hər bir ölkəyə aiddir. Radikallar heç zaman xeyir gətirən deyillər.

- Sizcə, İrana yaxın ölkələr, onun müttəfiqləri cənub qonşumuzu son proseslərdə meydanda tək qoymadılar ki?

- Bu məsələyə öz mövqeyim var. Azərbaycanda da Süleymaninin öldürülməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bunu təqdir edənlər də, generalı şəhid, qəhrəman kimi qələmə verənlər də var. İlk növbədə onu başa düşməliyik ki, Süleymani öz ölkəsi üçün pis və ya yaxşı fəaliyyət göstərmişdi. Biz isə Azərbaycan Respublikasında yaşayırıq. İran hökumətinin rəhbərliyində müxtəlif mövqedə olan insanlar az deyil. Azərbaycan və digər ölkələrə qarşı olanlar da o hökumətdə var. Yumşaq desək, Süleymani Azərbaycanın dostlarından deyildi. Ölkəmizə dost münasibətində olanlar cənub qonşumuzda olublar və biz onların fəaliyyətini zaman-zaman izləmişik. Amma Süleymani onların sırasında deyildi. O, sadəcə, öz ölkəsi üçün qəhrəman ola bilər. Mənim üçün əziz olan o insan ola bilər ki, Azərbaycana yaxşı münasibətdə olsun. Bu, yeganə meyardır. Hər bir vətəndaşın meyarı da bu olmalıdır. Neft ixracı məsələsində onun rəhbəri olduğu təşkilat az rol oynamırdı və ciddi maliyyə mənbəyi əldə olunurdu. Sanksiyalar dövründə İran üçün maliyyə mühüm rol oynayırdı. Problemlər qismən də olsa aradan qaldırılırdı. Biz bilirik ki, iqtisadi gərginlik İranda artıb.  Şəxsən mənim onun barəsində deyilən bu iddialarla bağlı heç bir məlumatım yoxdur. Amma maraqların olmaması çətin qəbul edilən bir şey olar. Siyasi rəqabət hər yerdə var və bu təbiidir. Siyasətçilər üçün bu əsas amildir. Bu iddia ilə bağlı konkret bir fikir söyləmək çox çətindir. Amma deyilənləri də istisna etmirəm.

- İran öldürülmüş generalının yerinə İsmayıl Kaani təyin etdi. O, Qasım Süleymanini əvəzləyə biləcəkmi?

- Son olaylar onu göstərdi ki, “qırmızı xətt”lər var və onu keçmək olmaz. Generalın öldürülməsi bunları açıq şəkildə göstərdi. Başqa kimsə də, onun kimi bu xətləri keçsə, eyni aqibəti yaşayacaq. Qərb də artıq başa düşür ki, gərginliyi hansı dərəcəyədək qaldırmaq olar. Eyni zamanda İran da bəzi şeyləri bilməmiş deyil. Çərçivələr daha aydın görünür. Açığı, İranın İraqda Süleymaninin vaxtında olan siyasəti davam etdirəcəyinə inanmıram. Hər halda, İraq neftindən Çin üçün istifadə edilməsi İranın işi deyildi. Çünki fövqəldövlətlər buna heç zaman imkan verməzdilər. Amerika və Çin arasındakı iqtisadi rəqabəti də unutmaq olmaz.
Oxşar xəbərlər
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
30 Apr 2024 | 13:50
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
30 Apr 2024 | 13:46
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?