"İnsanın savadsızlığına da, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma..."
Cəmiyyət
Oxunub: 1329
17 Nov 2019 | 11:20
“Bu günlər dövlətin yeni iqtisadi–siyasi islahatlar aparması, fərqli sosial zümrələrə açılma, Prezidentin ictimai nəzarət üçün cəmiyyətdən dəstək istəməsi Azərbaycanımızın taleyinə biganə qalmayan bütün sivil qüvvələr tərəfindən təqdirlə qarşılanır, ölkədə yeni, daha sağlam siyasi mühit yaranır. Amma bununla paralel olaraq əsasən Əli Kərimli və radikal antimilli ətrafının get-gedə daha da ifrat, barışmaz mövqeyə yuvarlanmasının şahidiyik”.

Moderator.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Feysbuk səhifəsində yazıb:

“Belə ifrat inkarçı mövqenin səbəbləri nədir?

Birincisi, Azərbaycan iqtidarının sosial təşəbbüslərinin uğuru radikal müxalifətin məhdud sosial bazasını daha çox tükəndirir. Bu özünü 19 oktyabr aksiyasındakı biabırçı fiasko və noyabrın 2-ə təyin etdikləri aksiyanı təxirə salma məcburiyyətləri ilə təsdiqlənir.

İkincisi, bəlli olur ki, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Onların Facebook səhifəsində bəyənmələrin, paylaşımların statistikasında azalma templəri güclənib. Xatırladaq ki, Facebook sosial şəbəkəsi administrasiyası bəyan edib ki, bu il 5,4 milyard saxta hesabı bağlayıb. Bu, sosial mediada manipulyasiya və dezinformasiyaya qarşı savaşın davam etdiyini göstərir. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Diqqətli oxucu bu iki hadisə arasında paralel apararaq asanlıqla Əli Kərimli, Cəmil Həsənli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkilərinin Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsi olduğunu anlaya bilir.

Üçüncüsü, uzun illər özünün milli qüvvə kimi təqdim edənlərin Bako Saakyan, Masis Mailyan kimi işğalçı xunta rəhbərləri ilə eyni lojaları, Azərbaycana və Türkiyəyə münasibətdə həm də eyni ədavəti bölüşməsi bu yaxınlarda ABŞ-da keçirən dinləmələrdə bir daha faş oldu.

Dördüncüsü, Almaniyada aparılan hüquqi araşdırmalar radikal müxalifətin trafikinq-insan alveri biznesində iştirakına dair hər gün yeni faktlar aşkara çıxarır. Almaniyadakı araşdırmaların ardınca Fransa və digər Avropa ölkələrində də araşdırmalar aparıldığın haqda informasiyalar verilməkdədir. İlkin açıqlanmış araşdırmalar Müsavatı silkələdiyi kimi, araşdırmaların davamı Əli Kərimli və radikal antimilli ətrafını bəri başdan təhdid etməkdədir. Axı, Müsavatın AKM uzantısının bu biznesdə əsas rəqibi “Milli şura”nın Avropadakı müxtəlif strukturlarıdır.

Beşincisi, bu qruplaşma son zamanlar yalnız ailə-məişət qalmaqalları, qadınlara qarşı zorakılıq aktları ilə gündəmə gəlir; cəmiyyətə hər hansı yenilik, siyasi və ya şəxsi əxlaq nümunəsi təqdim etməyə qabil olmadığını sübut edib və s.

Beləliklə, iqtidarın uğurlu daxili siyasəti radikalları dəstəkləyə biləcək məhdud elektoratın daha çox əriməsinə səbəb olur; Facebook, Youtube kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsənli və “Milli şura”dakı digər radikalların ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlərin birdən birə iki-üç dəfə azalması ilə nəticələnir- bu həm də o deməkdir ki, Əli Kərimli və radikal antimilli ətrafının sosial şəbəkə üzərindən inqilab etmək arzusu da puç olub; iqtidarın milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimilli ünsürlər tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur.Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar radikal müxalifətə Qərbdə guya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli oldu ki, Azərbaycan iqtidarının illərlə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir.

Belə hərtərəfli ifşa, dibə vurmadan sonra Əli Kərimli və radikal antimilli ətrafı nəticə çıxarıb indiyədək dəfələrlə media və İT ekspertlərinin açıqladığı faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profillərdən istifadəyə, botlarla izləyici sayı artırmaq, özünə barmaqdan elektorat sorub çıxarma cəhdlərinə son qoymalı idilər. Antimilli qüvvələrin əlində alətə çevrildiklərini; müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə əngəl olduqlarını; minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər.

Bunun əvəzində nə görürük?

Müşahidə etdiyimiz odur ki, Əli Kərimli çevrəsindəki yaxın “silahdaşlarına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları sovuşdurmaq, ənənəvi qaydada dövlətə, dövlət rəhbərliyinə qarşı kin- küdurət qusmaq tapşırığı verib. Bu işdə “Əli Kərimli TV” kimi rebrendinqə getməyi nədənsə xeyli ləngidən Sevinc Osmanqızı, Nəcəf Nəcəfovun “Azadlıq” brendini gözdən salıb Nikol Paşinyanın “Haykakan jamanak(”Erməni saatı”) qəzetinin adından ucuz plagiat yolu ilə anti-Azərbaycan “Azərbaycan saatı” yaratmış Qənimət Zahidov və əli gah ifşa olunmuş korrupsionerlərin cibindən, gah otel odalarından, gah da ayətullahların risalələrindən çıxan Natiq Adilov xüsusi canfəşanlıq edirlər.

İnsanın savadsızlığına da, mədəniyyətsizliyinə də, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma əxlaqsızlıqla bir arada yaşamaq çox çətindir. “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon“-Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə “siyasi şəffaflıq” nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?

Əxlaqsızlığa “şəxsi həyatımdır” deyib haqq qazandırmaqdırmı sağlam cəmiyyət uğrunda, izzəti-nəfs uğrunda mübarizə? Siyasi islam liderlərini sitatlarını tutuquşu kimi təkrarlamaqdırmı liberal Qərb dəyərləri uğrunda mübarizə? Ən korrupsiyaya bulaşmış ünvanlardan “gecə növbəsi” işi adıyla aylıq almaq, susmaq- yazmamaq müqabilində ianə qoparmaq üçün saatlarla qapıları pusmaqdırmı cəmiyyəti sağlamlaşdırma? Cibindən asılı olduğun qaranlıq dairələrin sifarişi ilə siyasi opponent bildiyin komandanın ayrı-ayrı fərdlərinə qarşı qara PR aparmaqdırmı urvatlı-sanbalı mübarizə? Cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməkdirmi siyasi mübarizə?

Satqınlığı tərəfdarlarına nümunə kimi təqdim etməkdirmi müxalifətçilik?

Əminəm ki, qarşıdan gələn bələdiyyə seçkiləri də klaviatura qəhrəmanlarının heç bir siyasi sanbalı, çəkisi olmadığının növbəti nümayişi olacaq”.
Oxşar xəbərlər
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:10, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir - FOTO
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
14:05, Bu gün
Türkiyə Rusiyadan aldığı “S-400” raketlərini harada yerləşdirəcək?
14:03, Bu gün
Prezident Slovakiyaya səfərə dəvət olundu
13:59, Bu gün
Bakıda daha bir qəza: Mərkəz istiqamətində sıxlıq yaranıb - YENİLƏNİB + FOTO
13:54, Bu gün
Əli Əsədov Türkiyədə rəsmi səfərdədir - FOTO
13:51, Bu gün
Sabirabadda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTO
13:48, Bu gün
Ailə zəminində başlanmış münaqişə ittihamla başa çatdı - “Formula 1”də MƏNİMSƏMƏ İŞİ
13:45, Bu gün
Şəhid Rauf Əliyevin qardaşı: “Düşündüm ki, bəlkə sağdır” - FOTO
13:43, Bu gün
Cavanşir Məmmədovun özünün də görmədiyi SON MÜSAHİBƏSİ - VİDEO
13:38, Bu gün
Birinci Qarabağ müharibəsi şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
13:35, Bu gün
Bakıda hoteldə vəzifəli şəxslər zəhərləndi - 2 nəfər öldü
13:33, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
13:31, Bu gün
Sabahın havası AÇIQLANDI
13:27, Bu gün
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
13:22, Bu gün
Uşaqlar arasında yayılan infeksiya: Ən çox ürəyə və böyrəyə... - Pediatrlardan XƏBƏRDARLIQ
13:21, Bu gün
Azərbaycan-Slovakiya sənədləri imzalandı - YENİLƏNİB
13:19, Bu gün
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
13:17, Bu gün
Xırdalanda məhəllələri su basdı - VİDEO
13:09, Bu gün
Azərbaycanla Slovakiya arasında Birgə Bəyannamə İMZALANDI
13:08, Bu gün
İranda maaşını ala bilməyən işçi intihara əl atıb - VİDEO
13:06, Bu gün
VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ:  Bu tur şirkətləri sizləri ALDADIR - RƏSMİ 
13:05, Bu gün
"Son bir ildə Naxçıvanda vəkillərin sayı xeyli artıb" - Anar Bağırov
13:00, Bu gün
Azərbaycanda prokuror faciəli şəkildə öldü
12:57, Bu gün
Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıb
12:55, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başa çatdı - YENİLƏNİB + FOTO
12:53, Bu gün
Almaniya müttəfiqlərini dəstəkləmək üçün anında 35 min əsgər göndərməyə hazırdır - Şolts
12:52, Bu gün
Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm” - FOTO/VİDEO
12:51, Bu gün
Bolqarıstan prezidenti Azərbaycana səfər edəcək
12:48, Bu gün
Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
12:47, Bu gün
Hərbi qulluqçuların vəzifələri artırılır - YENİ QƏRAR
12:43, Bu gün
"Heydər Əliyev irsinə ən böyük töhfə bu ola bilər" - Qüdrət Həsənquliyevdən mühüm təklif
12:38, Bu gün
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
12:34, Bu gün
Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
12:30, Bu gün
Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək
12:20, Bu gün
Putinin bu hərəkəti Berluskonini ŞOKA salıb: cüyürün ürəyini çıxararaq...
12:16, Bu gün
Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaq
12:12, Bu gün
Bu tələbələrə güzəştlər ediləcək
12:09, Bu gün
Təmsilçilərimiz "Avroviziya 2024"ün birinci yarımfinalında...
12:02, Bu gün
“Son vaxtlar Türkiyədə iqtidara yaxın media Özəli CHP lideri kimi dolayısıyla təbliğ edir...”
12:00, Bu gün
İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başa çatdı - YENİLƏNİB + FOTO
11:57, Bu gün
Rusiyalı məhbus “Pulitzer” mükafatına layiq görülüb
11:57, Bu gün
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
11:54, Bu gün
Yaşı 100-ü keçən pensiyaçıların sayı açıqlandı
11:49, Bu gün
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verildi - VİDEO
11:45, Bu gün
Paşinyanı Bakıya dəvət edək - Deputatdan təklif
11:39, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası BU TARİXDƏ keçiriləcək
11:32, Bu gün
Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi nüfuzu müstəqilliyimizin daimiliyini təmin etdi
11:25, Bu gün
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
11:24, Bu gün
DİN Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürənlərlə bağlı MƏLUMAT YAYDI - FOTO/VIDEO
11:21, Bu gün
Nəyə görə 40 yaşdan sonra təzyiq “oynayır”?
11:17, Bu gün
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
11:07, Bu gün
Təcridxanada intihar etdi - Məhkəməsi olacaqdı
11:00, Bu gün
Milli Məclis Mehriban Əliyevanı təbrik etdi
10:59, Bu gün
Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir?
10:52, Bu gün
“Mobil telefonlar xərçəng yaradır” iddiası yenə gündəmdə - onkoloqlar deyir ki...
10:41, Bu gün
Nazir: "Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir"
10:36, Bu gün
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
10:29, Bu gün
Nazir: “Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən ticarət yolunun yaranmasında mühüm rol oynayıb”
10:19, Bu gün
Bu gün “Avroviziya 2024” mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
10:16, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimlərdə - FOTO/VİDEO
10:11, Bu gün
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
10:09, Bu gün
Avro və rubl bu qədər BAHALAŞDI, dollar isə... 
09:57, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
09:49, Bu gün
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
09:39, Bu gün
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
09:38, Bu gün
Sürücülər yağışlı havalarda nəyə diqqət etməlidirlər?
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
GÜNLÜK
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO