Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Elşad Şirin oğlu Qayımovla Xaçmaz rayonunun Hacıqurbanoba kəndində keçirilən vida mərasimi başa çatıb.
Şəhidin nəşi Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
14:10
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
Moderator.az xəbər verir ki, şəhidin nəşi rayonun Hacıqurbanoba kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
E.Qayımov mayın 7-də Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq. /Report/