O, həmçinin qeyd edib ki, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Almaniya kansleri həmçinin xatırladıb ki, iki il əvvəl Berlin Estoniyanın, bu il isə Latviyanın hava məkanını qorumaq vəzifəsini öz üzərinə götürüb.
Şolts Almaniyanın "NATO ərazisinin hər kvadrat santimetrini” müdafiə etməyə hazır olduğunu da vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornü bildirib ki, Paris Avropa xalqını qorumaq üçün çevik reaksiya qüvvələri yaratmaq istəyir. Onlar Şimali Atlantika Alyansının yerinə yetirə bilməyəcəyi tapşırıqları yerinə yetirəcəklər.
Polşanın xarici işlər naziri Radoslav Sikorski də bildirib ki, ABŞ Çinlə qarşıdurmaya diqqət yetirdiyindən Aİ öz müdafiəsini gücləndirmək üçün məsuliyyəti öz üzərinə götürməlidir. Bununla belə, o, əlavə edib ki, Aİ ordusu haqqında söhbətlər lazımsız çaşqınlıq yaradır, çünki bu, milli orduların birləşməsini nəzərdə tutur, onun fikrincə, bu, heç vaxt baş verməyəcək.
(Qaynarinfo)