Şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib.
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd olunub.
Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub.