Müstəqil dövlətin müstəqil mətbuatı
Oxunub: 5248
25 Jul 2018 | 14:39
Müstəqil dövlətin müstəqil mətbuatı

Azərbaycan ikinci dəfə müstəqilliyini 18 oktyabr 1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu ilə bəyan etdi. 100 il bundan öncə isə Azərbaycan müsəlman Şərgində ilk müstəqil, demokratik dövlət kimi Milli Şuranın 1918 ci il mayın 28-də qəbul etdiyi «İstiqlal Bəyannaməsi» ilə elan edilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin ömrü qısa - 23 ay, müasir demokratik Azərbaycan isə  birincinin varisi  olaraq artıq 27 ildir ki, Beynəlxalq hüququn subyektidir.

1995-ci il 12 noyabrda (27 noyabrda qüvvəyə minmişdir) qəbul edilən və xalqın iradəsini ehtiva edən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycanı müstəqil, hüquqi, demokratik, unitar və dünyəvi dövlət olmasını imperativləşdirmişdir. Şükrlər olsun Aləmlərin Rəbbinə!

Biz, müstəqil, azad və cüveren bir xalqıq.Müstəqillik Azərbaycan xalqının daşınmaz və özgəninkiləşdirilməyən sərvətinə çevrildi.Min şükür!Müstəqil, hüquqi dövlətin qayəsi hakimiyyətin bölgüsü prinsipi və iki əsas, müasir demokratik kriteriya ilə şərtlənir.Müstəqil məhkəmə və azad mətbuat. Bu, iki demokratik cəhət üzvü surətdə,bir-birilərini ayrılmaz tərkib hissələr təki  tamamlayırlar. Müstəqil,ədalətli məhkəmə (nəzərə almalıyıq ki, mütləq mənada ədalət dünyanın heç bir ölkəsində olmamış və heç olmayacaq da. Ədalət prinsipi nisbidir) və azad mətbuat.İstənilən sivil cəmiyyətlərdə məhkəmə ədalətli olmazsa, aktların qəbulunda müstəqil deyilsə, mətbuat da azad və müstəqil ola bilməz. Və yaxud da, əksinə. Müstəqil mətbuat olmadan, hakimlər də siyasi və hüquqi müdaxilələrdən qoruna bilməzlər. Yalnız ədalətli və məhkəmə aktlarının qəbulunda müstəqil, prosesual hüquq düşüncələrinə uyğun qərar qəbul etmək bacarıq və qabiliyyətinə malik hakimlər ictimai maraq kəsb edən yazılara görə təqib olunan Söz sahiblərini-jurnalistləri müdafiə edə bilər. Hakimlər də yalnız müstəqil mətbuat vasitəsilə, KİV-də həqiqətə uyğun, mötəbərliyi şübhə doğurmayan  informasiyalar vasitəsilə ictimai rəyə yol tapa,məhkəmə hakimiyyətinə etimadı və hakimin yüksək nüfuzunu qoruya bilərlər.

Mətbuatdan gileylənən məmur,siyasətçi,ictimai xadim gəmi kapitanının küləkdən gileylənməsinə bənzər.(Ingilis siyasətçisi Enox Pauell)Bu mənada mətbuat hər cür azadlığın keşikçisi və haqsızlıqlara,sui-istifadələrə qarşı qamçıdır-deyərdim.Mətbuat vasitəsilə cəmiyyəti gərginlikdə saxlamaq və yaxud,çaşdırmaq,dünyaya baxmaq üçün  pəncərəni açmaq və  qapamaq mümkündür. İngilis yazıçısı Oskar Uayld yazır:Amerikada Prezidentin səlahiyyət müddəti 4 il,yurnalistlərin səlahiyyətləri isə müddətsizdir.

Azad ölkələrdə davranışlar açıq-aşkar görünür,ehtimallara söykənməyə dəhliz qalmır.Mətbuat üçün də qanunvericiliklə qadağan olunmuş hallardan başqa hər şey əl çatan olmalıdır.Mətbuat istənilən dövlət,ictimai və kommersiya qurumları,hətta hakimlərin müstəqilliyi ətrafında formalaşan müsbət rəyi qorumağa qadir“ictimai qalxandır”.Hər şey ədalətlə qələmə alınarsa cöz-söhbətlərə və əsassız təqiblərə də yer qalmır.Dəniz yolçuluğuna çıxanlar üçün gəminin sazlığı nə qədər vacibdirsə,jurnalistlər üçün də səhih mənbələrdən toplanan məlumatları yaymağı qarşısına məqsəd qoymaq bir o qədər vacibdir.Bunu tapmaq da,yaymaq da çətin olduğu qədər həqiqəti əks etydirən məlumatları qəbul etmək də çətin olur.Çünki həqiqət dərman həbləri qədər acı olur.Onun acılığına isə səbr etməyi bacarmırıq.Birinci Napaleon vaxtilə Fransa xalqına xitab edərək demişdi;”Siz, məni Fransanın sahibi kimi görürsünüz.Çox sağ olun.Amma,mən onu azad mətbuatla heç üç ay da idarə etmək məsuliyyətini üzərimə götürməzdim.   

Etik komponentlər baxımından jurnalistin fəaliyyətindəki müstəqillik,azadlıq və ədalətlilik tərəflər üçün eyni və bərabər səciyyə  daşıyır. Məhz ona görə özgəninkiləşməsi mümkün olmayan, lakin   özününküləşmiş hüquq və azadlıqlar arasında qarşılıqlı hörmətə söykənən əməkdaşlıq münasibətlərini macrasına yönəltməyə böyük ehtiyac var. İstəməzdim bu məsələdə hər hansı beynəlxalq konvensiya, və ya, normaları rəhbər tutaq. Sadəcə «mətbuat hər bir cəmiyyətin və millətin,redaksiya heyəti isə mənsub olduğu qəzetin,saytın güzgüsüdür» - deyə yanaşmalıyıq. Hakimiyyətin digər budaqları da baş verən hadisələrlə bağlı səhih məlumatı şifahi xalq ədəbiyyatına xas kiminsə dilindən və danışığından yox, bilavasitə mətbuatda dərc olunan, həqiqiliyi və  mötəbərliliyi heç bir şübhə doğurmayan yazılarda oxuyur, məlumat alırlar.Hər bir informasiyanı xəbər kimi sensasiya xatirinə oxuculara çatdırmağın özü də qeyri peşəkarlıqdan və naşılıqdan yaranır.Məs;İtin adamı dişləməsi xəbər deyil.Xəbər, adamın iti dişləməsidir(haşiəyə görə üzr istəyirəm)

Hakimiyyətin bütün budaqları ilə mətbuat “budağı”   arasında mövcud «xüsusi mülkiyyətçilik» və amirlik  ədası ola bilməz,olarsa bu, bir sıra faktorlarla bağlıdır. Bəzən ictimai təsəvvürlərdə jurnalistlər haqqında neqativ dəyərlər dominantlıq edir və yaxud bəzi məmurların nəzərində jurnalistlər «hazır ov» ovçuları, manipulyasiya dəstəsi, «güclülər dünyası»nın qulluqçuları və s. kimi lövbər atırlar. Bəzən hakimiyyətin məhkəmə qolunun toxunulmaz sübyektlərinin jurnalistlərə qarşı «pretenziyaları», daha çox məhkəmə fəaliyyətini qələmə alan, hüquqşünaslıqdan məlumatı olmayan jurnalistlərə qarşı olur. Həqiqət var.Məs.Bu yaxınlarda qapalı məhkəmə iclasının gedişini  qələmə alan jurnalistdən hədsiz narazı qalan məhbusun şikayətini həyacansız oxumamaq mümükün olmur...Narahatlıqda əsas var.Məhkəmə iclası qapalı keçirilirsə,jurnalistin hansı məntiqlə qarşı tərəfin münasibətini öyrənmədən məsələnin ictimailəşdirməsi ağıla sığmır... ona görə də, jurnalistlərin sosial, siyasi, idman, kriminal dünya, təhsil, səhiyyə və s.sahələr üzrə ixtisaslaşması vacib məsələlrdəndir. Məsələn: hakimin hələ qüvvəyə minməmiş aktı olmadan kimisə cinayətkar, oğruluğu hələ sübuta yetməyən subyekti oğru və yaxud, narkoman barədə müvafiq rəy olmadan nəsə yazmaq, vəzifəli şəxslərin fəaliyyəti yoxlanılmadan sui-istifadələr, rüşvətxorluq və korrupsiya faktları ilə bağlı yazıları qarşı tərəfin münasibətini öyrənmədən tələm-tələsik ictimailəşdirmək qeyri peşəkarlığın “meyvəsidirsə”,faktların və hadisələrin səthi araşdırılması isə qeyri-komponentlikdən ərsəyə gələn səbəbli əlaqənin, hüquqi və ya digər sahələr üzrə  müvafiq biliyin olmamasının və yaxud, ixtisas üzrə biliyin azlığının nəticəsidir.

 Bəzən məhkəmə zalından reportaj hazırlayanlar, növbəti nömrədə əyyaş, bulanıq həyat tərzi keçirən şou «qəhramanlarından» və yaxud «ulduzlarından» yazır. Gündəmdə qalmaq üçün ölkənin büdcəsindəki rəqəmləri guya təhlil edir. Təbii,bunu jurnalistikanın-kütləvi informasiya vasitələrinin institusional hissəsinə,cəmiyyətin çoxfunksiyalı sahəsinə aid etmək olmaz.  Faktlara səthi yanaşan jurnalistin hadisələrlə bağlı əldə etdikləri məlumatlar da səhih mənbələrə söykənməz,mənbənin  dərinliyinə baş vurmazsa hüquqi məntiqin labirintində ilişib qalacaq.

Amma başqa bir sual da meydana çıxır;Digər sahələr-sosial,iqtisadi,təhsil və mədəniyyət-incəsənət sahəsində,habelə məhkəmə fəaliyyəti haqqında reportajlar hazırlayan jurnalistə mühasibatlıq,iqtisadi və hüquqi savad lazımdırmı? Bəziləri, fərdi şəkildə məşğul olub müvafiq sahə üzrə bilik əldə edən jurnalistlər əks cavabı versələr də zənn edirəm ki, lazımdır. Hər bir sahə üzrə, eyni zamanda hüquq-mühafizə orqanlarının və məhkəmə fəaliyyətindən, qalmaqallı proseslərdən reportaj hazırlayanların müvafiq biliyə malik  olması arzu olunandır. Tarixdə klassik ənənələrdən və təcrübədən bəlli olur ki, jurnalist şəxsi mütaliənin köməyi ilə hüquqşünaslıq,habelə mühüm sosial-iqtisadi sahələr ilə bağlı müvafiq bilgi əldə edə bilir. Həmin dövrlərdə mütəxəssislərin  sayı da az olmuşdur. Lakin, müasir,sivil cəmiyyətin mövcud prosesləri fərqli olduğu kimi, proseslərin predmeti də mürəkkəb məsələlərin həlli ilə bağlı olduğundan jurnalistlərə qarşı ictimai tələb və qınaq düz və ağlabatandır. Ən azı jurnalist  kiçik və yaxud iri həcmli reportaj hazırladığı müəssisə və təşkilatlarda nə baş verdiyini anlamalı, buz dağının görünməyən tərəfinə baş vurmaqda israrlı olmalıdır.Mən belə düşünürəm.

Sırf jurnalist peşəsinə yiyələnənlər də azdır. Humanitar və ya texniki ixtisasa malik şəxslər sırasında müasir jurnalistikada möhürünü vuranlar da var.

Ümumiyyətlə jurnalistika təhqiqat və tədqiqat,müəyyən sahələr üzrə araşdırmaların aparılmasına görə dövlət orqanlarına nisbətdə  fərqli fəaliyyət istiqamətlərində çalışsalar da məqsəd və ictimai maraq baxımından oxşar fəaliyyət istiqamətlərini həyata keçirirlər. Həmin fəaliyyət istiqamətlərinin personajları sırasında ələ alınan, kiminsə  iradəsindən asılı olanlar həmişə olmuş və olacaq. Bu, müasir cəmiyyətin qara ciyər xəstəliyi kimi təhlükəlidir.Ona görə də əgər, jurnalist təhqiq etdiyi faktları doğru-dürüst qələmə alırsa bu,dövlətin və cəmiyyətin xeyrinədir.

Haqqa söykənən hakim və həqiqəti yazan jurnalist,haqqa imza atan məmur əslində eyni, ümumi bir işi görürlər - ictimai marağı müdafiə edirlər! Eyni ilə də asılı jurnalist, hakim və məmur şəxsi maraqlara xidmət edən siyam- doğma qardaşdırlar. Bütün ölkələrdə belə hallar yaşanır və yaçanacaq.Cəmiyyət olduğu yerdə mütləq mənada cızığından çıxmaq mübahisəsiz olur. Məsələn: Böyük Britaniyada mətbuata dair şikayətlər üzrə  mili komissiyada sifarişli yazıların dərc edilməsi faktları statistikada ümumi şikayətlərin 0,3%-ni təşkil edir. Bunun əksi olaraq mətbuata qarşı da şikayətlər üzrə ictimai kollegiyada «sifarişli» ittihamlar az olmur. Sifariş xarakteri daşıyan yazıların motiv və məqsədlərini sübut etmək çətin olsa da sui-istifadələrin izi sezilir.

Son zamanlar müşahidələrim məni belə qənaətə gəlməyə vadar edir. Əksər oxucular kimi mən də bəzi jurnalistləri qeyri-dəqiq informasiyalardan istifadə etdiklərinə görə qınayıram. Konstitusiya üzrə hər bir vətəndaşın məlumat azadlığı var. Məxfi orqanların fəaliyyəti ilə bağlı məlumatlar istisna olmaqla jurnalist istənilən dövlət orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi informasiyanı almaq hüququna malikdir . Bunu tənzimləmək üçün müvafiq normativ  hüquqi baza da var. Belə şərait yaradılmışsa jurnalistin digər vasitələrlə yollar axtarması və qeyri-səhih məlumatı maraqlı şəxslərdən alıb yayması arzuolunan deyil.. Zorən bir formula-düstur ortalığa çıxır. Nə qədər səhih və mötəbər məlumatların alınması üçün normal şərait yaradılarsa,bir o qədər də həqiqətə  uyğun olmayan məlumatların yayılmasının qarşısı alınar-məhdudlaşacaq.

Cəmiyyətdə narahatlıq doğuran digər hal təhqiredici, böhtan xarakterli, habelə ictimai mənəviyyat əleyhinə  olan halları təbliğ və təşviq  edən məlumatların yayılmasıdır.Sanki,ictimai münasibətlərə zidd çağırışlar edilir.Xətalıdır!Qəbuledilməzdir!

Bir neçə gün bundan öncə ölkənin əski paytaxtı Gəncədə baş verən hadisələrlə bağlı ziddiyyətli məlumatların informasiya məkanında yer alması ictimaiyyət arasında çaşqınlıq,vahimə,bir fobiya yaratdı.Hhəqiqəti əks etdirməyən, qısasçılıqla, mənəviyyatsızlıqla müşaiyət edilən çirkin yazılar dərc olundu və «oxucuların» sayı da artdı. Doğrudanmı cəmiyyət belə məlumatlara “susamışdı”? İnanmıram! Bu, qeyri-ciddi saytların, qeyri-ciddi informasiya rəqabəti idi. Sovetin vaxtında belə hallar mümkün olmazdı. Ona görə ki, yazmaq mədəniyyəti və senzura varıydı. İndi isə «Mətbuat azadlığı» var. Deməli azadıq və sui-istifadələr üçün yer var?  Təsəvvür edin, Gəncə kimi ölkənin ikinci böyük şəhərinin Başçısına qəsd olunur, «biz»lər bunu az qala təqdir edir, bir saytda mühafizəçini «öldürürük», digərində müalicə edirik və Elmar Vəliyevlə bağlı qeyri-ciddi , müxtəlif və həqiqəti əks etməyən məlumatlar… Belə jurnalistika olmaz! … Nə qədər ki, istintaq gedir, həqiqət saydığımız faktları  belə, qeyd etməklə istintaqa prosesual niyyətdən kənara çıxmağa şərait yarada bilərik.  Elmar Vəliyevə edilən qəsd ümumi təhlükəli üsulla, qulluq mövgeyinə xitam vermək və s.niyyət ilə baş verən ağır və ya,  xüsusilə ağır cinayətdir. Amma faktları qabaqlamaq olmaz,istintaq gedir.

 Təxminən 16 il bundan öncə şəxsi arxivimdə Krasnodar vilayətində nəşr olunan «Novaya qazeta»da «Lojis» Sud idyot»-“Uzan!Məhkəmə gəlir”başlıqlı  məhkəmə oçerki yadıma düşdü. Jurnalist məhkəmədə - mövcud prosesi yazdıqdan sonra ona başlıq tapa bilmir. Növbətçi müxbir fikirləşmədən yuxarıda  qeyd etdiyim «Lojis» Sud idyot» başlığını - məqalənin məzmunu  ilə heç bir əlaqəsi olmayan  və oxucunu çaşdıran sərlövhəni qeyd edir. Yazı böyük «skandala» səbəb olur. Eyni halı bizim bəzi sayt və qəzetlərdə dərc olunan yazılara da aid etmək olar. Sərlövhə yazının mətnindən bəhrələnməlidir.Başlıq yazının bətnindən doğulmalıdır!Və yaxud,yazı başlığa hamilə olmalıdır.

Son zamanlar dərc edilən bəzi informasiyalar daha çox aid olduğu müəssisə və təşkilatlara, təhsil ocaqlarına şəxsi maraqların təmin olunmasına təzyiq vasitəsi kimi diqqət çəkir. Mətbuat Şurasının şikayətlər komissiyasında tərəflərin iştirakı ilə belə məsələlərin araşdırılması zamanı sui-isifadələr qismən də olsa  üzə çıxır.Açığı,Azərbaycan Mətbuat Şurası məlumat,fikir və sözün ifadəsi azadlığı, məlumatların əldə edilməsi,istifadəsi istiqamətində Dövlət siyasətinin formalaşdırılmasında iştirak edir,bu dəyərlərin cəmiyyət tərəfindən qorunmasına səylə çalışır.Şura ictimai qurum olsa da kollegial birlikdir.Birgə qərarlar qəbul olunur.İdarə Heyətinin hər bir üzvü peşəkarlığı,altruist mövqeyi, dğvlətçiliyə, Azərbaycan xalqına sədaqəti ilə seçilən personalardır.Kollektiv çox iş görür.(Daha çox iş görmək üçün nizamnamə üzrə fəaliyyət istiqamətlərinin həyata keçirilməsində əlavələrin edilməsinə ehtiyac var.)Mən, arzulamazdım ki,bu çevrənin əhatəsində olan juurnalist soydaşlarımız həqiqəti yazan qələm sahıblərinin fəaliyyətinə təsir edəcək hallara yol versinlər.

Jurnalistin xoş məramla hər hansı bir obyektə sərbəst girişinə mane olmaq yolverilməzdir. Lakin qeyd etdiyim kimi hər şey ədalətlə qeydə alınarsa cəmiyyət xeyir görəcək. Hətta məhkəmə proseslərində jurnalistin iştirakı, qeydlərin  və audio yazıların aparılmasına sədd çəkmək olmaz. Qanun buna imkan verir. Hesab edirəm ki, Milli Məclisin sessiyalarında akkreditə olunmuş informasiya «məmur»ları necə iştirak edirlərsə məhkəmələrdə də proseslərə qatılmaq istəyən jurnalistlər üçün əlahiddə, məxsusi yerlər ayırmaq mümkündür. Bir sıra ölkələrdə məhkəmələrdə jurnalistlər üçün xüsusi zallar mövcuddur. Burada mətbuat  nümayəndələri müsahibə ala, redaksiyaya müvafiq materiallar göndərə bilərlər. Yeni məhkəmə binalarında prokuror, vəkil üçün necə şərait  yaradılırsa, mətbuat nümayəndələri üçün də eyni-bərabər şərait yaradılmalıdır. Mətbuat nümayəndələrinin bu məqsədlə akkreditasiyası Mətbuat Şurası tərəfindən hazırlanmalı və belə şəxslər fərqlənən vəsiqələrlə təmin edilməlidirlər.

Azərbaycan Respublikasının «KİV haqqında qanun»u bu mənada qeyri-adi bir qanundur. Ölkənin Konstitusiyası və KİV haqqında qanun «məlumat azadlığını, fikri və sözü ifadə etmək azadlığını hər bir vətəndaş üçün bəyan edir. Toxunulmaz, pozulmaz və ayrılmaz prinsipə əsaslanan azadlıqlar demokratik cəmiyyətlərin dayağı və cəmiyyətin hər bir üzvünün özünü realizə edə bilmək imkanının təzahürüdür Söz azadlığı təkcə «məlumat» və ya «ideyaları» əhatə  etmir. Səslənən və dərc olunan fikirlər bəzən ictimai ovqata təsir edib, narahatlıqla müşayət olunsa da, bəzən təhqir və böhtanla yadda qalır. Bu, demokratik cəmiyyətlərdə  pluralizmin, tolerantlığın və liberalizmin tələbi olsa da barışmaq olmur.

Mətbuat heç bir vaxt həddi aşmamalı, sərhədi pozmamalıdır. «Başqa şəxslərin reputasiyasını müdafiə etmək» bəhanəsi ilə müşayət olunsa belə, mətbuat yenə, qələmə xas mədəniyyət və  əxlaqla davranmalıdır, üzərinə düşən siyasi məsələlər üzrə ideya və məlumatların ictimai maraq kəsb edən problemlərin yayılması missiyasına məsuliyyətlə yanaşmalıdır.

Diqqət çəkən bir mühüm məsələ də var. Mətbuat subyektləri ilk öncə fikrini yazıya çevirən qələmə hörmət və ehtiramla yanaşmalıdırlar. Çünki, bütün səmavi kitablar da müqəddəs qələmlə yazılıb…

KİV-nin nümaynədələri məlumat, fikir və söz ,habelə informasiya azadlığına malik  olmaq hüquqi ilə, insan və vətəndaşların  hüquq və azadlıqları arasında «balansı təmin etməyi» bacarmalıdır. Yəni istənilər halda dərc olunan məlumatın mənbəyini redaksiyadan tələb etmək hüququ qaçılmaz olur. Əgər, başqa vasitələrlə mənbənin müəyyən olunması mümkün olmazsa məhkəmə vasitəsilə bunu tələb etmək olar.

Avropada təhlükəsizlik və Əməkdaşlıq təşkilatının 1 avqust 1975-ci il Helsinkidə keçirilən iclasının yekun aktında KİV-nin azadlığına aid olan  əsas prinsiplərin arasında «Din və inamı, vicdan, söz və fikir azadlıqlarını əks  etdirən insan hüquq və azadlıqlarına hörmət» prinsipi xüsusi olaraq qeyd edilir, (VII prinsip). Jurnalist əməkdaşlığının əsas istiqamətləri müəyyən olunur. İştirakçı dövlətlər də «insanların hüquq və əsas azadlıqlarına, Söz və fikir azadlığını, vicdan azadlığını, irqçiliyə fərq qoymamaq», eyni zamanda «vətəndaşların siyasi, iqtisadi, sosial, mülkü, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsi barədə öhdəlik götürmüşlər. Bütün sadalanan dəyərlər insan şəxsiyyətinə aid olan ləyaqətdən doğur və onun bütöv, hərtərəfli inkişafı üçün əhəmiyyətli  rol oynayır. Oxşar müddəa Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da (19.12.1966-cı il) qeyd edilmişdir. 19-cu maddədə fikirini ifadə etmək bir tərəfdən fikir azadlığını, digər tərəfdən məlumat azadlığını özündə ehtiva edir. Bu, fikir azadlığının özünə xas ikili təbiətindən doğur. Hər bir kəsin, heç bir mane olmadan öz fikirlərində qalmaq hüququ vardır. O, sərbəst olaraq müxtəlif məzmunlu informasiyanı almaq, axtarmaq və yaymaq hüququnu Beynəlxalq Paktdan (19 m. 2-ci hissəsi) fərqli olaraq Azərbaycan Konstitusiyası ilə də əldə edir. Hər iki normada ziddiyyət yoxdur,  müddəaların kolliziyasına yol verilmir.

Lakin, istər ölkə qanunvericiliyi, istərsə də beynəlxalq normalar (Paktın 19 m. 3-cü h.) fikrin ifadəsi azadlığında   (istifadəçi, əldə edən, yayan) tərəflər  üçün xüsusi vəzifə və xüsusi məsuliyyyət nəzərdə tutur. O, ardıcıl ola bilər, amma müəyyən məhdudiyyətlər  daxilində. Yəni ,mənim azad vətəndaş kimi məlumat və mətbuat azadlığım , onu axtarmaq, yaymaq hüququm var deyə hər şeyi sübyektiv düşüncəyə uyğun yaya bilərəm-düşünmək sadəlövhlükdür və  məsuliyyətin növləri üçün baza rolu oynaya bilər.

Sonda ABŞ-nın ikinci prezidenti Tomas Cefferson(1801-1809-cu illər) belə bir ifadə işlətmişdi:Əgər mənə “Qəzetsiz hakimiyyət”,və yaxud, “Hakimiyyətsiz qəzet”i seçmək imkanı verilsəydi tərəddüd etmədən ikincisini götürərdim- deyə cavab vermişdi.

Dövlətin təhdükəsizliyinə, ictimai qaydalara, mənəviyyata və əxlaqa zidd informasiyanı axtarıb tapmaq vaxtı öldürməkdən başqa bir şey olmadığı üçün, onu yaymaq jurnalistikaya-  cəmiyyətin sosial institutuna və gündəlik informasiya məkanına ciddi ziyan verə bilər.

Özümüzü qorumaq  üçün ilk növbədə dövlətçiliyi və ətrafı qorumağa mükəlləf olmalıyıq.

 

Şəmsəddin Əliyev

Hüquqşünas

 

 

Oxşar xəbərlər
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB