Satirik şair: “Maraq doğurmaq üçün gərək məmur adı çəkəsən”
Oxunub: 1897
05 Dec 2017 | 10:02
Satirik şair:  “Maraq doğurmaq üçün gərək məmur adı çəkəsən”

Moderator.az kulis.az-a istinadən ARB TV-də yayımlanan “Xalqın şairi” layihəsində Mirzə Ələkbər Sabir obrazını canlandıran satirik şair Əvəz Qurbanlı ilə müsahibəni təqdim edir.

 

- Siz daha çox satirik şeirlərlə tanınırsınız...

 

- Bəli. Amma lirik şeirlər, qəzəllər, heca şeirləri də yazıram. Nəsrdə qələmimi sınayıram. Daha çox satirik şair kimi tanınmağımın bir səbəbi var. ANS-də “Qulp” verilişi vardı, orda satirik şeirlərimi səsləndirirdim. Tamaşaçılar o verilişə baxandan sonra məni tanıdılar.

 

- Orda Baba Pünhan da vardı. Sizin ona həsr etdiyiniz şeiriniz də var...

 

- Elədi. Əsl adı Atababa Mədətzadə idi. Baba Pünhanı təxəllüs kimi götürmüşdü. Şeir məclislərində görüşürdük. Baba Pünhanın ömrünün axır çağları idi. Xəstəxanada görüşdük onunla. Həmin görüşün maraqlı tarixçəsi var. Baba Pünhan ürəyindən əməliyyat olunmuşdu. Mən də təsəlli kimi dedim ki, yaxşı olacaq, keçib gedəcək. Baba dedi, mən yaxşı olmaq haqqında düşünmürəm, indi başqa şeylər fikirləşirəm. İndi o dünya haqqında fikirləşmək vaxtıdır. Elə bil ürəyinə dammışdı. Tamam başqa adam kimi danışırdı. Sanki başqa bir sabaha hazırlaşırdı. O anlar gözümün qabağındadır. Baba Pünhanı məhz həmin anlarda xatırlayıram. Başqa görüşlərimiz heç bu qədər yadımda qalmamışdı.

 

- Əvəz bəy, daha çox klassik ədəbiyyata bağlısınız. İndi qəzəl yazanlar Bakı kəndlərində daha çoxdur. Meyxana deyilən, şeir səsləndirilən məclislər təşkil olunur. O məclislərdə iştirak edirsinizmi?

 

- Qabaqlar “Füzuli məclisi” vardı. Vahid ədəbi birliyini xatırlatmaq istəyərəm. “Məcməul şüəra” məclisi indi də davam edir. Doğrudur, qəzəl, klassik şeirlər ən çox Bakı kəndlərində qorunur, mühafizə olunur. Amma diqqət etsək görərik ki, bizim klassik şairlərimiz ayrı-ayrı bölgələrdə ortaya çıxıblar. Məsələn, Şirvanda, Ərdəbildə, Təbrizdə, Qarabağda. Şirvan aparıcı yer tutur. Çünki Şirvani təxəllüsü ilə yüzlərlə şairimiz var.

 

- Amma siz nə Şirvandan, nə də Bakı kəndlərindənsiniz...

 

- Hə, Saatlı rayonundanam. Amma əslimiz başqadır. Babam Ərdəbildən gəlib. Bəlkə də klassik şeirə marağım ordan qaynaqlanır.

 

- İndi yeni dövrdür. Sizi necə qarşılayırlar? Elə o məclislərdən üzü bu yana götürsək...

 

- Mən bu haqda çox eşidirəm. Nə bilim, qəzəlin dövrü başa çatıb, daha qəzəl yazmaq köhnəlik əlamətidir... Forma baxımından bu həqiqətdir. Ancaq mən heç vaxt şeirdə formaya önəm verməmişəm. Məni ən çox maraqlandıran şeirin bədii çəkisidir. Postmodernizmin hardasa 100 illik tarixi var. Bu daha çox düşüncədə və formada özünü göstərir. Fikir belə bir şeydir ki, yaxşı olanda heç vaxt köhnəlmir. Yaxşı fikir heç vaxt köhnələ bilməz. Formada isə yaxşı işlər görməyi bacaranlara yaşıl işıq görünəcək. Və o şəxs həmişə öz dövrünün fenomeni olur.

 

 

 

- Klassik şeirdə yeni forma yaratmaq çox çətindir. Buna cəhd edənlər də olur. Amma bəzən fikir verirəm, qəzəl yazanlara bu cür münasibət yaranır: “Sabir olan yerdə sən kimsən?”, “Əliağa Vahiddən yaxşı yazası deyilsən ki?” və s.

 

- Məsələn, tutaq ki, biz klassik şairlərik. Orta əsrlər dövründə yaşayırıq və öz sələflərimizə nəzərən şeirdə öz yerimizi müəyyənləşdirməyə çalışırıq. O zaman onlar nə düşünərdilər? Baxın, Nizamiyə qədər, İslama qədər böyük şairlər vardı. Ümumiyyətlə, hər dövrün böyük şairləri olub və olacaq. Söz dövrünün ifadəsi olmalıdır. Forma, janr ”“ bu o qədər əhəmiyyətli deyil. Öz dövrü ilə ayaqlaşan şeir həmişə seviləcək. Klassik şeiri tənqid edən adamlar var ha. Deyirlər, bu köhnəlmişdir, itib-gedib. Onlar klassik şeirdən anlayışı olmayanlardı. İndi əruzda yazılmış qatma-qarışıq şeirlər klassik şeiri gözdən salır, ictimaiyyət o şeirlərlə maraqlanmır. Pis nümunələr maraq doğurmur. Yəni qəzəl yazmaq adı ilə qəzəl yazırlar. Buna görə də haqlı olaraq diqqətdən kənarda qalır. Şeir bəlağətli, gözəl bir fikri oxucuya zövqü oxşamaqla çatdırmaqdır. Mən indi yazılan müasir şeirləri qəbul edə bilmirəm. Bu fikri deyəndə deyirlər, sən mühafizəkarsan, müasirliyə açıq deyilsən.

 

- Niyə qəbul etmirsiniz modern şeiri?

 

- Şeir sözünün özü ölçü deməkdir. Sərbəst şeir də ölçüylə yazılanda gözəl olur. Məsələn, Nazım Hikmət ən böyük örnəkdir. Bizdə indi gənc bir şair şeir yazır, baxırsan yaxşı fikirləri var. Bu sadəcə istedadın bəhrəsidir. Yəni onaqədərki məsələdir, istedadın bəhrəsi verilib. Amma bundan sonrakı məsələ onun özündən asılıdır. O həmin şeiri düzgün şəkildə təqdim etməlidir. Bu gün təqdimat hər şeydən vacibdir. Mağazaya gələn yeni malların satılması təqdimatdan asılıdır. Şeirdə də elədir. Baxırsan ki, şeirdə forma yoxdur, ölçü, qafiyə yoxdur. Yaxşı fikirlərdir. Dağınıq fikirlər. Bu istedadın elədiyidir. Radioqəbuledici kimi fikirləri göydə qapır və yazır. Amma onu hazırlayıb təqdim eləməyə hazır deyil.

 

 

- Siz özünüz yazmısınız modern şeirlər?

 

- Əvvəllər bir-ikisini yazmışam. İndi heç yadımda deyil. Açığı, o cür yazmağa heç cəhd eləməmişəm. Baxıram ki, mən daha çətin şeir yaza bilərəm. Keyfiyyət həmişə çətin yazılan şeirdə üzə çıxır. Yoxsa oturub ağlıma gələn fikirləri dağıdaram ora, olar modern şeir. Mən bu gün modern şeir yazanları tanıyıram, münasibətim də var, fikirlərini də qəbul edirəm. Ancaq onların təqdimatı xoşuma gəlmir. Baxıram, hansısa fikri yazıb çıxarıb ortaya. Təəssüf ki, həmin fikir şeir deyil. Konkret şeir deyil. Çünki şeirin qayda-qanunu var. Burda isə heç bir qayda-qanundan söhbət gedə bilməz. Heç nə yoxdursa, bunun adını şeir qoymayaq. Deyək ki, istedadlı adamın yaxşı bir fikridir.

 

- Əvəz bəy, dediniz ki, formanın önəmi yoxdur, əsas şeirdir. Klassik şeirin tarixi çox böyükdür. İndi Əvəz Qurbanlı yazdığı klassik şeirlərlə Sabirdən, Əlağa Vahiddən nə ilə fərqlənir?

 

- Dövrü ilə səsləşməsi. Əsas fərq budur. Yaxşı şeir dövrlə səsləşməlidir. Bugünkü Avropa şeiri, bizə gəlib çatan həmin o modern şeirlər bizim düşüncəmizi, təfəkkürümüzü ifadə edə bilmir. Bizim öz bazamız, keçmişimiz var. Öz düşüncə qəlibimiz var. O şeirlər bizə yaddır.

 

- Əslində, sizin yazdığınız qəzəl də bizə yaddır. Qoşma, gəraylı daha doğmadır...

 

- Bəli.

 

- Qəzəl fars...

 

- Qəzəl fars da deyil, ərəb də deyil. Bu şeirlər yazılanda niyə ərəbin adına yazıldı? 10-cu əsrdə Kallivin Əhməd adında bir ərəb alimi əruzun vəznlərini sistemləşdirib. Əruz isə əvvəldən var idi.

 

 

- Ərəbin, farsın deyilsə, bəs kimindi?

 

- Əslində, əruzun tarixi bilinmir. Bütün xalqlarda əruz ola bilər.

 

- Yəni konkret ərəbin, farsın şeir forması deyil...

 

- Deyil. Janr etibarilə ola bilər ki, qəzəl ərəb janrıdır. Amma mən əruzun özündən danışıram. Axı əruzda yalnız qəzəl yazılmırdı ki. Əruz ritmdir. Əruzu bizdən uzaqlaşdıran, ikrah hissi yaradan o şairlər oldu ki, onlar klassik şeirdən bəhrələndilər, onun təsirindən çıxa bilməyib təqlid eləmək yolunu seçdilər.

 

- Ustad hesab etdiyiniz klassik şairimiz kimdir?

 

- Aydındır ki, Füzulinin təsirinə düşməmək olmur. Sonra Qovsi Təbrizinin adını çəkə bilərəm. Qasım bəy Zakir, Mirzə Ələkbər Sabir ən çox sevdiyim şairlərdəndir. Hamısından öyrənmişəm.

 

 

- Sabirin də adını çəkdiniz. “Xalqın şairi” verilişində də siz Sabirin obrazı kimi çıxış edirsiniz. Necə bir hissdir? Sabirin yerində olmaq, ona yenidən can vermək...

 

- Biz əslində bu veriliş haqqında 7-8 il əvvəl düşünürdük. Mübarizin layihəsidir. İndiki kimi verilişdə bu qədər çox klassik olmayacaqdı. Yalnız Sabiri nəzərdə tutmuşduq. Çoxdan düşünülmüş bir ideya idi. Sadəcə zaman elə gətirdi ki, bu veriliş 10 ildən sonra ortaya çıxdı. Lakin daha təkmil və mükəmməl formada. Verilişdə bildiyiniz kimi, münsiflərdən əlavə klassiklər də var. Səməd Vurğun, Məhsəti Gəncəvi, Vaqif, Nəsimi və s. Və hər dəfə də bu adlar dəyişiləcək. Mənim əslində orda aktyor kimi Sabir rolunu ifa etmək fikrim yox idi. Amma iş elə gətirdi ki, mən də o klassiklərin yerində əyləşdim. O biri aktyorlardan fərqli olaraq mən Sabiri oynamıram, Sabiri canlandırıram. Oynamaq ayrı bir şeydi. Nəyə görə bu təklifə razı oldum? Fikirləşdim ki, başqa bir aktyor bunu edə bilməyəcək. Sabiri duymaq məsələsi var axı. Mən Sabir obrazında olanda özümü unuduram. Düşünürəm ki, görəsən, Sabir bu məqamda nə deyərdi. Çalışıram ki, Sabirin hüquqlarını, haqqını tapdalamayım, kənara çıxmayım. Sabiri duymamaq elə ona qarşı haqsızlıq olardı.

 

- Bəzən fikir verirəm, verilişdə bəzi iştirakçılar Sabirin sözünü kəsirlər. Yəni sizin sözünüzü. Bu sizə toxunmur ki? Hər halda orda Sabirin adını daşıyırsınız.

 

- Yox, bu qeyri-adi gəlmir mənə. Çünki biz yüz ildir Sabirin sözünü kəsirik. Elə ona görə də onun şeirləri öz aktuallığını itirmir. Bir yandan bu şairin böyüklüyünə dəlalət eləyir. Digər yandan da cəmiyyətimizin hələ də dəyişmədiyini, eyni olduğunu deyir.

 

- Bəzən klassiklər hədəf taxtasına çıxarılır. Sabir də bu hədəf taxtasında olub. Rafiq Tağı yazı yazmışdı, aləm dəymişdi bir-birinə. Sabirin satirasının heç nəyi düzəltmədiyini və o satirik şeirlərin sadəcə milləti gözdən salmasını düşünən adamlar var. Buna münasibətiniz necədir?

 

- Bir vaxtlar düşünürdüm ki, artıq satira öz missiyasını başa vurmaq üzrədir, yeni formalar tapılmalıdır. Bəlkə də bu insan xarakteri ilə bağlıdır. İnsan tənqidi qəbul etmir. Başqa inkişaf etmiş ölkələrdə də bu belədir, tənqid qəbul olunmur. Amma satiranın milləti gözdən salması fikri ilə razı deyiləm. Niyə gözdən salsın ki? Sadəcə onun düzgün yozumu lazımdır. “Fəhlə özünü sən də bir insanmı sanırsan?” Bir tanınmış qəzəlxan var idi, deyirdi ki, mən Sabirin bu fikri ilə razı deyiləm. Əslində, hamıdan yaxşı dolanan elə fəhlədir. Onun öz arqumentləri vardı ki, fəhlə yaxşı qazanır və s. Amma indi baxanda görürük ki, fəhlə həm ən az qazanan təbəqədir. Sabir də dövrün sözü ilə deyirdi o sözləri. Milləti gözdən salmırdı. Əslində, Sabir işıq salırdı. Cəmiyyət qaranlıq içindəydi. Heç kim heç nə görmürdü və hər şey yaxşıydı. Elə ki, projektor düşdü o qaranlığa, əyriliklər göründü. Cəmiyyətin problemini deyib Sabir. Cəmiyyətin problemi olmasın, Sabir də elə deməsin. Sabir hansı problemi özündən uydurub? Heç birini uydura bilməzdi. Ürək ağrısıyla dilə gətirirdi ki, bu problemlər olmasın. Satira da onun üçün bir vasitəydi. Sözünü çatdırmaq üçün vasitə...

 

- Siz indi satira yazırsınız. Bu gün satiraya münasibət necədir? Oxuyan varmı, tələbat varmı? Məsələn, indi meyxanaya maraq çoxdur. Videolarda ən çox baxılan da meyxanalar olur. Amma mənə maraqlıdır, həmin adamlar kitab mənasında satiraya tərəf yol gəlirlərmi?

 

- Bu poeziyamızın ən böyük problemlərindən biridir. Poeziyanın meyxana dövrünə keçməsi. Meyxana kütləviləşdi və oxucu tənbəlləşdi. Meyxana deyənlər istedadlı adamlardı, bədahətən nəsə demək hər adamın işi deyil. Amma bədahətən deyilən söz ciddi ədəbiyyat nümunəsi sayılmır. Bu əyləncə vasitəsi kimi qəbul olunub. Bir az da vizuallığı var, musiqisi var. Və buna görə də maraqla qarşılanır. Özü də əsas maraq bilirsiniz nədir? Meyxanada sözə fikir vermirlər. Əsas kontr fikirlər, bir-birini aşağılayan sözlərə həvəs var. Bu, yaxşı bir şey deyil. Bu cəmiyyətin aşağı səviyyədə olduğunu göstərir. Üç min il əvvəlki qladiatorlar necə döyüşəndə həvəslə baxırdılar, indi də elədir. Bu gün o qladiatorlar söz üstündə döyüşürlər. Camaat da söz adına bir-birilərini söyənlərə baxıb zövq alırlar. Belə çıxır ki, biz üç min il geridəyik. Satiraya gələndə... Yaxşı satiraya həmişə münasibət yaxşı olub. Satira vacibdir. Bu gün cəmiyyətdə gedən proseslərlə bağlıdır deyəsən, daha çox siyasi şeirlərə maraq var. Belə şeirlər də satiranı öz mahiyyətindən çıxarır. İndi əsas diqqət ondadır ki, siyasi şeir olsun və kiminsə, hansısa məmurun adı çəkilsin. Ancaq bunun poeziyaya aidiyyatı yoxdur. Sənət kimi təəssüf ki, satiraya münasibət ürəkaçan deyil. Bunun ən böyük səbəbi mütaliəsizlikdəndir. Kütləvi mütaliəsizliyin problemi. Həmid Herisçinin fikridir: “Müasir Azərbaycan ədəbiyyatı meyxanaya 5-0 uduzdu”.

Oxşar xəbərlər
14:25, Bu gün
Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:49, Bu gün
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirildi - YENİLƏNİB + FOTO
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
13:02, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:05, Bu gün
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul etdi - FOTO
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək