Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən - REPORTAJ
Oxunub: 3161
21 Oct 2017 | 10:26
Xarabaya çevrilən, paltarları göz yaşları ilə toza bulaşanların şəhərindən - REPORTAJ

Bu yaxınlarda “İslam dövləti” terror təşkilatının (İŞİD) özünə “paytaxt” elan etdiyi Suriyanın Rakka şəhəri ekstremistlərdən azad olundu, ancaq bu bədbəxt taleli şəhərinin perspektivinin necə olacağı sual altındadır.


Terrorçular döyüşlərdə məğlub olacaqlarını anlayıb Suriya Demokratik Qüvvələrinə təslim olublar, ancaq yuxarıda qeyd etdiyimiz səbəbdən dolayı bu da hələ son deyil.

 

Rakka şəhərində İŞİD-in qoyduğu qorxu dolu nişanələr hələ də bu şəhərin sakinlərinin üz cizgilərində “bərq vurur”, Adəm övladının başı üzərində hələ də qara buludlar dolaşmaqdadır.  

 

Suriyanın xarabaya çevrilmiş Rakka şəhərinin  dilə  gəlib yalvarıcı tərzdə danışmaq istəyən daşı-divarı da insana neçə min sözlərlə ifadə oluna biləcək informasiya verir. Lal daşlarda gizlənən  bu informasiyalarda müasir siyasi tarixə gizli və aşkar kinayələr, sərt ittihamlar ünvanlanıb, praktiki olaraq heç bir gücə malik olmayan amansız, bir o qədər də məzlum baxışlar Suriyada müharibəni törədənlərə zillənib.

Rakka azad olunub, lakin şəhər sakinləri yeni təhlükədən də sığortalanmayıblar, çünki Suriyadakı yorucu və əzabverici müharibə bitməyib.

 

Bütün bunlar siyasi proqnoz və siyasi uzaqgörənlik mövzusunun müzakirə predmetidir, yəni, Suriyanın taleyi necə olacaq və poliqona çevrilən bu ölkədə hansı qüvvələr qalib gələcək?

Suriyada müharibə və siyasət strateqlərinin  yeni-yeni barıt çəlləkləri yaratmasından ən çox həyatları puç olmuş və  mənəvi dünyaları korlanan adamlar daha çox əziyyət çəkirlər ”“ bu yazıq insanların taleləri qumara qoyulub.

Rakka İŞİD terrorçularından təmizlənib, ancaq geridə qalan mənzərə də necə də kədərlidir.

Yuxarıdakı fikirlərimizi gücləndirmək məqsədi ilə dərin siyasi proqnoz səsləndirsək, bu, mövzudan yayınmaq olar. Çünki biz nə qədər acı da olsa, insan talelərini qələmə alırıq, bizi daha çox sadə insanların ”“ qocaların, körpələrin, yetim qalan uşaqların, aclıq altında zarıyan kəslərin - ah-naləsi maraqlandırır. Bu baxımdan yazıda sırf insani prizmadan məsələlərə yanaşmaq tərzini irəli çəkirik. 

 

Amerikanın nüfuzlu “New York Times” qəzetinin müxbirinin (İvor Prikket) Rakkadan hazırladığı reportaj da sırf bu qəbildəndir. Bu reportajda nə siyasi proqnoz, nə də mətnaltı amansız iqtisadi-siyasi maraq əks olunub, sadəcə fotoların və əziyyət çəkən insanların dili ilə Rakkadakı acınacaqlı, dramatik mənzərə canlandırılıb.

 


Modern.az saytı
 beynəlxalq ictimai-siyasi gündəmin əsas mövzularından birinin Rakka olduğunu nəzərə alıb, ABŞ-ın məşhur nəşrinin hazırladığı reportajı Azərbaycan dilinə tərcümə edib.

 

Həmin reportajı ixtisarla təqdim edirik.

“Rakkanın qərbində hündürlüklərdə yerləşən snayper mövqeləri ”“ bunlar Amerikanın dəstəklədiyi milis qüvvələrinin əraziyə nəzarətini, müşahidələrini həyata keçirir.

“Bizim isti supumuz, çörəyimiz var, çıxın və təslim olun”- döyüşçülərdən biri səsucaldan vasitəsi ilə müraciət edir. Daha sonra o, “İŞİD üzvləri və onların ailələri təhlükəsizlikləri üçün bizə təslim olublar” deyir.

Mən də Suriya Demokratik Qüvvələri adı ilə tanınan milis dəstələrinin müşayiəti ilə 10 gündür burda olan kiçik qrup jurnalistlərdən biriyəm.

Mən iki dəfə şəhərdəki cəbhə xəttinə getdim. O yerə ki, bura 4 aylıq döyüşlərdən sonra azad olunmuşdu.

Mən İŞİD-in bura gətirdiyi əzablar altında inləyən sivil vətəndaşlarla söhbət etdim. O insanlar ki, onlar 4 ildir ki, terrorçuların əlində girov qalmışdılar və nəhayət n sağ qurtulublar. 

 

Bir həftə öncə, İŞİD-in özünə “paytaxt” elan etdiyi Rakka uğrunda qızğın döyüşlər gedirdi.

Döyüşlərdə minlərlə sivil insandan qalxan kimi istifadə edib öz maraqlarını təmin edən İŞİD-in  yüzlərlə üzvü öldürüldü. 

Bir neçə gün bundan qabaq İŞİD-in müqaviməti qırıldı, şəhərin terroçulardan azad olunduğu bəyan edildi. 

Ötən həftə mən Rakkanın şərqinə də getdim, burada dağıdılmamış küçə, bina, ev tapmaq çətin idi.

 

Şəhərin 12 millik məsafəsində yerləşən ərazilər ağır artilleriyadan atəşə tutulur, aramsız vızıltı səsləri var. Bu zərbələr nəticəsində İŞİD-in hələ də nəzarətində olan kiçik ərazidən tüstülər çıxır.

Milis qüvvələrindən olan döyüşçülər isə bombalanmış binadan müşahidə postları qurmuşdular. Onların bir neçəsi pusquya düşmüşdü,  bədənləri kəsilmişdi. Biri ölmüşdü, 2 nəfər isə ağır yaralanmışdı.

Zirehli texnikaların olmaması səbəbindən yaralı əsgərlərin xilasetmə əməliyyatı başlamadı, yəni yaralıların qapalı məkanda və nisbətən təhlükəsiz bir şəkildə aparılması üçün vasitə yox idi.

 

Bombalanmış başqa bina isə bir neçə yüz yard buradan uzaqdadır və budur, döyüşçülər bunun fərqinə varırlar.

 

Onlardan ikisi divarda əmələ gələn dəliklərdən atəş açmağa başlayır. Onlar mən də daxil olmaqla digər jurnalistləri arxa cəbhəyə göndərir, çünki əks-hücum hazırlanırdı.

Növbəti gün mən hospitalda 25 yaşlı çiynindən güllələnən Məhəmməd Şeko ilə danışdım.

Onun 18 yaşı var, dostları, yoldaşları ilə bir batalyonda olub. O, 2 gün öncə artilleriya atəşi nəticəsində yaralanıb.

Əlləri sarğı içərisindədir. Raqavinin vəziyyəti yoldaşından daha ağırdır, ona görə də, qida qəbul etməsi üçün köməyə ehtiyacı var.

O, başını çarpayısının köhnə metal başlığına söykəyib. Digər yaralı yoldaşı isə ona yemək verir ”“ qaşıqdolusu düyü və toyuq əti.

 


Digər yaralı Şeko isə mənə deyir ki, İŞİD döyüşçüləri xilasetmə əməliyyatları başlayanda hücuma keçiblər və onları pusquya salıblar.

 

“Onlar bizi pusquya salmağı gözləyirdilər, əsgərlər xilasetmə əməliyyatları üçün əraziyə gələndə, İŞİD hücuma keçdi” ”“ Şeko olanlar barədə belə deyir.

Şeko düşünür ki, yaralanmaq azdır, xalqı üçün ölməyə də hazırdır.

Digər gənc, 20 yaşlı Ömər al-Abed isə 3 ay bundan qabaq ölüb, lakin mənə məlumat verirlər ki, onun cəsədi bir neçə gün bundan qabaq qaytarılıb.

Onun  qohumlarının və yoldaşlarının dediyinə görə, Ömər İŞİD-in kamikadzesini yaxalayıb və özünü sipər edərək dostlarını terrorun pəncəsindən qurtarıb, lakin özü də oradaca ölüb.

Ömər ötən həftə Hukumyadakı şəhidlər qəbiristanlığında dəfn edilib, bura Rakkanın şimal-qərbidir.

Onu basdırarkən məzarını torpaqla doldurmaq vaxtı gələndə qadın və kişi döyüşçülər öz silahlarını yerə qoyurlar və əllərinə bel götürürlər.

Və onların uniformaları toz və göz yaşlarına qarışıb.

 

Dəfn mərasimi bitdikdən sonra bir qədər kənarda çaşqınlıq yarandı, hamı mavi baş örtüklü xanımın başına yığıldı. Bəlli oldu ki, o, Ömərin bacısıdır.


Ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatının məlumatına görə, Rakkadakı döyüşlər zamanı 3 mindən çox insan ölüb. Onların 1130-u sivillərdir. Bir çoxları isə itkin düşüb.

Mən ötən həftə “Sərhədsiz Həkimlər” təşkilatı tərəfindən dəstəklənən xəstəxanaya getdim. Bura Rakkanın şimalındadır və Türkiyə ilə sərhəddir.


Mən 52 yaşlı Abdul Hemedi ilə söhbətləşirəm, o, başından ağır yaralanandan sonra bu ilin oktyabrın 6-da Rakkadan çıxıb. 

Deyir ki, başından yaralanandan sonra özünü qonşusunun evində başı sarıqlı vəziyyətdə tapıb. Bir gün sonra isə Abdul Hemedinin evi dağıdılıb. Onun oğlu Məhəmməd isə hələ də itkindir.

Onun başında yanıq və qanaxma var, ona hazırda həyat yoldaşı və kiçik oğlu baxır. Oğlunun adı Bassamdır, o, bir neçə aylıq ayrılıqdan  sonra yenidən ailəsinə qovuşmasının sevincini yaşayır.

Məhəmmədin həyat yoldaşı Kavter al-Obaid isə deyir ki, ərinin sağ olduğuna inanırdı və bu ümidi doğruldu.

“Həmişə ümidli idim ki, Məhəmməd sağdır. Hissiyyatım mənə belə deyirdi. Həmişə düşünürdüm ki, o, hər an qapını açacaq və içəri daxil olacaq”- xanım Obaid belə bildirir.

 

Bazar ertəsi səhər mən Suriya Demokratik Qüvvələrinin qoruduğu, Rakkanın qərbində yerləşən xəstəxanaya getdim.

Məsul komandir bildirir ki, şəhərdə cəmi 50-70 arası döyüşçü qalıb.

Rakkanın qaytarılması üçün 4 aydır ki, atılan addımlar kabusu arxada qoydu, amma bu, minlərlə sivilin ölümü ilə nəticələndi. Rakkanın böyük bir hissəsində qədim zamanlardan bəri yaşayış məskəni olub.

İŞİD zamanında Rakka şəhərinin genişmiqyaslı fiziki məhvinə start verilib. Məni müşayiət edən döyüşçülər isə dağıdılmış binalardan sığınacaq kimi istifadə edirdilər.

 

İŞİD-in nəzarətində olan vaxtlarda Rakka sakinləri terrorçuların təzyiqlərinə, zorakılıqlarına, qəddar repressiyalarına məruz qalıblar. Sürgündə yaşayan insanlara kömək edənlər isə öz həyatlarını riskə atıblar.

 

“Biz Ramazan ayından bəri çörək yemirdik, çünki çörək bişirmək üçün un ala bilmirdik” bunu ailəsi ilə şəhəri tərk edən 37 yaşlı Yunus Ömər məsciddə mənə bildirir.

O danışdıqca,  solğun bənizli və yetərincə qidalanmayan övladları sadə şəkildə bişirilmiş toyuq əti və çörəyi acgözlüklə yeyirdilər..”.(modern.az)

Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...