“Atam bir dəfə də icazə vermədi ki, dövlətin ona ayırdığı maşından istifadə edək”
Oxunub: 17826
19 Jan 2017 | 12:03
“Atam bir dəfə də icazə vermədi ki, dövlətin ona ayırdığı maşından istifadə edək”
Moderator.az millət vəkili Qənirə Paşayeva ilə müsahibəni təqdim edir:

- Qənirə xanım,  bugünlərdə  siz parlament jurnalistlərinin bir ödülünə layiq görülmüsünüz. Bizim üçün maraqlıdır ki, jurnalist kökənli bir deputat olaraq sizin üçün o ödülün anlamı nə idi? 

- O ödülün anlamı böyükdür. Çünki parlament jurnalistlərinin içərisindəki mənzərə də genişdir. Orada iqtidar meylli jurnalistlər də var, müstəqil və orta mövqedə olanlar da var, müxalif mövqedə olanlar da. O baxımdan, fərqli düşüncəyə malik olan insanların birlikdə verdiyi qərarlardan danışırıq. Onları birləşdirən sadəcə parlamentdəki fəaliyyətləridir. Ona görə də onların mükafatı daha önəmlidir, həm də mənim üçün maraqlıdır. Mən özüm də parlament jurnalisti olmuşam. Adətən  parlament jurnalistləri deputatlara çox tənqidi yanaşırlar. Bəlkə də hər gün o fəaliyyəti yaxından gördükləri, daha çox məlumatlı olduqları üçün tərifləməyə meylli olmurlar. Mən özüm də elə idim. Bu baxımdan, onlardan hansısa pozitiv söz eşitmək, daha da ötəsi, mükafat almaq  yaxşı stimuldur. 

- Bəzən jurnalistlər, bir sıra hallarda, oxucular deyirlər ki, Qənirə xanım xəbərdən sürətlidir. Onun fəaliyyətinin hansısa fraqmentinə dair yeni xəbəri yaymadan, oxumadan bir də görürük ki, Qənirə Paşayeva artıq başqa bir yerdə, başqa bir məkandadır, görüşür, çıxış edir...

- Bəzən hətta başqa ölkədə...

- ... Qənirə xanım buna necə nail olur? Bütün bu çeviklik jurnalistikadan gəldiyiniz üçündürmü, yoxsa kökləri başqa səbəblərə dayanır...

- Kökləri mənim uşaqlığıma dayanır. Mən bunun üçün hər ikisi müəllim olan valideynlərimə borcluyam. Çünki çox kiçik yaşlarından biz zamanı dəyərli hesab etmək, zamandan daha çox istifadə etmək, onu doğru bölmək vərdişini almışıq. Onlar bizə boş zaman buraxmazdılar. Bilirdik ki, məktəbə gedib gəldikdən sonra həftənin bir neçə günü musiqi məktəbinə getməliyik, şahmat dərsinə getməliyik. Azərbaycan dili bölməsində oxuduğumuz üçün əlavə rus dili dərsinə gedirdik, dram dərsinə, xor dərsinə gedirdik... O qədər əlavə məşğuliyyətimiz var idi ki, boş zamanımız olmurdu. Bəzən mənə deyirlər ki, siz ailədə, qohumlarda olan orta məktəb şagirdlərinə qarşı çox qəddarsınız. Uşaqlara yanaşma anlayışında çox tələbkaram, hər zaman deyirəm ki, bunu etmək olmaz, onu etmək olmaz. Deyirəm ki, bəlkə biz belə yetişdirildiyimiz üçün hesab edirik ki, belə də olmalıdır. 

- Sizin uşaqlığınız sovet dövrünə düşüb, eləmi? O dövrdə, həm də bir kənddə bu cür yetişdirilmə necə ola bilər?

- Bu daha çox mənim valideynlərimin hər ikisinin müəllim olması səbəbindən idi.

- Deməli, sizi bugünkü Qənirə Paşayeva edən həmin o ailə sisteminə bağlılıq olub. 

- Allahın mənə verdiyi ən böyük şansım o olub ki, mən zəngin ailədə böyüməsəm də, iki yaxşı müəllimin övladı olaraq dünyaya gəlmişəm. Onların həyata baxışları, həyat fəlsəfələri mənim həyatımda, bu günə qədər gəldiyim yolda başlanğıc olub və bu çox önəmlidir. 

- Qənirə xanım, əminiz də çox tanınmış bir şəxs olub. O kənddən Paşayev soyadlı başqa bir məşhur da çıxıb, Qəzənfər Paşayev... 

- Bizim kəndimizdən çox məşhur insanlar çıxıb. Tovuzun kəndlərinin əksəriyyəti belədir. Hansına toxunsanız, bir neçə elmlər doktoru, professor, elmlər namizədi var. 

- Əminizin də sizin yetişmənizdə, hədəf seçmənizdə rolu varmı?

- Əmimin əsas rolu mənim öyrənməyimdə  olub. Qəzənfər müəllimin rolu ondan ibarət idi ki, biz çox kiçik yaşlarımızda ziyalı mühitini tez-tez görürdük. Qəzənfər müəllimin belə bir xüsusiyyəti var idi ki, yay aylarında  Azərbaycanın ən böyük ziyalıları ilə gəlib rayonda bizim evdə toplanardılar. Biz yuxumuz gələnə qədər onların söhbətlərinə qulaq asardıq. Səhər anamdan soruşardıq, o da deyərdi ki, gecə saat 5-də yatmağa getdilər. Azərbaycanın çox böyük ziyalılarını kiçik yaşlarımda görmüşdüm, onlarla ünsiyyətdə olmuşam, dinləmişəm. Bunlar Qəzənfər müəllimin sayəsində idi. Onun həyata baxışı, dünyagörüşü, Azərbaycandan  kənardakı milli düşüncə anlayışı ki, harada kimimiz var və sair söhbətləri bizi tərbiyə edirdi. Mənə bəzən deyirlər ki, sizin içinizdəki o Kərkük sevdası haradandır? Bu, yəqin ki, şüuraltına hopub. 

- Onun “6 il Dəclə və Fərat sahillərində” kitabını mən gəncliyimdə oxumuşam və mənim düşüncələrimə də çox böyük təsir etmişdi. 

- Bir çox şeylər uşaqlığımla çox bağlıdır. Bəzən soruşurlar ki, siz niyə Təbrizə bu qədər bağlısınız. Təbriz mənim üçün Tovuzdan, Bakıdan heç bir fərqi olmayan bir yerdir. Yəqin ona görə ki, ömür boyu evimizə  gələndə, əsas qapını açanda məni Şəhriyarın şəkli qarşılayardı. Babamızın şəkli deyil, Şəhriyarın şəkli... Hər zaman uşaqlıqda görmüşük ki, atamız “Heydər Babaya salam”ı deyib ağlayıb. Biz o poemanı əzbər bilirdik. O poemanın bəzi bəndlərinin verdiyi mesaj yükü də var idi. Sadəcə, bir təsvir deyildi. Sizin dediyiniz zaman anlayışı da buna bağlıdır. Siz də, biz də kənddə böyümüşük. Biz səhər tezdən dərsə getməklə bərabər evin yükünün də bir hissəsini çəkmişik. 

O da zamanın bir hissəsi idi. Bizim evimiz kənddə məktəbə ən uzaq evlərdən biri idi. Mənim atam çox idealist bir müəllim idi, məktəb direktoru idi. Yaxşı fəaliyyətinə görə ona maşın və sürücü vermişdilər. Amma atam həyatda bir dəfə də icazə vermədi ki, nə anam, nə də biz  o maşından istifadə edək. Deyirdi ki, dövlət onu mənim işimə və xidmətlərimə görə verib. Xalqın uşaqları məktəbə necə gedirsə, siz də o cür getməlisiniz. Sizin onlardan hər hansı artıq imtiyazınız yoxdur. Səhər uşaqlar məktəb yoluna 20 dəqiqə tez çıxanda biz 40 dəqiqə tez çıxırdıq. Çünki evimiz məktəbə çox uzaq idi.

Valideynlərimiz ata yurdundan bir qədər uzaqda yeni ev tikmişdilər. Biz ev işlərini də görürdük. Çünki nənəmiz, babamız yanımızda olmayıb. Bizim “məhlə” dediyimiz böyük təsərrüfatımızı 5-i sinifdə oxuyan qardaşımla 4-cü sinifdə oxuyan mən bir yerdə yarı bölərək, etmişik. Çünki atamızın da, anamızın da zamanı yox idi. İndi mən gedirəm kəndə, hansısa bağ görəndə deyirəm ki, bu necə budamadır, ağacı belə budamazlar... 

Bunu doğru kəsməyibsiniz, ağacı məhv edibsiniz. Bizim böyük üzüm bağımız var idi, onu özümüz budayırdıq. Çalışırdıq ki, zədələnməsin.  Onun bütün dərmanlarını özümüz vururduq. İndi mən özüm Masazırda yaşayıram. Yayda deyirəm ki, ağaclara şirə düşüb, ona filan dərmanı vurmaq lazımdır. O zaman deyirlər ki, bunu kimdən eşitmisiniz. Deyirəm ki, uşaq vaxtı biz bunu ağaclara özümüz vururduq- göy daş, kükürd, necə, nə vaxt vurulmalıdır, çox kiçik yaşlardan hamısını bilirdik. Bu işlər də zaman tələb edirdi, biz zamanımızı ciddi şəkildə bölürdük. Çünki məktəbdə də əlaçı idik. Mənim atamın belə bir düşüncəsi var idi ki,  müəllimin uşağı məktəbdə ən yaxşı oxumasa, onun dərs deməyə haqqı yoxdur. Məktəb direktorunun uşağı isə məktəbin ən yaxşı şagirdi olmasa, onun direktor olmağa haqqı yoxdur. Hesab edirdi ki, müəllim birinci öz uşağını oxuda bilmirsə, xalqın uşağını necə oxudacaq. Ona görə də belə bir məsuliyyətimiz var idi. Mənim şəklim hər zaman şərəf lövhəsində olardı. Bu şərəf lövhələri çox önəmli idi. İndi mən həmin lövhələrin qayıtmasını istəyirəm.

- Gözləriniz parlayır uşaqlıqdan danışanda... Belə başa düşdüm ki, xoşbəxt bir uşaqlığınız olub. 

- Bəli, xoşbəxt bir uşaqlığım  olub. Hətta mən bəzi şeylərin məğzini tapa bilmirdim. Xor dərsinə gedirdim, ancaq səsim yox idi. Səsim olmadığına görə müəllim məni heç vaxt soloda oxutmurdu, hər zaman xorda oxuyurdum. Uşaq düşüncəsi ilə bu məni narahat edirdi ki, mən niyə heç soloda oxumuram. Soloda oxuyacaq səs də yox... Bir gün atama dedim ki, mən bu dərsə getməyim. Çünki müəllim məni heç soloda oxutmur, həmişə arxada xorda oxuyuram. Atam dedi ki, qızım, dərsə get, ən azı gələcəkdə musiqinin nə demək olduğunu öyrənəcəksiniz və mənə rəhmət oxuyacaqsınız. İndi düşünürəm ki, yaxşı ki o vaxtlar zamanı bölməyi öyrənmişik. Vaxtımızı bölürdük ki, saat neçədə dərsdən gələcəyik, sonra musiqi məktəbinə gedəcəyik, sonra şahmat dərnəyinə getməliyik, çünki olimpiadaya gedəcəyik. İndi də mən hər gün gecədən oturub səhər nə işlər görəcəyimi yazıram. Bütün günüm dolu olur. Günün sonunda da üstündən xətt çəkirəm ki, nəyi etdim, nəyi edə bilmədim. Zamanı maksimal şəkildə istifadə etmə vərdişi məndə uşaqlıqdan yaranıb. 

- Uşaqlıqda yazı-pozu da vardımı? Şeir, hekayə və sair... Bu bizim üçün maraqlıdır. Ona görə ki, günün birində Azərbaycan oxucuları ayıldı ki, Qənirə Paşayeva çox yaxşı şeirlər yazır. Bu haradan gəlir? 

- Yaxşı şeirlər deməzdim, arabir bir şeylər yazıram...

- Yox, razılaşmıram. Yaxşı olmasa ortaya çıxartmazdınız. Ən azından o dəyəri müəyyən etmək imkanınız var. Sizin şeir yazmanız Allah tərəfindən bütün tovuzlulara verilən vergidəndir, yoxsa...? 

- Mənim atam ədəbiyyat müəllimi idi, həm də çox yaradıcı insan idi. Atam dram dərnəyi düzəltmişdi, Yuğ Teatrındakı Afət xanım və digərləri atamın məktəbindən keçmişdilər. Afət xanım atamın ən sevimli tələbələrindən idi. O dram dərnəyindən əsərlər tamaşaya qoyardı.  O zaman məktəbin belə bir qaydası da var idi ki, ən yaxşı oxuyanlar sinif nümayəndəsi olurdu, komsomol katibi olurdu. Məktəbdə şərəf lövhəsindəki birinci şəkil həmişə mənim şəklim olurdu. Buna rəğmən məktəbdə heç bir vəzifəni tutmadım, çünki sevmirdim. Yeganə vəzifəni tutdum, o da divar qəzetinin baş redaktoru. Onu da ürəklə yazırdım. Altında da böyük hərflərlə qeyd edirdim ki, baş redaktor Qənirə Paşayeva. Maraqlı idi ki, bizə o dövrün imkanları ilə xeyli geniş yer verirdilər. Cənubi Azərbaycanla bağlı hansısa yazılar yaza bilirdik. Mən Qəzənfər müəllimin İraq türkmənləri ilə bağlı yazılarından istifadə edərək yazılar yazmışdım.

“Ömür boyu evimizə  gəlib qapını açanda bizi Şəhriyarın şəkli qarşılayardı”


- Qəzetin adı nə idi? 

- Biz o zaman qəzetə adlar seçmirdik. Çünki məktəbin bir divar qəzeti var idi. Biz məktəbi bitirdikdən sonra da uzun illər o divar qəzetlərinin bəzi nümunələrini məktəbdən sökməmişdilər. 

- O zaman indiki kimi mobil telefonlar olsaydı, həmin divar qəzetlərinin nə qədər şəkilləri qalardı...

- Həmin divar qəzetlərinin şəkilləri var. Mən aparıcılıq da edirdim, məktəbin tədbirlərinin aparıcılığını edirdim. Hamı mənim jurnalist olacağımı düşünürdü. 

- Ancaq siz həkimlik oxumağı seçdiniz... Bu da maraqlıdır. 

- Həkimlik oxudu, ancaq jurnalist oldu. 

- Bəli. Mən məktəbi çox tez bitirmişdim. İnstituta qəbul olanda 16 yaşım vardı, 17 yaşıma təzə keçmişdim. Tibb Universitetini seçməklə bir növ anamın arzularını öz arzularımdan öncəyə çəkə bildim. Mənim nənəm həmişə anamın həkim olmağını istəmişdi, lakin anam olmamışdı. Sonra anam mənim həkim olmağımı istəyirdi. Anam həm də məni şirnikləndirirdi. Deyirdi ki, həkim olmaqla yanaşı, jurnalist də ola bilərsən. 

Get həkim ol, sonra yazılar yazarsan, həkimlik sənə mane olmaz. Mən jurnalistlik imkanlarım olacaq düşüncəsi ilə Tibb Universitetinə gəldim. Ancaq valideynlərimə Tibb Universitetinə sənəd verəcəyimə söz versəm də, gəlib işimi jurnalistika fakültəsinə verəcəkdim. Çünki müəllimlərimizlə belə danışmışdıq. Mən tarix və ədəbiyyat müəllimlərimin sevimlisi idim, onlar heç zaman qəbul etmirdilər ki, mən Tibb Universitetinə gedə bilərəm. Hətta tarix müəllimim bununla bağlı anama çox ciddi iradlar bildirmişdi, ədəbiyyat müəllimim isə deyirdi ki, tibblə yanaşı sənədlərini jurnalistika fakültəsinə də verərsən. O zaman iki yerə imtahan verməyə, özünü yoxlama icazə vermişdilər. 

Lakin mən 10-cu sinfə çatanda atam çox ağır xəstələndi. Hər kəs də atama deyirdi ki, qızını Tibb Universitetinə getməyə qoyma, pulsuz oranı qazanmaq mümkünsüzdür. Qızın yaxşı oxuyur, gedib kəsilər, konkursa düşər, travma alar. Atam məni çağırıb dedi ki, əgər qəbul ola bilməyəcəksənsə, mənim dilimi qısa edəcəksənsə, bəlkə bu yoldan qayıdasan. Mən dedim ki, ata, mənim universitetə girməyimi istəyirsən? Dedi, əlbəttə istəyirəm. Dedim, mən sənə söz verirəm ki, birinci il mən Tibb Universitetinə daxil olacağam. Ondan sonra qarşıma məqsəd qoydum ki, mütləq Tibb Universitetini qazanacağam. Düşünürdüm ki, bəlkə də bu atamla mənim son söhbətimdi, bu onun son arzusudur. (Sonra çox şükür ki, atam sağaldı.) Birinci il mən gəlib Tibb Universitetinə qəbul oldum. Lakin orada da uşaqlara deyirdim ki, mən onsuz da jurnalistikaya gedəcəyəm. 4-cü kursda artıq jurnalistikaya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Beləcə, Tibb Universitetini bitirdim, diplomu aparıb anama verdim. Çünki onunla şərtimiz bu idi ki, universiteti atmaq yoxdur. Ancaq indi düşünürəm ki, yaxşı ki, o zaman Tibb Universitetini atmadım. Çünki orada öyrəndiyim biliklər mənə çox kömək edir. Həm ailədə həkimə ehtiyac olarsa, hər bir işi özüm görə bilirəm, həm iynə vururam, həm sistem qoşuram. Nəyin doğru, nəyin yanlış olduğunu bilirəm.

- O biliklər yadda qalırmı? Çünki heç vaxt bu sahədə çalışmamısınız. 

 
- O vərdişlər qalır, çünki mən praktik olaraq işləyirdim. Ağır dövr idi, yaşamaq üçün pul lazım idi. Biz işləyirdik. Sonra jurnalistikaya gəldim, tibb sahəsindəki biliklərim mənə burada da kömək etdi.  İndi də parlamentdə tibbi biliklərim mənə çox kömək edir.

- Maraqlıdır, o biliklər parlamentdə nəyə kömək edir? 

- Qanunvericilikdə  səhiyyə və tibblə bağlı bütün məsələlərin qaldırılması, problemin kökünün  tapılması, o problemin həllinə yanaşmanın necə olması və sair daha yaxşı bilirəm. Əvvəl düşünürdüm ki, tibb sahəsində təhsil almağım bəlkə də zaman itkisi idi. Ancaq sonra elə düşünmədim. Çünki bu bir tale və qədər idi. Əgər yazılmışdısa, deməli, onun da bir anlamı var idi. 

- Sonra da indi oturduğunuz parlamentə müxbir kimi gəldiniz... Jurnalistikadan böyük siyasətə keçid necə bir prosesdir?  

(ardı var, “Yeni Müsavat”)

Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?