“Quran haqqı bacım ərə getməyəcək!” deyən qardaş ”“ Romandan parça
Ədəbiyyat
Oxunub: 2630
05 Jan 2017 | 14:56
“Quran haqqı bacım ərə getməyəcək!” deyən qardaş  ”“ Romandan parça

Moderator.az  Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanından növbəti parçanı təqdim edir.


Qardaşım məni nə qədər incitsə də, daha ağlaya bilmirdim, gözümün yaşı qurumuşdu. İçimin ən dərin qatına dalmışdım. Ev işlərinə əvvəlki həvəslə əl bulaya bilmirdim, hər işi alayarımçıq, pinti-palaq görüb təkliyimə çəkilirdim. Onu düşündükcə ürəyim şiddətlə çırpınırdı, bədənimin qaynar qanı başıma yığılır, ordan da fontan vurub ağzıma-burnuma dolurdu. Dilim-damağım qan dadırdı, tamsındıqca bu dad məni öyüdürdü, günlərlə ağzıma loxma apara bilmirdim. Özümdən iyrənirdim.

 

O məktubda Əli məndən təkidlə istəyirdi ki, dərslərimi yaxşı oxuyum, orta məktəbi bitirən kimi ali məktəbə qəbul olunum. Onun bu inadı məni həm qorxudur, həm də sevindirirdi; qorxum bu sevdanın faş olmağından idi, bilirdim ondan sonra məni nə gözləyir.

 

Sentyabr başlayar-başlamaz Əli mənə böyük bir məktub verib Bakıya getdi. Məktubda məni çox sevdiyini, bu yolda hər çətinliyə dözəcəyini, məni daim gözləyəcəyini yazırdı. Sonda yalvarırdı ki, mən də ona sədaqətli olum, onu gözləyim.

 

Elə bil çəkisizlikdə yaşayırdım. Məktəb vaxtı gəlsə də, pambıq yığımıyla bağlı dərsə getmirdik. Bütün günü evdə oturub məktub gözləyirdim.

 

***

 

Oktyabrın axırları nənəm xəstələnib yatağa düşdü”¦

 

O günə qədər arvad hərəkətindən qalmamışdı, yemək bişirməkdən savayı hər iş görürdü. İlləri yormuş cəhrəsi nənəm ölənəcən cırıldadı, yun darağı heç paslanmadı, öləndə hanası qurulu qaldı. O hananın boğazında yarımçıq palazı da qalmışdı nənəmin, o palaza yazıq-yazıq baxan həvəsi, kərkisi, bıçağı ürəyimi doğrayırdı. Axır vaxtlar qəlyanını da ürəklə sümürə bilmirdi, mən də tez-tez bundan sui-istifadə eləyirdim, arvadı üzdən-gözdən salıb inandırırdım ki, qəlyan çəksə, yaxşı olacaq. Qəlyanı odlayırdım, nənəm bir-iki qullab vurandan sonra atırdı mənim üstümə. Mən də qəlyandan ləzzətlə bir neçə qullab alıb başımı atırdım nənəmin dizlərinə. Nənəm əprimiş əlləriylə saçlarıma yüngülcə sığal çəkən kimi məni şirin yuxu aparırdı.

 

”¦Bütün mahal evimizə axışdı. Bir müddət Əlini unutdum. Əmilərim kimi mən də bir an nənəmin yatağından aralanmadım. Nənəmin öləcəyinə inanmırdım, fikirləşirdim yenə bir neçə gün yatıb durar.

 

Azarladığının 12-ci günü şər vaxtı nənəm bu dünyadan köçdü. Məni onun meyidindən zor-güc qopardılar. Nənəmin ölümündən mənə də pay düşdü, elə bildim həyat çeşməm qurudu, elə bildim daha heç vaxt üzüm gülməyəcək. O, həm evimizdə, həm də bu soyuq, qaranlıq dünyada mənim yeganə qoruyucu mələyim idi, ondan sonra özümü yetim, yiyəsiz, ortalıqda qalmış kimi hiss eləyirdim.

 

Nənəm həmişə arzulayırdı ki, onu son mənzilə atam aparsın, gözlərinə torpağı o töksün, üstünü o torpaqlasın. Ancaq arvadın arzusu gözündə qaldı: onda atam mal-qaramızı arana gətirmək üçün yaylağa çıxmışdı. Nənəmin əldən düşmüş ürəyi öz yükünü bircə gün də çəkə bilsəydi, atam onun sağ nəfəsinə çatacaqdı. Gələndən sonra onun nənəmin yuyat yerində yandırılmış çırağın yanında uşaq kimi necə hönkürdüyünü heç unutmadım.

 

O günlərdə nəyə görəsə əmimgilə getmişdim. Getdim gördüm əmim qızı Zümrüd gəlinlərlə birgə heyva mürəbbəsi bişirir. Elə bildim məni ilan çaldı:

 

”“ Utanmırsan, ”“ dedim, ”“ nənəm yenicə ölüb, sən də burda mürəbbə bişirirsən, televizora baxırsan!

 

Zümrüd düz gözlərimin içinə baxıb qanlı-qanlı dedi:

 

”“ Lap yaxşı eləyirəm. Ölən sənin nənəndi, yasını da özün saxla. Heç qoymurdun xınasına barmağımı salam.

 

İmkanım olsaydı, o an bu bayquşun dilini boğazından çəkib çıxarardım. Bu qız doğular-doğulmaz məni günüləmişdi, təkcə nənəmin yox, atasının mənə olan sevgisini də gözü götürmürdü. Əlinə fürsət düşən kimi mənə bir zərbə vurardı: gah evciyimi dağıdar, gah da bir istəkli kuklamı öz itlərinin qabağına atardı.

 

Ayda iki dəfə nənəmin başına xına yaxardım. O vaxtlar xına elə bil təbərrük idi, çox qarılar tapmazdı onu, çox qadınların xınadan ötrü ağzının suyu axardı. Nənəmin xınayaxdısı məndən ötrü ayrıca bir törən, bir təntənə olardı. Xınanı mis kasada isladardım (nənəmin xına kasası indi də məndədi), sonra nənəmin seyrəlmiş saçlarını açıb darayardım. Məndən kiçik iki bacım, bir də əmimin sonar doğulmuş bir cüt qızı (biri həmin bu ifritə Zümrüd) oturub gözləyərdilər ki, bəlkə mən insafa gəlib onlara balaca barmaqlarını bu möcüzəli məlhəmə bircə anlıq salmağa icazə verərəm. Mən səbirlə, həvəslə islaq məhlulu nənəmin başına yaxdıqca xınanın ətri bütün həyətimizə yayılardı. Az sonra nənəm yalvarardı ki, daha bəsdi, qalanını da ver, qızlar əllərinə yaxsınlar. Mən də hər dəfəsində “hələ çoxdu, saxlayacam” deyib nənəmi aldadardım. Sonda öz qırmızı əllərimi onların gözlərinə soxub yerdəki çaydanın suyunu xınalı kasaya boşaldardım. Vay-şivən başlanardı, balaca ləçərlər ağız-ağıza verib ulaşardılar. Mənim bu hərəkətimdən nənəm də inciyərdi, tez xınalı başını qabağa uzadardı ki, qızlar gəlib əllərini sürtsünlər onun saçlarına. Zümrüd dərhal on barmağının onunu da soxardı nənəmin saçlarının dibinə, qızarmış əllərini gözümə dürtə-dürtə qaçıb gedərdi. İndi ona görə mənə belə deyirdi.

 

Xalalarım nənəmin halvasını barmaqlarını yalaya-yalaya bayram aşı kimi yeyirdilər ”“ axı nənəm bir qaynana kimi onların bacılarını çox incitmişdi. Mən bu düşmən ordusunun önündə bibimə sığınıb qalmışdım, nənəmin iyini ondan alırdım.

 

Nənəmin yeddisi günü Əlinin yasa gələn anası daha bir məktub verdi mənə. Elə bil yuxudan ayıldım, bu günlər onun varlığı tamam yadımdan çıxmışdı. Nənəmdən sonra çox çətin gəldim özümə. Artıq havalar da soyumuşdu, başımın ağrısı bir an kəsmirdi. Dərslərimi güc-bəlayla çəkib aparırdım. Ordan-burdan elçilərim gəlirdi. Mənimsə bütün beynim bir nöqtəyə zillənmişdi: nəyin bahasına olur olsun, ali məktəbə qəbul olunmalıyam! Düşünürdüm ki, ondan sonra Əlini istədiyim vaxt görə bilərəm. Yaddaşıma düz-əməlli yazılmamış sifəti də yadımdan çıxmışdı artıq.

 

Kamil qardaşım nişanlıydı, toyuna hazırlıq görülmüşdü. Ancaq nənəmin ölümünə görə toy il çıxana qaldı. Həyat qatarı heç nə olmayıbmış kimi öz relsi üstündə yırğalana-yırğalana gedirdi. İki aydan bir Əlidən məktub alırdım, hər aldıqca bir az da bağlanırdım ona. Anamdan, bacılarımdan başqa hələ heç kəs heç nə bilmirdi. Dərslərimlə yanaşı müalicələrim də davam eləyirdi.

 

***

 

Sonumun nə olacağını xəyalıma gətirməyə belə gücüm çatmırdı. Bircə bunu bilirdim ki, sevirəm, içimdə şipşirin duyğular qaynaşır. Əlinin adını ürəyimdə çəkməkdən də qorxurdum; qorxurdum ki, içimin pıçıltısı aləmi bürüyə. Hələ tam yetişməmiş qızlığımın bakirə divarları arasında, namusuma qarovul çəkən bir sürü kişinin gözlərindən iraqda bir insan gəzdirirdim. Mənim yaxın-uzaq çevrəmin, kəndimin nəzərində sevməklə pozğunluğun az fərqi vardı. Qız böyüyər, ata kimə istəsə ona da verərdi.

 

Hərdən boğulub bayılır, tez də özümə gəlirdim. Onun üzünü görmədikcə azarım daha da şiddətlənirdi. Görməyi isə ağlımın ucundan da keçirə bilməzdim ”“ keçirsəm nə fayda verərdi ki! Canımın şirəsi qurumuşdu, üzülüb əldən düşmüşdüm. Bir az cəld tərpənən kimi bədənimi soyuq tər basırdı, qədəmlərim qırılırdı. Anam müalicə olunduğumu canfəşanlıqla hamıdan gizlədirdi, deyirdi xəstə qızı heç kim almaz.

 

Canım sözümə baxmasa da, dərslərimdən bir an geri qalmırdım, səbirsizliklə dərs ilinin bitməsini gözləyirdim. Zamanın da ki, ayaqlarından dəyirman daşı asılmışdı.

 

Buraxılış imtahanlarını əla qiymətlə verdim. Böyük qardaşım Səməndər ali məktəbə qəbul üçün lazım olan sənədlərimin hamısını birbəbir toplayıb vermişdi mənə. Qalırdı qəbula getmək. Evdəkilərin davranışından sezirdim ki, bu, o qədər də asan olmayacaq, bununla belə geri durmaq fikrim də yoxuydu.

 

Elə bu vaxtlar taleyimin axarını dəyişəsi bir hadisə baş verdi.

 

Qardaşım Kamilin nişanlısı qonşu kənddə yaşayan ədəb-ərkanlı bir ailənin savadlı qızıydı. Bir gün anam məsləhət gördü ki, bağımızdakı gilasdan onlara nübarlıq aparım. Bir səbət gilasla məni gələcək gəlinimizin yanına göndərdilər. Onunla aramda 12 yaş fərq vardı. Söhbət əsnasında qəflətən qayıtdı ki, eşitmişəm filankəsin oğlu səni istəyir”¦

 

Mənim uşaqlıqdan böyük bacıya çox böyük ehtiyacım olub ”“ bu ehtiyacın yerini hələ də doldura bilməmişəm. Düşünürdüm ki, böyük bacım olsaydı, dar günümdə mənə həyan olardı, onda az büdrəyər, az yanılardım. Dedim, yəqin gəlinimiz də mənə bir bacı, bir dost kimi yanaşar; nə sirrim vardı qoydum onun müəllim, ziyalı ovcuna. Bundan mənə zərrə qədər ziyan gələ biləcəyini ağlıma belə gətirmədim.

 

İnsafən gəlinliyə namizəd məni səbirlə dinlədi. Mən də özümə bir dərd-gizlin ortağı tapdığım üçün çox yüngülləşdim, evimizə uça-uça qayıtdım. Ancaq gənc müəllim heç səhərin açılmasını da gözləməz, dediklərimin üstünə beşini də qoyub çox mühafizəkar olan qardaşıma xəbərləyər; sonda bunu da vurğulayar ki, sən onu hazırlaşdıranda o da sənin bacını hazırlayırmış”¦

 

Axşam həmişəki kimi süfrə açırdım. Kamil çox savadlı olmağına baxmayaraq son dərəcə köhnəfikirli, çox qaraqabaq, çox da zəhmliydi. Mətbəxin pəncərəsindən onun yelli gəldiyini görəndə ürəyimdə “Allah, sən saxla!” dedim. Hər hazırlığı görüb süfrənin qırağında qardaşlarımı gözləyirdim. Kamil üzümə baxmadan güllə kimi arxa otağa keçdi. Səməndərlə Hakim hərəsi bir çarpayıya uzanıb kitab oxuyurdular, Kamilin gəlməyini gözləyirdilər ki, birlikdə şam eləsinlər. Anam həmişəki kimi barxanasını yığıb evin balacalarıyla dağa getmişdi.

 

Kamilin arxa otaqda o biri qardaşlarıma nəsə dediyini qulağım çaldı. Elə o andaca özümü Hakimin əllərinin arasında tapdım. Qollarımı başıma sipər elədim ki, zərbələr ağrısı kəsməyən bəlalı başımı tutmasın. Ağız-burnumun qanı bir-birinə qarışdı, Səməndər irəli durub özünü mənə qalxan elədi. Üstümə yağan zərbələrin altında bircə bunu soruşa bildim:

 

”“ Axı mənim günahım nədi?..

 

Kamilin nişanlısına nə danışmışdımsa, Hakim hamısını bircə-bircə üzümə oxudu. Belim qırıldı, nitqim batdı, gözlərimə qaranlıq çökdü. Döşlərimin özəyi kürəklərimə doğru dartıldı, gilələri içimə çəkildi. Gənc qız döşlərindən nəfəs alar, onu bir balaca incidib ağlatdınsa, məmələri üstünə isti su tökülmüş alma kimi bürüşər, sinəsinə ağırlıq eləyən torbacığa çevrilər.

 

O gecə süfrəmiz qurulu qaldı, qardaşlarımın heç biri yeməyə yaxın durmadı. Mən eləcə ağız-burnum qanlı-qanlı, canım yaralı-yaralı o süfrənin qırağında otura qaldım. Nə qədər belə oturduğumu bilmədim, handan-hana ayağa durub yarımcan halda, üst-başım qan içində süfrəni yığdım. Gələcək gəlinimizə qarşı içimdə qəribə bir duyğu baş qaldırdı ”“nə nifrət idi, nə də, təbii ki, sevgi. Elə öz-özümə deyirdim: “Axı niyə, niyə belə elədin sən? Buna görəmi danışdırırdın məni?..”

 

Gecə yarıdan keçmişdi. Mən əlində bic qundağı tutulmuş bir qadın əhvalında ağzımın, üzümün qanını yenicə yuyub qurulamışdım ki, Hakim bir də üstümə şığıdı, saçlarımı biləyinə dolayıb məni döşəmə boyu sürüməyə başladı. Həmişə o, mənə barmaq toxunduranda çığırtım göylərə qalxardı, indi günahım vardı deyə lal olmuşdum. Mən dillənmədikcə Hakim qardaşım bir az da azğınlaşırdı. O gecə nə özü yatdı, nə məni yatmağa qoydu, ara-ara məni döydükcə döydü. Kamil heç yaxınıma da durmadı, Səməndər məni bu qansızın əlindən alıb ana kimi bağrına basdı, üz-gözümün qanını yudu.

 

”¦Dostum, elə burdaca deyim ki, yumşaq qəlbli böyük qardaşım tək o gecə yox, ta ölənə qədər mənə qardaşlıq, atalıq bir yana, analıq elədi. Tək övladım dünyaya gələndə də doğum evinin qabağından çəkilmədi, anamın yerini boş qoymadı, saçlarıma sığal cəkdi. Nənəmdən sonra mənim qoruyucu mələyim Səməndər oldu”¦

 

O gecəyə bənzər çox gecələrim olacaqdı qarşıda, amma o gecəmə çatanı olmazdı. Hakim oturdu evin yuxarı başında, mən də qapının lap ağzında. Elə hey üzümə baxa-baxa usanmadan soruşdu:

 

”“ Axı sən niyə belə elədin?..

 

Gecə uzunu bəlkə yüz dəfə soruşdu. Elə bildim o gecə qardaşım hirsindən partlayacaq, öz dərdim yadımdan çıxmışdı, onun dərdini çəkirdim. Bütün olanlardan sonra yenə də qardaşlarımın başından bircə tükün əskilməsinə razı deyildim. Səhərə qədər ağladım. Hakim həmişəki andına hələ də sadiq qalmışdı: “Bu Quran haqqı mənim bacım ərə getməyəcək!”

 

Hakimə ən çox yer eləyən buydu ki, məni tanıyandan sonra Əli onunla möhkəm dostlaşmışdı. Bu işdə sayıqlığını itirməsi indi onu yandırıb yaxırdı, özünü aldanmış, həriflənmiş sayırdı.

 

Səhəri dirigözlü açdım, xəcalətimdən, qorxumdan qardaşlarımın gözünə görünə bilmirdim. Yaxınlarda ali məktəblərə qəbul başlanacaqdı, oxumaqdan, çalışmaqdan səhhətim bir az da korlanmışdı.

 

Günortadan sonra həyətimizdəki yelləncəyə oturub kitab-dəftərimi yanıma yığmışdım. Gözlərim hərflərə baxsa da, axşamkı mənzərə beynimdən çıxmırdı. Hakim həyətdə də məni gözdən qoymurdu. Əlimdə kitab görcək ley kimi üstümə şığıdı, mən nə baş verdiyini anlayınca o, bütün kitablarımı didik-didik, cırıq-cırıq elədi. Daha dözə bilmədim, naləm göyə bülənd oldu. Hakim:

 

”“ Sən oxumağa yox, o əclafı görməyə gedirsən, ”“ deyib qapıdan çıxdı.

 

Ardı var”¦

 

Kulis.az

 

 

Oxşar xəbərlər
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
10:19, Bu gün
Almaniyada “futbol qatarı” işə salınacaq
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
10:16, Bu gün
Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - VİDEO
10:15, Bu gün
Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu
10:14, Bu gün
“WhatsApp”a yeni funksiya gəlir
10:13, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
10:11, Bu gün
ABŞ yardımı: Ukraynada vəziyyət dəyişir
10:09, Bu gün
"ABŞ Netanyahuya Rafahda hücumdan imtina etməyə çağırış edib" - "The New York Times"
10:07, Bu gün
Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin – Bakı sakinlərinə XƏBƏRDARLIQ
09:59, Bu gün
Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
09:55, Bu gün
“Neftçi” azarkeşlərə müraciət etdi
09:50, Bu gün
Ağdamda mina partlayışı olub, xəsarət alan var
09:41, Bu gün
Rusiyada zəlzələ baş verdi
09:34, Bu gün
Bu şirədən gündə 2 stəkan içmək infarkt riskini sıfıra endirir
09:27, Bu gün
Röyanın yataq şəkilləri yayıldı-FOTO
09:22, Bu gün
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
09:11, Bu gün
Zelenski Ukraynaya yeddi “Patriot” sistemi verilməsi üçün Qərbə müraciət edib
09:00, Bu gün
"Qiyamət günü gələndə sızıldayacaqlar" - Moskva Qərbə MESAJ VERDİ
08:51, Bu gün
Qəzzada ölən uşaqların sayı AÇIQLANDI
08:43, Bu gün
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
08:34, Bu gün
Bu suları içən insan sağlam ola bilməz...
08:25, Bu gün
KİV: İsrail anklavda davamlı sabitliyin bərpasını müzakirə etməyə hazırdır
08:19, Bu gün
Polis idarə rəisini və şöbə müdirini GÜLLƏLƏDİ
08:17, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilir
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
GÜNLÜK
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 19:10
Bakı metrosunda ölüm hadisəsi olub
27 Apr 2024 | 19:09
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
27 Apr 2024 | 21:06
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
27 Apr 2024 | 21:13
Hikmət Hacıyev: Mülki əhali demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
27 Apr 2024 | 19:29
Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur İŞDƏN QOVULDU
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 19:56
Əhalinin DİQQƏTİNƏ! Bu məhsulun qiyməti kəskin UCUZLAŞDI
27 Apr 2024 | 19:39
Arıqlamaq istəyənlər üçün alma sirkəsinin FAYDASI
27 Apr 2024 | 19:52
Ukrayna ABŞ tanklarını rus dronlarına “yem etmək” istəmədi və bu addımı atdı...
27 Apr 2024 | 18:42
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?