"Uşağımın tələfinə tısbağa balası səbəb oldu"
Oxunub: 4833
09 Dec 2016 | 16:16

Moderator.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti parçanı təqdim edir.


On üç yaşıma çatmışdım, ancaq hələ də nə bir dostum, nə bir sirdaşım vardı. Evimizin arxasından böyük bir su arxı keçirdi, dərslərimi, ev işlərimi bitirən kimi özümü verirdim o arxın qırağına. Oralar daim irili-xırdalı tısbağalarla dolu olardı. Onlarla oynamaqdan zövq alardım, birini tutan kimi qalanları şappıltıyla özünü suya atardı.

Bir gün Şura baba dediyimiz qoca kişi tısbağalarla oynadığımı gördü. Mənə dedi ki, tısbağaların qaçmasını istəmirsənsə, onları arxası üstə çevir. O gündən pusquda durdum, sudan çıxan tısbağaları bir-bir arxası üstə çevirdim. Gecələr nənəm nə danışırdısa, heç biri yadımda qalmırdı, fikrim-zikrim tısbağaların yanındaydı. Bu gedişlə cəmi üç günə 75 tısbağa tutmuşdum. Oturardım onların arasında, onlara konsert verərdim, onlarla dərdləşərdim. Hamısını da qız tısbağa hesab eləyərdim (heç bu gün də bilmirəm ki, tısbağanın erkəyini dişisindən necə ayırmaq olar), çünki nənəm beynimə yeritmişdi ki, mən ancaq dişilərlə oynaya bilərəm.

Demə, Hakim mənim tez-tez evin arxasına keçməyimə göz qoyurmuş. O, qəfildən üstümü kəsdirib mənim tısbağa fermamı görəndə elə bil yay səmasında ildırım çaxdı. Qardaşım necə qışqırdısa, yaxın-uzaq hamı başımıza yığıldı. Hakim dəli kimi o yan-bu yana qaçır, hamını köməyə çağırır, tısbağaları bir-bir suya atırdı. Mən nə baş verdiyini anlamırdım. Bir anda kəndin yarısı mənim tamaşama yığıldı. Özumu vurdum yerə, toza-torpağa buladım. Başa düşə bilmirdim ki, bunlar mənim bu qədər doğmalaşdığım dilsiz-ağızsız məxluqları niyə belə həvəslə suya axıdırlar.

Az keçmiş nənəm camaatı yarıb mənə sarı gəldi, “bu heyvanların ahı səni tutacaq” deyib biləyimə əl atdı, məni də götürüb gəldiyi kimi dinməzcə öz komasına üz tutdu. Sonra anladım ki, neçə gündü tısbağaları dalıqatda saxlamaqla onları ac-susuz qoyurmuşam.

Axşam Hakim qardaşım mənə məhkəmə qurdu. Boğazının damarları partlaya-partlaya and içmədiyi ocaq, övliya qoymadı, dedi, tezliklə Allah baba məni ağır cəzalandıracaq. Mən nənəmin həyətdəki taxtında oturub qorxudan tir-tir əsirdim. Qardaşlarım, əmim oğlanları dövrə vurub mənim məhkəməmi maraqla izləyirdilər. Mən bu erkək sürüsünə məğlub olmuşdum, həmin anda o bir həyət oğlanın hamısı birdən ölsəydi, sevincimdən qol götürüb oynardım. Hakim ağzı köpüklənə-köpüklənə cəzamı üzümə oxudu: mənlə yaşıd əmim oğlu ovcumu açacaq, o da yanar şamı əlində tutub, əriyən mumu mənim ovcuma damızdıracaq. Mən dəhşətdən bağırırdım, kəlləmə çıxmış gözlərimi göyə tuşlayıb Səndən imdad diləyirdim.

”¦Günü bu gün də kimsə məni incidəndə göyə baxıram, Dostum, Sənin üzünə baxıram”¦

Harayıma nə yerdən, nə göydən gələn oldu. Əmim oğlu barmaqlarımın düyününü açdı, qardaşım fatehlər kimi irəli yeriyib yanan şamı ovcuma damcılatdı, sonra da məni sürüyüb nənəmin ayaqlarının dibinə atıb qapının cəftəsini vurdu.

Bu arada deyim ki, cəza mən düşündüyüm kimi dəhşətli olmadı, şam əlimi yandırmadı. Sadəcə, o vəhşi erkək sürüsünə uduzmağım məni yandırırdı”¦

***

Səhəri sinəmdəki bir cüt balaca çibanın ağrısıyla açdım. Tərpənə bilmirdim, elə bilirdim indicə öləcəm, “ay ürəyim” deyib dad döyürdüm. Dərsə də gedə bilmədim. Nənəm naçar qalmışdı, bilmirdi mənə nə çarə eləsin. Əvvəlcə mənə cəftə suyu içirdilər. Sonra nənəm fağır qonşumuz Mahmud dayıya dərin bir quyu qazdırıb məni torpaqdan keçirdi. Faydası olmadı. Qardaşım and-amanla hamını inandırmağa çalışırdı ki, məni tısbağaların ahı tutub. Nənəmin özü kimi quruyub əprimiş bacısı bütün övliyalara and içdi ki, məni gədələr (yəni qardaşlarım) qorxudublar, bunun da dərmanı qonşu erməni kəndindəki kilsədədi. Bir sözlə, məni erməni kilsəsinə aparıb murdarlamaq lazımmış. Belə şeylərə çox da inanmayan nənəm mənim sağalmağım xətrinə razılaşdı.

Anamınsa tükü də tərpənmirdi. Mən əllərim çibanlarımda sızıldayıram, nənəm də başını itirib ”“ elə bu haldaca əmim bizi qonşu erməni kəndinə apardı. Kilsədə başıqırxıq saqqallı keşişlə bir arvad başıma yüz oyun açdılar. Mənə hisli-paslı eybəcər qablarda su içirdib nənəmə qaytardılar, arvadı arxayın saldılar ki, uşağın azar-bezarı sabaha keçib gedəcək.

Nənəmin bu kənddə Asya adlı bir dərzi bacılığı vardı, nənəmə yaxşı paltarlar tikərdi. Qalan parçadan da mənim əynimə yubkalar, sarafanlar biçərdi. Qayıdanbaş nənəm əmimə göstəriş verdi ki, sür Asyagilin qapısına, gəlmişkən paltarımı da götürüm”¦

Asya nənəmlə mehriban görüşüb hardan gəldiyini soruşanda nənəm əyilib onun qulağına nəsə dedi. Öz növbəsində Asya da nənəmə nəsə pıçıldadı. Nənəmin heyrətlə necə içini çəkdiyi bu gün də qulaqlarımdan getməyib. O, Asyadan paltarını alıb suyu süzülə-süzülə maşına qayıtdı, oturan kimi sevincək qulağıma sarı əyildi:

”“ Qorxma, heç nəyin yoxdu, məmələrin bitir.

Elə bil qulaqlarımdan içimə bomba düşdü. Mən yetişkin qız döşlərini 11-12 yaşlarımda qonşumuz Sevdada görmüşdum. Qardaşlarımdan biri onu alar deyə Sevda daim bizə can atardı. Hərdən də nənəmə yalvarıb məni aparardı öz hamamlarına. Buna hamam da demək olmazdı, balaca, qaranlıq bir tikiliydi. Böyük bir çəlləyə hardansa isti su tökülürdü. Sevda bir alüminium qazançayla o sudan götürüb həm öz başından axıdar, həm də məni nəvazişlə çimdirərdi. Bu qara saçlı, dolu bədənli göyçək qız hər dəfə başımı sabunlayanda gözlərimi bərk-bərk yummağı tapşırardı. Amma mən həmişə gözəl Sevdanı aldadardım, sabunlu isti suyun altından gözlərim yana-yana onun dolu, yetişkin, yupyumru məmələrinə baxardım. Sonra da tezcə öz taxta sinəmə göz gəzdirərdim, içimdən möcüzəli bir titrəyiş keçərdi. “Bəs mənim məmələrim nə vaxt belə olacaq?” deyə köks ötürərdim. İndi nənəmdən bu sözü eşidəndə bir anlıq beynimdən keçdi ki, görəsən o gözəl məmələri sinəsindən asılınca Sevda da belə əzab çəkib?..

Əllərim çibanlarımın üstündə bütün yolu nənəmə yalvardım ki, evdə heç kimə heç nə deməsin. Nənəm məni dilə-dişə salmadı, evə çatanda bir batalyon kişini inandırdı ki, mən eləcə qorxmuşam, kilsədə qorxuluğum götürülüb. Üstəlik də qardaşlarıma, əmim oğlanlarına bərk-bərk tapşırdı ki, özümə gələnəcən mənə yaxın düşməsinlər.

Bundan sonra hamıdan qaçmağa başlamışdım. Daha evimizin arxasına keçmirdim, sevimli bacılıqlarım ”“ tısbağalarım tərəfə gözümün ucuyla da baxmırdım. Elə bilirdim bu bəla onlardan gəlib mənə.

”¦Dostum, yadımdaykən deyim ki, illər sonra mənim bir uşağımın tələf olmasına da bir tısbağa balası səbəb oldu. Zamanı gələndə bunu da nağıl eləyərəm”¦

Əllərimi çibanlarımın üstündən çəkə bilmirdim, dərslərimi güc-bəlayla oxuyurdum. Daha başqa bir iş görmək gücündə deyildim. Ona qədər sinfimizin də, məktəbin də gözü sayılardım, hamı biliyimə heyran qalardı. Böyük qardaşlarım hansısa tapşırığı əzbərləyəndə bircə dəfə onlara qulaq asmaqla həmin mətni beynimə yazardım. Anamsa mənim yaxşı oxumağımdan qətiyyən xoşlanmazdı. İpdən yığdığı qucaq-qucaq paltarı nənəmin otağına gətirib çarpayının üstünə tökərdi:

”“ Dur bunları ütülə! Kitab-dəftəri tulla bir qırağa, onsuz da heç kim səni oxumağa qoymayacaq.

Beləcə, mənim körpə xəyallarımı palçığa bulayıb çıxardı. Mənsə balaca canımla xəyallarımın müdafiəsinə qalxardım:

”“ Baxarıq! Görərik! Mən oxuyacam!

”¦Dostum, bəri başdan deyim ki, anam bu savaşdan qalib çıxdı”¦

Mən içimdə sınıq-salxaq arzular, nənəmin təmiz komasında, nənəmin cehiz gətirdiyi ağır daş ütüylə gücənə-gücənə bir topa paltarı ütüləyib yığırdım. Sonra qardaşlarımın palçıqlı ayaqqabılarını yuyub kremləyirdim. Bu işləri görə-görə gündə azı yüz dəfə məni qız yaratdığı üçün göylərə nifrin yağdırırdım.

Hər gün bir az da şişən çibanlarımsa getdikcə daha çox sızıldayır, zoqqultusu başıma vururdu. Hərdən məni həyət-bacada gəzişən görən Hakim qardaşım “düz yerimə, belini əy, get jaket geyin” deyib bağırırdı. Görünür, çibanlarım artıq gözə girməyə başlamışdı. Anam yenə məni buyurmaqdan yorulmurdu, nənəm də öz tövrüylə məni qandırırdı ki, bütün bunlara dözməliyəm. Tək əyləncəm fürsət düşən kimi nənəmin qəlyanını sümürmək idi. O uzunquyruq qəlyanın tütünü necə dadlı olurdusa, ağzımdan tənbəki dadını qaçırmayım deyə heç nə yemirdim. Qardaşlarımdan, ya əmilərimdən biri məni öpəndə tütün iyi alardısa, o tənbəkinin tüstüsü burnumdan gələrdi. Vay o gündən ki, bunu Hakim biləydi ”“ o dəqiqə məhkəmə qurulardı. Neçə dəfə həyətimizdəki tut ağacından asmışdı məni. Doğrudu, kəndiri həmişə belimə bağlardı, ancaq mən yenə də qorxudan əsərdim, elə bilərdim indicə məni öldürəcək.

Bir dəfə Hakim hətta itimizin zəncirinə də bağlamışdı məni. Günlərin birində hansısa kitabdan Buhenvald faşist düşərgəsində baş verənlər haqqında oxuyub sarsılmışdım. Böyük bir ağ kağıza “Bura Buhenvalddır, mən də oranın əsiriyəm” yazıb darvazamızdan asmışdım. Bax elə onda qardaşım Hakim məni it zəncirinə vurmuşdu ki, bax gör Buhenvald necə olur”¦                                                                                         

 ardı var...

Oxşar xəbərlər
16:58, Bu gün
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
16:54, Bu gün
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
16:50, Bu gün
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
16:45, Bu gün
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
16:40, Bu gün
Mariya Stadnikin atası vəfat etdi
16:35, Bu gün
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
16:30, Bu gün
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
16:25, Bu gün
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
16:20, Bu gün
Prezidentin Şuşadan etdiyi çağrışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
16:15, Bu gün
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
16:07, Bu gün
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
16:02, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:57, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:46, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
12:53, Bu gün
Minimum əməkhaqqı nə qədər artırıla bilər? - Ekspert AÇIQLADI
12:50, Bu gün
MEDİA onlayn media subyektləri üçün müsabiqə elan etdi
12:48, Bu gün
"Cənubi Qafqaz regionunda marağı olan güclər başa düşməlidirlər ki..."  - Tamam Cəfərova
12:45, Bu gün
Qanunsuz estetik əməliyyatlar icra edən klinikaların rəhbərlikləri məsuliyyətə cəlb olundu
12:43, Bu gün
İdarə rəisi 1500 manat cərimələnə bilər
12:40, Bu gün
Kişi para-taekvondoçularımızdan tarixi uğur
12:38, Bu gün
Mirzoyan Almatı görüşündən danışdı: "Konstruktiv keçib"
12:34, Bu gün
ATƏT sədri Bakıya gələcək
12:30, Bu gün
Azərbaycanda illik inflyasiya 1 %-dən aşağı endi
12:26, Bu gün
Azərbaycanda palçıq vulkanı AKTİVLƏŞİB: gecə saat 2 RADƏLƏRİNDƏ... - VİDEO 
12:22, Bu gün
Az qaldı: Yeni qərar qüvvəyə minir - Taksilərin qiyməti artacaq
12:18, Bu gün
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
12:14, Bu gün
“Qəhrəmanlar ucuz qiymətə işləmirlər” – amerikalı kəşfiyyatçının DTK zabiti haqqında istehzalı açıqlaması
12:06, Bu gün
Yüksək vəzifəyə təyin edilən Müşfiq Məmmədov kimdir? - DOSYE
12:02, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
12:00, Bu gün
“Anadolu Ankası - 2024” təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO
11:58, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - FOTO
11:55, Bu gün
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlandı - FOTO
11:53, Bu gün
Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub
11:51, Bu gün
"Qarabağ" bu göstəricidə 1-ci oldu
11:48, Bu gün
Güneyli fəalın evinə basqından sonra ailə üzvləri həbs ediliblər - FOTO
11:45, Bu gün
Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi - FOTO
11:42, Bu gün
Otuz iki ildən sonra şuşalılar doğma yurdda...
11:39, Bu gün
Deputatlarla bağlı ARAŞDIRMA - SİYAHI
11:35, Bu gün
İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI
11:33, Bu gün
Müdafiə nazirinə yeni müavin təyin olundu - FOTO
11:31, Bu gün
Sabah Şuşaya növbəti köç olacaq
11:25, Bu gün
Gündəlik istifadə etdiyimiz ÇAYIN zərərləri
11:23, Bu gün
Quranda qeyd edilən 4-cü və 5-ci varlıqların nədən yaradılması bilgiləri yalnız Allahın QEYB ELMİNƏ bəllidir
11:18, Bu gün
Nizami Rəmzinin qızı Reyhanın 7 ay sonra ŞOK DƏYİŞİMİ - Gözlərinizə inanmayacaqsınız... / ANBAAN VİDEO
11:10, Bu gün
Pantomim Teatrında mənimsəmə: Müttəhimə möhlət verildi 
11:05, Bu gün
Şoyqunun istefa verməzdən əvvəlki son açıqlaması ÜZƏ ÇIXDI
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
10:55, Bu gün
İranda Nəsiman Yaqublunun Məhəmməd Əmin Rəsulzadə haqqında  kitabı nəşr edilib
10:49, Bu gün
Azərbaycanda minimum əmək haqqı artırılacaq
10:44, Bu gün
Mətanət Tatlısəsi elə qucaqladı ki... - FOTO
10:35, Bu gün
"Sədərək"də YANĞIN olub? - RƏSMİ AÇIQLAMA
10:35, Bu gün
“Ermənistanda hakimiyyətə Köçəryan kimilər gəlsə də, Rusiya Azərbaycanla bir olacaq...”
10:32, Bu gün
Murad Muradov VƏFAT ETDİ
10:23, Bu gün
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
10:12, Bu gün
Sülhməramlıların son partiyasının daha bir qrupu Qarabağı BELƏ TƏRK ETDİ- GÖRÜNTÜLƏR 
10:04, Bu gün
Nazir müavini: 1,5 dərəcə məqsədinə çatmaq üçün kollektiv tədbirlər görülməlidir
10:00, Bu gün
Rahidə Baxışova 3-cü dəfə ƏRƏ GEDİR? – VİDEO 
09:52, Bu gün
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
09:49, Bu gün
Baytardan qorxunc XƏBƏRDARLIQ: “Bu toyuqlar insanda xərçəng yaradır”
09:46, Bu gün
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 17:09
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 17:13
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
12 May 2024 | 17:30
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
12 May 2024 | 18:05
Bioloji təbabət haqqında nə bilirik?
12 May 2024 | 17:58
Tovuza dolu düşüb
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
12 May 2024 | 17:26
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
12 May 2024 | 17:20
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
12 May 2024 | 17:09
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
12 May 2024 | 17:37
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
12 May 2024 | 17:13
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
12 May 2024 | 17:30
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
12 May 2024 | 18:05
Bioloji təbabət haqqında nə bilirik?
12 May 2024 | 17:58
Tovuza dolu düşüb