“ Solğun çiçəklər ” Qazax Dövlət Dram teatrının 78-ci mövsümündə
Oxunub: 3031
29 Jun 2016 | 18:39
“ Solğun çiçəklər ” Qazax Dövlət Dram teatrının 78-ci mövsümündə
Bu günlərdə Qazax Dövlət Dram teatrının səhnəsində, respublikanın xalq artisti Zülfüqar Abbasovun quruluşunda Cəfər Cabbarlının “ Solğun çiçəklər ” pyesinin ictimai baxışında iştirak etdim. İlk öncə deyim ki, bu gün klassik dramaturgiya ona görə öz aktuallığını qoruyub saxlaya bilir ki, dramaturqlar öz əsərlərində bəşəri ideyaları tərənnüm etməklə, fikir tamlığını qorumaqla, zamanının pyeslərində belə ideya və düşünçələri müasir olur.  Məhz bu gün Cəfər Cabbarlı dramaturgiyasının müasirliyi də dövrünün, zamanının problemlərini öz aktuallığı ilə qorumasındadır. Düzdür Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni özündə cəmləşdirir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərə alsaq Cəfər Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin daha sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq ənənələrinə əsaslanan Cəfər Cabbarlı yaradıçılığı, başlıca olaraq,  Mirzə Fətəli Axundov realizmindən, dövrünün maarifçi-demokratik ziyalılarının fikirlərindən bəhrələnmişdir. Məhz Cəfər Cabbarlının əsaslandığı realizm xalqın həyatı ilə, onun azad və gözəl arzuları, sədaqətə doğru coşqun meylləri ilə sıx şəkildə bağlı idi. Məlumdur ki, Cəfər Cabbarlı ədəbiyyata şeirlə gəlmiş və ilk mətbu şeirləri 1911-ci ildə “ Həqiqəti-Əfkar ” qəzetində dərc olunmuşdur. Zaman-zaman gənc Cəfər hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini obrazlarının dili ilə bildirməyə çalışırdı. Məhz Cəfər Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Heç təsadüfi deyil ki, onun ilk satirik şeirlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqda idi. Hər zaman Cəfər Cabbarlının pyes və hekayələrində kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tuturdu. O, yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış, Azərbaycanın görkəmli dramaturqu, teatr xadimi kimi tanına bilmişdir. 



Xalqın tərəqqisini məhz mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmaqla, yaradıcılığının ilk dövrünə aid olan “ Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş ” daha sonra isə 1917-ci ildə qələmə aldığı “ Solğun çiçəklər ” əsərlərində mövzu etibarı ilə aktual olan cəmiyyətdəki ədalətsizlikdən bəhs etməklə, gördüyü haqsızlıqlara qarşı qəzəb və nifrətini bildirirdi. Bu əsərlərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin, avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu ustalıqla və dəqiq ştrixlərlə göstərə bilmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmış, eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab, işgəncələr verildiyini məharətlə ifşa etmişdir. Ailə-məişət mövzusuna həsr olunmuş “ Solğun çiçəklər ” pyesi Cəfər Cabbarlının qüvvətli bir dramaturq istedadına malik olduğunu bir daha göstərməklə, bəşəri ideyaları mistik deyil daha dəqiq və dolğun canlandıra bilmişdir. Bununla da məhz Cəfər Cabbarlı klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan, eyni zamanda bu ənənələri özünəməxsus bir səpgidə orjinal xüsusiyyətlərilə canlandırmağı bacaran bir ədib kimi diqqət mərkəzində olmağı baçarmışdır. Bu arada Cəfər Cabbarlının əsl peşəkar ustalığını onun bədii texniki yetkinliyini, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharətini də qeyd etməmək mümkün deyil. ilk dəfə olaraq onun peşəkar ustalığı məhz bu pyeslərdə tam qüdrəti ilə təzahür etmişdir. Heç şübhəsiz ki, Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin  inkişafında bir mərhələ təşkil etməklə yanaşı, xüsusən dramaturji yaradıcılığında dil əsas olaraq tipləşdirmə vasitələrindən biridir. Buna görə də yazıçının saf, aydın dilinin qüvvəti, hər şeydən əvvəl onun dramlarında meydana çıxıran əsas amillərdəndir. Məhz bu meyarlara görə Cəfər Cabbarlı həmçinin xalq danışıq dilinə əsaslanan dram dilinin yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır. 
Qazax Dövlət Dram teatrının quruluşunda təqdim edilən “ Solğun çiçəklər ” pyesi bir daha yuxarıda sadaladıqlarım amilləri əsas bir formada tam aydınlığı ilə göstərməyə müvəffəq olmuşdur. Demək olar ki, tamaşada əsas obrazları gənc aktyor heyəti canlandırır. Gənc truppanın rejissor traktofkası ilə uyğun bir formada mizanları dəqiq və baxımlıdır. Obrazlar aktyorların ifasında bir daha bəşəri duyğuların canlanması, insanların qəlblərində olan şeytan ruhların formalaşdırdığı tiplərə haykırtısı kimi təqdim edilir. 
Gənc aktyor Yusif Qocanın ifasında Bəhram obrazı baxımlıdır. Aktyor ilk andaca saf təbiətli bir gənc olduğunu məharətlə göstərə bilir. Onun üçün sevgi müqəddəsdir. Ançaq qadın hiyləsi ilə məhəbbətinə xəyanət edən Bəhram səhnədə aktyorun ifasında mala, pula olan hərisliyi ilə daha da cılızlaşır, adiləşir. Aktyor Yusif Qoca obrazın mahiyyət etibarı ilə cilalanmasına calışsa da onun səhnədə bir çox hallarda pofoslu danışıq tempi tamaşanın ümumi axarına ziddir. Bununla belə aktyor Yusif Qoca vəziyyətə, obrazın düşdüyü məqamlara uyğun olaraq gah intim məhəbbət, hərarətli qısqanclıq, gah acıq cağırış, təbiətə, həyata və onun gözəlliklərinə sonsuz vurğunluq, gah da dramatik dialoqlarla müşayət edilən gərginlik, cılğın monoloqlarla ifadə edilən parcalar obrazın tam mahiyyəti haqda kifayət qədər təssəvvür yarada bilir. Bəhramın Saraya olan sevgisi və bu sevginin sonunda bəşəri ülvi bir məhəbbət üçün ölümü belə göz altına alaraq səfil, yazıq və güçsüz olduğunu tam şəkildə təqdim etməyə müvəffəqdir. Tamaşanın finalında iki saf məhəbbətin Bəhram və Saranın ruhları ilə birləşməsi isə rejissor traktofkasının maraqlı səhnə həlli baxımından aktyor ifasında diqqəti cəlb edir. Müəllifin ideyası rejissor traktofkasında aktyor Yusif Qocanın təqdim etdiyi Bəhram obrazı bir daha mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu tam aydınlığı ilə acıb göstərməyə müvəffəq olmuşdur.
Aktrisa Zəmanə Orucovanın Sarası isə bu illər ərzində səhnə həlləri icərisində təqdim olunan obrazlardan tamam fərqlidir. O, nə qədər saf və təmiz qəlbli bir qız olduğunu məharətlə göstərməklə yanaşı, həm də ailə daxili vəziyyətlərin gərginləşməsi fonunda daha baxımlıdır. Ümumiyyətlə qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Aktrisa Zəmanə Orucova dramaturji mövzudan irəli gələn saf sevgi üçün qadın azadlığının elə də zəmanəsi üçün azad olmadığını tam şəkildə təqdim edə bilmişdir. Xüsusilə onun Bəhramla hər an görüşmək istəməsi arzusu daha dolğun və məzmunludur. Aktrisa səhnədə sevgi hisslərinin ülvülüyünü tam cılğınlığı ilə təqdim etməyə nail olmuşdur.
Tamaşa zamanı maraqlı və yadda qalan əsas surətlərdən biri də aktrisa Xanım Məmmədovanın ifasında Gülnisə obrazıdır. Gülnisə həmçinin tamaşa boyu tragig obraz kimi də xüsusi olaraq yadda qalmağa müvəffəq olmuşdur. Məhz pyesdə cəryan edən hadisələrin mərkəzində Gülnisə mənfi bir surət kimi dayanır. Gülnisə bütün var-dövlətə sahib olmaq, öz arzularına catmaq üçün Saranın səadətini şüurlu surətə pozaraq, öz insanlıq şərəf və vicdanını ayaqlar altına atır. Aktrisa Xanım Məmmədovanın ifasında Gülnisə obrazı həmçinin məkirli, iradəli və qüvvətli bir xarakterə malikdir. Həmçinin Gülnisə - Xanım Məmmədova səhnədə ehtiyyatlı və tədbirlidir. O, öz hərəkəti ilə cinayətə yuvarlandığını dərindən dərk edir və onu ört-basdır etməyə calışır: “ Tamah və bala məhəbbəti insanı hər şeyə vadar edər, hətta cinayətə belə. Nə eləyim ? Bir yandan qızım Pəri onu gözləyir. Bir yandan da işlərin üstünü örtmək lzımdır ” ”“ deyərək pyesdə cəryan edən hadisələri daha da gərginləşdirir. Tamaşa boyu maraqla izlənilən Gülnisə obrazı sonda rejissor, respublikanın xalq artisti Zülfüqar Abbasovun maraqlı tapıntısı ilə daha da diqqət mərkəzində olmağı bacarır. Rejissor Zülfüqar Abbasov bu çür fitnə-fəsad törədən Gülnisənin tam kimliyini bir ştixlə acıb ortalığa qoyur. Belə ki, Gülnisə aktrisa Xanım Məmmədovanın xac cevirməsi, onun erməni xislətli bir qadının olmasından xəbər verir. Məhz bu çür xislətli bir nadanın öz həyat yoldaşını zəhərləyərək öldürməsi, mal və dövlətinə sahib cıxaraq onu mənimsəməsi, gənc bir qız olan Saranın ülvü məhəbbətinin ayaqlar altına atılaraq məhv edilməsi daxili gərginlik fonunda daha marqala izlənilir. 
Hadisələrin maraqla izlənilməsi üçün Pəri obrazı da vəziyyətlərin gərginləşməsi fonunda daha dolğun bir səpgidə təqdim olunur. Pəri obrazı aktrisa Nazilə Məmmədovanın ifasında daha dinamikdir. Əsasən Pəri obrazı köməkçi rol oynasa da vəziyyətlər halına daha yaxındır. Aktrisa Nazilə Məmmədova tərəfmüqabili olan personajların tam şəkildə özünü göstərməsi baxımından maraqla izlənilir. Ançaq çox zaman aktrisa Nazilə Məmmədovanın səhnə plastikası bir qədər tamaşanın ümumi axınına ağırlıq gətirsə də o, bu maniyəni məharətlə dəf etməyə müvəffəq olur. Gülnisənin planları ilə Bəhramı özünə cəlb etməyi bacaran Pəri aktrisa Nazilə Məmmədova Saranın xoşbəxtliyinə mane ola bilir. Bəhramı Gülnisənin planları və öz hiyləsilə nəfsinin quluna çevirir. Sonda isə bu hiylənin və nəfsin qurbanı Pəri özü olur. 
Maraqla izlənilən personajlardan biri də Əbdül əmi obrazıdır. Tamaşa boyu baş verən hadisələrin həm iştirakçısı, həm də sözçüsü kimi təqdim olunan Əbdül əmi obrazı aktyor İlqar Hacəliyevin təqdimatında daha dolğundur. Aktyorun ifasında Əbdül əmi zəmanəsinin ağırlığını öz ciyinlərində daşıyan, Saranın nakam məhəbbətinin əzabları içində boğulan bir quludur. O, hər zaman öz sədaqətilə Saraya qarşı olan məhəbbətini nümayiş etdirə bilir. Aktyor İlqar Hacəliyev obrazın tam mahiyyətilə təqdim edilməsinə calışmışdır. Onun Saranın ölüm səhnəsindəki hayqırtısı, Bəhram və Pəridən müjdə istəməsi vəziyyətlərin daha da dinamik həlli baxımından diqqəti cəlb edir. Aktyorun səhnədə Saranın çiçəklərinə qarşı olan həssalığı bir daha onun bu ailəyə bağlılığının bariz nümunəsi kimi təqdim edilir. Tamaşa boyu Əbdül əmi aktyor İlqar Hacəliyev müəllif tərəfindən verilən həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərməyə müvəffəq olmuşdur. 
Ümumiyyətlə Cəfər Cabbarlı dramaturgiyası bəsit və natamam əlavələri qəbul etmir. Cabbarlı yaradıçılığında dramaturji janrına və ideyasına uyğun olaraq hər hansı bir əlavə və artırmalar mümkünsüzdür. Ançaq tamaşanın quruluşçu rejissoru, respublikanın xalq artisti Zülfüqar Abbasov çox böyük bir risq etməklə pyesə yeni bir personaj əlavə edib. Bu Dərviş obrazıdır. Səhnədə iki pərdədə görünən Dərviş aktyor Nəsimi Aşbazov vəziyyətlər dinamikasına daha çox yaxındır. Bəhramın sanki sonradan başına gələçək hadisələri bir ilahi varlıq kimi işarətlə “ Məndə əvvəl sənin kimi idim, indi necəyəm ” söyləməsi səhnədə Dərviş obrazının maraqla izlənilməsinə şərait yaratmış olur. Xalq artisti Zülfüqar Abbasovun quruluşunda “ Solğun çiçəklər ” pyesi olduqca maraqlı, hadisələr dolğun və ardıçıl şəkildə bir-birini əvəz edir. Tamaşanın daha baxımlı olması üçün rejissor cərəyan edən hadisələrin, vəziyyətlərin reallığı və dolğunluğu üçün yüksək ritm yaratmış, səhnədə mizanlar rejissor traktofkası ilə daha dəqiq göstərilmişdir. Pyesdə cərəyan edən hadisələrin inkişafı olduqca surətli və eyni zamanda təbiidir. Rejissor traktofkası öz mizanları ilə əvvəldən sonadək dramatik gərginliklə inkişaf edir. Rejissor Zülfüqar Abbasov hər zaman öz quruluşlarında müəlliflərin təqdim etdiyi pyesi olduğu kimi səhnəyə gətirmir. O, hər hansı bir səhnəni mizanlara görə ya dəyişir, ya da ona əlavələr etməklə orjinallığı qorumağa calışır. Bununla da xalq artisti Zülfüqar Abbasov hər zaman “ tamaşanın üç müəllifi olur: dramaturq, rejissor və teatr kollektivilə bərabər tamaşaçı ” fikirlərinə sadiqliyini nümayiş etdirmiş olur.  Bu baxımdan xalq artisti Zülfüqar Abbasovun “ Solğun çiçəklər ” pyesinə vermiş olduğu yeni quruluşu orjinal və təqdirə layiqdir.  
Tamaşanın maraqla izlənilməsi üçün quruluşçu rəssam Afiq Məmmədov və müsiqi tərtibatçısı Aybəniz Qurbanovanın da maraqlı işi diqqəti cəlb edir. Hər iki şəxs pyesin ideyasına uyğun olaraq rejissor traktofkası ilə eynilikdə vəziyyətləri olduğu kimi təqdim edə bilmişlər.     
Qeyd etmək lazımdır ki, görkəmli dramaturq Cəfər Cabbarlının qələmə aldığı “Solğun çiçəklər” pyesi bütün dövrlər üçün aktual olduğu qədər də bir çox teatrların repertuarında dəfələrlə uğurlu səhnə taleyini yaşayır. Bu gün real həyatımızda ailəsini başsız qoyub, xoşbəxtliyini başqa qadınlarda axtaran, imkanına, var-dövlətinə susayan, amma mənəviyyatca o qədər də bütöv olmayan qadınların qoltuğuna sığınan kişilərə tez-tez təsadüf olunur. Bu baxımdan pula hərislik, mənəviyyat düşgünlüyü dövrümüzün aktual problemlərindəndir. Cəfər Cabbarlı dramaturgiyası bu amillərin fövqündə hər zaman müasirdir.

Anar Bürcəliyev
Teatrşünas
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?