"Burnunuzdan uzağı görə bilməməyiniz, hikkəniz ona gətirib çıxardı ki..." - AMİP lideri
Oxunub: 10212
24 Jun 2016 | 17:12
Hər il olduğu kimi bu il də iyun ayı başlayan kimi bir dəstə qaragüruhçu və onların yeni davamçıları hücum həvəsinə düşərək böhtan, iftira və qarğışlarla dolu yazıları ilə mətbuat səhifələrini doldurmağa, cəmiyyəti çaşdırmağa və vətəndaşlarda yalan-yanlış rəylər formalaşdırmağa çalışırlar. 

Yenə də mövzu 1993-cü ilin iyununda AXC-Müsavat hakimiyyətinin iflasının real sosial-siyasi səbəbləri yox, "metafizik” tərəfləri, "günahkar” və "xəyanətkar” axtarışlarıdır. 
Yenə də hədəfdə milli istiqlalçılardır. 

İddialar da təkrarlanır - hər il olduğu kimi! Suallar da mahiyyətcə heç dəyişməyib: "Niyə bizim hakimiyyəti müdafiə etmədiniz və iflasımıza mane olmadınız”? Bəlkə də bu sualları və iddiaları ilk baxışda təbii qarşılamaq olardı. Lakin o şərtlə ki, 1993-cü ildən bər - ötən 23 il ərzində bu sualları verən və iddiaları irəli sürən adamlar öz təşkilatlarında həmin hadisələri müzakirə edəydilər və ona siyasi qiymət verib ilk növbədə məsuliyyətlərini müəyyənləşdirəydilər.

Fəqət həmin hadisələri hələ 1993-cü ildə müzakirə edən, siyasi qiymət verən yeganə siyasi təşkilat bu günə qədər ancaq AMİP - dir. 

Ədalət naminə qeyd etməliyəm ki, şəxsi məsuliyyətini dərk edərək keçmiş hakimiyyət nümayəndələri arasında fəaliyyətlərinə cəmiyyət önündə qiymət vermək gücünü özündə tapan və "Cinayətimiz məğlubiyyətimizdir " deyə bilən şəxs ancaq Pənah Hüseyndir. Bu məsələdə Pənah Hüseynin haqlı olmağını qeyd etməklə yanaşı, onun Dövlət Katibi və Baş Nazir olduğu hakimiyyətin aparıcı fiqurlarının nəzərinə çatdırmaq istəyirəm ki, siz artıq hakimiyyəti ələ keçirərkən məğlubiyyətə məhkum olduğunuzu dərk etməli idiniz. Lakin siz dövlətin və hakimiyyətin məsuliyyətini dərk etmək iqtidarında deyildiniz. Çünki sadə məişət problemlərinin həllində aciz qalan, sosial statusu qeyri-müəyyən insanların dövlət quruculuğuna və müstəqilliyin qarşısında duran nəhəng problemlərin həllinə qalxışması irrasional idi. 

"1993-ci il iyun ayının 2-də Milli Məclisin iclasında bir əməliyyat hazırladığınızı açıqladım və bunun ağır nəticələri haqqında xəbərdarlıq etdim. Əvəzində nə etdiniz?”

Sizlər anlamadınız ki, uzun illər milli-azadlıq uğrunda mücadilə vermiş insanlar dövlət strukturlarının formalaşmasını və milliləşməsini, iqtisadiyyatın liberallaşdırılmasını, cəmiyyətin demokratikləşməsini istəyir. Əvəzində nə verdiniz dövlətə və cəmiyyətə? Necə öhdəsindən gəldiniz, gələ bildinizmi bu gözləntilərin? 

Birinci səhviniz, daha doğrusu, Pənah Hüseynin təbirincə desək, cinayətiniz onda oldu ki, Rusiyanın oyuncağı, cinayətkar və anti-milli adlandıraraq devirdiyiniz, bəli, birlikdə devirdiyimiz Ayaz Mütəllibovun qurduğu hökumətlə işbirliyinə getdiniz. Sonra da utanmadan, qızarmadan bu hibrid hökuməti "milli” elan etdiniz. 

Eyni zamanda qərarlarını qeyri-qanuni, özünü qeyri-legitim və kommunist rejiminin tör-töküntüsü adlandırdığınız qurumu - Ali Soveti buraxmaq, yeni Konstitusiya qəbul edərək yeni seçkilər keçirmək əvəzinə, sədrliyə öz adamınızı əyləşdirdiniz və hakimiyyətə gəlmək üçün doqquz xarici dövlətdən razılıq aldığınızı elan etdiniz.

Anlamadınız ki, Sovetlər dövründə formalaşmış bu qurum nə sizə, nə də millətə sadiq və faydalı olmayacaq. Sizdən əvvəlkilərin hakimiyyətdən gedişinə səs verdiyi kimi sizin də əleyhinizə çalışacaq, əleyhinizə səs verəcək. 

Keçmiş iqtidarın ən yüksək ranqlı nümayəndələri, bəli, siz, məhz siz özünüz yeni Konstitusiya qəbul edərək sovet sosialist sisteminin qalıqlarından qurtulmaq, çağdaş və effektiv idarəçilik mexanizmləri formalaşdırmağa başlamaq, bütün sağlam qüvvələrin bu prosesdə iştirakına demokratik mühit yaratmaq əvəzinə, kommunist totalitarizminin yerinə cəbhə totalitarizmi bərqərar etməyə cəhd göstərdiniz. 

Anlamadınız ki, uzun illər ərzində formalaşmış, hər biri ayrı-ayrılıqda bir kadr kimi müxtəlif idarəçilik pillələri keçmiş kommunist nomenklaturasının kadrları qarşısında geniş və fəal xalq dəstəyi olmadan hakimiyyətdə qalmağa heç bir şansınız yox idi. Əməkdaşlığa cəlb etdiyinizi düşündüyünüz nomenklatura nümayəndələri isə sizdən başqa hər yerə işləməyə hazır idilər və çoxları da məhz belə edirdi. Macəra axtarışlarınızdan məyus olmuş, bezmiş xalq isə sizləri qısa zamanda öz dəstəyindən məhrum etdi. Bunun səbəblərini də yenə kənarda yox, özünüzdə axtarmalısınız. Nədən bir dəfə özünüzə sual vermirsiniz ki, xalq bizim hakimiyyəti dəstəkləməkdən, ona dayaq olmaqdan niyə imtina etdi? 

Mən isə aqibətinizin məhz belə olacağını əvvəlcədən və dəfələrlə sizə demiş, xəbərdarlıq etmişdim. Çünki sizin az qala bütün təyinatlarınız heç bir peşə uyğunluğu, qabiliyyət göstəriciləri nəzərə alınmadan, yalnız siyasi mənsubiyyətə söykənilərək verilir və tezliklə çox gülünc nəticələr ortaya çıxarırdı. Həmin adamların arasında qısa zamanda idarəçilik təcrübəsi toplaya bilən, potensialı ilə müsbət mənada fərqlənən insanlar da vardı- ancaq elələrini də daxili çəkişmələrinizə qurban edir, sıxışdırır, əzir, nüfuzdan salırdınız. Bütün bunların əsasında isə o amil dayanırdı ki, hakimiyyətin əsas rıçaqlarını ələ alan insanların heç bir proqramı və idarəçilik qabiliyyəti yox idi. 

Əgər yadınızdadırsa, İsa Qəmbər Ali Sovetə sədr seçilərkən elə beləcə də demişdi: "AXC-nin proqramı dövlət proqramıdır”. 

"Cəbhə ideologiyasını dövlət ideologiyası elan etməliyik” - başqa biri isə bu totalitarizm qoxulu şüarı AXC-nin qurultayında elan edir və alqışlar qazanırdı. 
Proqramı dövlətin proqramı olan, ideologiyası dövlətin ideologiyası olan, nizamnaməsini isə Konstitusiyaya çevirmək istədiyiniz AXC-nin kommunistlərdən zehniyyət fərqi nə idi? 
Belə deyimlərlə, yanaşmalarla müqəddəs ideyalarımız hörmətdən salındı, insanların azadlığa, demokratiyaya, qanunların aliliyinə olan inamı sarsıldı. Hər birimiz üçün qiymətli olan "bəy” anlayışının istehza obyektinə çevrilməsinə səbəb oldunuz. 

"Bir daha təkrar edirəm ki, 24 iyun 1993-ci ildəki qərarın ideya müəllifi mənəm. Mətn Fuad Ağayev tərəfindən hazırlanıb və qanunvericilik təşəbbüsü hüququ ilə onu Milli Məclisə mən təqdim etmişəm. İndiyədək də tam əminəm ki, düzgün etmişəm”

Yadınızdan çıxıbsa, xatırladıram: Prezidentin 1 iyul, 1992-ci il tarixli fərmanının 6-cı bəndinə əsasən daxili işlər orqanlarına vətəndaşları məhkəmə qərarı olmadan 30 günədək təcrid etmək səlahiyyəti verilirdi. Heç kommunist dövründə də olmamış belə bir anti-demokratik addımdan sonra siz ədalət gözləntilərini puç etdiyiniz xalqdan hansı dəstəyi uma bilərdiniz? Bu cür repressiv qanunlar qəbul edən, mətbuatda senzura tətbiqi haqqında qərar verən, siyasi rəqiblərinə qarşı təqib həyata keçirən rejim hansı haqla özünü demokratik adlandıra bilər? 

Bu məqamda xüsusi vurğulamaq istəyirəm: xalqın dəstəyini itirməyinizin bir səbəbi də siyasi rəqiblərinizə qarşı düşməncə davranmanız oldu. 1992-ci ilin oktyabrında Naxçıvanda silahlı yolla Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq üçün etdiyiniz cəhdin uğursuzluğu sizin üçün həyəcan siqnalı olmalı idi. Olmadı! 1992-ci ilin dekabrında AMİP-in qərargahını zəbt etmək üçün göndərdiyiniz hərbi polisin əmri yerinə yetirməkdən imtina edərək geri qayıtması vəziyyətə nəzarəti itirdiyinizin siqnalı olmalı idi. Olmadı! Ən maraqlısı isə o oldu ki, hər iki halda siyasi hakimiyyət özünü hadisələrdən xəbərsiz olduğunu göstərməyə çalışdı. 

Ancaq biz də bilirdik, xalq da bilirdi ki, başınız daxili çəkişmələrə qarışmışdı. Hakimiyyət daxilində yeni partiya yaradılmış və onun başqanının təbliği prioritet vəzifəyə çevrilmişdi. Eyni zamanda öz daxilinizdə dünən qəhrəman etdiyiniz adamı bu gün düşmənə çevirir və amansız təqib əmri verirdiniz. Bir qüvvəni neytrallaşdırmaq naminə digər qüvvəni əzmək, sıradan çıxarmaq yolunu tuturdunuz. Nəticə olaraq 1993-ci ilin yazında ölkədə ağır hərbi-siyasi böhran yarandı. Bu böhrandan dinc çıxış yolları axtarmaq əvəzinə, AXC silahlı batalyonlar yaratdığını elan etdi və bütün dövlət strukturları, siyasi hakimiyyət təmsilçiləri bu qanunsuzluğa biganə qaldılar. Hakimiyyətdə olan siyasi qüvvənin qanunsuz silahlı dəstə yaratması ölkəni xaosa sürükləyirdi. 

Xaotik ovqatın nəticəsi idi ki, Daxili İşlər Naziri dövlət televiziyasına silahlı basqın edərək birbaşa efirdə, canlı yayında Dövlət Katibini və debatın digər iştirakçılarını təhqirə məruz qoyurdu. Bu cür özbaşınalıqlara görə heç kəs cəza almır, heç kimə qanun-qayda xatırladılmırdı. Tezliklə, heç bir il keçməmiş böhrana yuvarlandınız və real siyasi qüvvələrə müraciət edərək vəziyyətdən dinc çıxış yolları axtarmaq əvəzinə güc tətbiq etmək qərarına gəldiniz. Halbuki tətbiq etmək istədiyiniz gücdən məhrum idiniz, güc strukturlarına nəzarəti itirmişdiniz. Ancaq bunu görmür, başa düşmür və başa düşməyə də cəhd etmirdiniz. 

1993-ci il iyun ayının 2-də Milli Məclisin iclasında bir əməliyyat hazırladığınızı açıqladım və bunun ağır nəticələri haqqında xəbərdarlıq etdim. Əvəzində nə etdiniz? Hafizəniz zəifləyibsə mən deyim, iyun ayının 3-də Bakının küçələrinə zirehli texnika çıxarıb Milli Məclisi mühasirəyə aldınız! Yəni əzələ nümayişinə cəhd göstərdiniz. Cəmi bir günəmi əridi o əzələniz? İyunun 4-də Gəncədə əməliyyata başladınız və məğlub oldunuz. Qeyd olunmalıdır ki, etdiyiniz hər bir hərəkət mövcud qanunlara zidd idi.

Mən ana müxalifət partiyasının sədri olaraq sizin üçün daha nə etməli idim? Surət Hüseynovla vuruşmalı idim Gəncədə? Real düşünməyi bacaran adama bir işarə kifayət idi görsün ki, planlar gizli qalmayıb, "gözlənilməzlik faktoru” yoxdur və qüvvələrə nəzarət itirilib. Vəziyyətdən isə çıxış yolu var idi, hələ qalırdı. Hakimiyyətdən kimsə məsuliyyəti öz üzərinə götürməli, dinc danışıqlara başlanılmalı və vəziyyət xalqa səmimi izah olunmalı idi. Bunların heç biri edilmədi, hamınız məsuliyyətdən qaçmağa çalışdınız və təşəbbüsü əldən verdiniz. Hətta sonrakı dövrdə də vəziyyəti nizamlamaq, dinc yolla böhrandan çıxmaq imkanları qalırdı. Lakin aranızda olan çoxtirəlik, dövlətçilik məsuliyyətinin olmaması bu şansları da aradan qaldırdı. Nəticə olaraq sizin burnunuzdan uzağı görə bilməməyiniz, səriştəsizliyiniz, öyrənmək istəməməyiniz, hikkəniz ona gətirib çıxardı ki, bütövlükdə müstəqilliyin və dövlətin özü təhlükə ilə üzləşdi. Buna görə də, öz fəaliyyətinizi bir daha nəzərdən keçirib xalqdan üzr istəsəniz çox ağıllı bir iş görmüş olarsız. 

Bu gün 24 iyun günüdur. Bilirəm ki, son 23 ildə olduğu kimi yenə isterik çıxışlar və ittihamlar olacaq. Bir çoxlarınızdan fərqli olaraq mən məsuliyyətdən qaçmıram. Bir daha təkrar edirəm ki, 24 iyun 1993-ci ildəki qərarın ideya müəllifi mənəm. Mətn Fuad Ağayev tərəfindən hazırlanıb və qanunvericilik təşəbbüsü hüququ ilə onu Milli Məclisə mən təqdim etmişəm. İndiyədək də tam əminəm ki, düzgün etmişəm. Çünki, dövlət anlayışı böyük məsuliyyət tələb edir. Ölkəyə rəhbərlik etmək iddiasında olanlar bilməlidirlər ki, xalq sizə müstəqilliyini, dövlətini, canını, malını və namusunu əmanət edir. Bu əmanəti qoruya bilməyənlər belə yükün altına girməməlidirlər. Həmin qərarın olmaması, meydana çıxmaması üçün həmin əmanətin sahibi ya gəlib yerində oturmalı, ya da istefa verməli idi. 

VƏSSALAM

P.S. Əbülfəz bəy heç vaxt həmin qərarla bağlı mənə narazılığını bildirməyib. 

Etibar Məmmədov
Oxşar xəbərlər
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:25, Bu gün
Forum başladı: İlham Əliyev mərasimdə iştirak edir -CANLI
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 12:58
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
30 Apr 2024 | 11:31
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
30 Apr 2024 | 11:25
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
30 Apr 2024 | 11:44
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
30 Apr 2024 | 11:22
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
30 Apr 2024 | 11:48
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 12:58
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
30 Apr 2024 | 11:31
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
30 Apr 2024 | 11:25
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
30 Apr 2024 | 11:44
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
30 Apr 2024 | 11:22
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
30 Apr 2024 | 11:48
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO