“Kazan formulu” - Çıxışa, yoxsa dalana aparan yol?
Gündəm
Oxunub: 1557
25 Apr 2016 | 10:03
“Kazan formulu” -  Çıxışa, yoxsa dalana aparan yol?
Dağlıq Qarabağ mövzusu ətrafında ötən həftə də mühüm hərəkətlilik qeydə alındı. Xüsusən də Rusiyanın məsələdə aktivliyi özünü göstərdi. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında problemə diqqət ayrıldı.  Ancaq ən mühümü, təbii ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri oldu. Bu səfər Qarabağ nizamlanmasında Moskvanın təşəbbüsünün nədən ibarət olmasına aydınlıq gətirməli idi. Gətirdimi?

Ondan başlayaq ki, bir sıra azərbaycanlı ekspertlər Rusiya XİN başçısının İrəvanda prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla görüşlərdən sonra verdiyi açıqlamaları (əgər erməni mənbələri təhrifə yol verməyibsə) bir elə nikbin saymayıblar. Hətta həmin açıqlamalardan belə bir qənaət formalaşıb ki, Kreml Qarabağ məsələsində, daha doğrusu, rayonların qeyd-şərtsiz boşaldılması məsələsində öz forpostuna təzyiq etməyə hazırlaşmır.

Söhbət hazırda Rusiyanın “Kazan formulu” deyilən həll variantından gedir. Onun mahiyyətini Lavrov hələ İrəvanda olarkən Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq, Rusiya Federasiyası İctimai Palatasının üzvü, prezident Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov bir daha açıqlayıb. “Vestnik Kavkaza” nəşrinə müsahibəsində o deyib ki, “Azərbaycanın və Türkiyənin Ermənistanla sərhədləri və kommunikasiyaları açmasının qarşılığında Azərbaycan ərazilərinin boşaldılması Dağlıq Qarabağ konfliktinin həllində ən çox ehtimal edilən ilk addım olacaq”. 



Onun sözlərinə görə, “Kazan formulu” da elə budur: “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 və ya 6 rayonu Azərbaycana qaytarır, qarşılığında isə Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür. İki ölkə arasında iqtisadi və humanitar əməkdaşlıq, insanların yerdəyişməsi bütünlüklə bərpa olmalıdır. Bundan əlavə, azad edilən rayonlar hərbsizləşdirilməlidir. Həmçinin, güc tətbiq edilməyəcəyi haqda müqavilə olmalı, zəmanət qismində sərhədlər boyu sülhməramlılar dayanmalıdır. Daha sonra köçkünlər qayıtmalı, Dağlıq Qarabağın referendulma müəyyənləşməsi ilə bağlı yazılı öhdəlik götürülməlidir”.

Politoloq “Kazan formulu”nu reallaşma ehtimalı ən yüksək olan həll variantı adlandırıb.



Dağlıq Qarabağın statusu ilə bağlı isə Putinin səlahiyyətli şəxsi belə deyib: “Hər iki tərəf razıdır ki, Dağlıq Qarabağın statusuna dair danışıqlar başlamalıdır. Azərbaycan tələb edir ki, orada Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü nəzərdə tutan Madrid prinsipləri yazılsın. Ermənistan isə deyir ki, ”Əgər bəri başdan Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi nəzərdə tutulursa, referendumun nə anlamı var?" Ermənistan nə qədər ki, Dağlıq Qarabağda erməni əhalisi üstünlükdədir, maksimum tez zamanda referendum keçirilməsini istəyir. Yəni ki, “beyinlərdə müharibə”. Azərbaycan isə öncə köçkünlərin qayıdışı məsələsinin çözülməsi məsələsini qoyur ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi referendumda bu və ya başqa qərarı birgə qəbul eləsinlər".

Politoloq işğalçı Ermənistana xəbərdarlıq da edib: “Qarabağ ixtilafının siyasi həlli yolunda əsas maneə İrəvanın ona sərfəli status-kvodan imtina eləmək istəməməsidir. İrəvan həmişə hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman, yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq”. 

*** 
Bəs, belə söyləmək olarmı ki, Rusiya baş diplomatının İrəvan səfəri erməniləri sakitləşdirib? Ən önəmlisi, Kremlin təbliğ elədiyi “Kazan planı” reallaşa bilərmi və bu planda Moskvanın əsas gözləntisi, marağı nədir, nəhayət, Qərb belə bir plana razı olarmı?

Bu yöndə suallara aydınlıq gətirməyə çalışan nüfuzlu “İzvestiya” qəzeti Rusiyadakı diplomatik mənbələrə istinadən yazıb ki, Lavrovun Sərkisyanla danışıqları “olduqca gərgin şəraitdə” keçib. İrəvandakı Rusiya səfirliyindəki mənbə bildirib ki, onların Ermənistanda işi çox çətinləşib. “Bu, onunla izah olunur ki, Moskva erməni QHT-lərini maliyyələşdirmir və onların vasitəsilə Rusiyanın mövqeyini cəmiyyətə yeritmir. ABŞ isə müxalifyönümlü QHT-ləri maliyyələşdirməklə öz maraqlarını fəal şəkildə yürüdür”- mənbə deyib.

“İşləmək çox ağırdır. Hamıya məlumdur ki, ABŞ erməni müxalifətinə hansı maliyyəni ayırır, sadə vətəndaşları Rusiyaya qarşı qaldırır. Əgər Rusiya əvvəllər təkcə etimad hesabına işləyirdisə, indi bu mümkün deyil” - səfirlikdən bildirilib. Xəbərlərə görə, Lavrovun səfərində Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana müasir silahların göndərilməsini tezləşdirməsi məsələləri də müzakirə olunub. Gözlənilir ki, silahların göndərilməsi yaxın günlərdə başlaya bilər. Lakin bu silahları alandan sonra Ermənistanın danışıqlar masası arxasında konstruktiv mövqedən çıxış etməsi ehtimalı azalmış olacaq.


“Qazeta.ru” nəşri isə qeyd edir ki, Rusiyanın Qarabağ nizamlamasında Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə Qarabağın statusu məsələləri ayrı nəzərdə tutulur. Nəşr “yeni plan”ın mahiyyətini Rusiya hakimiyyətinə yaxın mənbələr vasitəsilə öyrənməyə çalışıb. Mənbələrin informasiyasına görə, Dağlıq Qarabağ probleminin qısa perspektivdə həlli ilin sonunadək işğal altındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması üçün rəsmi İrəvana təzyiqləri nəzərdə tutur. 

“Dağlıq Qarabağın kimə məxsusluğu tezliklə müəyyən edilməyəcək və bu artıq gələcək nəsillərin işidir” - Rusiya elitasındakı yüksək çinli mənbələrdən biri nəşrə bildirib. Ancaq Ermənistan rəhbərliyinə yaxın həmsöhbət “Qazeta.ru”ya deyib ki, bu plan İrəvanda müqavimət doğurub. “Ermənilər ehtiyat edir ki, Azərbaycan tərəfi bir neçə rayonu alandan sonra daha irəli gedəcək. Ona görə də Ermənistan ərazilərin azad edilməsini Dağlıq Qarabağın statusu ilə bağlamaqda təkid edir”.


“Rayonların bir hissəsini qaytarıb, oradan ”DQR" qüvvələrini çıxarıb, Qarabağın statusu məsələsini sonraya saxlamaq mümkün deyil. Axı, o halda zərbə altında Stepanakert (Xankəndi-red.) qalacaq. 4 günlük aprel müharibəsi göstərdi ki, Bakı təhlükəsizlik zəmanəti verə bilməz. Neft dolları axınının güclənməsi və Türkiyə ilə müttəfiqlikdə Azərbaycan bu müharibədə daha da irəli gedə bilər" - Ermənistan rəhbərliyinə yaxın qaynaq bildirib.
Nəşrin yazdığına görə, başqa bir erməni qaynağı etiraf edir ki, Moskva Serj Sərkisyana güclü təzyiq eləsə, sonuncu mürəkkəb daxili siyasi və iqtisadi vəziyyət üzündən dalana düşə və yekun etibarilə iqtisadi qazancların qarşılığında rayonların qaytarılmasına gedə bilər. “Məsələ ondadır ki, o halda Sərkisyan siyasi karyerasını dəfn eləmiş olacaq. Bunu xalqa o, necə izah edəcək” - mənbə ardınca ritorik sual edib. 

“Situasiyanı qəlizləşdirən həm də odur ki, prezident Sərkisyanın özü Qarabağ klanının nümayəndəsidir” - nəşr sonda vurğulayıb.


“Düşünürəm ki, əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir Rusiya planı olmalıdır. Ümumiyyətlə isə, əvvəllər istənilən tənzimlənmə planına mütləq şəkildə 4-5 bənd daxil olurdu: Qarabağın statusu, ərazilərin qaytarılması, köçkünlərin geri qayıtması, təhlükəsizliyə zəmanət məsələləri və s. İstənilən təklifin mahiyyəti yalnız bu bəndlərin təfərrüatlarına və müddətlərə bağlı idi. Hərbi əməliyyatların fəallaşmasına, Rusiyanın hazırkı münaqişələr ritorikasına və bunların həlli tempinə gəldikdə isə, indi Kreml üçün ən vacib şərt Rusiya qoşunlarının ”sülhməramlılar" dəbilqəsi altında regiona daxil edilməsidir. Lakin Moskva münaqişənin birdəfəlik həllində o qədər də maraqlı deyil, belə ki, bu halda regiondakı siyasi rolunu itirər və ona ancaq hərbi rol qalar". Bunu isə erməni politoloq Ağasi Yenokyan deyib (Virtualaz.org).

***
Beləcə, Rusiyanın təşəbbüskarı olduğu “Kazan formulu”nun nizamlama prosesində yaranmış dalandan çıxışa, yoxsa növbəti dalana aparacağı hələlik bəlli deyil. Hər halda, Kremlin problemi ədalətli və həmişəlik həll etmək iradəsinə sahib olduğunu göstərən dəlillər indilikdə yetərli görünmür.(musavat.com)
Oxşar xəbərlər
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO