İsveç bukinistində görüş...
Oxunub: 3960
09 Feb 2016 | 20:08
İsveç bukinistində görüş...
İsveçin meşə çığırlarında gəzməkdən, göllərin kənarında oturub əksi suya düşən ağacların ləpələrdə titrəyişinə tamaşa eləməkdən xoşum gəlir.

Meşəylə gölün ünsiyyəti sevgililərin, sirdaşların söhbəti kimi tutur. Meşənin dövrələdiyi balaca göl, elə bilirsən, layla deyən ananın qoynundakı körpədi. Qəlbiylə dinləməyi bacaran hər kəs diqqət kəsilsə o layla-söhbətləri eşidər.

Bir balaca meh bəsdi! Deyərsən bəs, bu meh milyon-milyon yarpaq orkestrin dirijorudu, yüngül əl havasıyla onları hərəkətə gətirir. Qəribədi, milyonluq orkestrdə bir yarpaq da çaşmır ”“  hamı əsərini düz çalır.

Meşənin pıçıltılı hənirtisini qulağınla eşitdiyin kimi xəfif küləyin göl sularını titrətməsini də gözünlə görürsən. Gölün üzü təzəcə sevgi dadan gənc qızın sinəsi kimi çırpınır. Bu ləpə-çırpıntı yarpaqların pıçıltı-simfoniyasının suda rəqs edən notlarıdı. Səhnədə balet tamaşasına baxırsan elə bil”¦

***

İsveçdə xoşum gələn başqa bir məşğuliyyətim də var ”“ “Second hand” mağazaların köhnə kitab, video-audio kaset, val, rəsm əsərləri satılan hücrəsində eşələnirəm. Burada kitablar adətən isveçcə olur. Tək-tük başqa dillərdə, xüsusən, ingilis dilində kitaba rastlayarsan. İsveçcəm, ingiliscəm bədii əsərləri zövq alacaq səviyyədə oxumağa yetərli deyil, amma bu, kitablar arasında saatlarla dolaşmağa mənə qətiyyən mane olmur.

Kitab musiqi kimidi, sözlərini anlamasan da ruhunu tutacaqsan. Yaxşı mahnını ürəkdən oxusan dilini bilməyən də səni anlayar. Bir dəfə Kubada kefimin çağ vaxtında “Ay Laçın” mahnısını nətəhər oxumuşdumsa, otaqdakı kubalılar üzdə xoş təbəssümlə başlarını yelləyirdilər ”“ duyub anlamışdılar.

Ötən il dil kursunda bir yenizelandiyali xanım dərsarası fasilədə bir mahnı oxudu, hamımız valeh olduq, çünki başa düşmüşdük. Bitirəndə bir ağızdan dedik ki, bu, sevgi nəğməsidi. “Elədi” ”“ demişdi dostumuz, “Maori xalq mahnısıdı, “Pokarekare Ana”dı adı”.

Sekondhənd-bukinistlərdə “yaddilli” kitablarla söhbət edirəm tez-tez. Adı nədi? Müəllifi kimdi? Nə vaxt nəşr olunub? Nədən bəhs edir? Neçə nəfər oxuyub görən? Görən kimin evində qalıb bu illər uzunu, yiyəsi nəçiymiş? Bura niyə veriblər, bəs? Keçmiş sahibi ölübmü, ya köçüb gedirmiş deyə aparmayıb, verib bura?

Bax, bu, 50 ilin kitabıdı, amma qatı açılmayıb! Kaş, dili yaxşı biləydim, oxuyaydım! Bilirsən, ruhu necə şad olardı müəllifinin?! 50 il qatı açılmayan kitabını oxumaq ölmüş müəllifin ruhuna dua eləmək kimidi! Əsərdə donmuş həyatı, dayanmış zamanı hərəkətə gətirib can vermək kimi!

chingiz_aytmatov_elvida_gulsari

Nə vaxtsa oxuduğun kitabı başqa dildə görmək elə qəribə duyğu yaradır ki”¦ necə təsvir edim? edə bilmirəm, axı! Kafkanın “Slottet”, yəni “Qəsr”i, Floberin “Madam Bavari”si təki.

“Qəsr” 1971-ci ildə nəşr olunub. Bir, ya iki dəfə oxunub, zənnim məni aldatmazsa. Özü də lap çoxdan, bəlkə də təzə alınanda oxunandı. Səliqəli qalıb.

“Madam Bavari” ondan xeyli “cavan” olsa da yüz ilin kitabına oxşayır. Nə qədər oxunub, təxmin edə bilmirsən. Çox adam səhifələrin kənarına öz qeydini yazıb. Karandaşla yazan da var, qələmlə yazan da. Xətləri oxuya bilmirəm, anlaşılmazdı, pozuqdu. Amma üz qabığının iç səhifəsinə yazılan “Till min kärlek Ann-Kristin” sözləri aydın oxunur. Björn adlı bir kişi Ann-Kristin adlı sevgilisinə bağışlayıb. Tarix də qoyub, “1993.08.29”.

Sevgilisinin bağışladığı kitabı rəfiqələrinəmi veribmiş oxumağa Ann-Kristin? Yoxsa sevgilinin bağışladığı hədiyyə kitabın bu qədər oxucusu hardan olsun? Bununla nə deyirmiş, görən? Nə biləsən! İsveç qadınlarından baş açmaq olurmu ki?!

Ötənlərin Bakı bukinistlərini xatırladan “sekondhənd” hücrələrindəki kitablara köhnə dostlar, uzun illər görmədiyin tanışlar kimi baxırsan ”“ görüşürsən: biriylə qucaqlaşır, o birinə əl verirsən, bir başqasıyla isə eləcə, uzaqdan salamlaşırsan.

Kitablar həm də insan kimidi, hərəsi bir tale yaşayır. Çox oxunmuşu üzü üzlər görmüşə, qədimi müdrik qocaya, qatı açılmayanı “bəxtsiz cavan”a, içində karandaşla çoxlu qeydlər yazılanı havalı oğlanlardan gündə bir məktub alan nazsatan gözələ bənzəyir”¦

***

O gün Kungsmarken kilsəsinin yanındakı “sekondhənd”də yüzünün içində bir kitabı gözüm alıcı quş kimi aldı. Bura nə yazım ki, keçirdiyim hissi duyasınız?! Kaş, Allahın altında duyğuların yüzdə birini yazıya almaq qabiliyyətim olaydı.

“Əsgər atası” filminin qəhrəmanı Georgi Maxaraşvilinin uzaq Berlində doğma üzüm tinglərinə rastlama səhnəsini yada salın! Bax, elə o qoca təki sevinirdim. Min-min “yad” kitab içində doğma əsərimi görmüşdüm.

Çingiz Aytmatovun “Прощай, Гульсары!” kitabını ”“ dostluğumuzun uzun tarixi olan kitabı deyirəm.

”¦1988-ci ilin yayında əsgərlikdən qayıdanda ilk işim Çingiz Aytmatovun “Əlvida, Gülsarı” povestini oxumaq oldu. Bu haqda köhnə yazıların birində də yazmışam. Demək, əsgərliyin “uçebka” deyilən dövründə saysız-hesabsız orta asiyalı əsgərin arasında iki qırğız hamıdan seçilirdi və mənimki onlarla tutduğundan çox vaxt bir yerdə olurduq. Onlar da xidmətə instituta ara verib gəlmişdilər. “Manas”dan, Çingiz Aytmatovdan xəbərdar olmağım, İssık-Kulu tanımağım, “Ağ gəmi” filmindən danışmağım onların yanında hörmətimi xeyli artırmışdı. Aytmatovun “Əlvida, Gülsarı” əsərini dünya ədəbiyyatının şedevrlərindən biri kimi təriflədiyim günün axşamı yerimə girəndə oxumadığım əsər haqqında ağızdolusu danışmağın yaxşı iş olmadığının fərqində idim. Özümə (ayıb işimə) onunla təskinlik vermişdim ki, evə qayıdanda ilk oxuyacağım elə bu əsər olacaq.

Elə də oldu. Əsgərlikdən qayıtdığım yay “Əlvida, Gülsarı”nı oxudum. Oxudum və pərt oldum. Qabağıma qoyub uşaq kimi danladığım, Aytmatov kimi dahinin yerlisi olub, onun dünyalara dəyən “Əlvida, Gülsarı” kimi sevgi dastanını oxumayan qırğızların yanında xəcalət çəkdim, neçə min kilometr aralı olsam da. Sən demə, Aytmatovun bu povestinin qəhrəmanı Gülsarı qız yox, at imiş. Onlar da mənim kimi qayıdıb bu əsəri oxuyacaqdılar və görəcəkdilər ki, Gülsarı qız yox, at adıdı. Və mən onlara nə boyda yalan danışıbmışam”¦

Kitab 1976-cı ildə Moskvada, özü də ingilis dilində şərhlərlə çap edilib. Arxasında qiyməti yazılıb: “1p. 03k.” Qalın, parlaq üz qabığı, qırmızımtıl rəngli şriftlərlə bahalı kağızda nəşr olunan kitab suvenirə oxşayır. Elə qırx ildi suvenir kimi də qalıb, əl vurulmayıb, qatı açılmayıb. Onu qırx il sonra ilk kəs mən oxudum.

Bura necə gəlib düşüb? Hansısa sovet diplomatımı gətiribmiş İsveçə? Yoxsa sovet təbliğat yelləri atıbmış bura? Bir də, nəyi təbliğ edəcəkmiş bu kitab? Kolxoz həyatınımı? Qurduğu yeni həyatın qəhrəmana yaşatdığı acılarımı? Bəlkə Nobel mükafatı qalibini müəyyənləşdirən İsveş Kral Akademiyası üzvlərinin diqqətini cəlb eləmək üçün göndərilibmiş? Nə biləsən!

Qatı açılmayıbsa, demək onlar da oxumayıblar.

Namizədlər siyahısına dəfələr adı düşsə də mükafatı Aytmatova vermədilər. Alfred Nobelin vəsiyyətinə görə mükafat “siyasi-ideoloji motiv nəzərə alınaraq uğur qazanmış ədəbiyyata” verilir. Yəni əsərin dahiyanə olması azdır, akademiya üzvlərinin siyasi-ideoloji zövq və tələblərinə də cavab verməlidi. Aytmatovun bu tələbə cavab verməsi üçün bir yolu vardı ”“ “Əlvida, Gülsarı”dakı Tanabay kimi ədalətsizliyə, haqsızlığa, yalana dözməyib partiya biletini tolazlayıb sovet hökumətinin üzünə çırpmalıydı. Yoxsa, Nobel mükafatı alan heç bir sovet yazıçısından əskik deyil Aytmatov, hələ desən, bir baş yuxarıdı!

”¦Bu dəfə kitabı bir başqa ovqatda oxudum. Daha əsgərlikdən dünən dönən iyirmi yaşlı gənc deyiləm, az qala əsərin qəhrəmanı Tanabayı haxlamış yaşdayam.

Salam Gulsari

Kitabı oxuyub bitirdiyim gün sevimli Bastasjönün kənarında daldalanacaq komada oturub gölə baxırdım. Bu dəfə sularda tamaşanı külək “oynamırdı”, bu səfər “səhnə” yağışın ixtiyarındaydı. Göyün damla oxları gölün sinəsinə sancılırdı ”“ səhnəylə aramıza tül-pərdə çəkirdi.

“Tül”ün o üzündə uzun bir yol görürdüm. Yolun kənarında Tanabay dostuyla nəfəs-nəfəsəydi. Gülsarı bu dəfə nəfəs dərməyə yox, can verməyə əyləmişdi. Tanabay atın başını tumarlayır, onunla danışır, ömür dəftərini vərəqləyirdi. Göy də, göl də, meşə də Tanabaya hayan olmağa gəlmişdilər. Yarpaqlardan süzülən damcılar Tanabayın üzündən axan göz yaşına qarışıb gölə tökülürdü.

Sonra hər şey kitabın sonundakı kimi oldu.

“Tanabay yüyəni çiyninə atıb gedirdi. Gözlərindən yaş axırdı, saqqalını isladırdı. Tanabay Gülsarı üçün ağlayırdı. O gedirdi, açılan səhərə tamaşa eləyirdi. Tanabay yaşlı gözləri ilə çöllərə baxırdı, dağlara baxırdı. Təpənin üstündən bir vəhşi qaz uçdu. Qaz tələsirdi, özününkülərə çatmaq istəyirdi. Tanabay ayaq saxladı: ”“ Uç, uç! ”“ dedi. ”“ Hələ ki, qanadın yorulmayıb, uç, get özününkülərə yetiş”.

”¦ Mənsə “nobellik” yazıçının İsveç “sekondhənd”ində tapdığım kitabını yağış vurmasın deyə sinəmə sıxıb gölə tamaşa edirdim. Komadan çıxıb gölün ləpədöyənində durmuşdum.

Tanabay Gülsarını minib getmişdi.

Vahid Qazi
Karlskrona, İsveç

Oxşar xəbərlər
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:20
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
GÜNLÜK
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
AYLIQ
03 May 2024 | 00:22
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 00:23
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?