Nizami şükür edənin mükafatsız, naşükürlük edənin cəzasız qalacağına inanmır...
Oxunub: 5664
23 Nov 2015 | 22:35
Nizami şükür edənin mükafatsız, naşükürlük edənin cəzasız qalacağına inanmır...

Moderator.az publisist - jurnalist Azər Qaraçənlinin "Nizaminin şükürü" əsərini hissə - hissə oxuculara təqdim edir. Əsərin qəlbində Allah sevgisi və xofu olan hər bir inanclı şəxs üçün maraq doğuracağına şübhə yoxdur:

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/106105.html

Mənim nemətimin haqqını yaddan çıxardın,
Məndən utanıb çəkinmədin, ar olsun sənə!
Hər millətin məzhəbində
Nemət küfrü (naşükürlük) məzhəb kafirliyindən pisdi.
Nemətin haqqını işdə gözləmək
Nemət yeyənin nemətini daha da artırar.
Sən mənə nə düzlük, nə aydınlıq göstərdin,
Düzgünlük aradan çıxdı, aydınlıq yox oldu.

Beləliklə, aydın olur ki, vəzir nemətin haqqını yaddan çıxarıb, yaddan çıxarmağı bir yana, nemətin haqqını danıb, bilərəkdən nemətə küfr, yəni naşükürlük eləyib. Nizaminin məntiqinə görəsə naşükürlük olubsa, mütləq bəla da olacaq, xeyir-bərəkət aradan qalxacaq. Həmin bəlanı təsvir eləyəndə Nizami yazır ki, şahın başının eyş-işrətə, kef-damağa qarışdığını görən vəzir xalqa zülm eləyirdi, zülm həddini aşmışdı, vəzir daha heç kimi adam yerinə qoymurdu, evləri də talayırdı. Şəhərlərdə, kəndlərdə ah-nalədən savayı bir şey eşidilmirdi, vəzirdən özgə kimsədə var-dövlət, mal-mülk qalmamışdı, ən varlı adamlar da yoxsullaşmışdı, camaat ev-eşiyini atıb dağlara-daşlara dağılışmışdı. Örüşlərdən mal-qara yoxa çıxmışdı, torpağı əkən yox idi. Şahın xəzinəsi boşalmışdı, qoşun da vəzirin əlindən cana gəlmişdi, ölkə düşməndən qorunmaq gücünü itirmişdi.

Vəziyyətdən xəbər tutandan sonra şah vəziri zindana saldırır, ölkəyə car çəkdirib deyir kim haqsızlığa düçar olubsa haqqını tələb eləsin. Camaat, qoşun şahın hüzuruna şikayətə axışır. Şah vəzirin tutdurduğu adamları dinləyir, onları dustaqlıqdan qurtarır, əllərindən alınmış mal-mülklərini geri qaytarır. Axırda da vəziri dar ağacından asdırır. Bu yenə həmin məntiqdi: naşükürlük cəzasız qalmır. Birinci cəzanı ölkə ”“ dövlət, xalq, qoşun, qoşunun üz döndərdiyi padşah çəkmişdisə, ikinci cəzanı vəzirin özü çəkir. Onun naşükürlüyü özgələrin başında çatlamışdı, axırda öz başında çatlayır. Nizami demək istəyir ki, naşükürlük başqalarına da ziyan vura bilər, amma axırda naşükürün özü də bundan ziyan çəkəcək, mütləq çəkəcək. Nizami şükür eləyənin mükafatsız, naşükürlük eləyənin cəzasız qalacağına inanmır. Nizami naşükürlük aradan qalxandan sonra xeyir-bərəkətin yerinə qayıdacağına şübhə eləmir.

Bəhram şah vəzirdən hesab soranda deyir sən nemətin haqqını yaddan çıxardın. Nemətin haqqı ”“ şükürdü. Nizami “Xosrov və Şirin”də paxıl adlandırdığı adama deyir: “Nemət yeyən gərək naşükür olmasın”. Yəni nemət yeyən gərək nemətin haqqını yaddan çıxarmasın, şükür eləsin, nemətin haqqını tanısın. Bəhram şah vəzirdən hesab soranda deyir: “Hər millətin məzhəbində nemət küfrü məzhəb kafirliyindən pisdi”. Nemət küfrü ”“ nemətin haqqını danmaqdı, naşükürlükdü; məzhəb kafirliyi ”“ məzhəbi danmaqdı, dinsizlikdi. Nizami şahın diliylə deyir ki, naşükürlük dinsizlikdən də pisdi. Özü də deyir buna dinin özündə belə baxılır, hər millətin məzhəbində naşükürlük dinsizlikdən pis tutulur.

Bəhram şah vəziri asdırandan sonra onun ayrı xəyanətlərindən də xəbər tutur. Şah bunu vəzirin Çin xaqanına yazdığı gizli məktubları oxuyanda bilir. Onda şah vəziri edam elətdirdiyinə şükür eləyir:

Şah vəzirin məktublarını oxuyub
Katibin əlindəki qələm kimi itiləşdi.
Onu həlak elədiyinə görə şükür elədi.

Nizami Gəncəvi “Yeddi gözəl” poemasında yeddi gözəlin Bəhram-Gura danışdığı əfsanələrdə də şükür-naşükürlük məsələsini qaldırır.

Bu əfsanələrin birində deyilir ki, bir qonaqpərvər şah varmış. Bir gün bu şah başdan-ayağa qara geyinmiş qonağından soruşur niyə belə qaraya bürünmüsən? Qonaq danışmaq istəmir, şah əl çəkmir. Qonaq deyir Çində cənnət bağı kimi gözəl bir şəhər var, orda kim badə nuş eləsə, o badə onun əyninə qara geyindirər. Qonaq sirrin dalını açmır, çıxıb gedir. Şahı maraq götürür, qohumlarından birini öz yerində oturdub məmləkətdən çıxır, gedib Çində o şəhəri tapır. Şah ölkəsindən çıxanda özüylə ləl-cəvahirat da götürür. Şəhərdə adamların qara geyinməyinin sirrini heç kimdən öyrənə bilməyən şah axırda bir qəssabla dostlaşır, ona çoxlu qızıl verir. Şah ona bu diyara niyə gəldiyini açıb deyir. Deyir padşahlığımdan ona görə əl çəkmişəm ki, bilim bu şəhərdə adamlar niyə şənlikdən məhrumdular, niyə burda heç bir müsibət olmaya-olmaya qəmlə əlləşirlər, qara paltar geyinirlər? Qəssab bunu eşidəndə çox narahat olur, ancaq axırda sirri şaha açmalı olur. O, şahı bir xaraba evə gətirir, orda onu kəndirə bağlanmış səbətə oturdub deyir qalx bu səbətlə göyə, yerə nəzər sal, onda bilərsən sükuta dalmış hər kəs niyə belə qara geyinib.

Qəssab kəndiri çəkir, səbət şahı qaldırıb başı Aya ucalan bir minarəyə atır. Minarədən yerə baxanda şahın gözləri qaralır. Şahın canını qorxu alır, öz sərgüzəştindən peşman olur. Ailəsini, evini arzulayır. Ancaq peşmanlıq yox, Allahdan qorxub, Allahı çağırmaq fayda verir. Şair yazır:

Lakin peşmanlıq bir fayda vermədi.
Allahdan qorxub, Allahı çağırmaqdan başqa.

Dağ boyda bir quş uca minarənin başına qonur. Şah quşun ayağından yapışır, quş uçub gedəndə şahı da özüylə aparır, onu minarənin kəlləsindən qurtarıb gözəl bir yerə gətirir. Bura gülab, ənbər ətrinə bürünmüş bir yerdi. Şah çox sevinir. Quşa xeyir-dua oxuyub əlini onun ayağından çəkir. Sevincək özünü yumşaq otun, incə güllərin üstünə atır. Bir saat sərilib qalır. Duranda Allaha şükür eləyir ki, halı yaxşılaşıb. Əfsanədə şahın dilindən belə nəql olunur:

Mən o quşa yüz xeyir-dua eyləyib,
Əlimi ayağından buraxdım.
Sevincək ürəklə şimşək kimi
Yumşaq otun, incə güllərin üstünə düşdüm.
Tam bir saat düşüb qaldım.
”¦O yorğunluqdan dincimi alandan sonra
Allaha şükür elədim ki, halım yaxşıdı.

Bəlkə də kimsə şahın burda şükür eləməyinə ötəri bir məqam kimi, eləcə vəziyyəti yaxşılaşan adamın vərdişdən irəli gələn bir şükürü kimi baxa bilər. Ancaq Nizami heç nəyi təsadüfən yazmır, hər sözünün, misrasının dərin mənası olan şairin bir misrada verdiyi bu şükürün də dərin mənası var. Bu, sistemdi, Nizaminin əxlaq sisteminin məntiqindən doğan bir şükürdü. Fikir verin, şah minarənin başında qalanda peşman olur, ancaq onun peşmanlığı yox, Allahdan qorxub, Allahı çağırmağı fayda verir: quş gəlib şahı ordan qurtarır. Bu quş ora təsadüfən gəlməyib, onu şahın Allahı çağırmağı gətirib, onu Allah göndərib. Şahın mənəviyyat qanununa əməl eləməyi ona xeyir verir, Allahdan qorxmağı onu başqa qorxudan qurtarır, çağırdığı Tanrı dadına çatır. Şah gül-ənbər qoxulu yerə düşəndə quşa çoxlu xeyir-dua eləyir. Bu da mənəviyyat qanununa uyğundu ”“ minnətdarlığı unutmur. Şah dincini alıb duranda Allaha şükür eləyir. Nemət varsa, şükür olmalıdı, şükür varsa, nemət də olacaq, üstəlik artacaq da. Nizaminin inandığı həqiqət budu. Şairin öz əsərində bir daha oxucunun qarşısına çıxardığı əxlaq sistemi budu. Bu, Nizaminin əxlaq sisteminin hamısı deyil, bir parçasıdı. Nizaminin əxlaq sistemi təkcə şükür haqqında deyil, onun sistemi genişdi, bütün mənəvi dəyərlər haqqındadı. Ancaq mövzumuz şükür olduğuna görə mən Nizaminin sistemindən ancaq bir parçanı götürürəm, onun ancaq şükürə-naşükürlüyə aid hissəsinə diqqət yetirirəm.

Şah nemətin haqqını unutmur, gördüyü hər yaxşılığa görə Tanrıya şükür eləyir. Şahın şükürü artdıqca neməti də artır. Nizami belə məqamı təsvir eləməkdən zövq alır. Əsərdə şahın dilindən nəql olunur:

Belə bir yeri tapıb, mən
Xəzinə axtaranlar kimi sevindim.
Onun gözəlliyindən heyrətə daldım,
Ona “Əlhəmdülillah” (Allaha tərif) oxudum.
Eniş-yoxuşu dolandım,
Göz oxşayan bağları seyr elədim.
Dadlı meyvələrdən yeyib
Nemətə görə şükür elədim.
Nəhayət, azad sərv kimi
Bir sərvin altında şadyana özümə yer düzəltdim.
Axşamacan orda qaldım,
Min işim olsa da, getmədim.
Bir az yedim, bir az yatdım.
Hər dəfə də şükür eləyirdim.

Axşam yüz minlərlə huri bağda məclis qurur. Məclisin başında oturan gözəllər gözəli “burda torpaqpərəst naməhrəmlərdən kiminsə” olduğunu duyub o adamı tapmağı tapşırır. Şahı tapıb gözəllər gözəlinin yanında taxtda oturdurlar. Şah yeyir-içir, şənlənir, “utancaqlıq keşiyi aradan qalxır”. Şah onu yanında oturdan xanımlar xanımını öpməyə başlayır. Gözəl öz işvəkarlığıyla şahın ehtirasını daha da artırır. Gözəl deyir bu gecə öpməyə qane ol, görsən dözmürsən bu kənizlərdən birini sənə verərəm, atəşini söndürərsən. Belə də olur. Xanımlar xanımının ehtirasıyla alışan şah gecə ehtirasını məclisdəki xanımlardan biriylə soyudur. Beləcə şah hər axşam hurilərin məclisində xanımlar xanımının yanında oturur, amma ondan kam ala bilmir, hər dəfə gecəni məclisdəki başqa bir gözəllə keçirməli olur. Şah hər axşam məclisdə gözəllər gözəlinə nə qədər yalvarsa da ki, səni istəyirəm, o yalnız şahın onu öpüşə qərq eləməyinə razılaşır, başqa yaxınlıq eləmir, deyir bir az səbr elə, kama çatarsan. İyirmi doqquz gecə belə keçir. Əfsanədə şahın dilindən nəql olunur:

Günü bağda keçirirdim, gecəni behiştdə ”“
Müşklü torpaqda, qızıl kərpicli evdə.
Könül şənliyi iqlimində şah idim,
Gündüzü Günəşlə, gecəni Ayla keçirirdim.
Müyəssər olmayan heç bir kamım yox idi,
Ancaq bəxtim mənə elədiyini elədi,
O nemətə görə şükür eləmədiyimdən
Nemətin haqqı üstümdə həddən aşdı.
Varaqdan xoşbəxtlik hərflərini yudum,
Çünki artıqdan da artıq istədim.

Şah deyir şükür eləmədiyimdən nemətin haqqı üstümdə aşdı. Bu daha həmin şah deyil. Minarənin başında qalanda ürək-göbəyini yemişdi. Quş onu bu bağa gətirib çıxaranda o, heç bir yaxşılığı unutmurdu, hər şeyə qədirbilən yanaşırdı, hər nemətə, hər dada, hər gözəlliyə görə Tanrıya şükür eləyirdi, yatanda da, duranda da şükür eləyirdi. Onun şükürü onun xoşbəxtliyini ”“ nemətini, ruzisini, dincliyini, sevincini artırırdı. İndi o, şükürü unudubsa, deməli, qulaqburması almalıdı, nemətin haqqı onun üstündə aşıbsa, deməli, o, bunun altında qalmalıdı, haqqı ödəməyibsə, nemət əlindən çıxmalıdı. Üstündə borc yığılıb, müflis olmalıdı.

Otuzuncu gecə şah dözmür. Taxtda gözəllər gözəlinə hücum çəkir. Gözəl yalvarır ki, bu gecə də döz, sabah səninəm. Deyir bir gecə səbir elə, səbir eləsən gecələr çoxdu, belə gecədən hələ mini qabaqdadı. Ancaq şah qulaq asmır, gözəldən əl çəkmir. Şahın inadkarlığını, səbirsizliyini görən gözəl deyir bir anlığa gözlərini yum, mən hazırlaşım, mən hazır olanda gözlərini açıb istəyinə çatarsan. Şah gözünü yumur, bir an sonra gözəl deyir: “Gözünü aç!” Şah gözünü açıb görür səbətin içindədi ”“ qəssabın onu gətirib qoyduğu səbətin içində. Yan-yörəsində heç kim yoxdu. Şahı əsməcə tutur. Birdən səbət tərpənir, şah baxır ki, qəssabdı, səbətin kəndirini boşaldıb onu aşağı endirir. Qəssab deyir:

Sənə yüz il də söyləsəydim,
Bu əhvalatın doğru olduğuna inanmazdın.
Gedib o gizlin olanı gördün,
Belə bir hekayəti kimə danışmaq olar?
Mən bu qaynar qazanda qaynamışam,
Bu zülmü çəkdiyimə görə də qara geyinmişəm.

Şah deyir indən belə mən sitəm çəkmişə də susub qara geyinmək gərəkdi. Şah qara geyinib öz məmləkətinə qayıdır. Qara geyimli şahın əfsanəsi belə yaranır.

Başqa bir əfsanədə deyilir ki, Rumda Bişr adlı ağıllı-kamallı, zahiri də, daxili də gözəl, pəhrizkar, yəni şəhvət düşkünü olmayan, təmiz əlaqəyə meyl eləyən bir adam vardı. Bir gün Bişr yolda bir qadınla qabaq-qabağa gəlir. Yel əsir, qadının örtüyünü üzündən götürür. Bişr baxır: gözəl, nə gözəl! Belə bir gözəlin qarşısında heç bir ürəyin səbirə taqəti ola bilməz. Bişr çimdiklənmiş uşaq kimi birdən-birə fəryad qoparır. Qadın o səsdən örtüyünü üzünə çəkir. Bişr tələsik addımlamağa başlayır. Ancaq öz-özünə deyir bu qadının dalınca düşsəm yaxşı olmaz, gərək durub səbir eləyəm. Səbir nə gəzir? Səbir əldən gedib. Bununla belə Bişr düşünür çarə yenə səbirdədi, qalanı rüsvayçılıqdı. Bişr öz-özünə deyir şəhvət məni yoldan çıxarsa da, mən kişiyəm, qəmdən ölmərəm ki. Deyir şəhvətə uymamaq dinin əlamətidi, pəhrizkarlığın şərti də elə budu. Bişr özünü ələ alıb qərara gəlir ki, Beytülmüqəddəsə (Qüdsə) ziyarətə getsin. Deyir qoy xeyiri-şəri bilən Tanrı bu işi məndən ötrü asanlaşdırsın.

Bişr ziyarətə yollanır, Qüdsdə Tanrıya yalvarıb-yaxarır, Yaradandan onu pis işlərdən qorumağı diləyir. Ziyarətdən qayıdanda o, hər sözdən bir söz çıxaran, özünü hamıdan ağıllı bilən Məlixa adlı bir boşboğazla yol yoldaşı olur. Dağdan qara bulud qalxanda özünü bilən adam kimi göstərən Məlixa Bişrdən soruşur niyə buludun biri ağ, o biri qaradı? Bişr deyir: “Özün ki bilirsən, Allahın hökmüylə belə işlər çox olar”. Məlixa deyir boşla bu söhbəti, bu bəhanədi, əslində qara bulud yanmış tüstüdü, ağ buludunsa məcazında xam rütubət var.

Yel əsəndə Məlixa deyir öküz kimi, eşşək kimi mənasız yaşamaq olmaz, de görüm bu əsən yel nədi? Bişr deyir: “Bu da Allahın buyruğuyla olan şeydi, Tanrının hökmü olmasa heç nə yarana bilməz”. Məlixa deyir qoca-qarı kimi danışma, hikmətin olsun. Deyir: “Yelin əsli havadı, onu yerin buxarı hərəkətə gətirir”. Sonra bir dağı göstərib soruşur niyə bu dağ o birilərindən əzəmətlidi? Bişr deyir: “Bu, Allahın işidi ki, dağın biri hündür, o biri alçaq olub”. Məlixa yenə etiraz eləyir, dağların bir-birindən seçilməyinə əsassız bir izah verir. Axırda Bişr acıqlanır. Deyir:

Sən Yaradanın hökmüylə höcətləşmə.
Mən işlərin sirrindən xəbərsiz deyiləm,
Bütün elmlərdə səndən üstünəm.
Ancaq yaradılışın səbəbi haqqında özbaşına danışmaq olmaz,
Yolu öz fikrinlə süpürmək yaramaz.
Biz pərdəyə yol tanımırıq,
Biz pərdənin üzündəki naxışları oxuyuruq.

Ancaq Məlixanın tükü də tərpənmir. O, boşboğazlığından qalmır. Bişrlə Məlixa bir neçə gün qızmar səhrada yol gedirlər, susuzluqdan yanırlar. Gəlib səhranın ortasında qollu-budaqlı bir ağaca çatırlar. Ağacın altı yaşıl ipək kimidi, burda bir saxsı küp də basdırılıb, içi dumduru, içməli suyla doludu. Məlixa yenə dilini dinc qoymur, Bişrə deyir:

Bişrə dedi: “Ey nəcib yoldaş,
Yenə soruşuram, de görüm nə səbəbə
Bu ağzı açıq saxsı küp
Dodağına qədər yerin içində gizlənib?
De görüm bu küpün suyu hardandı?
O ki dağ ətəyində deyil, səhradadı”.
Bişr dedi: “Yəqin bunu kimsə ehsan üçün
Düzəldib. Çoxları belə şey eləyir.
Nəsə dəyəndə iki yerə parçalanmasın deyə
Ehtiyatdan onu yerə basdırıblar”.

Məlixa Bişri lağa qoyur, deyir, bəli, camaatın işi-gücü qurtarıb, çiynində bura su daşıyır. Məlixa deyir bu küpü bura ovçular basdırıb ki, heyvanlar susuzlayanda gəlib burdan su içsinlər, ovçular da onları ovlasın. Yəni bu küp tələdi. Bişr deyir hərənin gizlində bir əqidəsi var, hər kəs başqası haqqında da o əqidəyə uyğun fikirləşir. Bişr deyir:

Mən sənə bayaq dedim pis fikirləşmə,
Pis fikirləşmək axırda pislik gətirər.

Onlar ağacın altında süfrə açıb çörək yeyirlər, küpün suyundan içirlər. Məlixa deyir qırağa dur, girib bu küpdə çiməcəm. Bişr onu fikrindən daşındırmaq istəyir, deyir belə eləmə, bədəninin çirkini suya tökmə, qoy başqaları da burdan keçəndə su içə bilsinlər. Məlixa, Nizaminin yazdığı kimi desək, “pisfikir kişi” qulaq asmayıb paltarını çıxarır, küpə tullanır. Demə, bu, küp deyilmiş, dərin quyuymuş. Məlixa quyudan çıxa bilmir. Bir az keçir, Bişr görür Məlixadan səs-səmir gəlmir. Ürəyində onun qarasınca deyinən Bişr küpə boylananda Məlixanın cəsədini suyun üzündə görür. İşin nə yerdə olduğunu, bunun küp yox, su quyusu olduğunu başa düşən Bişr Məlixanın meyitini sudan çıxarır. O, üzünü Məlixanın meyitinə tutub deyir bizim hər ikimiz bu küpün suyu haqqında yanlış düşünmüşük, nə demişiksə yanlış demişik, amma sən öldün, mən xilas oldum, çünki sən naşükür, mən şükür eləyənəm. Bişr deyir:

Bu haqda biz nə danışmışıqsa,
Hər ikimiz qələt fikir söyləmişik.
Sən ona qərq oldun, mən xilas oldum,
Çünki sən naşükür, mənsə şükür eləyənəm.
Sən deyirdin o heyvanlar üçün qurulmuş tordu,
Özün heyvan kimi o tora düşdün.
Mənsə onun haqqında yaxşı fikirdə olduğum üçün
Yaxşılığım yaxşılıqla bitdi, canım qurtardı.

Bişr Məlixanı orda basdırır, onun pal-paltarını, paltarında gizlətdiyi qızıl kisəsini götürüb yola düzəlir. Gəlib doğma şəhərinə çatır, qohum-əqrəbasıyla görüşəndən sonra soraqlayıb Məlixanın evini tapır. Bişr əhvalatı olduğu kimi Məlixanın arvadına danışır, ərinin pal-paltarını, qızıllarını onun qabağına qoyur. Örtüyə bürünüb Bişrin qarşısında oturmuş arvadın dərdi açılır. Aydın olur ki, o, Məlixanın əlindən çox zülm çəkib, ərinin ölməyinə də sevinir. Qadın deyir bu elə Allahdan oldu ki, mərdimazar Məlixa öldü, sənin kimi mərd adam gəlib bura çıxdı. Qadın Bişrə onunla evlənməyi təklif eləyir. O, üzünü açıb Bişrə göstərir. Bişr baxır bu o vaxt yolda gördüyü gözəldi ”“ yel əsib örtüyü qaldıranda gördüyü gözəl. Bişr özündən gedir. Ayılanda köhnə əhvalatı qadına açır, deyir külək örtüyünü götürəndə səni gördüm, vuruldum, ancaq bunu heç kəsə bildirmədim, Tanrıma sığındım. Bişr də, qadın da baş verənlərin hamısına Tanrının yazısı, mükafatı kimi baxır, kəbin kəsdirib evlənirlər. Nizami yenə şükür eləyəni səadətə qovuşdurur, naşükürüsə bundan məhrum eləyir.

Bişrlə Məlixanın əfsanəsində Nizami naşükürlüyü Tanrı haqqında, onun hikməti, yaratdıqları haqqında pis fikirdə olmaq kimi təqdim eləyir. Burda naşükür (pisfikir adam) üstəlik lovğadı, o öz düşüncələriylə öyünür, təkəbbür göstərir, dərrakəsi çatmayan işlərə izah verir, bu izahların yanlış ola biləcəyi düşüncəsini yaxına buraxmır. Bişr Məlixanın meyitinə baxanda deyir biz hər ikimiz yanlış düşünmüşük, ancaq sən qərq oldun, mən xilas oldum, çünki sən naşükür, mən şükür eləyənəm, mən o küpün, əslində küp rəmzdi, demək istəyir mən Tanrı hikmətinin haqqında yaxşı fikirdə olduğuma görə aqibətim yaxşılıqla bitdi.

Bununla Nizami demək istəyir ki, yaradılışın hikmətini, Tanrının məqsədini dərk eləməyə gücümüz çatmasa da, biz onun haqqında yaxşı fikirdə olmalıyıq. İnsan Tanrıdan bədgüman olmamalıdı. Belə olsa, insan lap yanlış düşünsə də nicat tapar, xilas olar. Nizami demək istəyir Tanrıya güvənsən, bu dünyada aqibətin, ən sonda da axirətin yaxşı olacaq. Güvənməsən, bu dünyada da, o dünyada da sənə pis olacaq, qurtuluş tapa bilməyəcəksən, batıb gedəcəksən. Nizami burda naşükürlüyü Tanrıdan bədgüman olmaq, yəni həqiqəti bilməyə-bilməyə gümanında pis olmaq kimi verir. Şükürüsə bunun əksi kimi göstərir: şükür eləyən də həqiqəti bilmir, amma onun gümanı yaxşıdı. Əfsanədə insanı həqiqəti bilməyi yox, gümanı qurtarır ”“ Tanrıya gümanı çatan qurtulur, gümanı çatmayan məhv olur.

Nizami məntiqi deyir qaragümanlıq, yəni naşükürlük insanı məhvə, xoş niyyət, yəni Tanrı haqqında, onun məqsədi, yaratdıqları, insanın qabağına çıxartdıqları haqqında yaxşı fikirdə olmaq qurtuluşa aparır. Bişrin əhvalatıyla Nizami insanı Yaradan haqqında bəd gümanda olmamağa, Tanrının yaratdıqlarına xoş baxıb, başa düşdüyünə də, başa düşmədiyinə də şükür eləməyə çağırır. Şair şükürü qurtuluş kimi göstərir.

Nizami deyir ki, biz hikmət pərdəsinin arxasına yol tapa bilmirik, biz bu pərdənin ancaq üzündəki naxışları oxuyuruq, ola bilər, yanlış oxuyuruq, ancaq biz hikmətin özü haqqında pis fikirdə olmamalıyıq. Düşüncəmiz yanlış ola bilər, ancaq niyyətimiz saf, gümanımız işıqlı olmalıdı, Tanrıya güvənməliyik, Tanrının hikmətini yaxşılığa yozmalıyıq, pisliyə yox.

Qara geyimli şahın əfsanəsindən danışanda dedik Nizaminin əxlaq sistemi genişdi, təkcə şükür haqqında deyil, bütün mənəvi dəyərlər haqqındadı, ancaq mövzumuz şükür olduğuna görə biz bu sistemdən yalnız bir parçanı götürürük, onun yalnız şükürə-naşükürlüyə aid hissəsinə diqqət yetiririk. İndi Nizaminin əxlaq sistemində çox yüksək yer tutan bir dəyərə ”“ səbirə də diqqət yönəltməyin vaxtıdı. Araşdırsaq görərik Nizami əsərlərində səbirə şükürdən çox yer ayırır. Bəzən onlardan ayrı-ayrılıqda, bəzən eyni vaxtda danışır. “Quran”da da belədi. “Quran”da da Tanrı səbirlə şükürdən bəzən ayrı-ayrılıqda, bəzən eyni vaxtda danışır. İslam dinində səbirlə şükürə bir almanın yarısı kimi baxılır. İslama görə, səbir imanın bir yarısı, şükür o biri yarısıdı. Bəs iman nədi? İslamda ən vacib məsələlərdən biri. İslam dininə görə, iman ”“ Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, bəzi yanaşmalara görə, həm də qədərə ürəkdən inanmaq, buna sözdə, işdə əməl eləməkdi. İmana gedən yolun yarısı səbirdən, yarısı şükürdən keçir. Səbirsiz, naşükür adamın imanı ola bilməz. Səbiri, şükürü zəif adamın imanı da zəif olar.

Nizaminin səbirdən ayrıca danışdığı yerlərdən söz açmayacağıq, buna ayrıca araşdırma gərəkdi. Ancaq Nizamidə səbirlə şükürün iç-içə olduğu yerlərə toxunmalı olacağıq.

“Quran”da deyilir bu dünyada çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var: “Görmürsənmi gəmilər Allahın bir neməti kimi dənizdə necə üzür? Bununla Allah sizə öz nişanələrini göstərir! Həqiqətən, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”

Ardı var...
Oxşar xəbərlər
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - CANLI YAYIM
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
09:02, Bu gün
DÜNYABu ölkədə homoseksuallar həbs ediləcəklər
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
08:07, Bu gün
Laçına növbəti köç karvanı yola düşdü - FOTO
08:01, Bu gün
“Polis tərəfindən insan hüquqlarının pozulması halları 20 faiz artıb...”- “Johovurd”
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
07:17, Bu gün
Xarabalığı xatırladan sağlamlıq mərkəzi:  10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
06:55, Bu gün
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
06:35, Bu gün
Telefonsuz qalmaq qorxusu...
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 20:41
"ABŞ-ın Ukraynaya yardımı və Rusiyanın dondurulmuş aktivləri 2028-ci ilədək yetərli olacaq" - "Reuters"
29 Apr 2024 | 20:39
NATO müdafiə nazirləri Ukraynaya dəstək məsələsini müzakirə edəcək
29 Apr 2024 | 20:36
“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq
29 Apr 2024 | 20:33
Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
29 Apr 2024 | 20:22
Türkiyədə “TikTok” qadağan oluna bilər
29 Apr 2024 | 20:18
Hindistanda aeroport bomba xəbərinə görə döyüş hazırlığı vəziyyətinə gətirilib
29 Apr 2024 | 20:13
Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?
29 Apr 2024 | 20:04
Vüqar Əhmədov Qazaxda vətəndaşları qəbul edib
29 Apr 2024 | 19:54
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə olunub
29 Apr 2024 | 19:50
Azərbaycanda məktəbdən sonra yoxa çıxan azyaşlı tapıldı - YENİLƏNİB
29 Apr 2024 | 19:48
Sabah Yardımlı və Masallının bəzi ərazilərində qaz kəsiləcək
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 19:37
“Gənclər Gələcəkdir” adlı tədbir keçirildi – FOTOLAR
29 Apr 2024 | 19:27
Cavanşir Məmmədovun ailəsi ilə son FOTOsu
29 Apr 2024 | 19:22
Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib - YENİLƏNİB
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:20
Pakistanda kömür mədənində partlayış baş verib
29 Apr 2024 | 19:12
AK-nın qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Cənubi Qafqaza gəlir
29 Apr 2024 | 19:02
Gürcüstan Parlamentinin Hüquq Komissiyası “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib
29 Apr 2024 | 18:59
İran əlaqələri normallaşdırmaq istəyirsə, bu addımlardan əl çəkməlidir - Fazil Mustafa
29 Apr 2024 | 18:53
“Evdar xanımlar estetik etdirməsin”
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 18:51
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
29 Apr 2024 | 18:45
Azərbaycan dünyada qızılcaya ən çox yoluxma olan ölkələr  sırasındadır - RƏSMİ
29 Apr 2024 | 18:39
Siçanlarla genlərimiz eynidir? Tibbi araşdırmalarda niyə onlardan daha çox istifadə olunur?
29 Apr 2024 | 18:31
Lənkəranda iki ay əvvəl yol qəzası nəticəsində komaya düşən şəxs xəstəxanada vəfat edib
29 Apr 2024 | 18:19
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
29 Apr 2024 | 18:15
Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi
29 Apr 2024 | 18:11
Şotlandiyanın baş naziri istefa verdi
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 18:00
Bakı və İrəvan arasında vasitəçilik cəhdi: sülh Azərbaycanın səylərini dəstəkləməklə mümkündür - ŞƏRH + FOTO
GÜNLÜK
29 Apr 2024 | 13:50
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 13:46
Prezident Yan Vanmini qəbul etdi - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 14:34
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 14:38
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
29 Apr 2024 | 14:47
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
29 Apr 2024 | 14:05
Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini AÇIQLADI
29 Apr 2024 | 14:25
“Bu, işğaldan azad edilən ərazilərin enerji ilə fasiləsiz təminatına imkan verəcək”
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 14:26
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
AYLIQ
29 Apr 2024 | 13:50
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı, açarlar təqdim olundu - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 Apr 2024 | 13:46
Prezident Yan Vanmini qəbul etdi - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 14:34
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul etdi - YENİLƏNİB + FOTO
29 Apr 2024 | 14:38
Günel Zeynalova: "Qorxaq kişi sevməyin" - FOTO
29 Apr 2024 | 14:47
“Volkswagen” brendinin Yenilənmiş Touareg avtomobili təqdim olundu - FOTOLAR
29 Apr 2024 | 14:05
Britaniya Rusiyanın Ukraynaya qarşı müharibədə itkilərini AÇIQLADI
29 Apr 2024 | 14:25
“Bu, işğaldan azad edilən ərazilərin enerji ilə fasiləsiz təminatına imkan verəcək”
29 Apr 2024 | 15:12
"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski
29 Apr 2024 | 14:26
Bakıda üç uşaq anasının iki sevgilisi də varmış: "Anası da bilirdi..." – ŞOK TƏFƏRRÜAT