Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Oxunub: 3373
29 Apr 2024 | 18:51
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Nizami Məmmədovla bərabər müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.
 
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
 
Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov ifadə verib.
 
Məlikməmməd Qurbanov bildirib ki, polkovnik rütbəsindədir, 2019-cu ildə ordu sıralarından təxris olunub.
 
Məhkəmədə məlum olub ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyində baş verən 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
 
Prosesə sədrlik edən hakim bildirib ki, Məlikməmməd Qurbanov Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilməsi üçün dəvət olunub. O, məhkəmədə vəkili Ceyhun Hacıyevin iştirakı ilə dindirilib.
 
Məlikməmməd Qurbanov bildirib ki, idarə rəisi olduğu dövrdə göstərişləri baş qərargah rəisi Nəciməddin Sadıkovdan alıb.
 
Polkovnik qeyd edib ki, Nəciməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: "Nəciməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub. Tenderlərdə əsasən “Azərsun holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.
 
Məlikməmməd Qurbanov onu da bildirib ki, Nizami Məmmədovun satınalma və təhcizata heç bir aidiyyatı olmayıb.
 
O deyib ki, Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib, danışıqlardan xəbəri olmayıb. Bildirib ki, müqavilələr hansı məbləğlərin yazılması barədə də Nizami Məmmədov məlumatsız olub.
 
Məlikməmməd Qurbanovun sözlərinə görə, işlədiyi 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alını: "Həmin illərdə pullar ən çox “Azərsun holdinq”dən alınıb".
 
Bu zaman Nizami Məmmədov Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirib. General deyib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir, bunu Məlikməmməd Qurbanov da ifadəsində təsdiq edir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Mən ittihamla ibtidai istintaq bitəndə tanış oldum. Əgər Məlikməmməd Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Nəcməddin Sadıkovun mənə nə borcu var idi, nə tabeçiliyi var idi, nə də məndən qorxusu yox idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi, mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi.“Azərsun holdinq”in nümayəndəsi Afdandil Abdiyev ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”.
 
Daha sonra Məlikməmməd Qurbanovun ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissələri, həmçinin ibtidai istintaq zamanı Nizami Məmmədovla üzləşmə zamanı yazılan ifadələr elan edilib. Həmin ifadələrdən Məlikməmməd Qurbanov həmin ifadəsində qeyd edib ki, Maliyyə və Büdcə İdarəsi sadəcə icra sənədləri əsasında həmin şirkətlərə ödənişlər edib.
 
Qeyd olunub ki, Nizami Məmmədov yalnız ödəniş tapşırıqlarına imza atıb, idarənin işi ancaq ödənişləri həyata keçirmək olub. Əlavə olunub ki, Maliyyə və Büdcə İdarəsinə müqavilələr hazır gəlib.
 
Bundan sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə suallar ünvanlayıb. Vəkilin əldə olunan gəlirdən nə qədər özünə götürməsi, həmin dövrlərdə şirkətlərdən gələn faizləri kimlərə verilməsi və digər suallarına Məlikməmməd Qurbanov cavab verməkdən imtina edib.
 
Daha sonra hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Cavidan Mirzəyev ifadə verib. O, tərəfindən vurulmuş ziyanı tam ödədiyini deyib.
 
Sonra isə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev ifadə veriblər. Onlar Müdafiə Nazirliyi ilə bağlanan 670 min manatlıq müqavilə ilə bağlı danışıblar.
 
Azər Rəsulov qeyd edib ki, rəhbərlik etdiyi şirkət Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə podrat müqaviləsi imzalayıb, Perekeşkül və Biləcəri qəsəbəsində yerləşən hərbi hissələrdə asfalt çəkilişi, fasad, dam örtüklərinin dəyişdirilməsi, ümumi abadlıq işlər görməli imişlər.
 
Növbəti proses mayın 3-də davam edəcək.
 
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
 
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
 
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
 
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
 
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Oxşar xəbərlər
21:04, Bu gün
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
20:53, Bu gün
Perunun daxili işlər naziri istefa verib
20:36, Bu gün
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
20:35, Bu gün
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
20:34, Bu gün
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
20:32, Bu gün
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:31, Bu gün
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
20:28, Bu gün
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
19:49, Bu gün
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
19:08, Bu gün
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
18:25, Bu gün
Bakıda axtarışda olan qadın saxlanıldı
18:18, Bu gün
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
18:11, Bu gün
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
18:05, Bu gün
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
18:00, Bu gün
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
17:55, Bu gün
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
17:51, Bu gün
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
17:47, Bu gün
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
17:41, Bu gün
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
17:37, Bu gün
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
17:33, Bu gün
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
17:29, Bu gün
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
17:27, Bu gün
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
17:25, Bu gün
Mətanət İsgəndərliyə ağır itki üz verdi
17:24, Bu gün
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
17:21, Bu gün
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
17:17, Bu gün
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
17:11, Bu gün
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
17:07, Bu gün
Sahibə Qafarova Alen Simonyanla görüşdü
17:02, Bu gün
Sumqayıtda 12 mindən çox abonentin qazı KƏSİLƏCƏK
16:58, Bu gün
Millimiz Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16:55, Bu gün
Türkiyəli məşhur müğənni Bakıya gəlir
16:54, Bu gün
Nazir aylar əvvəl təyin etdiyi yüksək vəzifəli şəxsi işdən çıxardı
16:50, Bu gün
Bələdiyyə sədri həbs olundu
16:46, Bu gün
Paşinyan öldürüləcək: Putin dedi ki... 
16:42, Bu gün
ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO
16:38, Bu gün
ŞOK İDDİA: “Ağ çiçəyim” qəsdən yandırılıb!
16:35, Bu gün
"Putin Çinə səfərə gəlib, Si Tszinpinlə sanksiyalar və müharibədən danışacaq" - "Financial Times"
16:34, Bu gün
Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini andı - FOTO
16:30, Bu gün
Belarus Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
16:27, Bu gün
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16:24, Bu gün
BDU və Milli Depozit Mərkəzi arasında memorandum imzalandı - FOTO
16:21, Bu gün
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin daha bir UĞURU
16:10, Bu gün
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO
16:05, Bu gün
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış oldu
16:00, Bu gün
TƏBİB-dən Sabirabadda yararsız halda olan təcili yardım maşını ilə bağlı AÇIQLAMA - VİDEO
15:55, Bu gün
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
15:50, Bu gün
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
15:45, Bu gün
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
15:40, Bu gün
Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanıldı - FOTO
15:35, Bu gün
Slovakiyalı politoloq: "Baş nazirə hücum cəmiyyətdə qütbləşməyə səbəb olacaq"
15:30, Bu gün
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
15:25, Bu gün
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
15:22, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub - FOTO
15:20, Bu gün
Yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparılıb - FOTO
15:15, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:10, Bu gün
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşdı
15:05, Bu gün
BQXK Azərbaycanda saxlanılan separatçılara baş çəkdi
15:01, Bu gün
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
14:56, Bu gün
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
14:53, Bu gün
“Toya gedəndə imkan verin, yemək yeyək”
14:49, Bu gün
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
14:46, Bu gün
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
14:40, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
14:37, Bu gün
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
14:31, Bu gün
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
14:22, Bu gün
Culian Assancın vəkili danışdı: O, ABŞ-a ekstradisiya edilərsə... - FOTO
14:16, Bu gün
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu - FOTO
14:12, Bu gün
UNEC-də növbəti ictimai müzakirə: Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan - VİDEO
14:07, Bu gün
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
14:00, Bu gün
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
13:55, Bu gün
Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ
13:50, Bu gün
10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb
13:48, Bu gün
Sumqayıtda qəza: Bir nəfər ölüb - FOTO
13:45, Bu gün
"Oğlum rəqqasə ilə evlənsə..." - VİDEO
13:40, Bu gün
Əhalinin NƏZƏRİNƏ - Say açıqlandı...
13:35, Bu gün
Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ
13:30, Bu gün
Pensiya ödənişlərinə yönəldilən vəsaitin MƏBLƏĞİ AÇIQLANDI
13:25, Bu gün
Bu gün mərhum Xalq artisti Arif Quliyevin doğum günüdür
13:20, Bu gün
Beş ilin yekunu, yaxud 1 gündən sürreal reportaj - FOTO
13:15, Bu gün
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
13:10, Bu gün
"Yoldaşım xəyanət etsə də, hiss etdirmir"
13:05, Bu gün
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
13:00, Bu gün
Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB
12:58, Bu gün
"Ölkə vətəndaş müharibəsinin astanasındadır" - Slovakiya DİN
12:56, Bu gün
Saatlıq əməkhaqqına keçid: Şərtlər necə müəyyənləşəcək? - İqtisadçı açıqladı
12:49, Bu gün
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
12:47, Bu gün
Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB
12:45, Bu gün
Avropa çempionatına qatılacaq bədii gimnastlarımız bəlli oldu - HEYƏT
12:41, Bu gün
Özbəkistanda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub - FOTO
12:37, Bu gün
İsa Qəmbər parlament seçkilərinə qatılacaq - AÇIQLAMA
12:32, Bu gün
Marşalların siyasi cəbhədəki müharibəsi – BU DÖYÜŞDƏ xəyanət və satqınlıq qalib gəlib
12:26, Bu gün
"TikTok" Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər Gecəsi"nə start verir
12:22, Bu gün
Göygol və Gədəbəydə qanunsuz tikililər söküldü - VİDEO
12:19, Bu gün
Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
12:17, Bu gün
“Kiminsə adını çəkən deyiləm” - General Ramiz Tahirov
12:12, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanıldı
12:08, Bu gün
“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək
12:04, Bu gün
Türkan Vəlizadə bu müğənninin ögey bacısı imiş - Özü açıqladı - VİDEO
GÜNLÜK
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
11:09, Bu gün
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
15 May 2024 | 21:12
Xanlıqlarla Azərbaycanın yeni tarixi başladı...- Akif Nağıdan tariximizə fərqli baxış...
15 May 2024 | 23:31
"Fələstin dövlətinin yaradılmasından söhbət belə gedə bilməz"  - Netanyahu
15 May 2024 | 22:38
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
15 May 2024 | 21:36
QALMAQAL: Qadın işçilərin paltardəyişmə otağında gizli kamera tapıldı – FOTO
15 May 2024 | 22:57
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
15 May 2024 | 22:53
"Rusiyanın Xarkov vilayətinə hücumu 2022-ci il hərbi müdaxiləsindən daha pisdir" - "The Washington Post"
15 May 2024 | 21:56
Slovakiya baş nazirinə kim sui-qəsd edib? - Yuray Çintula şübhəli bilinir
15 May 2024 | 22:32
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
11:09, Bu gün
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
15 May 2024 | 21:12
Xanlıqlarla Azərbaycanın yeni tarixi başladı...- Akif Nağıdan tariximizə fərqli baxış...
15 May 2024 | 23:31
"Fələstin dövlətinin yaradılmasından söhbət belə gedə bilməz"  - Netanyahu
15 May 2024 | 22:38
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
15 May 2024 | 21:36
QALMAQAL: Qadın işçilərin paltardəyişmə otağında gizli kamera tapıldı – FOTO
15 May 2024 | 22:57
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
15 May 2024 | 22:53
"Rusiyanın Xarkov vilayətinə hücumu 2022-ci il hərbi müdaxiləsindən daha pisdir" - "The Washington Post"
15 May 2024 | 21:56
Slovakiya baş nazirinə kim sui-qəsd edib? - Yuray Çintula şübhəli bilinir
15 May 2024 | 22:32
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO