Kadr siyasətinin fəlsəfəsi...
Oxunub: 6464
30 Oct 2015 | 17:56
Kadr siyasətinin fəlsəfəsi...

Azərbaycan müstəqillik əldə etdikdən sonra kadrlarla baglı iki ciddi neqativ hal durmadan inkişaf etməkdədir. Bura kadrların dövlət çevrilişlərinə və vəzifə cinayətlərinə - səlahiyyət həddini aşmağa, vəzifədən sui-istifadəyə, vəzifəsini yerinə yetirməməyə, korrupsiya və rüşvətə, nəhayət vəzifəyə bağlanmayan cinayətlərə meyl etmələri aiddir. Dövlət çevrilişləri və vəzifə cinayətləri faktiki fərqlilik təşkil edən kadr siyasətinin iki qüsurundan meydana çıxır. Hansı ki, bu qüsurların  eynilikləri (mahiyyətləri) uyğun, bərabərlikləri (formaları) uyğun deyildir. Bərabərliklərin uyğunsuzluğu  dövlət çevrilişlərinin hədəfinin hakimiyyətdəki birinci şəxs, vəzifə cinayətlərinin hədəfinin ayrı-ayrı   vətəndaşlar olmasıdır. Eyniliklərin uyğunluğu hər iki kadr  cinayətinin dövlətə və xalqa ziyan vurmasından ibarətdir. Yəni bir məmurun rüşvət alması ilə başqa bir  məmurun dövlət çevrilişinə cəhdin mahiyyəti eynidir; hər iki halda dövlət nüfuzdan düşür və zəifliyir, xalq bundan ziyan görür və vətəndaşlar dövlətə yadlaşır.

Kadr nə deməkdir və kadr cinayətləri nədən qaynaqlanır? 
Kadr - konkret vəzifə daşımaqla məsuliyyət daşıyan, səlahiyyətə malik olan şəxs(iyyət)dir. Burada vəzifə, məsuliyyət, səlahiyyət, şəxsiyyət anlayışlarının mənasına  diqqət etmək lazım gəlir.
Vəzifə - hakimiyyəti yaratmağın, nəzarət etməyin və tənzimləməyin sosial funkisyasıdır. Hansı ki, məcmui şəkildə idarəetmə adlanır.

Hakimiyyət nədir və o necə yaranır?

Hakimiyyət malik olmağın təzahüridir. Malikliyin iki -konkret və mücərrəd forması vardır. Konkret malik olmaq - mülkiyyət hüququ - maddi şeylər üzərində hüquq, mücərrəd malik olmaq azadlıq hüququ ”“ öz üzərində hüquqa malik olmaqdır. Bir insanın nəyəsə malik olması o insanın hakimiyyəti deməkdir, hansı ki, mülkiyyət və azadlıq hüququ kimi meydana çıxır. Buradan da hakimiyyətin iki mənbəyi olduğu aşkar olur: maddi varlıqlar üzərində hakimiyyət və insanlar üzərində hakimiyyət. Maddi varlıqlar üzərində hakimiyyət -vətəndaşların mülkiyyət üzərində hüququnun, insanlar üzərində hakimiyyət - onların azadlıqlarının məhdudlaşdırılmasından meydana çıxır.
Şəxsiyyət - cəmiyyətlə ümumi münasibətdə olan (mücərrəd fərdi münasibətdə) fərddir.
Fərd - başqa insanlarla xüsusi münasibətlərdə olan insandır. Cəmiyyətlə münasibətlərdə olmayan istənilən insan fərd kimi çıxış edir. Buradan aydın olur ki, istənilən vəzifə sahibi cəmiyyətlə ümumi münasibətlərdə olmalıdır. Buradan da hakimiyyətin legitimliyi meydana çıxır. Hakimiyyətin legitimliyinin konkretləşdirilməsi məsuliyyət yaradır.
Məsuliyyət vəzifəlinin hakimiyyətinin məhdudlaşdırılmasının, vətəndaşın hakimiyyətinin azadlığının ölçülənməsindən - sərhədləndirilməsindən ibarətdir. Məsuliyyət hakimiyyətin legitimliyinin əlamətlərindən biridir.
İctimai münasibətlərdə vətəndaşların azadlığının onların razılığı və mülkiyət üzərində bəzi hüquqların qanuni şəklidə məmurlara verilməsindən (vergilər, cərimələr və s. şəklində) səlahiyyət meydana çıxır.
Səlahiyyət - məmurun azadlığının, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasının ölçülərindən ibarətdir. Buradan da səlahiyyətlə məsuliyyətin bir-birinə əks iki sosial normalar olduğu aydın olur. İdarəetmədə məsuliyyət artdıqda səlahiyyət, əksinə, səlahiyyət artdıqda məsuliyyət azalır. Bu əlaqə bir qayda olaraq səlahiyyət hərislərində məsuliyyətsizliyə meyl yaradır ki, bu da özbaşınalıq kimi təzahür edir.
Politologiya elmi səlahiyyət və məsuliyyətin nisbətinə görə iki cür idarəetmə - aşagi və yuxari keyfiyyətli  idarəetmə müəyyən etmişdir. Yuxari keyfiyyətli idarəetmə vətəndaşın öz azadlığı üzərində başqasının hakimiyyətinin könüllü razılaşmasından, mülkiyyət üzərində bəzi hakimiyyətin qanuni yollarla həyata keçirilməsindən ibarətdir. Ən yaxşı idarəetmə ən legitim hakimiyyətlərə xasdır.
Aşağı keyfiyyətli idraəetmədə vəzifələrin icrası vətəndaşlarla razılaşdırılmır, belə hakimiyyət qeyri-legitim olur və hakimiyyətdə vəzifənin məsuliyyəti formal xarakter daşıyır.
Məsuliyyət formal xarakter daşıdığından, səlahiyyətlə əksilik tələb etmir və məsuliyyətin itirilməsi həcmində səlahiyyətin spontan artımı baş verir. Nəticədə kadrın səlahiyyəti - azadlıqları ölçüsüz olur. Hüquqda bu səlahiyət “həddini aşmaq” adlandırılır.
Məsuliyyət olmayan yerdə səlahiyyət həddi silinir, nəticədəaşağı keyfiyyətli idrəetmədə məsuliyyət nə qədər azalırsa, səlahiyyət bir o qədər artır. Beləliklə, məmurun formal hakimiyyəti ilə faktiki hakimiyyəti arasında zidiyyət meydana çıxır. Belə hallarda məmurlar  onlara aid olmayan hakimiyyət səlahiyyətlərindən istifadə etmyə cəhd edirlər.
Məsiliyyətin formal xarakter daşıdığı vəzifələrdə kadrlar vətəndaşlar üzərində səlahiyyətlərini durmadan genişləndirməyə meyl edirlər. Nəticədə mülkiyyətin qeyri-qanuni əldə edilməsi və insanların azadlığının məhdudlaşdırılmasında özbaşınalıq yaranır.
Özbaşınalıq - vətəndaşda narazılıq, məmurda razılıq yaradan sosial hadisədir. Özbaşınalıqda vətəndaşlar öz qanuni hakimiyyətlərini itirir, məmurlar qeyri-qanuni hakimiyyət əldə edirlər. Hər bir özbaşınalıq aktında məmurla vətəndaş hakimiyyətə görə bir-birinə əksilik təşkil edir. Məmur qazanır, bu, onda hakimiyyətdən razılıq hissi - tələbatların artıqlaması ilə ödənməsindən təmin olunma ”“ zövq yaradır. Bunun əksinə vətəndaş itirir, bu, onda narazılıq hissi - tələbatların ödənilməsinin qarşısının alınmasında - əzab meydana çıxır...
Əzab - vətəndaşda ədalət hissini meydana çıxarır. Ədalət hissi öz növbəsində  porofenomen kimi daxildə ən sadə ideya yaradır, hansı ki, özünün bəsitliyinə görə vətəndaş həmin ideyanın yaranmasından xəbərsiz olur. Bu ideya haqq adlanır. Haqqa malik olmaq insanları haqlı edir. Bu cür bəsit ideyalar şüurdan şüuraltına keçərək orada depolaşır.
Məmurun səlahiyyət həddini aşması ilə əldə etdiyi zövq onda hakimiyyət əzmi hissi yaradır. Bunun ən sadə ideyası haqqa əksilik təşkil edən haqsızlıq (hakimiyyətin qeyri-qanuni ələ alınması - uzurpasiya) adlanır.
Haqq və haqsızlıq ideyalarının şüuraltına toplanmasının müəyyən mərhələsində həmin ideyalar şüuraltından şüura - düşüncə prosesinə keçir və uyğun olaraq məmurlarda və vətəndaşlarda dörd dərəcəli - orjinal, xüsusi, ümumi və ən ümumi mürəkkəb ideyaların yaranmasına səbəb olur.
Bu cür ideyaların vətəndaşlarda yaranması ayrı-ayrı mərhələlərdə vətəndaşda narazılığını ifadəetmə meydana çıxarır. Vətəndaşın narazılığını ifadə etməsinin iki forması - mücərrəd və konkret formaları vardır. Mücərrəd forma - sözlə, rəy ifadəetmə kimi konkret forma - hərəkətlə, sosial davranışla narazılığın kənara çıxarılmasından ibarətdir.
Narazılığın mücərrəd formasının orjinal ideyası insanın narazılığını öz-özünə bildirməsindən ibarətdir. El arasında bu “mırtlanmaq”, ”donquldanmaq” adlanır. Mırtlanmaq -  insanın özü özünə narazılığını bildirməsidir. Bu narazılıq ifadə etməyin ən bəsit formasıdır ki, bütün narazı insanlar narazı qaldıqda mırtlanır.
Narazılığın yaratdığı xüsusi ideya narazılığı başqalarına ifadə etməyə keçir. Buradan giley meydana çıxır.
Giley - bir insanın öz narazılığını başqa bir insana bildirməsindən ibarətdir. Bu cür narazılığı yalnız xüsusi adamlar və ya xüsusi hallarda edir. Buradan da narazı qalanlardan giley edənlərin sayının az olduğu üzə çıxır.
Narazılığın yaratdığı ümumi ideya narazılığın ümumi formasına - qeybətə keçir.
Qeybət - bəzi narazı insanların öz narazılıqlarını bir-birinə bildirməsindən ibarətdir. Qeybəti bəzi adamlar etdiyindən narazılığa görə qeybət mərhələsində insanlar bir-birinə əks iki yerə ayrılır. Qeybət edənlər və qeybət edənlərin əleyhinə olan narazı insanlar. Pis idarəetmənin hamıda narazılıq yaratmasını təyin etməyin çətinliyi bununla bağlıdır. Bu sosial fenomendir, hansı ki, narazılıq bəzi insanlarda hakimiyyəti müdafiə etməsinə səbəb olur. Fransız sosioloqu J.Simen bu qrupa daxil olan insanları “zülmə məruz qalanların onlara zülm edənlərin tərəfinə keçib, onların özlərinə zülm etməsinə yardımçı olması” kimi təyin etmiş və səbəbini izah edə bilməmişdir. Bunun səbəbi insan psixologiyası ilə bağlıdır. Belə ki, zəif xarakterli insanlar sado-mazoxist tipinə malik olur və onlar özlərinə verilən əzabdan zövq aldıqlarından, hakimiyyətin narazılıq yaratma mexanizmlərini gücləndirirlər. Nəticədə giley edənlərə qarşı hakimiyyətlə narazı elementlərin bəzi qrupu birləşir. Bu fenomen vəziyyətə düzgün qiymət verməkdə hakimiyyətdə olanları aldadır. Onlar zülmə məruz qoyduqları xalqın bəlli bir təbəqəsinin onları müdafiə etməsindən arxayınlaşır və zülmə davam edirlər.
Narazılığın ən ümumi ideyasi şikayət kimi meydana çıxır.
Şikayət - pis idarəetmənin aradan qaldırılması tələbini özündə ifadə edir. Şikayətin üç dərəcəsi vardır; aşağı rütbəli məmurdan yuxarı rutbəli məmura şikayət, bir hakimiyyət qolundan ona nəzarət edən digər hakimiyyət qolundakı məmura şikayət və nəhayət Allaha şikayət. Allaha şikayət insanların narazılığının mütləq ideyasi kimi meydana çıxır.
Koqnitivliyə görə, düşüncə prosesinin sonunda meydana çıxan ən ümumi ideya ”“ şikayətin ən ümumi davranışa keçməsi ilə narazılığın konkret ifadə edilmə formaları yaranır. Buradan, uyğun olaraq narazılığın davranışla ifadə edilməsinin dörd forması meydana çıxır.
Narazılığın ən ümumi ideyasının - şikayətin ən ümumi davranışa keçməsindən etiraz meydana çıxır.
Etiraz - narazılığın davranışla ən ümumi ifadə formasıdır. Etirazlar bir qayda olaraq lokal xarakter dasıyıb, konkret bir məmurun fəaliyyəti ilə bağlı narazılığın ifadə edilməsindən ibarətdir. Etirazçının idarəetmə ilə bağlı heç bir konkret tələbi olmur. Sadəcə ümumi şəkildə düşdüyü vəziyyətdən şikayət edir. Səbəbini bilmədiyindən etirazçıda hakimiyyətlə bağlı tələb meydana çıxmır. Etirazlar konkret məmura, anonim pis idarəetməyə qarşı insanların hərəkətlənməsidir.
Şikayətin ümumi davranışlara keçməsindən uyğun olaraq bir-birinə əks iki cür ümumi davranış yaranır. Belə ki, bəzi insanlar öz narazılığını ümumi şəkildə ifadə edir, buradan üsyan, bəziləri öz narazılığını hakimiyyətin iştiraki ilə dinc yola həll etməyə cəhd edir, buradan isə diltapma cəhdi və ya oportunizm meydana çıxır.
Üsyan - pis idarəetmənin dəyişilməsi tələbi ilə meydana çıxan  vətəndaşların bəzi davranışlarından ibarətdir.
Şikayət ideyasının xüsusi davranışa keçməsindən xüsusi destruktiv davranışlar - sui qəsdlər, terrorlar, iğtişaşlar  və s. kimi davranışlar doğur. Bütün bunlar inqilabın ayrı-ayrı əlamətlərini təşkil edir.
Nəhayət, şikayətin orijinal davranışa keçməsindən inqilab davranışı meydana çıxır.
İnqilab - idarəetmə ilə birlikdə idarəedənlərin dəyişilməsi ideyasının davranışlarından ibarətdir. İnqilab narazılığın bütün xüsusi davranışlarını kompleks şəkildə özündə ifadə edən sosial hadisədir.
Özbaşınalıq aktının digər tərəfini təşkil edən məmurun səlahiyyətlərinin aşması onda hakimiyyət hərisliyi hissi yaradır. Hansı ki, həmin hiss qeyri-qanuni hakimiyyət əldə etmə - ən sadə bəsit ideyanı meydana çıxarır və həmin ideya insanın şüuraltına keçir. Biz bunu haqqın əksinə uzurpasiya (hakimiyyət ələ keçirmə) ideyasi adlandıra bilərik. Vəzifəsində ən azı bir dəfə özbaşınalıq etmiş istənilən məmurun şüuraltına psixoterapiya və ya hipnozla müdaxilə etsək, onun şüuraltında hakimiyyətin uzurpasiya ideyasının olmasını sübut edə bilərik. Bu, psixoloji bir qanunauyğunluqdur və məmurların prezidentə yaxınlığından, tutduğu vəzifədən və etdiyi özbaşınalıqdan asılı olmayaraq hər bir məmurda onun iradəsindən asılı olmayaraq, zərurətə görə meydana çıxan ideyadır. Uzurpasiya  ideyası müəyyən həddə kimi toplandıqdan sonra, məmurun şüuraltından şüuruna keçir və uyğun olaraq düşüncədə dörd mərhələdən keçməklə generasiyaya - ümiləşməyə məruz qalır.
Uzurpasiya ideyasının zaman-zaman təhtəlşüurdan şüura keçməsi məmurda uzurpasiya ideyasının təkrarlanması ilə möhkəmlənməsini  -  özbaşınalığı davam etdirmək, təkrarlamaq cəhdinin ideyasından ibarətdir. Buradan da cəzasızlıq şəraitinin məmurları hakimiyyətə qarşı yönləndirən hal olduğu aydın olur.
Uzurpasiya ideyasının orjinallaşması məmurda orjinal ideya - vəzifəni dəyişdirmək ideyasından ibarətdir. Məmurlar eyni ranqda, amma daha cox haqsızlıq edə biləcəkləri vəzifələri tutmaq haqqında düşünürlər.
Uizurpasiya ideyasının xüsusiləşməsi hakimiyyət ierarxiyasında yerdəyişməkdən - vəzifənin böyüdülməsi istəyindən ibarətdir. Belə ideya vətəndaşlarla yanaşı, həm də konkret hakimiyyətə malik başqa məmurlar üzərində hakimiyyət ələ almağa cəhddən ibarətdir.
Uzurpasiya ideyasının ümumi forması məmurların şüurunda bir-birinə əks iki cür ideyaya ayrılır: bəzi  məmurlarda hakimiyyət daxilindən hakimiyyət qollarından birinə başçılıq etmək ideyası, bəzi məmurlarda hakimiyyətdən çıxmaqla kənardan həmin vəzifələrə gəlmək ideyası yaradır. Məsələn, bu yaxınlarda bir nəfər diplomat rəsmi vəzifəsindən istefa verdi və dərhal da prezidentliyə namizəd olacağını bəyan etdi. Bu cür uzurpasiya ideyasına görə bəzi məmurların mövcud hakimiyyətlə əməkdaşlıqdan imtina edib, kənardan hakimiyyətin ali idarəçiliyinə gəlmək istəməsi onların davranışlarını qiymətləndirməkdə vətəndaşlarda çətinlik yaradır və vətəndaşlarda belə insalara qarşı rəğbət yaranır. Belə adamlar bir çox hallarda hakimiyyətdən getmələrini hakimiyyətin ümumi haqsızlığı ilə əlaqələndirilər və vətəndaşlar belələrinin toruna düşür.
Uzurpasiya ideyasının ən ümumi forması birinci şəxs olmaq, yəni total hakimiyyətə malik olmaq ideyasında başa çatır.Bununla da haqsızlığın - hakimiyyəti uzurpasiya ideyasının düşüncədə ümumiləşdirilməsi  prosesi başa çatır.
Uzurpasiya ideyası ən ümumi forma aldıqdan sonra, davranışlara keçir və məmurlarda dörd cür davranış dəsti meydana çıxarır:
Ən ümumi uzurpasiya ideyasi ən sadə davranışı - orijinal davranışı meydana çıxarır. Buradan vəzifə həddini aşma hərəkətləri təzahür edir. Vəzifə həddini aşmağa meyl edən hər bir adam uzurpasiya ideyasına malik olduğunu sübut edir. Burada paradoks ondan ibarətdir ki, bu mərhələdə məmurlar hakimiyyətə olduqca sadiq olur, özlərinin qeyri-qanuni səlahiyyətələri həcmində hakimiyyətin alovlu müdafiəçilərinə çevrilirlər. Bu, onunla bağlıdır ki, məmurun vəzifəsi onun ideyasına çatmağa imkan vermir və məmur mövcud hakimiyyətdən uzurpasiya üçün maksimum bəhrələnməyə cəhd edir. Yəni məmur pis idarəetməni özünün hakimiyyət hərisliyi naminə qoruyur.
Ən ümumi uzurpasiya ideyasının xüsusi davranış forması yaratmasından vəzifədən sui-istifadə meydana çıxır. Vəzifədən sui-istifadə ən müxtəlif xüsusi uzurpasiya davranışlarından ”“ qeyri-qanuni sərvət toplamaqdan və insanlar üzərində qeyri-qanuni hakimiyət əldə etməyin növlərindən ibarətdir. Hakimiyyət həddinin aşması əvvəlcə bilavasitə tabeçilikdə olan insanları, sonra tabeçilikdə olmayan insanları əhatə etməyə başlayır. Burdan səlahiyyətlərin mənimsənilməsi, mülkiyyət hüququnda mülkiyyətin qeyri-qanuni əldə edilməsi meydana çıxır. Bu, korrupsiya adlanır.
Korrupsiya - məmurların öz vəzifələrində səlahiyyət həddini aşmaqla xüsusi mülkiyyət əldə etməsindən ibarətdir. Məmurların səlahiyyət həddini aşmaqla əldə etdikləri əlavə hakimiyyət özlərində olan qanuni əsas hakimiyyətdən çox olduğu andan başlayaraq, həmin məmurlarda özündən yuxarıdakı məmuru devirmək -əvəzləmək  ideyası meydana çıxarır. Bununla da dövlət çevrilişlərinə cəhdin əsası qoyulur.
Ən ümumi uzurpasiya ideyasının ümumi davranışlara keçidindən bir-birinə əks iki cür hakimiyyət davranışı meydana çıxır: Vəzifə cinayətlərinə əl atmaq və qeyri-qanuni yollarla layiq olmadığı əlavə vəzifə imtiyazları (təltiflər, mükafatlar, səlahiyyətlər və s.) əldə etmək. Vəzifə cinayətlərinə əl atmaq qanunun kobud pozulması ilə hakimiyyət əldə etməyi, əlavə imtiyazlar almaq - imtiyaz verənə xüsusi xidmətlər göstərməklə əlavə hakimiyyət əldə etməyi bildirir. Birinci hal hakimiyyət zirvəsindən uzaqlaşmağa, ikinci hal əksinə, hakimiyyət zirvəsinə yaxınlaşmağa, daha çox sədaqət nümayiş etdirməyə cəhd tələb edir.
Ən ümumi uzurpasiya ideyasının məmurların xüsusi davranışlara keçidində məmurlarda ayrı-ayrı xarakterli tabesizlik halları - yuxarıların əmrlərini icra etməmək, onları dəyişdirmək, alternativ hakimiyyət yaratmaq və s. meydana çıxır.
Ən ümumi uzurpasiya ideyasının məmurların orjinal davranışlarına keçidi bir adamda dövlət çevrilişinə cəhd yaradır. Hansı ki, vəzifə cinayətləri ilə əlavə imtiyazların vəhdətindən və ya iki cür uzurpasiyaya cəhd edən  məmurlarin ittifaqından meydana çıxır. Bu da dövlət çevrilişlərinin vaxtında dəyərləndirilməsində və anlanılmasında çətinlik yaradır. Vətəndaşlar hakimiyyətdən əlavə imtiyazlar almış bir şəxsin vəzifə cinayətləri törətməsinə və ya belə məmurların cinayət edən məmurlarla ittifaqına heç cür anlaya bilmirlər və bu zaman həmin məmurların çevrilişdə iştirakına görə vəzifə cinayətləri etmiş insanların hakimiyyətə gəlməsinə müqavimət göstərmirlər.
Beləliklə, qeyri-legitim hakimiyyətdə son nəticədə məmurların razılığından dövlət çevrilişləri, vətəndaşların narazılığından inqilablar meydana çıxır və bu prosesslərdən ya biri, ya da digəri xüsusi vəziyyətdən asılı olaraq önə çıxır.
Ümumilikdə isə, məmurlar hakimiyyətə sədaqətinə görə 3 qrupa ayrılır. Birinci qrupa ən sədaqətli olanlar ”“ özündə orjinal və xüsusi uzurpasiya ideyası saxlayan məmurlar aiddir. Bu cür məmurlar səlahiyyət həddini aşan və səlahiyyətindən sui-istifadən edənlərdir.
İkinci qrupa özündə ümumi uzurpasiya ideyası saxlayanlar aiddir. Belələrinin bəziləri sədaqətli olur, bəsiləri isə yox. Bu səbəbdən də onların bəziləri müxalifətlə əməkdaşlığa gizli və aşkar meyl edir və ya da müəyyən vaxtda hökuməti tərk edir.
Üçüncü qrupa özündə ən ümumi uzurpasiya ideyası saxlayan məmurlar aiddir. Hansı ki, onların hamısı formal olaraq sədaqətli, faktiki olaraq xəyanətkardır. Yəni istənilən əlverişli şəraitdə yüksək rütbəli məmurların hamısı çevrilişə real cəhd edən məmurun tərəfinə keçirlər.
Narazı vətəndaşlar da buna uyğun olaraq 3 qrupa bölünür:
Birinci qrupa orjinal və xüsusi narazılıq ideyalarına malik insanlar aiddir. Onlar hakimiyyətə qaraşı mübarizədən kənardadır.
Ümumi narazılıq ideyasına malik insanlar orta təbəqəni təşkil edirlər. Bu təbəqənin insanlarından müxalifət əmələ gəlir. Eləcə də bu insanların bir qrupu zaman-zaman hakimiyyəin tərəfinə də keçirlər.
Ən ümumi narazılıq ideyası ilə “silahlanmış” bütün vətəndaşlar dövlət çevrilişinin potensial iştirakçılarıdır.
Bütün bunlarla yanşı, hökumətin cəza tədbirləri də 3 qrupa bölünür. Belə ki, hökumət sadə və xüsusi uzurpasiya ideyası olan adamlara toxunmur.
Umumi uzurpasiya ideyası olan adamların bəzilərini cəzalandırır, bəzilərini isə cəzadan kənarda saxlayır.
Ən ümumi uzurpasiya ideyası olanların isə hamısını bir qayda olaraq cəzalandırır.
O cümlədən, buna uyğun olaraq narazılıq ideyasına malik olanlara da hökumət müxtəlif yanaşır. Belə ki, orta və xüsusi narazılıq ideyasına malik insanlara reaksiya vermir. Ümumi narazılıq ideyası olanların bəzilərinə reaksiya verir, məsələn, problemlərini həll edir, narzılığı aradan qaldırmağa cəhd edir və s.
Ən ümumi narazılıq ideyasına malik olanların isə hamısını cəzalandırır.
Özbaşınalıq olan ölkələrdə hakimiyyətlərin davranışı da xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hər bir hakimiyyətin özünüqoruma instinkti olduğundan, hakimiyyət həm məmurların  razılığı, həm də vətəndaşların narazılığı ilə bağlı müxtəlif cür reaksiyalar verir.
Bir qayda olaraq hakimiyyət, ideyalar gizlində insanların beynində olduğundan onlara  yox, davranışlarına, xarici seyr edilən hərəkətlərinə görə tədbirlər görür.
Hakimiyyətin uzurpasiya ideyasına yiyələnmiş məmurların vəzifədən sui-istifadə ilə bağlı 4 cür reaksiyası meydana çıxır.
Birincisi, ölkədə məmur özbaşınalığının ümumi xarakter alması ilə bağlı hallarda xəbərdarlıq.
İkincisi, konkret səlahiyyət həddini aşmaqla bağlı bir məmurun tənqid edilməsi.
Üçüncüsü, vəzifə cinatəylərinə yol verən bəzi məmurlarla bağlı tədbir  görülür.

Tədbir bəzi məmurları cəzalandırıb, bəzi məmurları isə qorxutmaq məqsədi daşıyır. Bu zaman xalq bəzi məmurların cəzalandırılmasından məmnunluq edir, bəzi məmurlara toxunulmamasını anlamaqda çətinlik çəkir.
Dördüncüsü, yüksək rütbəli məmurların səlahiyyət həddini aşması, yəni ümumi hakimiyyəti məniməsməsi ilə bağlı REPRESSİYA.
Repressiya hər hansı bir yüksək rütbəli məmurun mənimsədiyi ümumi hakimiyyəti həyata keçirən bütün kadrlara qarşı tətbiq edilən kollektiv cəzalandırmadır. Azərbaycanda idarəetmə xəbərdarlıq, tənqid, tədbir və repressiya ilə xarakterizə olunur ki, sonuncu da dövlət çevrilişinə cəhdin mövcudluğunu təsdiq edir.
Hakimiyyətdə  vətəndaşların ən ümumi narazılıqlarına - şikayətlərinə heç bir reaksiya vermirlər. Biz bunu hakimiyyətin özünüqoruma instiktinin orijinal ideyası adlandırırıq. Buna paralel məmurların özbaşınalığına qiymət verilmir, göz yumulur.
Etirazlarla bağlı hakimiyyət xüsusi  hüquqi tədbirlər görür, belə ki, ya etiraza səbəb olan məmur və ya narazı vətəndaşlar cəzalandırılır.
Üsyanlarda hakimiyyətin özünüqoruma instinkti onun bəzi tədbirlər görməsinə, üsyançılara qarşı legitim güc tətbiq etməsinə və ya onlarla siyasi dialoqa getməsinə səbəb olur və  hakimiyyət əlindəki zordan üsyanı yatırmağa cəhd edir, buna gücü çatmadıqda üsyançıların bəzi şərtlərini qəbul edir. Eləcə də, üsyana səbəb olan məmurlarla bağlı da iki cür qərar qəbul edirlər: ya onları cəzalandırır - əgər üsyançılarla dialoq tələb olunursa, ya da əksinə mükafatlandırılır - əgər üsyançılara qarşı amansızlıq edilirsə.
Dövlət çevrilişlərində və inqilablarda hakimiyyətin özünü qorumasının ən ümumi instinkti özünümüdafiə kimi meydana çıxır. Özünü müdafiə əks tərəflə danışıqlardan imtina və legitim zordan qeyri-qanuni istifadə kimi meydana çıxır ki, bu da müharibə adlanır.  Bu zaman hakimiyyət özünün bütün hakimiyyət resursalarını inqilabçı kütlələrə - xalqa və ya dövlət çevrilişi edən elitaya qarşı müharibə elan etməklə onlara yönəltməyə səbəb olur, ölkədaxili müharibə və ya iqtidardaxili çaxnaşmalar meydana çıxır. İqtidarların öz gücləri ilə inqilabları yatırmaq cəhdindən vətəndaş müharbəsi, xarici güclərdən istifadə etməsi xarici intervensiya meydana çıxır. Kecmiş rus imperiyasında oktyabr inqilabı, 1979-cu il İran İslam İnqilabı rejimlərin daxili potensialla xalq narazılığını dəf etməsindən,Ukrayna və Suriya hadisələri xarici gücdən istifadəyə cəhddən meydana çıxmışdır.
Hakimiyyətin özünü qoruma instinkti ondan kadrların düzgün seçilməsini tələb edir. Kadrların seçilməsində yol verilən qüsurlar nədən qaynaqlanır? Nə üçün kadrlar onları vəzifəyə qoyan şəxslərin  əleyhinə çıxırlar?
Yuxarıdakı şərhdən aydın oldu ki, səlahiyyətlə məsuliyyət bir-biri ilə əksiklik və vəhdət  təşkil edən iki müxtəlif siyasi normadır, hansı ki, meydana çıxma formalarına görə fərqli, məqsədlərinə görə eynidirlər. Əksliklərin tərəfləri kimi qarşılıqlı zidiyyətdə ictimai həyatın müxtəlif sahələrində ya səlahiyyət, ya da məsuliyyət birincilik əldə edir. Səlahyyət kadrların üzərinə qoyulmuş məcburi öhdəlik, məsuliyyət kadrın öz üzərinə götürdüyü könüllü öhdəlikdir. Politologiya, psixologiya, sosiologiya elmi  və fəlsəfənin ortaq mövqeyi bundan ibarətdir ki, şəxsiyyət könüllü öz üzərinə götürdüyü öhdəliyi məcburi onun üzərinə qoyulmuş öhdəlikdən daha yüksək keyfiyyətlə icra etmək imkanına malikdir.
Məcburi olduğundan səlahiyyətlərin müəyyən olunmasında - kadrı seçən - təyin edənin, amma məsuliyətin müəyyən olunmasında ”“kadrın seçılməsi - məsələsində kadrın özünün və ya onu seçən kollektivin iradəsi əhəmiyyət daşıyır. Dövlətin quruluşundan və idarəetmənin tipindən asılı olaraq bəzi kadrlarda səlahiyyət birincili olduğundan, kardların qabiliyyəti olmasa da onlar həmin vəzifələri yerinə yetirməyə məcbur edilir. Məsələn, orduda  hərbi xidmətdə kadrların səlahiyyəti məcburi müəyyən edildiyindən, onların öz vəzifələrini, həyatları bahasına başa gəlsə də, yerinə yetirmələri tələb olunur. Amma idman yarışlarında məsuliyyət birincilik təşkil etdiyindən, yarışa idmançı könüllü olaraq - özünün şəxsi qabiliyyətlərinə görə qoşulur və nəticədə onun idmançı səlahiyyətləri meydana çıxır. Buradan aydın olur ki, bir halda səlahiyyət məsuliyyəti ,digər halda məsuliyyət səlahiyyəti yaradır. O hallarda ki, məsuliyyət səlahiyyət yaradır, bu hallarda kadrlar azad seçimlə - könüllü, fərdin şəxsi və ya başqalarının kollektiv iradəsi ilə müəyyən olunur. O yerdə ki, səlahiyyət məsuliyyət yaradır, orada kadrlar seçilmə ilə - məcburi və başqa bir fərdin iradəsi ilə müəyyən olunur. Dövlətdə siyasi ierarxiyaya uyğun olaraq kadr siyasəti hər iki prinsipə tabe etdirilmişdir. Məsələn, Ali Qanunverici orqan azad seçkiyə, yəni vətəndaşların öz üzərlərinə könüllü məsuliyyət götürməsinə və onların kollektiv iradə ilə seçilməsinə  uyğun formalaşır. Əgər parlament seçkiləri saxtalaşırsa (Azərbaycanda olduğu kimi, millət vəkilləri təyin olunursa), onda millət vəkilinin məsuliyyətini onun səlahiyyəti yaradır. Buna görə, millət vəkili ona bu səlahiyyəti verəndən asılı olur. Əksinə icra hakimiyyəti səlahiyyətin doğurduğu məsuliyyət əsasında mövcud olduğundan, insanların könüllü dövlət vəzifələri tutmaq hüquqları, yəni seçimləri olmur. Bu cür kadrlar yalnız seçilir - təyin olunur. Seçki subyektiv təzahür olduğundan kollektivləşdikcə daha doğru - həqiqi seçim olur. Yəni min nəfərin seçimi bir nəfərin seçimindən yüksək keyfiyyətli seçim olur. Çünki fərdi subyektiv xətalar kollektiv seçimdə istisna olunur. Kollektiv iradə və öz üzərinə könüllü məsuliyyət götürdüyünə görə, belə adamlar səlahiyyətə malik olmağa daha çox haqq qazanır və layiq olurlar.
Buradan sual meydana çıxır: bəs Ali İcra Hakimiyyətinin kadrlarının, məsələn, nazirlərin, generalların, komitə sədrlərinin, icra başçılarının seçilməsində - təyin olunmasında  təyin edənin - przedinetin və ya kadrları təyin edən azlığın subyektivizmindən doğan qüsurlardan necə xilas olmaq olar? Bu tərəfdən zərurətə (qanuna) görə, bu kadrlar bir nəfər - prezident və ya az bir adam ”“ kadrlarin seçilməsində -təyin olunmasında iştirak edənlər iştirak etməlidir, digər tərəfdən həmin seçim maksimum kollektiv seçim keyfiyyəti almalıdır ki, kadr cinayətləri meydana çıxmasın və vəzifələrə layiqli insanlar təyin olunsun.
Hakimiyyətin formasından və idarəetmənin keyfiyyətindən asılı olaraq  kardların iki cür seçilməsi - təyin olunması mövcuddur. Birincisi, ən aşağı keyfiyyətli idraəetmə üçün xas olub, şəxsi sadaqətə  və proteksiyaya (şəxsi münasibətlərə - qohumluğa, dostluğa, qonşuluğa, yoldaşlığa, yerliçiliyə, intim münasibətlərə, etnik, dini və yerliçilik münasibətlərinə  və s .) görə seçimdir.
İkincisi, ən keyfiyyətli idarə etməyə xas olub, kadrın dövlət və xalq qarşısındakı əvvəlki vəzifələrindəki  xidmətlərini  nəzərə almaqla - ictimai münasibətlərə görə seçimdir. Birinci növ seçimdə kadrlar təsadüfən dövlətə və xalqa bağlı adamlar ola bilər. Bu cür seçimdə kadr cinayətləri - xalqa və dövlətə qarşı cinayət kütləvi xarakter alır, hansı ki, rüşvət və korrupsiya ilə başlayıb, sonda dövlət çevrilişləri ilə başa çatir. Amma ikinci növ seçimdə seçilən kadr əvvəlcədən dövlətə və xalqa sədaqətini əməli işdə sübut etdiyindən, növbəti kadr pilləsində kadr qüsurlarına yol vermir, yəni hakimiyyət cinayətlərinə və dövlət çevrilişlərinə cəhd etmir. Yalnız bir halda dövlət və xalq qarşısında əvvələr xidmətləri olmuş kadrlar yeni vəzifələrində dövlət çevrilişlərində iştirak edir ki, onları seçənlərin özləri xalqa və dövlətə qarşı fəaliyyət göstərsinlər, bu da cinayət yox, qəhrəmanlıq kimi təzahür edir və dəyərləndirilir.
Azərbaycanda müstəqillik əldə etdikdən sonra bütün hakimiyyətlər üçün xarakterik olar kadr siyasətinin yarıtmazlığı, kadrların dövlət çevrilişinə cəhd etməsi (1993, 1994-95, 2003-cü ilərdə) və vəzifə cinayətlərinə meyl etməsinin (Heydər Babayev, Səfər Əbiyev, Eldar Mahmudov və s.) kütləvi hal alması məhz kadrların seçilməsində şəxsi münasibətlərin -proteksiyanın və şəxsi sədaqətin rəhbər götürülməsidir. Heç təsadüfü deyil ki, bu cür kardlar ifşa edilərkən onlara qarşı tək bir yeganə ittiham ”“ prezidentin şəxsi etimadını doğrultmamaq və ona xəyanət etməkdən ibarət olur. Bu cür idarəetmədə kadrlar onları təyin edənlərə sədaqətli qalmaqla, istənilən vəzifə cinayətlərinə meyllənirlər ki, bu da idarəetmənin keyfiyyətini aşağı salır, nəticədə xalqla hakimiyyət arasında uçurum meydana çıxır. Belə hallarda isə dövlət çevrilişləri cəhdləri hakimiyyətdən kənarda - cəmiyyətdən və ya xarici güclərdən meydana çıxır. Dövlət çevrilişlərinin hardan -hakimiyyət daxilindən, cəmiyyətdən və ya xarici qüvvələrdən meydana çıxmasından asılı olmayaraq, bütün hallarda pis idarəetmənin mövcudluğundan xəbər verir.
Nə üçün bu gün istər beynəlxalq təşkilatlar, istər ölkə müxalifəti hakimiyyəti qanuni seçikilər keçirməyə, kadrların düzgün təyin edilməsinə çağırır? Cünki parlament seçkilərinin saxltalaşdırılması və kadrların şəxsi sədaqətə və proteksiyaya  görə seçilməsi idarəetmənin keyfiyyətini aşağı salır, hakimiyyətə qarşı qeyri-qanuni çevrilişlərə  əsas yaradır, hansı ki, dövlət çevrilişləri qloballaşmış ölkələrdə yalnız milli çərcivədə yox, həm də qlobal çərcivədə çox ciddi fəsadlara yol açır. İraqda, Suriyada, Liviyada, Əfqanıstanda, Misirdə və Ukraynada  uzun illər Qəddafinin, Hüsnü Mübarəkin, Səddam Hüseynin, Bəşər Əsədin, Yanukoviçin apardığı aşaği keyfiyyətli idarəetmə nəticəsində meydana çıxan çevrilişlər, vətəndaş müharibələri , həm həmin ölkələri viran qoymuş, həm də beynləlxalq təhlükəsizliyə çox böyük zərbə vurmuşdur.
Bütün bunlardan belə qənaətə gəlmək olur ki, aşağı keyfiyyətli idarəetmənin 3 klassik əlaməti mövcuddur:
- Xalqın kütləvi narazılığı;
- Məmurların kütləvi özbaşınalığı;
- Şəxsi iradə ilə idarəetmə.
Bu 3 əlamət bir-biri ilə qarşılıqlı vəhdətdə olub, qarşılıqlı vəhdətdə və mübarizədə bir-birinə keçir. Belə ki, şəxsi iradə ilə idarəetmədən xalqın kütləvi narazılığı və məmurların kütləvi özbaşınalığı əmələ gəlir. Xalqın kütləvi narazılığı şəxsi idarəetmə ilə məmurların kütləvi özbaşınalığından meydana çıxır. Nəhayət, məmurların kütləvi özbaşınalığı şəxsi iradə ilə idarəetmə və xalqın kütləvi narazılığından xəbər verir.   
Deməli, Azərbaycanda parlamentin saxtalaşdırılması proteksiyanın kadr siyasətini həyata keçirmək və məmurların özbaşınalığının kütləvi xarakter alması qaçılmaz olaraq ya növbəti dövlət çevrilişlərinə, ya da xalq inqilablarına gətirib çıxaracaq. Bunların hansının nə vaxt baş verməsi yüksək rütbəli məmurların, zərurətə görə, xarici ölkələrdən dəstək alması, xalqın inqilaba qalxması isə, təsadüfə görə, hansısa bir ən əhəmiyyətsiz hadisə ilə meydana çıxacaqdır. Yeganə çıxış yolu idarəetmənin keyfiyyətini dəyişməkdir. Ölkədə böhrana səbəb olan hər bir iqtidarın böhrandan çıxmaq üçün effektli qərar qəbul etməsi mümkünsüz olduğundan, idarəetmənin dəyişdirilməsi kadr siyasətinin dəyişdirilməsini tələb edir. Başqa sözlə, bu iqtidarın yaratdığı böhrandan xalqı yalnız yaxşı idarəetmə əsasında - seçki yolu ilə hakimiyyətə gələn və ya qeyri-proteksion yolla təyin edilən məmurlar xilas edə bilər. 

Sərdar CƏLALOÄžLU, "Hürriyyət"

Oxşar xəbərlər
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
30 Apr 2024 | 09:21
Keçmiş daxili işlər naziri saxlanıldı
30 Apr 2024 | 09:30
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
30 Apr 2024 | 09:59
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
30 Apr 2024 | 10:21
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
30 Apr 2024 | 09:21
Keçmiş daxili işlər naziri saxlanıldı
30 Apr 2024 | 09:30
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
30 Apr 2024 | 09:59
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
30 Apr 2024 | 10:21
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı