“Qırmızı şalvarlı, qulağı sırğalıları hara buraxırsız?”
Oxunub: 2914
11 Oct 2015 | 11:36
“Qırmızı şalvarlı, qulağı sırğalıları hara buraxırsız?”
Bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır.   

Bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanda bəzi televiziya proqramlarının səviyyəsinin aşağı olması barədə son günlər müzakirə edilən məsələyə münasibət bildirərkən Axar.az-a deyib. Xalq şairinin sözlərinə görə, proqramı hazırlayanlar nəinki aparıcı və qonağı, hətta auditoriyada tamaşaçı kimi əyləşənləri də seçməlidir:   

“Problemlərin səbəbi televiziyaların kadr potensialının zəifliyindən başlayır. Qəribədir ki, Azərbaycanda intellektli gənclər və jurnalistlər kifayət qədər olsa da, aparıcıların əhəmiyyətli hissəsinin səviyyəsi aşağıdır. Bunu veriliş iştirakçılarına da şamil etmək olar. Mən bəzən kanallarda yayımlanan verilişlərin auditoriyalarına baxıram. Tamaşaçı qismində oturanların hərəsini elə bil bir planetdən yığıb gətiriblər. Simalarında kütlük, məlumatsızlıq sezilir. Hər verilişin xarakterinə uyğun, müəyyən intellekt səviyyəsi olan adamlar cəlb olunmalıdır. Yoxsa studiyaya kimi gəldi yığmaq olmaz.   

Bundan başqa, bəzi aparıcılar heç ana dilində danışmaq, cümlə qurmaq qabiliyyətinə malik deyil, necə danışmalı olduğunu bilmir, efirdə jarqonlarla, varvarizmlə - yarı rus, yarı azərbaycanca danışır. Bu insanlarda heç bir məsuliyyət yoxdur ”“ sifətləri də, geyimləri də, rəftarları da o cürdür”.   

Sabir Rüstəmxanlı televiziyaların cəmiyyətin güzgüsü olduğunu xatırladaraq, onları öz məsuliyyətlərini dərk etməyə çağırdı:   

“Televiziya təkcə cəmiyyətdəki çatışmazlıqları göstərdiyi üçün güzgü deyil, həm də ordakı aparıcı, qonaq, tamaşaçının səviyyəsi ilə millət haqqında təsəvvür formalaşdırır. Bu cür verilişlərlə millət barədə hansı xoş təsəvvür yaratmaq olar? Digər tərəfdən, televiziya düşünməlidir ki, Azərbaycan xalqı qırmızı şalvarlı, qulağı sırğalı, saqqız çeynəyərək danışanları, yaxası göbəyinə kimi açıq olan kişi və qadınları qəbul edirmi? Onları kimə və nəyə görə təbliğ etməlidirlər? Məncə, bu baxımdan MTRŞ-nın iradlarını nəzərə almalıdırlar”.   

Millət vəkilinin sözlərinə görə, efirə Azərbaycanı təmsil etmək qabiliyyəti olan gənclər, ziyalılar dəvət edilməlidir:   

“Azərbaycanda kifayət qədər savadlı, intellektual, istedadlı gənclər var. Nədənsə kanallar o gəncləri kənara qoyub özünü aparmağı, jestlərini bilməyən, nitqi, səsinin tonu, ağlı yerində olmayan, geyimini bilməyən ”“sözün əsl mənasında, heç nəyi yerində olmayan qadın və kişiləri efirə çıxarır”.   

Millət vəkili Aqil Abbas isə bildirdi ki, televiziyalar yalnız şou əhlini və əyləncə verilişlərini təbliğ etməməlidir:   

“Mən şou verilişlərinə baxmıram. Sevdiyim və maraqlı mövzulara toxunan verilişlər var ki, onlara baxıram və qonaq qismində çıxış da edirəm. Mənim dediyim bir söz var: televiziyada bəzi verilişlər şou-biznes nümayəndələrinin, müğənnilərin üstündə köklənir. “Ay ev yiyəsi” deyərək kimlərinsə evinə qonaq olurlar. Ola bilməzmi ki, bu evlərə şair, rəssam, bəstəkar, mühəndis aparsınlar? Yalnız şou əhli təbliğ olunmamalıdır. Azərbaycanda gözəl sənətkarlar, rəssamlar, bəstəkarlar var. Adi bir ev tikən bir bənnanı aparsınlar sözügedən və ya hər hansı digər bir verilişdə qonaq etsinlər.   

Aygün Kazımovanın itindən, qarderobundan nə qədər danışmaq olar? Axar.az-a danışarkən daha öncə də qeyd etmişdim ki, bəzi verilişlərin sayı bir az azaldılmalıdır. Mən demirəm televiziya yalnız vətənpərvərlikdən, ədəbiyyatdan, sənətdən danışmalıdır. Televiziyanın əyləncə proqramları da olmalıdır. Amma bu əyləncə verilişləri əndazə içində hazırlanmalıdır. Mən özüm “Beşdə beş”, ANS telekanalında yayımlanan “Şəbəkə” verilişinə gedirdim. Lakin onu da qeyd edim ki, “Beşdə-beş” ata, valideyn, böyüyə-kiçiyə hörmət, etik normalarla bağlı mövzular qoyurdu və sevə-sevə gedirdim. Son zamanlar o mövzuları qoymur deyə, getmirəm.   

O cümlədən, Xəzər TV-nin və ANS kanalının özümə uyğun olan bir sıra proqramlarına gedib sözümü demişəm. Amma veriliş əyləncə xarakterli olanda bir az diqqətli olmaq lazımdır”.   

A.Abbas bildirdi ki, bu, tam qadağa formasında da ola bilməz:   

“Bir şeyi kökündən vurub, ona tam qadağa qoymaq olmaz. Verilişə yalnız düzən vermək gərəkdir”.   MTRŞ-nın son iradlarına toxunan millət vəkili vurğulayıb ki, televiziyaların bundan nəticə çıxaracaqlarına inanır:   

“İnanıram ki, bizim televiziyalar bu iradları qəbul edib, tövsiyələrdən yararlanacaq. Məsələn, bir ara ATV-nin üstünə bərk düşmüşdülər ki, çoxsaylı şou proqramlara yer verir. Halbuki burda bir məqama diqqət etmək lazımdır. Hər bir KİV-in öz nizamnaməsi var. Məsələn, “Ədalət” qəzetinin də, sizin saytın da ”“ hər bir mətbuu orqan yarandığı zaman imzaladığı nizamnamə mövcuddur. Həmin nizamnamədə gələcək istiqamətlərdən, toxunulacaq məsələlərdən söz açılır. ATV öz nizamnaməsində şou verilişləri yayımlayacağına dair bildiriş vermişdi. Siz ATV-dən nizamnaməsinə uyğun olmayan istiqamətdə işləməyinimi tələb edirsiniz? Yəni iradlar da düzgün seçilməlidir.   

O ki qaldı şou-biznes nümayəndələrinə, ekspert kimi dəvət olunan insanların bəziləri Azərbaycan xalqının gözündə sevilən və hörmət olunan insanlar deyillər. Bir adam 4 dəfə boşanıb və hər hansı bir verilişə gəlib ailə ilə bağlı məsləhət verəndə, mən gülürəm. Elə tamaşaçı da buna gülür. Çünki Azərbaycan balaca bir ölkədir və hamı hamını tanıyır. Həmin adam çxııb danışanda ki, ailə belə olmalıdır, ona sual verərlər ki, sən özün 4 dəfə ərə gedib-boşanmısan və ailən yoxdur, hansı cürətlə kiməsə məsləhət verirsən? Məsələn, ad çəkməyəcəm, bir ər-arvad var. Biri deyir ki, arvadım filankəslə yatır, arvadı da deyir ki, ərim filankəslə yatır. Və bu söhbətlər bütün günü televiziyadadır. Bunların kimlə yatıb, kimlə görüşdüyünün Aqil Abbasa və ümumilikdə Azərbaycan xalqına nə dəxli var? Xalq bunu qəbul etmir. Sonra hansısa ziyalı, alim çıxıb bu söhbətlərə müdaxilə edəndə müzakirələr böyüyür. Üzr istəyirəm, amma mən Rusiyada əsgərlikdə olmamışam ki, orda mənim övladım olsun. Mən Rusiyanı görəndə artıq 2 uşağım var idi. Kimsə gedir Rusiyada əsgərlikdə olur, kimləsə görüşür və uşağı olur. Yaxşı edib olub, kef edib olub da. Bunu gətirib üzə çıxarmaq, ailənin işinə qarışmaq qəbul olunan şey deyil axı. Bunlar əslində cinayətdir. Nə ixtiyarla insanların ailədaxili problemlərinə qarışırlar?   

Televiziya Şurası bu baxımdan haqlı qərar qəbul edib. Amma verilişi bağlamayıb, tövsiyə verir və verilişlərdən düzən tələb edir. Çünki hər şeyin bir əndazəsi var. Gəlin gəlib oturub televiziyada qayınanasından, qayınatasından şikayətlənir. Televiziyada da dəfələrlə demişəm, bunun üçün hüquq-mühafizə orqanları var. Əgər sənin ev davan varsa, problemin varsa, bunu adiyyəti qurumlara şikayət elə. Televiziya sənin üçün hüquq-mühafizə orqanıdır ki, kiminsə uşağını alıb kiməsə versin?” 


Oxşar xəbərlər
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB