Elxan Mehdiyev: "İndi Azərbaycanın hüquq sistemi döyüşə hazırlaşmalıdır" - MÜSAHİBƏ
Oxunub: 6179
12 Oct 2023 | 14:02
Elxan Mehdiyev:
"Ölərik, Qarabağı vermərik" deyən ermənilərin heç biri nə ölmədi, nə də özünü öldürmədi..."
 
Tədqiqatçı–alim Elxan Mehdiyev gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb.
 
- Elxan bəy, Qarabağdakı liderlərin nəhayət tutulub Bakıya gətirilməsini necə qiymətləndirirsiniz?
 
- Onların tutulub Bakıya gətirilməsi Bakının Qarabağda mütləq hakimiyyətinin nəticəsidir. Ortaya qoyulan siyasi iradənin təntənəsidir. Xüsusi xidmət orqanlarımızın yüksək səviyyəli başarısıdır.
 
Eynilə 35 ildir xalqımıza və ölkəmizə hədsiz məhrumiyyətlər gətirən və ölkənin beşdə birini xarabaya qoyan və yüz minlərlə insanın həyatını məhv edən bir zəhərli ideologiyanın kökünün kəsilməsi və məhv edilməsidir. Bu ideologiya təkcə bizi deyil, eynilə erməni xalqını da fəlakətə gətirmişdir. Bu ideologiya dünyanın yazılı tarixində görünməyən və etnik təmizləməyə söykənmiş etnik nifrət, rasizm və nasizm üzərində qurulmuş zorakı ideologiya idi.
 
Bu ideologiya, eynilə Qarabağın erməni əhalisini qorxu içində girov saxlayırdı və onları “biz olmasaq Azərbaycan sizi buradan etnik təmizləməyə məcbur edəcək” və ya “öldürüb çıxaracaq” təbliğatı son 30 ildə heç bir zaman səngiməmişdir. İşğal dönəmində, Azərbaycan və erməni əhalisinin təmasları ilə bağlı edilən bütün təşəbbüslərin qarşısının alınması da bu məqsədə xidmət edirdi. İndi özləri təslim olurkən, öz ideoloqlarının kəndlərə tökülərək bütün əhalini Qarabağdan çıxartması və bu panikaya yerli erməni əhalisinin asan şəkildə getməsi 30 illik qorxu, nifrət və “ölüm və ya qalım” totalitar tərbiyəsinin nəticəsi idi. Çünki azad olan heç bir toplum bu cür hərəkət edə bilməzdi.  
 
“Biz öləcəyik amma Qarabağı verməyəcəyik”,  deyənlərin heç biri də ölmədi. Heç biri də özünü öldürmədi. İttifaq qüvvələri 1945-ci ildə Almaniyaya girdiyi zaman çox sayda rayonların və şəhərlərin nasist icra başçıları özlərini öldürdü və çoxları öz kabinetlərində oturaq halda özlərini öldürmüşdülər.  “Öləcəyik amma Qarabağı verməyəcəyik” deyən hansı Qarabağdakı və ya ermənistandakı nasist özünü öldürdü? Heç biri?.  “Qarabağı biz aldıq” deyən və  Vanı,Ərzurumu azad etməyi də gənc ermənilərə vəsiyyət edən serj sarkisyan özünü öldürdümü?... Heç birinin nə hünəri,nə də cəsarəti buna yetmədi...
 
Onların son dönəmdə ideoloqluğunu etməyə çalışan və Qarabağın Gebbelsi sayılan yaxşı tanıdığım david babayan özünü öldürdümü? Əksinə ən birinci təslim oldu. Xaricdəki görüşlərdə  üzumə dirənərək histerik şəkildə “biz öləcəyik, amma Qarabağ Azərbaycanın olmayacaq”, “Qarabağ heç bir zaman Azərbaycanın olmaycaq, bu mümkün deyil” deyirdi. “Müharibədə biz səni öldürəcəyik və Qarabaq Azərbaycanın olacaq və sən heç onu görməyəcəksən” - ona dediyim sözlər idi. Müharibə zamanı da qaçıb gizləndi. İndi də,qorxudan yalvarıb təslim oldu İndi Bakıda onu görsəm deyərdim, Qarabağ Azərbaycandır, bəs sən niyə ölmədin?  Məncə onun cəzası ən yüksək olmalıdır,çünki o Qarabağdakı erməni əhalisinin çıxmasının günahgarlarından ən öndə gedənidir. 24 Sentyabrda yerli radioda çıxış edərək əhalini Qarabağdan çıxmağa təbliğ edirdi. Yerli əhalinin əksəriyyətinin yeganə arzusu Azərbaycan vətəndaşlığnı qəbul edib öz yurdlarında yaşamaq idi. Onları yerlərindən edən babayan kimilər və kəndlərdəki onların nümayəndələri idi. Əslində ona qarşı qoyilan ittihamlara bu məsələ ilə bağlı da cəza maddəsinin tətbiq edilməsi lazımdır. babayan Qarabağ Azərbaycandır qəbul etmirsə, demək bütün əhali də onu arxasına düşüb evlərini tərk etməliydi? Bütün bunlar oradakı əhalinin necə əsir saxlandığının bariz nümunəsidir. 
 
On illərlə təmasda olduğum çox sayda erməni eksperləri, alimləri və parlament üzvləri də bu düşüncənin aparıcıları idi. 44 günlük savaşdan sonra bir qismi daha ağıllı çıxıb özünə uyğun işlərlə məşğuı olmağa başladı.  Biri üzüm alıb şərab çəkməklə məşğuldur, digəri çomağnı götürüb qoyununu otarır. Bir qismi isə tam da səsini kəsib deməyə sözü yokdur. Bir qismi hələ də ortada tülkü cildinə girib təlxəklik edir. “ Azərbaycan müharibə edərsə, 7 rayonu da gedəcək” deyənlər isə indi “gəl sülh üçün çalışaq” deyir. 
 
- Erməni əhalisi çıxarıldı, yoxsa özləri çıxdılar?
 
- Əhalinin bu cür panika içərisində çıxmasında Paşinyan hökümətinin də günahları çoxdur. Qarabağ erməniləri üçün yeni yolun çəkilməsi və eynilə Laçında və onun kəndlərində yaşayan ermənilərin danışıqlar yolu ilə köçürülməsi Azərbaycanın həqiqətən heç bir zaman bu cür niyyətinin olmadığının açıq nümayişı idi. Ancaq keçən ilin dekabrından başlayaraq erməni rəsmi və qeyri rəsmi dairələri etnik təmizləmə terminini dövriyyəyə salmışdı və Laçın sərhəd məntəqəsinin etnik təmizləmə üçün açıldığını deyərək dünyaya car çəkirdilər və beləliklə Qarabağda  yaşayan erməni əhalisini qorxu içində saxlayırdılar. Mən özüm də ermənilərlə yayda olan son Tbilisi görüşundə onların Qarabağdakı erməniləri qorxuzduqları və onların orada yaşamasına dəstək yox əksinə oranı tərk etməsinə kömək edən təbliğat apardıqları haqda mübahisələr etdik. Azərbaycanın suverenliyi erməni əhalisinin getməsi üçün niyə arqument olmalıdır ki? Əksinə Azərbaycanının suverenliyi onların öz yurdlarında daimi yaşamasına təminat verir. Onlar isə Hadrutu misal çəkərək başqa yerlərdə də belə olacağını iddia edirdilər. Hadrut əhalisi müharibə zamanı oranı tərk edib. İndi isə Azərbaycan sərhəd məntəqəsi qoyursa, ermənilərin niyə etnik təmizlənməsi olmalıdır ki. Gürcüstana sərhəd məntəqəsini keçib gəlmədinizmi?  Əksinə sərhəd məntəqəsi Ermənistanın da dövlət kimi tanınmasına gətirir. 
 
- Sizcə, indiki tarixi zamanda Azərbaycanın növbəti addımları necə olmalıdır?
 
- Ədalət olmayan yerdə sülh olmaz. Hərbi cinayətgarlar həbs olunmasa və Azərbaycana vurulmuş təzminat ödənməsə sülh də soyuq sülh və ya gövrək sülh olacaq. Azərbaycanın növbəti addımları R. Koçaryan və Serj Sarkisyanın Ermənistandan tələb edilməsi olmalıdır. Onun da mexanizmləri vardır. Biz onu edə bilərik. Bunun üçün öncə Azərbaycan Ermənistanın üzərinə on milyardlarla ölçülən ağır təzminat qoymalı və beynəlxalq məhkəmələri işə salmalıdır. Əslində bu iş sülh müqaviləsinin danışıq mövzusu olmalıdır. Azərbaycana qarşı yönəlmiş indiki beynəlxalq hücum kontekstində, Azərbaycan bü təşəbbüslə qısa zamanda əlində olan mübahisəsiz arqumentlərlə beynəlxalq instansiyala müraciət etməlidir. Bu iş kənara qoyulmamalıdır. Məncə, sülh müqaviləsinə sadəcə 5 prinsipin daxil edilməsi ilə kifayətlənməli deyilik, buraya həm təzminat və həm də hərbi cinayətgarların təhvil verilməsi daxil olmalıdır.
 
İkincisi, Paşinyanla qarşıdakı görüşlərdə Azərbaycan tərəfi erməni əhalisinin könüllü şəkildə Qarabağa geri dönməsi ilə bağlı təşəbbüslər etsə və bəlkə də ikitərəfli birgə bəyənatlar vasitəsilə müraciətlər edilsə çox faydallı olardı. Birgə komissiyaların müraciətləri formasında da müraciətlər edilə bilər. Bu cür təşəbbüslər Azərbaycanın zərərinə deyil,əksinə tam maraqlarına xidmət edir və beynəlxalq təxribatçı qrupların və təşkilatların həmlələrini heçə endirir. Azərbaycan bu addımları atmaqla, öz erməni vətəndaşlarına sahib çıxır və özünün bəyan edilmiş siyasətini ortaya qoymuş olur və digər tərəfdən beynəlxalq səhnədə də daha da əminliklə hərəkət etmiş oluruq. 
 
Önəmli məsələlərdən biri də, həbsə alınmış keçmiş DQ liderlərinin və R. Vartanyanın işi ilə bağlı məşğul olan Azərbaycan məhkəmə və prokurorluq sisteminin çevik və  çox hazırlıqlı olması məsələsidir. Burada sadəcə Azərbaycanın qanunları deyil, bu cür işlərlə bağlı aparılan beynəlxalq təcrübə də öyrənilməlidir. Bura həm beynəlxalq hüququn,o cümlədən, beynəlxalq humanitar hüququn müddəaları, milli azadlıq hərəkatları, üsyan edən və ya vuruşan tərəfin beynəlxalq hüquqda təsbit edilən müddəaları, bu cür hallarda üsyançı tərəfdəki mülki əhalinin statusu və mərkəzi hökümətin öhdəlikləri, milli müqəddəratın təyin edilməsi mexanizmləri və suverenlik və ərazi bütövlüyü və s. daxildir. Bütün bunları əhatəli şəkildə araşdıran qrup olursa məhkəmə prosesində büdrəmələr ilə rastlaşmarız.
 
Hesab edirem ki, erməni tərəfi R. Vartanyan və digər keçmiş “liderlər” üçün Avropa və ya Amerikadan təcrübəli vəkil gətirəcəklər və onlar bu məhkəmələri siyasi səhnəyə çevirməyə və öz əməllərini əsaslandıran və Azərbaycanı məhkum edən iddialarla çıxış etməyə çalışacaqlar. Ola bilsin ki, ABŞ-dan Kerakos kimi millətçi erməni vəkillər də gəlsin. Buraya yəqin ki, Avropa və Amerikadan siyasi liderlər və ya parlamentarlar və beynəlxalq təşkilatlardan missiyalar gəlməyə çalışacaqlar. Ermənilərin bu işlərdə təcrübələri böyükdür. Onlar Soğomon Teyleryandan tutmuş ASALA-nın terrorçularına qədər, hamısı üçün nüfuzlu vəkillər tutub bu işləri siyasi səhnəyə çevirmiş və bir çox hallarda uğur qazanmışlar. Onların əlaqələri böyük və mediaya çıxışları genişdir. Elə son zamanlara qədər Fransada ad qazanan və Sarkozi dönəmində onun partiyasının liderlərindən olan Fransa parlamenti üzvü Patrik Deveciyan Türk diplomatlarına qarşı terror edən ASALA terrorçusunun vəkilliyini etdiyinə görə Fransada erməni dairələrində ad qazanmıış,parlamentə keçmiş və sonralar Fransa dövlətində kabinet üzvü olan nazir səviyyəsinə yüksəlmişdir.  Bu baxımdan, indiki dönəmdə artıq Azərbaycanın hüquq sistemi döyüşə hazırlaşmalıdır.Biz torpağımıza bağlı barışmaz mübarizəmiz hesabına qalib gəlmişik.
 
Oxşar xəbərlər
21:53, Bu gün
“Eurovision”da çıxış edən israilli iştirakçı belə fitə basıldı
21:34, Bu gün
"Ukrayna məğlub olmaq təhlükəsi ilə üz-üzə qalıb" - "Politico"
21:30, Bu gün
Arda Gülər ÇL medalı almaya bilər - SƏBƏB
21:26, Bu gün
Talıb Talenin toyudur
21:18, Bu gün
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
21:16, Bu gün
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı
21:02, Bu gün
NATO-nun iki “qırmızı xətti”, Rusiyanın atom bombası hədəsi...- TƏHLİL
20:58, Bu gün
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO
20:49, Bu gün
Keşiş Baqratın İrəvandakı mitinqində Rusiya hərbi geyimində şəxs göründü...-FOTO
20:45, Bu gün
Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
20:42, Bu gün
Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək
20:41, Bu gün
Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI
20:39, Bu gün
"İlk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək" – Qüdrət Həsənquliyev
20:36, Bu gün
Paşinyan kilsənin iradəsini qıracaq – Baş nazirin başqa yolu qalmayıb
20:19, Bu gün
Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı
20:14, Bu gün
Estoniyadan Rusiya ilə bağlı qadağa
20:12, Bu gün
Hacıqabulda avtomobil azyaşlını vurub
20:10, Bu gün
Rusiyalı məşhur reper axtarışa verildi - FOTO
20:00, Bu gün
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
19:10, Bu gün
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
19:03, Bu gün
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
18:44, Bu gün
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
18:43, Bu gün
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
18:00, Bu gün
"Manuel Noyer daha 100 il etməyəcəyi səhvə yol verdi"
17:54, Bu gün
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
17:48, Bu gün
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
17:46, Bu gün
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
17:41, Bu gün
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
17:34, Bu gün
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
17:27, Bu gün
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
17:20, Bu gün
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
17:17, Bu gün
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
17:15, Bu gün
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:10, Bu gün
Dövlət qurumunun iki idarəsi birləşir
17:03, Bu gün
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
16:57, Bu gün
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdi - FOTO/VİDEO
16:50, Bu gün
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
16:44, Bu gün
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
16:37, Bu gün
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
16:32, Bu gün
İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO
16:28, Bu gün
Çinli idmançı Bakıda dünya rekordunu yenilədi - VİDEO
16:22, Bu gün
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI - VİDEO
16:19, Bu gün
Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO
16:16, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
16:12, Bu gün
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - TƏFƏRRÜAT
16:07, Bu gün
Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ
16:05, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
16:01, Bu gün
Zelenski Zalujnını bu ölkəyə səfir təyin etdi - YENİLƏNİB
15:58, Bu gün
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
15:54, Bu gün
Gədəbəydə “Yaşıl marafon" keçirilib
15:50, Bu gün
"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev
15:48, Bu gün
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi
15:40, Bu gün
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”
15:34, Bu gün
Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO
15:29, Bu gün
Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar AÇIQLANDI
15:22, Bu gün
İrəvana daxil olmuş keşiş Baqratın revanşist yürüşündə cəmi 1450 nəfər iştirak edir...-FOTO
15:22, Bu gün
Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”
15:15, Bu gün
Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
15:12, Bu gün
“Yaşadığım evi ondan hədiyyə almışam” – VİDEO
15:10, Bu gün
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
15:05, Bu gün
Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?
15:00, Bu gün
“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı
14:55, Bu gün
ARB-nin aparıcısı övladını itirdi
14:50, Bu gün
1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: NADİR KADRLAR - VİDEO
14:48, Bu gün
Azərbaycanda qaya uçqunu olub - FOTO
14:45, Bu gün
Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi
14:42, Bu gün
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
14:39, Bu gün
"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO
14:37, Bu gün
“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi” - VİDEO
14:35, Bu gün
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
14:30, Bu gün
Siyavuş Novruzovun jurnalistlərə ev təklifi - kim nə deyir?
14:14, Bu gün
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” - MÜSAHİBƏ + FOTO
14:09, Bu gün
Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər
14:00, Bu gün
Bakıda “Talassemiyanı işıqlandır” aksiyası keçirildi
13:57, Bu gün
İcma: "Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür"
13:53, Bu gün
İlin sonunadək Cəbrayıla yüzlərlə ailə köçürüləcək - VİDEO
13:48, Bu gün
"Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
13:40, Bu gün
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir" - FOTO
13:31, Bu gün
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi
13:25, Bu gün
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotiklə TUTULDU
13:18, Bu gün
Ağdamda 12 yaşlı uşağı ilan sancdı - FOTO
13:13, Bu gün
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
13:05, Bu gün
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
13:00, Bu gün
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
12:57, Bu gün
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO
12:52, Bu gün
"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri
12:49, Bu gün
“Bavariya” rəsmiləri hakimin üzrünü qəbul etmədilər
12:47, Bu gün
Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL
12:44, Bu gün
Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub - FOTO/VİDEO
12:40, Bu gün
“Tiktokeri polisə biz şikayət etməmişik” - Aygün Bəylərin ailəsindən AÇIQLAMA + ÖZƏL
12:35, Bu gün
Leysan yağışların fəsadları: “Pomidor və gilas az olacaq, qiyməti də bahalaşacaq” - ÖZƏL + FOTO
12:32, Bu gün
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTO
12:30, Bu gün
“Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi, 70 nəfər onun sayəsində çörək qazandı” - FOTO + ÖZƏL
12:27, Bu gün
"Əsl kişi hozu olmalıdır" - VİDEO
12:25, Bu gün
“WhatsApp”da foto və VİDEO ilə bağlı möhtəşəm YENİLİK
12:23, Bu gün
Bu qadının yerini deyənə 2000 manat veriləcək – VİDEO
12:20, Bu gün
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
12:17, Bu gün
Şirazda mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər - FOTO
12:15, Bu gün
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Qafarov
12:10, Bu gün
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
GÜNLÜK
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08:49, Bu gün
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08:49, Bu gün
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO