“Türkiyə bu gün olduğundan böyük görsənməyə çalışır”
Oxunub: 7202
06 Sep 2014 | 11:13
“Türkiyə bu gün olduğundan böyük görsənməyə çalışır”













Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibə verib, onunla söhbətin dördüncü hissəsini təqdim edirik:

Əvvəli burada---moderator.az/?xeber=54160

...Açıq şəkildə Kiyevə deyirlər ki, biz sənə kömək etməyəcəyik, ancaq sənin üstünə gələnə sanksiya tətbiq edəcəyik. Hər dəfə də bunu çıxıb nümayişkaranə şəkildə deyirlər ki, biz Ukraynaya hərbi yardım etməyəcəyik. Bununla da Ukrayna xalqını və hökumətini ruhdan salırlar, Ukraynanın üstünə gələn təcavüzkarı şirnikləndirirlər. Necə ki, bizdə də eyni addımı atdılar. Təcavüzkar Ermənistana sanksiya tətbiq etmək əvəzinə təcavüzə uğrayan tərəfə-Azərbaycana sanksiya tətbiq etdilər. Amma buna baxmayaraq biz həmsədr dövlət kimi məcburuq Amerika ilə dil tapaq danışaq. Niyə? Çünki həmsədr dövlətdir, yəni bir vasitəçi dövlət kimi ondan asılılğımız yaranıb. İndi də Ukrayna bizim vəziyyətimizə düşəcək. Moldovanı da o vəziyyətə saldılar. Gürcüstanı isə abdalcasına aldatdılar. 2008-ci ilin avqustun 2-də o vaxtkı dövlət katibi Kondaliza Rays gəldi Tiflisə Saakaşvilini qızışdırdı, avqustun 8-də də Gürcü qoşunları Sxinvaliyə hücum elədi. Hamı Saakaşviliyə Amerikanın uşağı deyirdi. Hamı bilrdi ki, Saakaşvili Amerikanın razılığı olmadan bir stəkan suyu da götürüb içməz. Yəni onu aldadıb qızışdıraraq Cənubi Osetiyaya hücuma təhrik etdilər, sonra isə lazımi səviyyədə müdafiə etmədilər. Onda da ya hesablamamışdılar, ya da qəsdən bunu etdilər. Ola bilsin, gözləmirdilər ki, Rusiya qoşun yeridə bilər. Fikirləşirdilər ki, Gürcüstana silah veriblər, ordunu neçə ildir hazırlayırlar, onlar ruslara qarşı vuruşacaqlar. Düzdür, həmin hadisələrdə gürcülərin də qorxaqlığı özünü göstərdi. Yeri gəlmişkən, son dövrlər baş verən hadisələr bir daha onu göstərdi ki, keçmiş sovet respublikaları ötən 20 il ərzində hələ də oturuşmuş və xarici təcavüzə sinə gərə biləcək dövlət qura bilməyiblər. İndi Amerika bağırır ki, min nəfər rus əsgəri Ukrayana ərazisinə daxil olub. Lap deyək ki, min yox, 10 min nəfər tam hazırlıqlı rus əsgəri soxulub Ukraynaya. Bəs 10 min nəfər 46 milyonluq qos-qoca bir dövləti işğal edə-edə gedirsə, demək bu dövlət faktiki olaraq yoxdur. Dövlətin əlamətləri nədir? Onun ərazisi və bəlli sərhədləri, bu sərhədləri qorumaq iqtidarında olan ordusu var. Yəni buna dövlət demək doğru deyil, olsa-olsa elan olunmuş bir struktur demək lazım. Əgər 46 milyonluq Ukraynada səfərbərlik edib 100 min adam ortaya çıxara bilmirlərsə, bunlar hansı haqla dövlət qurmalarından danışırlar? Özü də Rusiya açıq şəkildə müharibəyə qoşulmayıb və etiraf edək ki, adi silahlardan istifadə edir hər iki tərəf. Hansı ki, həmin silahlar hər iki tərəfdə də var. Desək ki, Rusiya min dənə qırıcını səmaya qaldırdı və Ukraynanın da ancaq 200 qırıcısı var, bu zaman anlamaq olardı ki, nəyə görə Ukrayna qoşunları məğlub oldu. Gürcüstanda da eyni qaydada oldu. O vaxt Avropa Birliyi tərəfindən Sxinvali hadisələri zamanı Gürcüstana göndərilən bir ekspert mənə söyləyirdi ki, biz ora gedib vəziyyətlə tanış olanda dəhşətə gəldik. Deyir gürcülər ən müasir 70 tankı meşənin içində qoyub bir dənə də atəş açmadan qaçıblar. Təsəvvür edin ki, hamısı özləri ilə mülki paltar da götürübmüş tankın içində. Oradaca soyunub mülki paltarı geyinərək gecə ilə qaçıblar gürcü kəndlərinə. Deyirdi ki, ruslar gəlib yağın içində olan 70 müasir tipli, İsrail və Amerika tankları üzərində modernləşdirilmiş tankı qənimət kimi götürüb apardılar. Ona görə deyirəm ki, biz nə qədər müstəqillik desək də yeni respublikaların xalqları öz müstəqillikləri və ərazi bütövlükləri uğrunda sözün həqiqi mənasında ölüm-dirim savaşına hazır deyillər. Nə də insanların hamısında lazım olan dövlətçilik şüuru oturuşmayıb. Amma Rusiyada tarix boyu bir imperiya təfəkkürü olub və onlar tarix boyu harasa hücum ediblər, haranısa işğal ediblər. Ona görə də bu gün Ukrayna lazımi müqavimət göstərə bilmir. Bütün bunlardan dərs çıxarılası, öyrəniləsi, qabaqlayıcı tədbirlər görüləsi çox məqamlar var.

-Türkiyənin nüvə dövləti olmağa can atmalı olduğunu bildirmisiniz. Məgər bilmirsiniz ki, bu mümkün olan şey deyil? Hətta Türkiyə nüvə silahı istehsal etmək niyyətini bəyan etsə, onun başına elə oyun açarlar ki, Gəzi hadisələri də toya getməli olar, paralel dövlət oyunları da.

-Elə mən də onu söyləyirəm ki, Türkiyə nüfuzlu dövlət olmaq istəyirsə, gərək bunu əldə etsin. Yox, əgər Türkiyə dediyiniz kimi o qədər zəifdirsə ki, Qərb onun başına oyun açaraq ondan ikinci bir Liviya və ya Suriya düzəldəcək, deməli, o dövlət də göründüyü kimi güclü deyil və belə bir zəif dövlət də gərək iddialarını boğa. Yəni gərək olduğundan böyük görsənməyə çalışmayasan. Türkiyə isə bu gün olduğundan böyük görsənməyə çalışır. Bunun da əslində ölkəyə çox böyük zərəri dəyir. Məsələn, mən deyirəm ki, müdafiə etməyə gücün yoxdursa, niyə Fələstini qızışdırırsan? İsrail basıb Fələstinin gözün çıxaranda sənin qarğış eləməkdən başqa əlindən bir şey gəlmirsə, o zavallıları niyə qırğına verirsən? Heç sənin öz vətəndaşlarını öldürdülər, sən heç nə edə bilmədin. Hətta iqtisadi əlaqələri belə kəsməyə gücün çatmadı. Səfiri geri çağırıb sonra qaytardın. Mən də onu deyirəm ki, əgər gücün çatmırsa ortaya iddia qoyma. Yəni ortaya iddia qoyanda qarşı tərəf də barmağını dişləyir ki, yox, bunlar çox iddialıdır, imkan vermək olmaz o iddiasın reallaşdırmağa. Çin kimi dövlət bu gün dünya siyasətində Türkiyə qədər iddialı danışmır. Onlar oturublar asta-asta işlərin görürlər. Dünayadakı bütün münaqişə ocaqlarına baxın. Pekin çalışır ki, onların heç birinə qatılmasın. İndi də Ukrayna məsələsində bitərəf mövqe tutur. Yəni bu dövlət özünü qoruyur və çalışır ki, bu münaqişlərə cəlb olunmasın. Çin hesab edir ki, hələ onun məqamı gəlib çatmayıb. Belə deyək ki, hələ Çin güc yığr, “muskul”ların şişirdir. Amma Türkiyədə ortada bir şey yox, gurultudansa qulaq tutulur. Buna baxmayaraq mən hesab edirəm ki, Türkiyə 70 milyonluq, böyük 20-liyə daxil olmuş bir ölkədir. Türkiyə iqtidarı ağıllı siyasət apara bilsə, müxalifətlə münasibətləri yumşaltmağa nail olsa, yersiz təkəbbür aradan qalxsa, yaranmaqda olan şəxsiyyətə pərəstiş dayandırılsa ağıllı siyasət nəticəsində Türkiyə günlərin bir günü nüvə dövləti ola bilər. Yəni bu istiqamətdə işlərin görür, dinc məqsədlərlə nüvə reaktorları qurur və texnologiyaları əldə etdikdən sonra Azərbaycan, Pakistan və digər türk respublikalarının köməyi ilə Türkiyə bunu edə bilər. Yəni Türkiyə nüvə dövləti olmaq istəyirsə, beynəlxalq tribuna və kürsülərdə sözünün eşidlməsini istəyirsə nəyin bahasına olur-olsun bunu etməlidir. Bunun başqa yolu yoxdur. Müasir dünyada heç bir blok və ya alyans sənin ərazi bütövlüyünə qarant ola bilməz. Ən azı ortada acı Ukrayna dərsləri var. Müasir dünyada qarnat sənin özünsən və hərbi potensialın, gücündür. İndiki dövrdə də böyük dövlətlərlə üz-üzə gəlib söz sahibi olmaq üçün Türkiyə nüvə dövləti olmalıdır. Yəni əvvəlcə bu işin elmi bazası yaradılmalıdır, sonra dinc məqsədlər üçün texnologiya cəlb edilməlidir, günlərin bir günü isə dünyanı qoyursan fakt qarşısında. Türkiyənin də geniş ərazilərinin birində onun sınağını da keçirirsən və özünü nüvə dövləti elan edirsən. Özü də mən əminəm ki, onlar bunu etmək istəsə, mən əminəm ki, Azərbaycan da, Qazaxıstanda, Pakistan da, ümumiyyətlə, bütün türk dünyası maddi və elmi baxımdan köməyini əsirgəməyəcək.

-Qayıdaq daxili siyasətə. Parlamentin payız sessiyasında "Vicdan məhbusları"yla bağlı məsələni aldıracaqsınızmı?

Ardı var...

Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?