"Əvvəlcə Aran və Dağlıq Qarabağda yerləşən işğalçı ordu məhv edilməlidir..."
Oxunub: 3114
16 Jul 2020 | 15:11
Modeerator.az Milli Dirçəliş Hərəkatı Partiyası sədri, istiqlalçı millət vəkili Fərəc Quliyevin müsahibəsini təqdim edir:

- Fərəc Bəy, Ermənistanın “Tovuz rayonu ”əməliyyatı hansı məkrli planları həyata keçirməyə hesablanmışdı? 

- İyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində başladığı əməliyyatlar müharibəyə yeni bir mahiyyət verir. Yəni, indiyə qədər Ermənistan tərəf daha çox istəyirdi ki, danışıqlar formatı da dəyişsin və tərəf kimi Dağlıq Qarabağda quraşdırdıqları separatçı rejimin -“Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə danışıqlar aparılsın. Dolayısı ilə onlar bildirmək istəyirdilər ki, proseslərdə Ermənistanın əli yoxdur və Azərbaycan ərazilərini işğal edənlər elə buradakı separatçı rejimin hərbi qüvvələridir. Əlbəttə, biz həmişə öz faktlarımızla Ermənistan tərəfdən ortaya qoyulan bu iddiaları alt-üst eləmişik. Məsəl üçün, mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar ordan 100 km-lə aralı olan Naxçıvanın Kərki kəndini və yaxud da Qazax rayonunun ərazisini necə işğal edə bilərlər? Bu iddialar əlbəttə fiaskoya uğramışdı. Amma baş verən son hadisə həm də onu göstərirdi ki, artıq Ermənistan tərəf Dağlıq və Aran Qarabağdan çox-çox aralıda hərbi əməliyyat başlamaqla müharibədə tərəfdir və bunu bir daha təsdiqlədi. Bu bir çox məkrli planları həyata keçirməyə hesablansa da, Azərbaycan Ermənistan ərazilərinə daxil olmamaqla bu planları pozdu. Çox bilən quş dimdiyindən tora düşər, deyiblər. Bu əməliyyatlarda bütün dünya gördü ki, Azərbaycana qarşı müharibəni Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlılar aparmırlar. Ermənistan Respublikası tərəfindən aparılır və Dağlıq Qarabağdakı işğal olunmuş ərazilərdəki ordu da Ermənistan ordusudur. Doğrudur, 2016-cı ildə savaşda 100-lərlə meyit Ermənistana aparılanda məlum oldu ki, öldürülmüş hərbçilər Ermənistan ordusunun əsgərləridirlər. Amma hər halda son hadisə də bunu bir daha sübut elədi. Ermənistan tərəfi çalışdı ki, Azərbaycan tərəfini Dağlıq və Aran Qarabağda yox, Qarabagdan uzaq bir yerdə Ermənistanın içərisinə irəliləməyə təhrik etsin. Çünki buna qədər artıq müəyyən tədbirlər görmüşdülər. Tovuz ətrafı cəbhə bölgəsinə Ermənistanın Fövqəladə Hallar Naziri gəlmişdi, baxmışdı, müəyyən hazırlıqlar görmüşdülər və s.. Bu bir plan idi. Baş verən hadisədən sonra dərhal Ermənistan Müdafiə Nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına (KTMT) müraciət etməsi də onu göstərir ki, daha çox Azərbaycanla Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını üz-üzə qoymaq, prosesə artıq KTMT-ni fəal şəkildə qatmaqda maraqlı idilər. Amma bu bleflər də keçmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının iclası hətta təxirə salındı. Oradakı dövlətlər Azərbaycan ilə xoş münasibətdədirlər və əslində nə baş verdiyini də çox gözəl bilirlər. Azərbaycan ordusuda bu bölgədə Ermənistan ərazisinə daxil olmadı, ermənilərə uzaq məsafədən cavablar verildi, atəş nöqtələri susduruldu. Hesab edirəm ki, sərhədləri qorumaq şərti ilə, paralel olaraq Ermənistanın Aran və Dağlıq Qarabağda yerləşən işğalçı ordusu zərərsizləşdirilməlidir, darmadağın olunmalı, məhv edilməlidir. Bizim əməliyyatlarımız daha çox öz ərazilərmizdə keçirilməlidir. Bunun üçün Ermənistan o fürsəti bir daha veribdir. 

- Planları pozulmuş Ermənistanın yaxın dövr üçün istəyi nə olacaq, biz nə etməliyik? 

- Təbii ki, biz Ermənistanın növbəti gedişini gözləyib cavab verməli deyilik. Özümüzün “yol xəritəsində” müəyyən yeniləmələr edərək ərazilərrimizin azad olunmasına nail olmalıyıq.

Ermənistan təbii ki, taym-aut götürməyə çalışacaq. Ora-bura şikayət eləməsi də buna görədir. Ermənistan gözlədiyi nəticəni almadı. Yəni, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının da dəstəyini almadı və ATƏT-in rəhbərliyinə də müraciət eləmişdi, oradan da istədiyi nəticəni almadı. Artıq ermənilər anlayırlar ki, bu 2016-cı il deyil. Sığortalanmayıblar. Azərbaycan tərəfi üçün də bu bir test oldu. Hər halda Rusiyanın son hadisədən sonrakı qoyduğu tövr də, mövqe də əvvəlkilərdən yaxşı mənada fərqləndi. Rusiya siyasi eksperti Deniz Karkatinov deyir ki, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər. İşğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması və atəşkəsin təmin olunması. Sadə bir fikir deyir, amma əslində söhbət ondan gedir ki, Rusiya da başa düşür ki, bizim torpaqlarımız işğal olunubdu. Biz Ermənistan ərazisinə girib əməliyyat aparmadıq və aparmırıq. Amma işğal olunmuş ərazilərimizi azad eləmək haqqımızdır. 2016-cı ildə işğal siyasətinə son verməyimiz üçün apardığımız hərbi əməliyyatlarda Rusiya hücumun dayandırılmasını istəmişdi. Həm super dövlət kimi, həm də ümumiyyətlə ATƏT-in Minsk qrupunun üzvü kimi Azərbaycan tərəfinə dinc yolla məsələnin həll olunmasını söz vermişdilər. Azərbaycanın əlində alibi var ki, siz o vaxt dediniz, biz də hucumu dayandırdıq, amma dinc yolla məsələ həll olunmadı. Ona görə biz indi Dağlıq Qarabağ və Aran Qarabağda, yəni işğal olumuş bütün ərazilərimizdə Ermənistan odusunu zərərsizləşdirmək əməliyyatlarını keçirmək məcburiyyətindəyik. Tovuz rayonunda baş verən hadisələri ayrıca götürmək olmaz. Ermənistan tərəfi Naxçıvan istiqamətində də əməliyyatlar keçirdi. Burda böyük oyunların elementləri görsənir və bu məsələlər təkcə Ermənistanın başında hazırlanan məsələlərə də oxşamır. Bunu Türkiyə prezidenti Ərdoğan dünənki çıxışında da xüsusi qeyd elədi. Amma hər halda bir böyük vətən savaşı başlayırsa, biz ciddi şəkildə hazırlığımızı görməliyik. Türkiyənin verdiyi mesajlara da planlarımızda yer verməliyik. Türkiyə artıq açıq şəkildə bildirir ki, indiyə qədər biz siyasi çözümdə Azərbaycanın yanındayıq deyirdiksə, indi bütün çözümlərdə Azərbaycanın yanındayıq deyirik. Xüsusilə altını cızaraq Türkiyənin xarici işlər naziri cənab Çavuşoğlu deyir ki, “bilərəkdən bu ifadəni mən bir də işlədirəm”. Biz Türkiyə ilə də oturub danışmalıyıq. Rusiya ilə də danışılmalıdır ki, məsələlərə müdaxilə eləməsinlər, işğal olunmuş ərazilərdə rusiya əsgəri, texnikası varsa çıxarsınlar ki, zərər görməsinlər. Bizim savaşımız işğalçı Ermənistan ordusu ilədir. Biz Azərbaycanın daxilində öz ərazilərimizin təmizlənməsi ilə bağlı fəaliyyət göstərmək istəyirik. Ermənistan da qan tökülməsini istəmirsə buyursun qısa zaman ərzində, tutaq ki, 15 günə, bir aya texniki imkanlar çatan qədər işğalçı ordu ölkəni tərk eləsin və bundan sonra danışıqlar başlaya bilər. İşğalçılar ölkəni tərk edəndən sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaşayan erməni əsilli azərbaycanlılarla bağlı müəyyən məsələlər müzakirə oluna bilər. Hərçənd ki, Azərbaycan tərəfi həmişə elan edib ki, biz bütün vətəndaşlarımızın, o cümlədən erməni əsilli vətəndaşlarımızın bütün Konstitusyadakı bütün hüquqlarını təmin etmişik və bundan sonra da eləməyə hazırıq. Azərbaycan tərəfi bütün etnoslara münasibətində göstərdiyi münasibət ilə də bunu əməlində sübut edibdi. 

- Əhalinin baş verənlərə münasibəti qane edicidirmi? 

- Dünən baş verən hadisələri, biz gərək ciddi şəkildə nəzərə alaq. Yəni, əslində bütün Azərbaycan əhalisinin ordumuza və dövlətimizə verdiyi dəstək ifadəsi qürurverici idi. Yenə erməni tərəfdən postlar qoyulub, onların zabitləri döyüş bölgələrindən qaçırlar və onlar həbs olunurlar. Amma Azərbaycan vətəndaşları döyüşə can atırlar. Bu Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə qalmasını göstərir. Hamının ordu ilə, Ali Baş Komandan ilə bir yerdə olduğunu göstərir. Bu gün bizim də qoşulduğumuz 43 partiyanın verdiyi bəyanatda da bu öz ifadəsini tapıbdı. Bütün siyasi kəsim demək olar ki, bu məsələdə öz iradəsini ifadə edibdi. Amma küçələrə çıxmaq və ya hər hansı formada dəstək ifadə edənlər iki fərqli qrup insanlar ola bilər. Bir qismi səmimi şəkildə bu məsələlərə vətənpərvərlik mövqeyindən əl qoyurlar və biz bunları təqdir edirik. Kimisi savaş bölgəsinə getmək istəyir, kimisi dəstək vermək istəyir. Amma bunlar mərkəzləşmiş rəsmi şəkildə, müvafiq strukturlara müraciət şəkilində olunmalıdır. Hər bölgədə, hər yerdə vətənpərvər insanlarımız var. Amma hərə bir yerdə qrup halında qərar verib onun icrası ilə məşğul ola bilməz. Bu mümkün deyil və effektli ola bilməz. Bu pozucu bir işə çevrilə bilər. İkinci qrup adamlarsa bu məsələdə insanların duyğusundan istifadə edib təxribat törədə bilərlər. Çox təəssüflər olsun ki, dünən gecə saatlarında ordu ilə həmrəylik, şəhidlərimizə rəğbət göstərilən göstərilər sonda xüsusi hazırlanmış qüvvələr tərəfindən, təxribatçı qüvvələr tərəfindən, başqa dövlətlərin burda olan maşaları tərəfindən təxribata çevrildi və parament binasına daxil oldular. Bu çox üzücü hal idi. Azərbaycan polisinə qarşı olan hərəkətlər çox üzücü hal idi. O göstərilərdə polis də iştirak edirdi, orda iştirak edənlərə su verirdi. Hərbiçilərimiz işirak edirdi, həmrəylik nümayiş etdirirdi, heç kimə də maneə olunmurdu. Görünür, hamımız çox sayıq olmalıyıq. Burda Azərbaycanı sevməyən dövlətlərin kəşfiyyat strukturları təbii ki, işləyir. Ermənstanın müttəfiqləri olan dövlətlərin adamları var. Ermənistanın özünün xidmətində olan adamlar var. Ermənistanı himayə edən qurumların maliyyələşdirdiyi qeyri hökumət təşkilatlarının fəalları, adamları var. Biz çalışmalıyıq ki, bu məsələnin qarşısı çox qətiyyətlə alınsın. Belə məqamlarda arxa cəbhə ön cəbhə qədər, bəlkə ondan daha artıq önəmlidir. Əvvəla əsgərin fikri arxa cəbhədəki hadisələrdə qalmalı deyil. Biz şəhid veririk, generalımız, əsgər və zabitlərimiz, mülki şəxslər şəhid olub, burda isə kimsə Milli Məclisin binasına daxil olur, insanların duyğusundan istifadə edir, bölücü, təxribatçı fikirlər söyləyir. Belə halda əsgərimiz hansı əhval ruhiyyəni yaşıyar? Bu doğru deyil axı. İkinci bir tərəfdən dövlət avtoritetini sındırmağa çalışırlar. Bu da çox zərərli bir tendensiyadır. Azərbaycan ordusu daha ciddi döyüşlərə hazırlaşdığı bu dönəmdə Ermənistan tərəfdə bir çaşqınlıq var idi. Onlar Azərbaycan ictimai rəyini gördükdə çox narahat olmuşdular. Topdan, tüfəngdən çox ölkədəki əhalinin birliyi düşmən tərəfi çox sarsıdır. Bunun üzərinə kölgə salmaq sadə məsələ deyil. Gedib parlamentin binasına daxil olmaq da elə belə duyğusal hərəkətə bağlı olan məsələ deyil, planlı məsələlərdir, bunlar aydınlaşdırılmalıdır və bu məsələdə əli olanlar təbii ki, cəzalandırılmalıdır. Savaş gedən anda qarışıqlıq salmaq, çaşqınlıq yaratmaq düşmənə misilsiz xidmətdir. Müəyyən planlar tökülür, hərbiçilərimiz işləyirlər, siyasi mərkəzlər işləyirlər, müəyyən amillər nəzərə alınır. Hər hansı bir ifadə ilə sən nəyəsə zərər verəcəksənsə gərək bunu hətta gözləyəsən və s. Ona görə mən əhaliyə çağırış edirəm ki, təxribatlara uymasınlar. Mənim bundan əvvəl də çağırışım olub ki, rəsmi məlumat qaynaqlarına söykənərək məlumatlar yayılsın. Dövlət tərəfindən olan çağırışlara cavab versinlər. Hər kəs özü qərar verib, özü hərəkət edəcəksə bu artıq milli davranış olmaz və istəmiyə-istəmiyə bəzi hallarda proseslərə zərər vermiş olarlar. Mən hüquq mühafizə orqanlarını kəskin addımlar atmağa çağırıram. Hesab edirəm ki, hamımız, bütün partiyalar da, vətəndaşlar da belə məqamlarda ölkəmizə zərər gətirəcək addımların qarşısını almaq üçün səyləri birləşdirməli, dövlətimizin yanında olmalıyıq.
Oxşar xəbərlər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:48
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 15:52
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:48
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 15:52
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO