Bizi sosial şəbəkələrdən izləyin:
Bu il Türkiyədə səkkizincisi təşkil olunacaq Etnosport Mədəniyyət Festivalında qonaq ölkələr kimi Azərbaycan, Litva və Rusiya yer alacaq.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə festivalın tanıtım toplantısında çıxış edən Beynəlxalq Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan məlumat verib.
"Müxtəlif millətlərdən bir çox iştirakçının öz mədəniyyətlərini sərgiləmələrinə imkan tanıyan festivalımız hər il qonaq ölkələrin ənənəvi idmanlarını, fərqli dəyərlərini ön plana çıxarır. Bu ilin qonaq ölkələri Azərbaycan, Litva və Rusiyadır", - konfederasiya prezidenti vurğulayıb.
"TRT Haber" isə qeyd edib ki, Azərbaycan festivalda zorxana idman növü ilə təmsil olunacaq.
Qeyd edək ki, VIII Etnosport Mədəniyyət Festivalı 21-24 may tarixləri aralığında İstanbul Atatürk Hava Limanında təşkil olunacaq.