Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Mədəniyyət
270
13:21, Bu gün

Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama

"Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilə bilər. Rasim Balayevin 40 mərasimi mayın 7-də olacaq".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əlisa Cabbarov deyib.
 
Onun sözlərinə görə, AKİ-nin qurultayı mayın sonunda baş tuta bilər. Tarix İdarə Heyətinin iclasında dəqiqləşdiriləcək.
 
"İclasda müxtəlif təkliflər irəli sürülməsi mümkündür. Ümumiyyətlə, İdarə Heyəti ali orqan hesab olunur və burada istənilən təklif yenidən müzakirəyə çıxarılıb qəbul edilə bilər. Nizamnaməyə görə, qurumun katibləri sədrin əmri ilə təyin olunur. Yeni sədr kim seçilərsə, bu məsələ onun səlahiyyətinə daxil olacaq.
 
İdarə Heyəti qurultay tərəfindən formalaşdırılır, katiblik isə sədrin qərarı ilə müəyyən edilir. İdarə heyətinin səlahiyyət müddəti 2028-ci ilə qədər olsa da, müəyyən dəyişikliklər, yeni təkliflər və yeni üzvlərin əlavə olunması mümkündür. Hazırda İdarə Heyəti 36 üzvdən ibarətdir, 14 katib var. Üzvlərin sayının artırılması və ya azaldılması məsələsini də qurultay həll edir" - Əlisa Cabbarov bildirib.
 
Qeyd edək ki, mərhum Xalq artisti Rasim Balayev 2024-cü ildə AKİ-nin sədri seçilmişdi. O, bu il martın 29-u İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib.
 
Xatırladaq ki, mətbuatda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclasının aprelin sonunda, qurultayın isə mayın 17-də keçiriləcəyi qeyd edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər