Prust – ədəbiyyatın Eynşteyni... - III məqalə
Maraqlı
Oxunub: 2149
14 Aug 2019 | 11:49
Prust –  ədəbiyyatın Eynşteyni... - III məqalə

 (M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

III məqalə

Heç nə danışmır, eşqinin necə

 ölməsinə tamaşa edirdi...

 

I məqalə burada: //www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

II məqalə burada: //moderator.az/news/282731.html

 

M.Prust “İtmiş zamanın sorağında” romanını bitirəndən az sonra öldü. Mistik bir olay kimi görünür. Prust üçün varolmanın sirri bu kitabın yazılması missiyasına bağlı idimi? Missiya bitdi və həyat tamamlandı, hər iki kitab örtüldü... Bu kitabın son sözünü yazmaq fərəhli bir hal kimi Prustun xidmətçisinin də xatirəsində yer alıb. “Bu gecə son kəlməni yazıram!”-təntənəsini elan edən Prust 3 aydan sonra vəfat edir (51 yaşında). Hətta ömrünün son illərində sağlamlığına diqqət etmədiyini, yeməkdən qaçdığını deyirdilər. Tale kitabı ilə yazdığı “İç kitabı”nı eyni vaxtda tamamlamaq lazım imiş...

İranlı filosof və yazar Daryuş Şayegan M.Prustun “İtmiş zamanın sorağında” romanı haqqında yazır: “Yazar lap əvvəldən düşüncəsində bütün kitabı tamamlamışdı. Bu baxımdan Prustu ədəbiyyatın Eynşteyni adlandırmaq olar. Prust zamanı və məkanı bir-birindən ayırmır. Bir-biri ilə  əlaqələndirir. Ona görə də itmiş zamanın izi ilə itmiş məkanı da axtarır”.

Müəllif həm də yazır ki, Prust ”Romanlarım Berqsonvaridir”– deyirdi.      Obrazlarını daima eyni hərəkət süjetində göstərir və bu eyniyyət daxilində insanların necə dəyişdiyini, daxili “mən”in necə başqalaşdığını təsvir edir. O, hərəkətin davamlılıq nəzəriyyəsindəki tezisləri Berqsondan götürmüş və inkişaf etdirmişdir. İnsanları müxtəlif tərəflərdən və dərinliklərə enərək öyrənir, onların fərqli zaman və məkanlarda, müxtəlif situasiyalarda vəziyyətdən asılı olaraq dəyişən  obrazını yaradırdı. Prust heç bir vaxt Freydin əsərlərini oxumamışdı. Təbii ki Freyd də Prustu. Fəqət ikisi də eyni qənaətə gəlmiş, dünyanın anlaşılmazlığına eyni prinsiplərlə işıq tutmuşdular. Prust obrazlarını yaradarkən mütləq onların şüuraltını hədəfləyir və vasvasılıqla onu incələyir, təhlil edirdi. Bəzən sanki hansısa elementi gözdən qaçırmamaq üçün eyni dairəyə qapılıb qalırdı. Bu baxış stereoskopik, üç ölçülü bir görünüşə malikdir. Əvvəllər heç bir yazar obrazlarını zamanın və məkanın müşahidəsi fonunda, bu cür fərqli səbəblərlə qələmə almamışdır. Prust isə şücaət göstərərək bu insanların məhz bu cür olması amillərini çox dərinliklərə enərək analiz etmişdir.

M.Prustun romanında həm də  ekzistensializm         estetikasına xas əlamətlər var idi. Baxmayaraq ki, bəzi tədqiqatçılar bu cərəyanın fransız ədəbiyyatı ilə bağlılığını İkinci Dünya müharibəsi dövrünə aid edirlər. XX əsrin əvvəllərində Avropada baş verən ictimai-siyasi, sosial, hərbi hadisələr Avropa insanının estetik qavramında, ictimai düşüncəsində və mənəvi təkamülündə yeni, daxili gərginliklərlə bağlı fundamental suallar ortaya çıxarmışdı. Birinci Dünya müharibəsi insana qarşı ən böyük haqsızlıq nümunəsi kimi travmatik sindiromlar yaratmışdı. İndi xarici aləmdən daha çox insanın mənəvi-psixoloji aləminin inqilabı, üsyanı, müharibəsi püskürməkdə idi. Ekspressionistlər insanın subyektiv dünyasını bütün xarici ələm mənzərəsinə qarşı qoyur, onların depressiv, sıxıcı həyatını, tənəzzülüə uğramış ümid və arzularını sənət dili ilə ifadə edirdi.  Frans Kafkanın, Alber Kamyunun, Jan Pol Sartrın  romanlarında bunu daha aydın görmək olur. Əslində mahiyyət etibarilə klassik Şərq ədəbiyyatında sufizm fəlsəfəsi ilə üst-üstə düşən ekzistensializmdə insanın fərdi kimliyi, şəxsiyyəti, “dünya və mən” kontekstində mərkəzdə olan obrazı qabardılır. Bu estetikanın nəzəri qanunları ilə təhlil və təsvir edilən insanın üzərinə həm də ciddi məsuliyyətlər qoyulur. İnsan obyekt və ətrafda baş verənlərə cavabdehdir! M.Prust da həmin insanın kitabını yazmışdı. Özünün də dediyi kimi, “daxili kitabı”nı... İçimizin romanını M.Prust qədər mükəmməl yazan ikinci bir yazıçı hələ də yaranmayıb. Bu insanın “səssiz” səsi  norveçli ekzistensialist rəssam Edvard Munkun “Qışqırıq” əsərindəki qəhrəmanın harayı ilə eyni məna, mahiyyət daşıyır. Prustun insanı da üzünü öz içinə, daxilinə çevirib heyrətlənən, bütün bəşəriyyətə yad kimi görünən qərib adamdır. E.Munkun kişi və ya qadın olması bilinməyən qəhrəmanı homoseksual olan M.Prustun eyni təbiətli qəhrəmanlarının bir çoxunun daxili “mən” obrazı ilə ekvivalentləşir.

 “Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə görə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına baxmayaraq insanın əzabının böyük səbəbini tamşaçı özü hiss etməlidir. Aləm bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir. Bizim qarşımızda “cinssiz insan” durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instinktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır”. (Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə məqalələri e-Antologiyası Beşinci buraxılış - V cild)

M.Prust da C.Coys kimi özündən əvvəlki yazarları  və bəzən də müasirlərini bilərəkdən təqlid edir, bəzi hissələri onların üslubu ilə yazırdı. O.Balzak, Q.Flober və başqalarını buna misal göstərmək olar. 1909-cu ildən yazmağa başladığı bir milyon yarım sözdən ibarət  “İtmiş zamanın sorağında” əsərində Prust hətta əvvəlki əsərlərində olduğundan da fərqli bir üslub nümayiş etdirdi. “İtmiş zamanın sorağında” romanında  Prustun zamanla bağlı görüşlərinin Berqson  və Haydegger nəzəriyyəsi ilə üst-üstə düşdüyünü deyirlər. Onu da qeyd edək ki, Prust 1891-ci ildən 1893-cü ilə qədər Berqsonun Sarbonnadakı dərslərində iştirak etmişdir.

M.Prustun qəhrəmanları (müxtəlif sosial təbəqə nümayəndələri – kəndli, aristokrat, məmur, xidmətçi, rahib, tələbə və s.)  həyat adlı bir boşluğun içərisində zamanı ələ keçirirlər. “Bəlkə də əsl həqiqət elə yoxluq, heçlikdir və həyatımız, həyat dediyimiz reallıqdan uzaq yuxudur?”

Və hər şey yenidən başlanır, yenidən təkrarlanır. Dairə təkrarı inkişafdırmı? – sualı yenidən ortaya çıxır. Zamanı bəzən qoxular, buruna gözlənilmədən gələn iy vasitəsi ilə də bərpa etmək olur. Necə ki,  anasının anidən təklif etdiyi çay və tort qoxusu Kombre ilə bağlı  bir kitablıq xatirələrə start verir. Zaman hisslərin əsiridir və istənilən vaxt geriyə çağrıla bilər. Süjet və hadisələr düzümü də dairə assosasiyalıdır.

“Məsələn, romanın əlliinci səhifəsindəki bəzi səhnələr məna-məzmun baxımından romanın üç mininci (təxminən romanın sonu) səhifəsi ilə səsləşir. Belə çıxır ki, əvvəldə artıq son yazılmışdı”. (M.Mamardaşvili)

Svan Odetta ilə bağlı sevgisinin ən xoş, başlanğıc çağında dinlədiyi musiqidəki bir misranı uzun müddətdən sonra təkrar eşidəndə həmin misra vasitəsilə (necə ki, tort parçasının qoxusu ilə Kombre həyatını tam təfərrüatı ilə yenidən yaşamışdı) də zamanı geriyə çevirə bilir. Prust “ölən zamanla birgə yox olmaq” taleyinə üsyan edirdi. “Bəlkə də reallıq heç bir şey deyil və həyatımız mövcud olmayan bir xəyaldır, amma sonra hiss edirik ki, bu musiqi cümlələri (? – İ.M) və həyatımızla əlaqəli digər anlayışlar da hiss olunmadan yox olur. Biz məhvə məhkumuq, amma taleyimizi izləyən bu ilahi zaman əlimizdə girovdur. Onunla birlikdə ölmək fikri isə ölümün acılığı, sıradan bir iş olması ehtimalını azaldır”. 

Həmin ecazkar və yaddaşında keçmiş zamanla bağlı yeni bir dünya yaradan musiqi misrası haqqında, o misranın – musiqili misranın müəllifi haqqında xəyallara dalır. Həyatının müəyyən qarışıq məqamı ilə bağlı kod rolunu oynayan həmin əsər və dünyanın bütün dahi sənətkarları haqqında əsl həqiqəti də kəşf edir.   Göstərir ki, hər biri bir aləm olan milyonlarca sevgi, eşq, cəsarət və sükut notlarının kəşf olunmamış qaranlıqlarında ancaq tək-tük notlar var ki, böyük sənətkarlar tərəfindən icad edilmişdir. Bu sənətkarların tapdıqları motivlər içimizdəki duyğulara qarşılıq olaraq, onları oyandırmaq üçün əhəmiyyətlidir, bir boşluq, bir heçlik zənn etdiyimiz ruhumuzun o məchul, usandırııcı qaranlığı içində bizdən xəbərsiz nə böyük bir zənginlik və müxtəliflik gizləndiyini anlamağımıza kömək edir.  Həmin musiqi eleminti ilə bağlı assosasiya onun daxilində sevgi və xoşbəxtlik simvolu kimi qalmışdı. Çünki Odetta ilə bağlı ən gözəl anların xatirəsi içərisində idi.

 Prust da insan xarakterinin qaranlıq dərinliklərində əlifənərli gəzir və ədəbiyyatı musiqi, rəsm “dili”nin kəşfləri ilə zənginləşdirərək bir elm halına gətirirdi. Elə bir elm ki orada həm psixoloq, həm də filosof və insan fiziologiyasının sirlərini bilən mütəxəssis kimi söz demək lazım idi.

 “İtmiş zamanın sorağında” romanında adı xüsusi başlıqlarda diqqət mərkəzinə gətirilən Svan obrazı vasitəsi ilə M.Prust həmin dövrün aristokratiya mühitinin mənzərəsini, o mühitə aid insanların maraq və əyləncə növlərini, aristokratiya tiplərinin xarakterik cizgilərini əks etdirmişdi. Svan müəllifin də vurğuladığı kimi, “yüksək aristokratiya mühitində intellektual bacarığını havayı, boş-boşuna mənasız zövqlərə xərcləmiş sənətşünas” olaraq öz dərin bilgisini aristokratiya xanımlarının xidmətində israf etmiş, onların tablo almalarında və digər məsələlərdə yardımında olmuşdur. Onun amalı daha çox aşiq olduğu qadınların gözündə parlamaqdır. Prust göstərir ki, dünya yaranandan ən bacarıqlı, istedadlı insanların qazandıqları onlardan qat-qat aşağı səviyyəli adamların yolunda xərclənir və çox zaman da əhəmiyyətsiz şəkildə. Svan da aşağı təbəqəyə məxsus qadınlarla əlaqə quranda bundan qorxurdu.    O qorxurdu ki, bir otaq xidmətçisinin qarşısında  düzgün qiymətləndirilmədiyi üçün rəzil olar. Dərin, kədərli bir üz ifadəsi Svanın hissiyyatını dondururdu, ancaq sağlam, dolğun bədən, çəhrayı bir üz isə emosiyalarını oyadırdı. Svanın nəzərində səyahət etmək əvəzinə otağına qapılıb Paris mənzərələrini seyr etmək kimi, reallıqdan uzaq  qorxaqlıq     yeni xoşbəxtliklərə abdalcasına arxa çevirmək kimi bir davranışdır.

Qadınlar və sevgi məsələsinə münasibətini ifadə edəndə isə deyirdi ki, bu yaşa gəlincəyə qədər həyatımızda eşqə bir neçə dəfə məruz qalmışıq. Eşq bizim qarışıq və passiv, ətalətdə olan qəlblərimizdə təkcə öz qüsursuz və dəyişməz qanunları ilə inkişaf etmir. Ona biz dəstək olur, yaddaşın köməyi, təlqinlə onu istiqamətləndiririk. Bir əlaməti tanıdığımız zaman digər əlamətləri də xatırladır, canlandırırıq. Sevgi mahnısını başdan sona qədər əzbər bildiyimiz üçün, qadının başlanğıc notalarını oxumasına ehtiyac duymuruq. “Qadın mahnını ortasından – qəlblərin bir-birinə yaxınlaşdığı, iki adamın bundan sonra belə sadəcə bir-birləri üçün var olacaqlarından söz açdıqları nöqtədən söyləməyə başladığı təqdirdə də, bu musiqiyə kifayət qədər alışqan olduğumuzdan gözlənilən andan dərhal qarşılıq veririk”.

Onun Odetta ilə münasibətlərində açılan  xarakteri qarşımıza yeni bir Svan obrazı çıxarır. Əvvəllər davranışlarında tam səmimi görünən Odetta bu ali kateqoriya insanına yanaşmasında etirafını açıqlayır. “Sizin kimi böyük bir alimə mənim kimi bir qadın kömək edə bilməz, bilirəm, – deyə cavab verir Odetta. Alimlər heyəti qarşısında qurbağaya bənzəyirəm. Amma öyrənməyi, məlumatlanmağı çox istəyirəm. Qədim kitablara aludə olmaq,  köhnə kağızların içərisində itib-batmaq kim bilir nə qədər zövqvericidir... Məni lağa qoyacaqsınız, bilirəm. Amma ziyarətimə gəlməyinizə əngəl olan bu rəssam (Verneri nəzərdə tuturdu) kimdir? Adını əvvəllər heç eşitməmişəm. Yaşayırmı? Əsərlərini Parisdə görmək mümkünmüdür, görəsən? Sizin nələri sevdiyinizi bilmək, beynimdə canlandırmaq üçün onun əsərlərini görmək istərdim. Bu qədər çox çalışan adamın alnının arxasında  nələr olduğunu təxmin etmək, bu başa baxıb: bax, bunu düşünür – deyə bilmək istərdim. Çalışmalarınıza qatılmaq nə böyük xoşbəxtlik olardı!” 

Svan “xoşbəxt ola bilməmək qorxusu”nu bəhanə gətirəndə Odetta “Sevgidənmi qorxursunuz? Nə qəribə... Mənimsə həyatda axtardığım tək şey sevgidir, onu əldə etmək üçün canımı da verərdim... Hər halda bir qadın  üzündən acı çəkdiniz. Başqa qadınların da onun kimi olduğunu zənn edirsiniz. O sizi anlamamışdır, siz o qədər fərqlisiniz ki... Sizdə ilk xoşuma gələn də bu idi, başqalarına bənzəmədiyinizi dərhal hiss etmişdim” – deyən Odettanın səsi o qədər səmimi və doğma idi ki, Svanı mütəəssir etmişdi.

Romandakı Marsel müəllif  Marseldirmi? Tam da yox! Prust özü də qəhrəmanlarının prototipi olduğunu inkar edirdi. O, sadəcə həyatın bütöv bir parçasında (əslində bütün dünyanı və bütün zamanları ehtiva edə biləcək ümumiləşdirilmiş bir parçasında) yaşadığı ölkənin qanunlarına, adət-ənənəsinə, siyasətinə və müxtəlif təbəqədən olan sosial tiplərinə, dini inanc və tarixi abidələrinə tədqiqatçı kimi yanaşır,  təhlillər aparırdı. Sosioloq, psixoloq, tarixçi və filosof kimi ədəbiyyat yaradan yazıçı missiyasında idi.  İntuisiya, aşırı həssaslıq, yaddaş enerjisi ilə zamanı geri qaytarır, yaxalayır və eksperiment obyektinə çevirirdi. Ağlın təhlilləri isə ikinci sırada idi. “Ağıl hissin əldə etdiklərini araşdırıb təsdiq edir. Yəni ağıl təqibedicidir, öncül deyil. Prust bir sənətçi olaraq dağınıq və gizli duyğuları əqli təhlillər işığı altında isbatlayanda özündən məmnun olurdu”. (D. Şayegan)

Prust ictimai mənzərənin obrazını bir axşam ziyafəti, bir rəsm sərgisi  kontekstində, müxtəlif  sosial tiplərin portret cizgiləri fonunda  bütün xırdalıqları gözdən qaçırmadan rəsm edə bilirdi. Məsələn, Odettanın təkidi ilə Verdyurengilə axşam yeməyinə gedilir. Orada doktor Kotar həyat yoldaşı ilə, gənc pianist xalası ilə, rəssam, Verdyurenin köhnə dostu Sanet və başqa etimad göstərilən şəxslər bir araya gəlib nələrisə müzakirə edirdi. Onun bir çox səhnələrdə olduğu kimi burada da sənət adamlarını diqqət mərkəzinə gətirməsi səbəbsiz deyil. Pianoçu, rəssam... Musiqi və rəsmlərlə dünyanı nizamlı hala gətirmək cəhdi... Doktor Kotarın portreti ətrafında aparılan söhbət və tanışlıqlar fransız  cəmiyyətində elitanın maraqları, dünyagörüş və həyata baxış meyarları, estetik zövq kredosu haqqında mükəmməl məlumat verir. Svanın qadınlara olan həvəsi onuağlının yox, hissinin çəkdiyi yerə yönəldir. Məsələn, ziyafət axşamında  savadlı, intellekti olan Sanetə doğru yox, (halbuki Sanet Svanla tanış olmaq istəyirdi) pianistin xalasına doğru yönəldir diqqətini. Prustun obraz təqdimatlarında psixoloji duyum istedadının və başqa adamların belə hissini, duyğusunu özündə yaşada bilmə qabiliyyəti hər səhifədə müşahidə olunur. Məsələn, pianistin xalasının bilərəkdən anlaşılmaz şəkildə danışmasını belə izah edir: “Pianistin xalası qaranın şüx və hər zaman diqqəti cəlb edən bir rəng olduğunu zənn etdiyi üçün yenə qara paltar geymişdi və hər yeməkdən sonra olduğu kimi üzü qıpqırmızıydı. Svanın qarşısında hörmətlə baş əydi, amma dərhal da məğrurcasına başını dikəltdi. Heç bir təhsili olmadığı və qüsurlu danışığından qorxduğuna  görə sözləri bilərəkdən anlaşılmaz şəkildə tələffüz edir, bir yanlış yapacaq olsa da, anlaşılmazlığın içində itib gedəcəyini, açıqca fərq edilməyəcəyini düşünürdü. Buna görə də, onun nitqi yalnız bir neçə sözün seçilə biləcəyi səs-küylü qarışıqlıqdan ibarət idi. Svan M.Verdyurenlə söhbət edərkən, pianistin xalasının yüngül bir hiylə ilə danışmasına fikir vermədi, lakin M.Verdyuren bunu sezdirdi”.

Prust oxucuya özünü, daxili ziddiyyətlərini açmaq, kəşf etmək üçün sonsuz imkanlar yaradır. Öxucu öz duyğu və hisslərinin romanı ilə üz-üzə qaldıqda heyrətlənməyə bilmir. Dünyanın istənilən ölkəsində, istənilən dilində Prust dili ilə özünü oxuya bilmək, xəbərsiz olduğu daxili təbəddülatlarının obrazını görmək oxucu üçün ədəbiyyatın gücünü açmaq idi. Romanda böyük hərflə yazıla biləcək bir “Mən” obyekti var. Milyonlarla insanın “Mən” deyə biləcəyi elə bir “Mən” ki, bəşərilik xarakteri daşıyır. Adəm və Həvva başlanğıcına qədər gedib çıxan və əslində bəzən də Həvvasız, sadəcə “Mən” (Adəm) ilkinliyinin darıxan halı... Adəm yalnızlığı ilə yerə, bəlkə böyük bir boşluğa düşmək acısı ürəyini darıxdırır. Boşluqlarda zaman olurmu? Boşluğun zamanı hansı təqvimlə hesablanır? Məkan olaraq yerlə göy arasında  qalan varlıqların dünəni, bu günü və sabahı hansı müddətlərlə məhdudlaşır? “Dünən” (əslində bütün keçmiş) hara qədər uzadılır? Milyon, min il, yoxsa bir sutka və ya bir neçə saatlıq zaman? Yarıyuxulu vəziyyətdə ətrafa boylanan Marsel Adəm kimi bəlkə əbədi ayrıldığı cənnəti itirdiyinə görə ruhsuz və nəşəsizdir? Yuxuya dalanda da, yuxudan həyəcanla oyananda da özünə doğru gedir...

 “Prust hər yazarın bir iç kitabı olduğunu söylər və deyirdi ki, yazarın vəzifəsi  o iç kitabı oxuyub tərcümə etməkdir... Yazar içindəki simvolları kəşf edib Misir Heroqlif yazısının oxunub tərcümə edilməsi kimi izah etməlidir.Bu həqiqət kitabı sadəcə böyük bir yazarın ortaya çıxaracağı bir şey deyildir. Bu kitab hamımızın içərisində mövcuddur, onu tərcümə etmək lazımdır. İçimizdəki adı bilinməyən simvolların kitabını oxuyanda ilk olaraq daxili dünyamızın sirlərini kəşf etmək üçün özümüzdəki yaradıcı özəlliyin fərqində olmalıyıq”. (D. Şayegan)

D.Şayegan bir maraqlı faktı da vurğulayaraq bildirir ki, amerikalı yazar   Andrev Holleran bir məktubunda dostuna yazır ki, axır ki, “İtmiş zamanın sorağında”nı oxuya bildim. Təsəvvür et ki, romanı mükəmməllik səviyyəsinə çatdıran Coys artıq geridə qaldı, Prust roman yazma sənətində aşılmaz bir zirvəyə yetişdi. Elə mükəmməl və elə qüsursuz bir üslub  ki “Bundan sonra nə edəcəyik?” – deyə düşünməkdən başqa bir şey qalmır bizə”.

 “Ağrı, əzab sənətkarın yaradıcılığını gücləndirir.  Ona görə də Prust həqiqətə  yaxınlaşmağı artezian quyusundakı qaynağa yetişməyə bənzədir. Sənətçinin çəkdiyi sıxıntı quyunun dərinliyini bildirir. Su nə qədər dərindən çıxarsa. O qədər bərəkətli olar. Sənətçi də nə qədər acı çəkərsə, o qədər çox özünə yaxınlaşar, yaradıcılığı onu uzaqlara aparar. Dostoyevski də belə düşünürdü və kədəri ədəbi əsərin qaynağı olaraq görürdü”. (D. Şayegan)

Aristokrat  dairədə (Svan bu dairəni “kiçik qəbilə” adlandırırdı) “mükəmməl bir centlmen” təyini ilə ad çıxaran Svanla tanışlıq romanın I kitabından başlanır. Gözlə görünən böyük hadisələr baş vermir. Svanın Odettaya olan məhəbbətinin romanı isə kontrastlı səhnələrlə doludur. Adama elə gəlir ki, Svanın daxilindəki təlatümlər, bütün hiss və duyğularını silkələyən düşüncələr seli  gözlə görünən bir məkanda gözlə görüləcək bir şəkildə  baş versəydi, bəlkə də ətraf od tutub yanardı. Sakit görünən bir insanın mənəvi-psixoloji dünyasının inqilab və müharibələri, məğlubiyyət və təslimçilik halları hansısa bir ölkədə baş verən ictimai-siyasi hadisələr çəkisinə bərabər durumda inikas edilir.

Odetta cavan, gözəl və sevimli bir qadın kimi Svanın məhəbbət romanının baş qəhrəmanına çevrilir. Hər axşam Odettanı Zəfər Tağının arxa tərəfində yerləşən evinə gətirən Svan uzun müddət özünü xoşbəxt hiss edir. Odettanı zövqsüzlüyü, bilgisizliyi, anlaşılmaz və qeyri-dürüst davranışları – bütün tərəfləri ilə sevir. Sənətşünas, tədqiqatçı, aristokratiya qanunlarının nizamlayıcı şəxsi kimi qəbul edilən Svan Odettaya qarşı bəzən kor kimi davrandığının da fərqindədir, lakin sevgi bütün “olmaz”ları bağışlayır.

Prust romanının mənzərələri təkcə insan düşüncələri, hiss və duyğuları, dialoqları, sevgi və tərəddüdləri ilə təsvir edilmir, həm də hər bir obrazın daxili simasını, həyat tərzini, estetik baxışlarını əks etdirən zahiri element və fraqmentlərlə canlandırılır. Odettanın yaşadığı evin zahiri təsviri də bəzi mesajlar verir. Ümumiyyətlə, Prustun təfərrüata varma üslubunda məqsədsiz heç nə yoxdur. “Odettanın arxa tərəf paralel küçəyə baxan, səkidən bir az hündürdə yerləşən yataq otağının sağından, dik bir pilləkənlə tünd rəngə boyanmış, Şərq istehsalı qumaşların, türk muncuqlarının və bir ibrişimin ucunda  (qonaqları Qərb sivilizasiyasının son ixtiralarından məhrum etməmək üçün qazla yanan lampa) iri bir yapon fənərinin asıldığı divarların arasından keçərək, salona və qonaq otağına çıxılırdı. Salonla qonaq otağının qarşısındakı dar dəhlizin divarı, bağça hasarlarına bənzər ulduzlu barmaqlıqla əhatələnmişdi.  Divarın sonunda dödkünc dibçəklərdə o dövrlərdə hələ nadir olan, lakin bağbanların sonradan istixanada yetişdirə bildiyi növlərlə müqayisə edilə bilməyən böyük xrizantemlər əkilmişdi”.

Odettanın evində Svanın siqaret qutusunu unutması ilə əlaqədar onun qısaca məktubunda, kiçik bir  yazı parçasında belə xarakteristika mesajı verilir. “Tələsik, iri hərflərlə, səliqəsiz, ingilis sərtliyi ilə yazılmış, savadsızlığın və dağınıq bir zehnin, iradəsizliyin işarəsi kimi görünə biləcək” məktubda əslində sevgi dolu bir xəbər göndərilir: “Qəlbinizi də burada unutsaydınız, onu sizə geri qaytarmazdım”.

Maraqlıdır ki, Svanın ağlı “səliqəsizlik, savadsızlıq və dağınıq düşüncəli” qadını dərk edib olduğu kimi qiymətləndirsə də, hissləri  “Qəlbinizi də burada unutsaydınız, onu sizə geri qaytarmazdım” hərarətinə məğlub olur. M.Füzuli dediyi kimi “əql yar olmur”, hissin diktəsi qalib gəlir və Svanı uzun müddət məğlub duruma sala bilir. Svanın lap əzəldən elə bir zövqü vardı ki, məşhur rəssamların əsərlərində təkcə bizi əhatə edən reallığın görünə bilən  ifadəsini deyil, əksinə, ilk baxışdan sezilməyən, əslində isə tanış simaların gizlənən  cizgilərini tapa bilirdi. Məsələn, Antenio Rizzo tərəfindən hazırlanmış Doge Loredanonun büstündə, məşqçi Remyunin məşhur yanaqlarını və kəsik qaşlarını, ümumiyyətlə,  ona heyrətamiz bir bənzərliyi görürdü və s.

Ümumi intellektual və estetik zövq baxımından Odetta onun istədiyi qadın tipi deyildi. Svan vaxtilə tam əks tipdə olan qadın arzusunda olub. Hətta Svan bu qadına həssas estet nəzərləri ilə baxanda, onun üzündə, bədənində gözəllik olub-olmaması sualları yaranır və Odettanın gözəlliyi şübhə altına düşür, Svanın sevgisi sarsılırdı. Nəticədə Svan gözəllik haqqındakı estetikasını dəyişdirib ona başqa gözlə baxır, eşqini bərpa edib təzələyir və möhkəmləndirirdi. Hətta öpüşən zamanlarda Odettanın simasında muzeyin ən qiymətli əsərini xəyalən canlandıra bilirdi.  Svan reallıqla xəyal, canlı insanla köhnə bir portret arasında qəribə eksperimentlər aparır, öz impravizə bacarığını konkret olaraq tətbiq edirdi. Məsələn, xəyalən sevdiyi qadın tipi portretinin cizgilərini və ifadə, jest elementlərini canlı qadın Odettanın simasına köçürüb onunla sevişirdi. Əslində lap dərindən analiz edəndə Svan Odettanın şəxsində onun özünü yox, öz estetikasındakı idealı sevirdi. Və o idealı Odettanın şəxsinə özü köçürmüşdü. “Masanın üstünə Odettanın şəklini əvəz edə biləcək İoforanın qızının portretini qoydu. Böyük gözlərə, cildin qüsursuzluğuna, xəyanət edən üzünün incə xüsusiyyətlərinə, yorğun yanaqlarına düşən gözəl tellərə heyran qaldı. Bu günə qədər estetik baxımdan gözəl hesab etdiyi şeyləri, canlı bir qadının timsalına uyğunlaşdıraraq, bu gözəlliyi bir sıra fiziki fəzilətlərə çevirdi, bu fəzilətlərin birləşməsini tanıdığı bir canlıda tapmağı bacardığı üçün fərəhləndi”.

Onların münasibətləri ətrafdakı insanlar tərəfindən təhlil edilir, müxtəlif fikirlər söylənilirdi. Məsələn, M.Verdyuren arvadı ilə bu barədə danışanda Svanı anlamadığını, onu olduğu kimi görünməyən biri kimi qəbul etdiyini deyir. Odettadan sonra dostları da onu tanıya bilmirdi. Heç bir qadınla maraqlanmır, kimsə ilə məktublaşmır və s. Prust göstərir ki, insan aşiq olanda başqalaşır, onun əvvəlki obrazı dəyişir, qarşımızda yeni bir insan peyda olur. Svanın dostları da bu halı müşahidə edir və təəccüblənir. Həm də sevgi əzab verdikcə dəyəri artır sanki. Svanda yaranan ürəksıxılması halı məhz Odetta sevgisi üzündəndir. “Bəlkə də Odetta bu ürəksıxılması sayəsində Svanın gözündə önəm qazanmışdır. İnsanlarla adətən o qədər maraqlanmırıq, lakin  bizə bu qədər acı və xoşbəxtlik verə bilmə gücünü bir adama yüklədiyimiz üçün o adam başqa bir dünyaya aid imiş kimi görünür gözümüzə”.        

Musiqi, rəsm əsəri vasitəsilə yaddaş oyanır və həzz duyğuları ağılla dərk edilməyən  vəziyyəti aydınlaşdırırdı. Svan şairlərdən, rəssamlardan, bəstəkarlaradn  Odettaya danışır, onunla nələrisə bölüşmək istəyirdi. Dünyanın ən məşhur sənətçilərini müzakirə etmək istəyən Svan Odettadan bu sözləri eşidirdi: “Təbii ki, şeirlər doğru olsaydı,  şairlər bütün söylədiklərinə inansaydılar, şeir dünyanın ən gözəl şeyi olurdu. Amma adətən şairlər dünyanın ən mənfəətçi adamları olurlar. Söhbətdən xəbərsiz deyiləm, bir dostum bir şairə   aşiq idi. Adam şeirlərində elə hey eşqdən, göy üzündən, ulduzlardan danışırdı. Yazıq qız havayı kötək yedi, adam üç yüz min frankını oğurladı”.

Odettanın zövsüzlüyü,  əsl sənətdən xəbərsizliyi Svanı narahat etmirdi, hətta onun xoşuna gəlirdi. Öz-özünə “nə xoş bir çevrə” – deyirdi. Əsl gerçək həyatı bu çevrədə yaşayırdı, bu əhatədəki insanları yüksək aristokrat dairəsinə aid olanlardan daha çevik, daha qabiliyyətli, daha sərbəst və azad  hesab edirdi.

M.Prust yaradıcılığında bir çox estetik “izm” əlamətləri olsa da o, XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış imressionizm incəsənət cərəyanından daha çox bəhrələnmişdir.  XIX əsrin sonu XX əsrin əvvəllərində ədəbiyyatda daha  daha geniş yayılan impressionizm zamanın böyük hadisələri fonunda yaranmış yeni ədəbi-mədəni, fəlsəfi-estetik zövq və baxış forması idi. Bu yaradıcılıq metodu uzun müddət davam edən estetik baxış növü kimi böyük (K.Hamsun, M.Prust, O.Uayld, G.Bar) sənətkarlar yetişdirdi. “Ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi” impressionist yazıçı metodunda əsas əlamət idi. Təsadüfi detallarla, ani təəssüratlarla böyük həcm yaradan mətnin süjetini qurmaq üslubu  yeni və maraqlı idi. Həm də insanların yaşadığı hiss və həyəcanların ədəbiyyatda bu şəkildə inikası doğmalıq yaratmışdı.

 

İradə Musayeva

Ardı var

13.08.2019

 

Oxşar xəbərlər
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 15:05
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:04
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
07 May 2024 | 14:59
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
07 May 2024 | 14:55
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
07 May 2024 | 14:53
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
07 May 2024 | 14:52
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
07 May 2024 | 14:50
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
07 May 2024 | 14:47
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
07 May 2024 | 14:45
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
07 May 2024 | 14:43
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 07:28
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07 May 2024 | 06:33
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 09:21
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 08:30
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
07 May 2024 | 07:30
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07 May 2024 | 09:39
"Erməni Kilsəsi həmişə "KQB" ilə bağlı olub...”- Erməni deputat