Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
Oxunub: 3941
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
Moderator.az Rəşid Behbudov adına Mahnı Teatrının solisti, pianoçu, Əməkdar artist Qorxmaz Qurbanovun Lent.az-a müsahibəsini təqdim edir.
 
- Qorxmaz bəy, ömrünüzün neçə ilini musiqiyə vermisiniz?
 
- Deyəsən, elə hamısını. Ağlım kəsəndən piano ilə “əl-ələ”yəm. Bülbül adına musiqi məktəbini bitirmişəm. 1995-ci ildə, Musiqi Akademiyasını bitirəndən də Mahnı Teatrındayam. Düz 30 ildir. Məni bura Vaqif Gərayzadə gətirib. Duaçıyam ona. Burda Xalq artisti Kamil Vəzirov bədii rəhbər idi. Kamil müəllimlə işləmək özü ayrıca bir məktəb idi. Düzdü, Musiqi Akademiyasında professor Fərhad Bədəlbəylinin sinfini bitirmişəm. Fərhad müəllimin yetirməsi olmaq, məncə, özü ayrıca bir statusdur. Paralel olaraq Fuad Əlizadənin sinfində xor dirijorluğunu oxumuşam.
 
- Necə müəllim idi Fərhad Bədəlbəyli?
 
- Çox qayğıkeş idi. Beynəlxalq müsabiqələrə çıxmağımız üçün səy göstərirdi. Fərhad Bədəlbəyli haqqında başqa nə söz deyəsən? Virtuoz sənətkardır. Bakıda hələ ki, onu ötəcək səviyyədə pianoçu yoxdur. Sizə bir söz deyimmi? Fərhad Bədəlbəyli məni sintezator çalan görəndə incidi, onun qınayan baxışlarını unuda bilmirəm.
 
- Niyə incidi?
 
- Mən klassik pianoçu idim, bəzən özüm də peşmanlayıram. Klassik pianoçu kimi qalsaydım, professor olub akademiyada dərs deyərdim. Daha başqa yerlərdə olardım... Pianonu sintezatora dəyişdiyimə görə, hərdən özümü xəyanət eləmiş hiss edirəm. Profilimi dəyişdim, özümü hər gün buna görə qınayıram. Murad Adıgözəlzadə ilə eyni vaxtda oxumuşduq. Amma bu da var ki, Rəşid Behbudov kimi bir dühanın adını daşıyan teatrda işləmək də asan iş deyildi.
 
- Kamil Vəzirovdan nə öyrənirdiniz bəs? Bu teatrda hamı onu özünə müəllim hesab edir...
 
- Kamil müəllim sənətkarın səhnəyə necə çıxmasını, necə geyinməsini çox önəmsəyən bir insan idi. Deyirdi çörək almağa çıxanda belə geyim-keciminiz qaydasında olmalıdır. Xarici ölkənin sərhədindən içəri ayaq basdınsa, sən özünü yox, Azərbaycanı təmsil edirsən. Gərək hər sözün, hər addımın Azərbaycana layiq olsun.
 
- Sizi dəfələrlə tək başına məşq edərkən görmüşəm. Hələ də səhnəyə çıxmaq həyəcanlandırır?
 
 
- Gənclik illərimdən indi daha çox həyəcan verir. Evdə özün üçün çalmaq asandır. Amma elə ki, tək solo pianoçu olaraq tamaşaçı qarşısına çıxdın, bax bu nəfəs kəsir. Deyək ki, 50 dəqiqəlik bir əsər çalmalısan, bu 50 dəqiqədə bilirsinizmi nə qədər notu əzbərləmək lazımdır. Dünyaca məşhur pianoçu var, Svetoslav Viktorov, hamımızın idealıdır. O qədər həyəcan keçirirmiş bəzən pərdə arxasından zala baxıb deyirmiş bu gün çıxmıram. Həyəcandan konserti ləğv etdirdiyi günlər olub. Halbuki bütün dünya ona heyran idi.
 
Bir xatirə yadıma düşdü, Azərbaycan mədəniyyət günləri çərçivəsində Sankt-Peterburqda səfərdə idik. Polad Bülbüloğlu səhnəyə çıxmalı idi. Onda hələ mədəniyyət naziri idi. Çox həyəcanlanmışdı. Soruşduq ki, siz də həyəcan keçirirsiniz? Adamın dünya boyda şöhrəti, təcrübəsi var amma biz onun titrəməsini hiss etdik. Dedi bu həyəcan bir də mən öləndə bitəcək. Mənə də fərq etməyib tamaşaçı 3 nəfərdir, ya 3000 nəfər. Sən öz sənətini məsuliyyətlə, bütün gözəlliyi ilə təqdim etməlisən. Təcrübə sənətkarlıq artdıqca məsuliyyət artır.
 
 
- Yaxşı pianoçu olmaq üçün sizcə ifaçıdan nə tələb olunur?
 
- İlk növbədə intellekt, dünya görüşü, sonra duyum. Klassik musiqi ciddi musiqidir. Ağrılı bir ömür keçirmiş bəstəkarın musiqisini ifa eləmək onun duyğularını yaşadır insana. Bethoveni, Motsartı, Baxı, Listi ifa edib necə yüngülbeyin olmaq olar? Motsartı, Listi, Raxmaninovu ifa eləmək hər pianoçunun işi deyil. Bizə niyə artist deyirlər biz axı musiqiçiyik? Bunu heç düşünmüsünüz? Biz səhnədə ayrı-ayrı dövrlərin bəstəkarlarının dünyasını hiss edirik. Onların həyatını, dövrünü öyrənirik. Ona görə, təfəkkür, düşüncə dərin olmalıdır, beyin barmağa hiss ötürməlidir. Mütaliəsi az olan musiqiçi bunu bacarmaz.
 
- Deyirlər, ən yaxşı pianoçular kişilərdir. Bu fikirlə razısınız?
 
- Əslində, pianonu daha çox qızlar seçir. Mən akademiyaya daxil olanda 45 qızın arasında bir kişi mən idim. Qızlarım da yolumu davam etdirdilər, hər ikisi Musiqi Akademiyasında pianodan dərs deyir. Kişilər aparat baxımından daha güclüdürlər. Raxmaninovu, Bethoveni səsləndirmək üçün kişi gücü lazımdır. Elə xanımlar var kişilərdən də güclü ifa edirlər. Əvvəllər beynəlxalq müsabiqədə bir notun səhv vurulması qiymətini kəsirdi. İndi pianoçunun dramaturgiyasına önəm verirlər. Bir pianonun arxasına 10 pianoçu keçib eyni melodiyanı 10 fərqli formada çala bilərlər. Fərqi yaradan onların daxili aləmidir. Belə deyim, eyni şeiri Mikayıl Mirzə bir başqa cür deyirdi, başqa qiraətçi bir başqa. Bu onun ruhundan idi. Pianoda da belədir.
 
- Bizim bəstəkarlardan kimin əsərlərini ifa eləmək daha çətindir?
 
- Vaqif Mustfazadənin. Çünki onun o gözəl möhtəşəm əsərlərinin çoxunun notu yox idi. Hətta yadıma gəlir mən onun “Mart” və “Düşüncə” əsərlərini televiziyada eşidib maqnitofona köçürmüş, sonra həftələrlə yuxusuz qalıb nota qeyd eləmişdim. Dövlət imtahanında da onun əsərlərini ifa eləmişdim. Amma bəzi professorlarımız “bu nədir, restoran musiqisidir” deyib qəbul eləmək istəməmişdilər. Rəhmətlik sağlığında da əziyyət görmüşdü deyə konservatoriyanı oxumadı. Onun hər ifası bir əsər idi.
 
- Orta yaşlı insan arzu edirsə, piano çalmağı öyrənə bilər?
 
- İstəyəndə hər yaşda mümkündür və heç vaxt heç nə gec deyil.
 
- İndi xalq arasında musiqi deyəndə yada yalnız ritmik toy melodiyalarının düşməsi, incəsənətin bəsitləşdirilməsi sizi incidir?
 
- Sənətin bəsitləşdirilməsi məni incidir, amma buna bir yandan da normal baxıram. Hər malın öz alıcısı var. Ona da tələbat var deyə. Biz kiməsə şorba yemə, ancaq aş ye, meyxana yox, Fikrət Əmirovu dinlə deyə bilmərik. İnsan var muğamı, insan var ağır roku sevir. Ümumilikdə bütün musiqi növlərinin kökündə klassik musiqi dayanır.
 
- Biz Avropa bəstəkarlarının əsərlərini eşidirik, bilirik. Bəs qərbdə bizim bəstəkarların əsərləri ifa edilir?
 
- Vasif Adıgözəlov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun əsərləri ifa olunur. Bizim dirijorlarımız sağ olsunlar Avropa orkestrlərinə milli bəstəkarlarımızın əsərlərini təqdim edirlər. Bu arada deyim ki, dirijordan dirijora da fərq var. Rəhmətlik Nəriman Əzimov, Niyazi musiqiçiləri rəsmən yığıb yığışdırırdılar. Yaxşı dirijor qəhrəman sərkərdə kimidir.
 
Azərbaycan klassik musiqiçiləri çox dərin təhsil alırlar və dünya musiqi akademiyalarında bizimkilərə böyük tələbat var. Musiqiçi kimi bünövrəmiz, məktəbimiz möhkəmdir. Siz inanın ki, xaric konsertlərimizdə dəfələrlə erməni musiqiçilər pərdə arxasında bizə yanaşıb baş əyiblər. Sənətimizə heyranlıqlarını bildiriblər.
 
- Dünyanı çox gəzmisiniz. Qastrollardan maraqlı xatirələriniz olar yəqin...
 
 
- Hə çoxdur. Bir dəfə çarter reysi ilə xaricə uçasıyıq. Uçuş ləngiyir. Soruşuruq niyə? Dedilər Xalq artisti Gülyanaq Məmmədova hava limanında oturub körpəsinə ana südü verir. Həyat yoldaşı körpəsi ilə gəlmişdi onu ötürməyə. Uşaq ağlayıb, o da nə eləsin? Bu arada bir şeyi də qeyd edim, Gülyanaq Məmmədovanın ailə qurmasına mən səbəb olmuşam. Ondan olsa deyirdi hələ karyeramla məşğul olum, fəxri ad alım sonra evlənərəm. Türkiyədə onu özünün də xəbəri olmaqdan dostumun ailəsi gilə qonaq apardım. “Tələyə” saldım. Bir-birlərini tanıdılar, gördülər, maşallah indi 4 uşaq anasıdır. Gülyanaqla biz çoxdanın dostuyuq. Onunla çox məzəli xatirələrimiz var . Bir dəfə burada səhnədə oxuyurdu, ayaqqabısının dabanı ilişdi döşəmədəki taxtanın deşiyinə. Dartdı, çıxmadı, o da ayaqqabısının o biri tayını da soyunub, başladı yalın ayaqla ifa eləməyə. Bunu salondakılara da elan elədi və rahatlıqla çıxışını başa çatdırdı. İlhamə xanımla da maraqlı xatirələrim var. İlhamə xanımın ürəyi qızıl idi. Amma eqosu var idi də. Həmişə istəyirdi konserti özü açsın, ya da bağlasın. Bir konsertdə sona qalmışdı, xaricilər də nə bilsinlər İlhamə xanımın kaprizini. Ortaya ayrı proqram saldılar, alətlər salondan yığışdırıldı, dedilər konsert bitdi. Bu başladı pərdənin arxasında ağlamağa. Mənə dedi, Qorxmaz sən çal, mən oxuyacam. Gedib rejissordan xahiş elədim. Yenidən ansambl düzüldü səhnəyə. O da çıxıb son nömrəni oxudu. Rəhmətlik Mirzə dayı ilə (Mirzə Babayev) səfərlər, konsertlər maraqlı olurdu. Adam 20-ci sırada çıxış edəcəkdisə də, gəlib hamıdan qabaq dayanırdı kulisdə. Oturmurdu ki, paltarı qırışar. Deyirdi birdən kimsə xəstələnər, gecikər, onu əvəz eləmək lazım gələr.
 
- Toylara da gedirsiniz?
 
- Cavanlıqda gedirdim, indi yox. 200 illik yaşasaydım hə. 50-60 illik ömürdən ötrü böyük pulların dalınca qaçmağa dəyərmi? Ömür çox qısadır. Xalq artisti deyirlərsə, o xalqın içində olmalıdır. Toy özü böyük məktəbdir. Səhnə səhnədir, istər toy olsun, istər konsert salonu. Hər bir halda səhnə kübar görüntünü sevir. Hərdən səhnə mənə döyüş meydanı kimi görünür. Oradan qələbə ilə qayıtmaq lazımdır.
 
- Pianonuzu özünüz kökləyə bilirsiniz?
 
- Yaxşı pianoçu kökləməyi də bacarmalıdır.
 
- Bir qərinədən artıqdır səhnədəsiniz. Yerinə yetməmiş nə arzunuz var?
 
- Özümdən çox narazıyam. Bu məni psixoloji olaraq boğur, bilirəm ki, daha yaxşı yerlərdə olardım. Müğənnilər göz önündə olurlar, instrumentalisti gec fərq edirlər. Düzdür, biz səhnəyə fəxri ad üçün çıxmırıq. Amma qiymət görmək də gözəl duyğudur. Mədəniyyətimizi lazımınca təmsil edə biliriksə nə xoş bizə.
 
Oxşar xəbərlər
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB