Xəbər lenti
29/11/2020 [20:35]:
Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir
29/11/2020 [20:16]:
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
29/11/2020 [20:02]:
Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - VİDEO
29/11/2020 [20:00]:
Azərbaycan və Ermənistan əsgərləri Zod mədənində üz-üzə - VİDEO
29/11/2020 [19:53]:
"Putinə dedim ki, Hadrutla razılaşsam da, Şuşanın təslim olma ehtimalını təsəvvür edə bilmirəm"
29/11/2020 [19:39]:
Tarixi səhvləri təkrar etməmək üçün qazandığımız qələbəni məntiqi sonluğa çatdırmalıyıq...
29/11/2020 [19:10]:
“Formula 1”də dəhşətli qəza: Bolid yandı, pilot içindən sağ çıxdı - FOTO/VİDEO
29/11/2020 [18:59]:
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
29/11/2020 [18:35]:
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
29/11/2020 [18:21]:
Atası xalq düşməni kimi güllələndi, 1 manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı...
29/11/2020 [18:19]:
Talış dağlarına qar yağdı, maşınlar yolda qaldı - FOTO/VİDEO
29/11/2020 [18:10]:
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
29/11/2020 [18:03]:
"Qarabağ" heç-heçə ilə yenidən liderliyə yüksəldi
29/11/2020 [18:02]:
Bakıda iki azyaşlı su hovuzuna düşüb
29/11/2020 [17:29]:
Bakıda baş verən güclü yanğın söndürülüb
29/11/2020 [17:26]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [16:41]:
Şəbnəm Tovuzlu: “Bu gün sənətimi atsam...”
29/11/2020 [16:39]:
Qafqazşünaslıq İnstitutunun əməkdaşları Gürcüstanda keçirilən elmi simpoziumda məruzələr ediblər
29/11/2020 [16:35]:
”33 milyon borcu olan Maradonanın pulunun hara sərf olunduğunu bilmək istəyirisinizsə..."
29/11/2020 [16:33]:
7 milyon 800 min dollarlıq malikanəyə heç olmasa baxmaqla təsəlli tapın... - FOTOLAR
29/11/2020 [16:29]:
5 bacının tək qardaşı: Mayor Zeynalovun Qubadlıdakı son döyüşü + FOTOLAR
29/11/2020 [16:21]:
"7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi, nə edə bilərdim...?"
29/11/2020 [16:21]:
ANAMA: “İşğaldan azad edilən ərazilərə insanların qayıdışı daha tez olacaq”
29/11/2020 [16:18]:
Qurban Qurbanovun səhhətində problem yaranıb
29/11/2020 [16:18]:
Biləsuvarda şəhid gizir dəfn edilib
29/11/2020 [15:44]:
Qənirə Paşayeva bu dəfə də qəhrəman şəhidimiz Emin Mahmudovdan yazdı... - FOTOLAR
29/11/2020 [15:40]:
ABŞ-da son sutkada 155 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb
29/11/2020 [15:35]:
“Ruhlar şəhəri”nə “quş baxışı” - FOTO
29/11/2020 [15:30]:
Ukrayna XİN rəhbəri: “Azərbaycanın suverenliyini dəstəkləyirik”
29/11/2020 [15:28]:
Şuşaya qar yağdı, 28 il sonra ilk dəfə görüntüləndi - VİDEO
29/11/2020 [15:26]:
Füzuli: Boş səhra, düşmənin həyat əlamətlərini sildiyi şəhər - FOTO
29/11/2020 [15:22]:
Uzun sürən həsrətdən sonra doğma yurda getməyin həyəcanı: Kəlbəcərdən eksklüziv görüntülər - VİDEO
29/11/2020 [15:08]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: Əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [15:07]:
"Qaçqınkom" Xırdalanda baş vermiş uçqunla bağlı məlumat yaydı
29/11/2020 [14:56]:
Canlı yayımda jurnalistə hücum edildi - VİDEO
29/11/2020 [14:54]:
“Paşinyan məğlubiyyətin simvoludur” – Şarmazanov
29/11/2020 [14:54]:
"Biz Birinci Qarabağ Savaşının gerçəkləri haqda bədii filmlər çəkə bilmədik, amma..."
29/11/2020 [14:49]:
"Möhtəşəmlikdən əsər-əlamət qalmayıb, geriyə ruhlar şəhəri, xarabalıqlar qalıb" - FOTOLAR
29/11/2020 [14:19]:
“Əsir düşmək əvəzinə özünü məhv etmək tapşırılmışdı bizə” - FOTO
29/11/2020 [14:15]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma: 1985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29/11/2020 [13:29]:
Neymar İbrahimoviçin rekordunu qırıb
29/11/2020 [13:27]:
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
29/11/2020 [13:27]:
İsti su ilə limon virusu ağciyərə çatmadan öldürür... - HƏKİM MƏSLƏHƏTİ
29/11/2020 [13:25]:
Həftənin ilk iş gününün havası: Yağış, külək, şaxta, qar...
29/11/2020 [13:24]:
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
29/11/2020 [13:22]:
"Qurtuluş-93" itlərdən nə vaxt qurtulacaq?
29/11/2020 [13:18]:
Ağdamın Şahbulaq kəndi
29/11/2020 [13:15]:
Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
29/11/2020 [13:12]:
“Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı tədbir keçirilib
29/11/2020 [12:51]:
Müdafiə Nazirliyi Ağdamın Şahbulaq kəndindən videogörüntülər yaydı - VİDEO
29/11/2020 [12:46]:
İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyə qarşı təhdidlərin qarantıdır...
29/11/2020 [12:02]:
Ermənistanda 2 142 nəfər koronavirusdan ölüb
29/11/2020 [11:52]:
Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” - VİDEO
29/11/2020 [11:42]:
Gələn ildən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
29/11/2020 [11:41]:
Gürcüstanda bir gündə 4 mindən çox yoluxma qeydə alındı
29/11/2020 [11:33]:
İqtisadçı alimdən ölkəni bürümüş koronavirusla mübarizədə hökumətə 5 TƏKLİF
29/11/2020 [11:22]:
Şabranda evlərini tərk edən koronaviruslu xəstələr saxlanıldı
29/11/2020 [11:21]:
Hacıqabulda gənc oğlan intihar edib
29/11/2020 [11:07]:
Gülnarə Xəlilova: “Milli ruhda yaratdığım kolleksiyalarla dünya çapında sevilirəm”
29/11/2020 [11:06]:
Əfqanıstanda növbəti terror, 21 hərbçi öldü
29/11/2020 [11:03]:
Bakıda doqquz nəfər liftdə qaldı
29/11/2020 [10:36]:
Düşmənin canına qorxu salan igidlərimiz - VİDEO
29/11/2020 [10:34]:
Amerikalılar “Qara cümə”də 9 milyard dollar xərcləyib
29/11/2020 [10:29]:
Müdafiə Nazirliyi Kəlbəcərə və İstisu sanatoroyasına gedən yolun görüntülərini yaydı - VİDEO
29/11/2020 [09:55]:
44 günlük müharibədə Azərbaycana dəymiş ZİYAN
29/11/2020 [09:48]:
Paşinyan Putinə buna görə iki dəfə zəng edib - Detallar
29/11/2020 [09:46]:
Cavid Qurbanovdan işğaldan azad edilmiş ərazilərdə voleybolun inkişafı üçün tapşırıq
29/11/2020 [05:38]:
"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar..." - FOTO+VİDEO
29/11/2020 [04:40]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumundan reportaj yaydı - FOTOLAR
29/11/2020 [04:24]:
Ağdamda 13 yaşlı xanəndəni dinləyən Hikmət Hacıyev göz yaşlarını saxlaya bilmədi -VİDEO
29/11/2020 [04:19]:
"Rusiyadakı azərbaycanlıların sərvəti 24,4, ermənilərinki 10,05 milyard dollardır..."
29/11/2020 [04:13]:
"Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil"
29/11/2020 [04:11]:
Suqovuşanda minaya düşən erməni polkovnik-leytenant Naftalanda müalicə olunur...
29/11/2020 [03:59]:
Maradonanın xatirəsini yad edən Ançelotti göz yaşlarına hakim ola bilmədi - VİDEO
29/11/2020 [00:43]:
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
29/11/2020 [00:35]:
"7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik" - Serjik Paşikdən uzaqgörən imiş...
29/11/2020 [00:08]:
Üç azərbaycanlıya CEV-də vəzifə verildi - FOTO
29/11/2020 [00:06]:
Cavad Zərif iranlı alimin öldürülməsini terror aktı adlandırdı
28/11/2020 [22:36]:
“Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28/11/2020 [22:21]:
Həsən Həsənovun qardaşı vəfat etdi
Bütün arxiv bir sırada
07/08/2019 [12:18] - Maraqlı - ( 3127 dəfə baxılıb)

İnsanlar arasına enən tanrını görmək...



(Marsel Prustun “İtmiş zamanın sorağında” romanı haqqında)

 

II məqalə

 

I məqalə burada: https://www.moderator.az/news/282045.html?fbclid=IwAR1MqIpGcw-a7IVJdr-c-sezrWcvwLanAMzgWeaeZLjH04SIqQ6Wf0prVwU

 

C.Coys və M.Purust XX əsr roman janrının forma və məzmun, estetik mahiyyət ampluasında inqilab etdi. Onlar təkcə yeni ədəbi forma və yeni estetik sənət qavramı deyil, həm də yeni ədəbi-estetik zövqü olan oxucu formalaşdırdı.  Daha doğrusu, oxucuda yeni ədəbi-estetik zövq forması yaratdılar. Bu böyük missiyanı klassik formada yerinə yetirmək mümkün olmazdı.

Onlar öz möhtəşəm romanlarını dünya müharibəsi, inqilablar içərisində yaşayan insanların daxili və zahiri aləmlə bağlı suallarına cavab kimi yazdılar.  M.Prustla C.Coysun bir əsas fərqi də ondan ibarət idi ki, C.Coys şüur səyahətinə, M.Prust isə ruh gəzintisinə çıxır. M.Prustda ruhun gəzintisi şüurun təhlillərini çox zaman arxaplanlı edir. C.Coysda istehzalı və ateistik yanaşma hər addımda müşahidə olunurdu, M.Prustda isə sevgi, mərhəmət axtarışında Allaha bağlı bir səmimiyyət var idi. Hətta ən sadə, primitiv ritual ənənəsinin fraqmentlərini belə anlayış, sevgi və rəğbətlə, xalq inancına hörmət jesti ilə təsvir edir. Məsələn, may ayı boyunca davam edən cüməertəsi günlərində keçirilən “Məryəm ana ayinləri”nin təsvirində bunu görmək olur. Eləcə də kilsələrə və dini rituallara, dini abidələrin struktur elementlərinə münasibətdə C.Coysla M.Prust arasındakı fərq kəskin xarakterlidir. Bəzən ruhu cəzb edən gözəlliyin, təbiət və kilsə mənzərələrinin, insani davranışların yanında saatlarca qala bilir. Bir gülün, bir çiçəyin, bir ağ tikan kolunun nağılını, hekayəsini canlandırır xəyalında. Dünyanın, Yer planetinin fırlanmasını, hərəkətini bu məqamda dondurur. İnsan xislətinin eybəcərliyini və ya anlaşılmazlıqlarını, absurdluğunu da eyni təfərrüatla, tələsmdədən, səbrlə qələmə alır.

“İtmiş zamanın sorağında” əsərində romanist Berqotdan danışılır ki, onun da prototipi fransız mədəniyyətinin ən nüfuzlu nümayəndəsi və “sonuncu böyük klassiki” adlandırılan Nobel mükafatçısı, “Silvestr Bonnarın cinayəti”,  “Kraliça Qazayağının aşхanası”,  “Qırmızı zanbaq”,  “Janna d”Arkın həyatı”, “Pinqvinlər adası”, “Allahlar qurban tələb edir”, “Kiçik Pyer”,  “Çiçəklənən həyat” romanlarının müəllifi  Anatol Fransdır. Romanda Anatol Fransın adı müstəqim mənada da çəkilir. Məsələn: “Balbek! Yurdumuzun ən qədim geoloji hissəsi, həqiqətən Armor. Dəniz, yer üzünün sonu – gənc dostumuzun oxuması lazım olan böyük Anatol Fransın “Odesseya”dakı kimerlərin həqiqi ölkəsitək təsvir etdiyi dumanlı və lənətlənmş bölgə...”

Berqotdan (Anatol Fransdan)  danışarkən onun romanını necə sevgi ilə oxumasını aşiq olduğu qadının görüşünə tələsmə kimi izah edir. Berqotu bütün Avropa və Amerikanın ən ucqarlarında belə sevə-sevə oxuyanlar sırasına özünü də aid edirdi. Səbəbsə, axıcı, musiqili təhkiyə, qədim dil elementləri, kədər və hüznlü səhnələrdəki kontrast və s. bu kimi xüsusiyyətlər idi. Fransanın tarixinə, mədəniyyətinə əsərlərində abidə ucaldan, bəzən də ona parodiyalar yazan, inqilablarını, müharibələrini, daxili və xarici siyasətini bədii mətn kontekstində ensiklopedik məlumat vasitəsilə oxunaqlı edən  Berqotun romanında “arxaik hisslər və düşüncələr” onu cəlb edirdi.  Romanın qəhrəmanı Marsel dünyaya “boş xəyallardan ibarət həyat”, “tükənməz gözəl mənzərələr seli”, “dərk etmənin və sevmənin həzz dolu işgəncələri”,  “müqəddəs və füsünkar,  əbədiyaşar görünən kilsələrin mənzərəsinə rəng qatan portretlər” – ekvivalenti kimi baxırdı. Məhz Berqotun əsərlərinin təsiri ilə. “Ecazkar görüntüləri ilə mənim üçün yeni bir fəlsəfə ifadə etdi. Bu görüntülər o dövrdəki müharibələrin yüksələn tonunun ifadəsi idi”.

Marsel Berqotu ən çox da qədim fransız abidələrini və dəniz mənzərələrini ecazkarlığı və dünyayla harmonik bağlantısı baxımından təsvirlərinə görə sevirdi. Bu təsvirlərin möhtəşəmliyi dünyanı və gözəlliyi  dərk etdirirdi. Həm də ona təəccüblənirdi ki, vaxtilə kilsədə ağlından və ürəyindən keçənləri inanılmaz eyniyyətlə onun romanlarında oxumuşdu. İnsanların bir-birindən xəbərsiz eyni obyekt haqqında müxtəlif zaman və məkanlarda oxşar qənaəti, düşüncəsi heyrətamiz idi. Hətta yuxusuz gecələrində anasına və nənəsinə yazdığı məktubların mətnini, yarımçıq qalan kitabında tamamlaya bilmədiyi fikirlərin və cümlələrin davamını onun – Berqotun (Anatol Fransın) kitabında oxuyurdu. Bu anlarda özünü hədsiz xoşbəxt hiss edirdi, çünki Berqot onu düşünmə və özünü, ağrısını ifadəetmə əzabından xilas etmişdi. Bu məqamlarda “Hazır yemək üstünə çıxan ac adam” rahatlığı duyurdu. Berqot fəlsəfəsinə məftun idi, amma düşüncələrində onu bütün uşaqlarını itirmiş kədərli qocaya bənzədirdi. Ən sadə cümlələrində belə fəlsəfi anlam tapırdı və s.

Bir gün Berqotun kitablarının birində xidmətçi ilə əlaqəli bir zarafat səhnəsini oxuyanda daha da təəccüblənir. Çünki o öz xidmətçiləri Fransuazla bağlı nənəsinin yanında etdiyi zarafatların eynisini oxuyurdu. Amma Berqot bunu daha gözəl dillə ifadə edirdi. Hətta bu qədər kəsişən, eyni düşüncə və əqidə oxşarlığı onu ağladır. Roman səhifələrinə göz yaşı axıtdığı zamanda özünü uzun ayrılıqdan sonra  atasının qolları arasında ağlayan uşağa bənzədir.

1997-ci ildə  Sankt-Peterburqda  “Neva” jurnalında  XX əsrin tanınmış filosoflarından olan Merab Mamardaşvilinin vaxtilə (1984-1985) Tbilisi Dövlət Universitetində Marsel Prust haqqında oxuduğu 36 mühazirəsinin mətni çap olunmuşdu. O mühazırələrdə də bir çox Prustşünaslar kimi müəllif romanın ideya və konsepsiyasını həm də  Prustun şəxsi həyatı, ailəsi, təhsili, mühiti və hətta xəstəliyi ilə əlaqələndirir.  Bildirir ki, Prustu üzən astma yalnız fiziki xəstəlik deyil, həm də psixoloji xəstəlikdir. Bu cür xəstələrdə ölümə yaxınlıq assosasiyası hər şeyə yansıyır. O bu romanı ilə ölümlə mübarizə mücadiləsindən yazdı, ölüm duyğuları və hissi həm də fiziki ağrılara səbəb olur. Boğulma, ölümü yaxınlıqda hissetmə kimi simptomlarla mübarizə, bu işgəncəyə qarşılıq olaraq yazılan “İtmiş zamanın sorağında” romanı həm də tibb sahəsinin tədqiqat obyekti ola bilər.

Günlərin birində Marselin əlində Berqotun kitabını görən Svan onunla bu barədə danışır və hətta Berqotla dost olduğunu, onları tanış edə biləcəyini söyləyir. Bu xəbər Marselin ayaqlarını yerdən üzür, möcüzə baş verdiyini düşünür. Berqotla görüşmək ona  insanlar arasına enən tanrını görmək kimi gəlirdi. Özünü xəyali olaraq kilsənin dəhlizində hiss edir, təsəvvüründə Berqotla artıq dostdur və abidələr, Fransa təpələri, Normandiya düzənliyi haqqında onun təbəssümlə izahatını dinləyir... 

Merab Mamardaşvili məsləhət görür ki, “İtmiş zamanın sorağında” əsəri Dantenin “İlahi komediya”sı ilə paralel oxunsun. Çünki Prustun mətni ruhi bir səyahət və ya ruhun səyahətidir, “İlahi komediya” da  qəlbin daxili səyahətinin ilk böyük mətnlərindən biridir. Dantenin simvolları, aforizm və ifadələri istər-istəməz Prustun da romanında bu və ya digər şəkildə ifadəsini tapır.

Romanda çoxlu kontrastlı münasibətlər var ki, müəllif onları emosiyasız, açıq hiss edilməyən tənqidi yanaşma ilə təsvir edir. Məsələn,  musiqi müəllimi, təqaüdçü  M.Venteyl – Svan, Leoniya xala – Fransuaza –  Yevlaliya –  qabyuyan qız münasibətlərinə diqqət yetirək.

M.Venteyl ona və qızına hörmətlə yanaşan, onlara kömək etmək istəyən adama (Svana) daxilində platonik bir məmuniyyət, minnətdarlıq yaşadırmış kimi davranır. Svan uzaqlaşdıqda  “Nə cazibədar adam! Nə yazıq ki, bu qədər uğursuz evliliyə girmişdi” –  təəssüfü ilə bu mövzuda hamının qınaq obyekti olan Svan haqqında danışmağa başlamışdı. Prust bu məqamda ən səmimi insanlarda belə ikiüzlülük olduğunu vurğulayır və bu barədə uzun-uzadı müşahidələrini təsvir edir. İnsanlar görüşərkən daxili səslərini boğur, qarşısındakı adam barədə düşündüklərini yox,  o anda “lazım olan” fikirləri səsləndirir Uzaqlaşan kimi isə  dərinliklərə atdıqları təəssürat bayıra, azadlığa çıxır. 

Və ya, Leoniya xala – Fransuaza – Yevlaliya – qabyuyan qız münasibətlərinə diqqət yetirək. “Vaxtilə Fransuaza ilə xalam, ov və ovçu məsəlində olduğu kimi, daima bir-birlərinin hiyləgərliklərini əvvəlcədən təxmin etməyə çalışırdı. Anam qorxurdu ki, Fransuazaya xalamın əlindən gəldiyi qədər etdiyi kobudluğun və həqarətin sonunda ortada bir nifrət yaransın. Fransuaza xalama nifrət edə bilərdi. Fransuaza get-gedə xalamın hər kiçik sözünə belə diqqətlə yanaşırdı. Xalamdan bir şey istəyəcəyi zaman əvvəlcədən necə deyəcəyi barədə uzun-uzadı düşünürdü. İstəyini bitirdikdən sonra da gizlicə xalamı izləyir, nə düşündüyünü, nəyə qərar verəcəyini üzündən oxumağa çalışırdı”.

Fransuaza Leoniya xalanın pulları bəzən boşuna xərclədiyinə də əsəbiləşər (məsələn, Yevlaliya və rahibə verdiyi pulları düşünərkən) və bunu  biruzə verərdi. Onun xarakterində absurdizm elementləri, anlaşılmazlıqlar tez-tez müşahidə olunurdu. Daxilində sadizm və humanizm kontrastlılığı bir-birini əvəzləyirdi. Qəzetlərdə yazılan tanımadığı adamların ölümü, faciəli taleyi haqqında məlumatı eşidəndə göz yaşlarına qərq olardı. Amma bir addımlığında yenicə uşağı olmuş qabyuyan qızın gecələr ağrıdan qıvrıldığı vaxtda durmaz və xanım onu köməyə çağıranda isə “Oyun oynayır, yalandan özünü xəstə kimi göstərir, xanımlıq iddiasındadır” – bəhanəsi ilə daxilindəki sadizmi və iftiraçılığı ortaya qoyurdu. Bu məqamda onu da qeyd edək ki, qabyuyan qız obrazı sabit bir hədəf kimi saxlanılır və insanların ədalət, mərhəmət hissi miqyasını ölçmək üçün bu hədəf barometr rolunu oynayır. (Necə ki Svanın rəsm kolleksiyasına daxil olan, divardan asılmış qulluqçu qadın əsərindəki obraza qarşı mərhəmət hissi qabardılır, real durumda isə qabyuyan qızın ağrı və problemlərinə etinasız yanaşılırdı.)

Və ya toyuq qızartmaqda tayı-bərabəri olmayan Fransuazanın toyuqların kəsilməsi prosesindəki qəddarlığı xüsusi qələmlə təsvir edilir. Marsel mətbəxə girəndə köməkçisi olmayan Fransuazanın bişirəcəyi toyuğu necə qəddarlıqla öldürdüyünü görür. Boynunu qulağının alt hissəsindən kəsməyə çalışan qadın toyuğu söyür və qışqırırdı. “Pis heyvan, pis heyvan”... Şam yeməyi zamanında və kilsədə mərhəmətli, həlim və xeyirxah kimi görünən qadının bu kiçik və aciz heyvana qarşı qəddarlığı get-gedə coşurdu. Hətta toyuğu kəsib bitirdikdən sonra da ona düşmən nəzərlərlə  baxıb: “Pis heyvan, pis heyvan” –  deyə deyinirdi.

Marsel bu mənzərədən sarsılır və tir-tir titrəyərək yuxarı mərtəbəyə çıxıb  Fransuazanın bu evdən getməsini, işdən qovulmasını  qətiyyətlə tələb edir. Lakin ona izah edirlər ki, Fransuaza  getsə, ona bu qədər dadlı yeməkləri və ətirli qəhvəni hazırlayan olmayacaq. Əslində isə Marselin bu tələbinin özündə də bir sadizm, acımasızlıq elementi var idi.  Özü də hiss etmədən toyuğa qarşı qəddarlığı xidmətçiyə qarşı qəddarlıqla konpensasiya eləmək istəyirdi.  Marsel “dadlı yeməklər və ətirli qəhvə qorxusu”nun hamı üçün keçərli olduğunu anladı, anladı ki, hər kəsin qəddarlığı və güzəşti belə qorxular hesabına yaranır. Amma beynində “Bəs toyuqlar?!” sualı hələ tam cavabını almamışdı. Xalası Fransuazanı yüksək qiymətləndirir, onu məhz bu qəddarlığı, başqaları ilə güzəştsiz davranışı üçün işdə saxlayırdı.  “Eynən kilsə rəsmlərində əllərini dua edirmiş kimi  qoşalamış kralların və kraliçaların səltənətinə qanlı hadisələrin damğasını vurduğunu tarixin aşkar etməsi kimi mən də Fransuazanın həlimliyinin, təmkinliliyinin, mərhəmət və xeyirxahlığının əsl “mahiyyətini” arxa planda, mətbəx səhnələrində gördüm və kəşf etdim...”

Leoniya xala 15 gün sürən ağır xəstəik əzabından sonra ölür. Ölüm yatağında olan Leoniya xalaya sədaqətdə yeni bir Fransuaza çıxır qarşımıza. “Xalamın on beş gün sürən son xəstəliyi müddətində Fransuaza onun yanından bir dəqiqə belə ayrılmamış, gecələr paltarlarını belə əynindən çıxarmamış, başqa adamı xəstəyə xidmətə izn verməmiş, xanımının bədənindən yalnız məzara qoyularkən ayrılmışdı. O zaman anladıq ki, Fransuazanın içində yaşatdığı, xalamın təhqiramiz sözlərindən, şübhələrindən, hikkəsindən qaynaqlanan qorxu, özlüyündə bizim nifrət hesab etdiyimiz, amma əslində sayğı və sevgi olan bir duyğu yaratmışdı.  Onun xeyirxahlıqlarla dolu olan ürəyə sahib xanımı, hökmdarı, əsrarəngiz bir hakimi-mütləq əfəndisi artıq həyatda deyildi. Onunla müqayisədə biz çox az şey edirdik... Xalaımızın ölümünə aid olan kədərimiz Fransuazanı heç cür qane etmədi, çünki böyük bir cənazə yeməyi təşkil etmədik, xalam haqqında danışanda səsimizdə xüsusi bir tondan istifadə etmədik və hətta bəzən mahnı da oxuyurdum”.

Romanda təsvirlər, fikir və ifadələr birmənalı xarakter daşımır. Müəllifin mesajlarından əlavə, oxucuların mətn parçalarını özlüklərində mənalandıra biləcyi üslubi fərqlilik var. Belə müşahidələr oxucunu hər an ayıq-sayıq olmağa, fikri və mesaji qaçırmamağa vadar edir. Məsələn, Marselin nənə bacıları nəcib əsilli, aristokratiya sinfinin son nəsli kimi tipikləşdirilir. İnqilabdan sonra da öz simalarını, xarakter və dürüstlüklərini qoruyub saxlamağa çalışan bir sinfin nümayəndələri kimi son dönəmi yaşayır və uzun müddət yataqda xəstə yatandan sonra vəfat edirlər. Leoniya xalanın ölümü də buna misal ola bilər. Genetik yaddaş davranış və xasiyyətləri ilə yanaşı, hər bir insanın özünü təkmilləşdirməsi, formalaşdırması missiyasını da Prust birmənalı qəbul edirdi. Onun fikrinə görə, tərbiyə insanı az dəyişər və mahiyyət etibarı ilə yox. Yəni, insan tərbiyə obyekti olaraq təhlil edilməməlidir. O, insanın mənəvi dərinliklərində eksperimentlər və müxtəlif cür təcrübi əməliyyatlar aparır. Məlum olur ki, zaman və məkan hamı üçün eyni effektli deyil. Hər kəsin öz zaman və məkan qavrayışı var. Tərəddüdlər və ziddiyyətlər, xaos toplusundan ibarət olan insan o qədər mürəkkəb varlıqdır ki, özü də bəzən nə istədiyini bilmir, hisslərini, arzularını belə mücərrədlik içərisində qeyb edir. “Əslində mən hardayam? Həqiqətdə mənimlə nə baş verir? Əslində mənimlə baş verənlər gözümün önündə baş verənlərdən fərqli ola bilər. Həqiqətən nə hiss edirəm? Axı, çox vaxt mənə elə gəlir ki, sevirəm, amma əslində nifrət edirəm. Biz bunu yalnız həyatda baş verənlərlə deyil, həm də əsas psixoloji durumumuzla da izah edə  bilirik. Mənə elə gəlir ki, Albertinanı sevirəm, amma əslində musiqi dinləmək istəyirəm. Nədənsə, Albertina mənim üçün bu  istəyin səbəbkarı oldu, yəni bilmirəm hansısa bir mexanizmlə musiqi istəyi yaratdı”.

Prustun ölümə və həyata münasibətində fərqli yanaşması diqqəti cəlb edir. M.Mamardaşvilinin də doğru müşahidə etdiyi kimi, Prust romanında tez-tez “həqiqi həyat” ifadəsini işlədir. Məlum olur ki, “ölülər aləmi” ilə bağlı bir həyat da var. Real və xəyali mövcudluğun sərhəddini aradan götürdüyü anlarda ölüm anlayışı təkcə insana aid olmur. Əşyaların, zamanın, hərəkətliliyin də dayandığı, öldüyü, sıradan çıxdığı və ya başqa planetə köçdüyü ehtimallarını inandırıcı şəkildə təqdim edir. Və romantik üslub metodu ilə yox, bütün deyilənləri real şəkildə yaşayan və müşahidə edən insan kimi...

Prustun bu 7 romanında  konkret bir cəmiyyətin, ictimai-siyasi hərəkatın, hansısa ölkə və dövlətin  reallığa sökənən, xronoloji ardıcıllıqla ifadəsini tapan tarixi yoxdur. Onun hədəfi insandır! Zamanını və bu zaman itkisində özünü unudan insanın yaddaşına dönüş jestidir. İnsan unutduqları ilə yox olur. O bu itkiləri ən kiçik böcəkdə, ən zərif çiçəkdə, kilsə dəhlizlərində, adalarda, meşələrdə, tarixi abidələrin daş yaddaşında axtarıb tapır. Zaman izsiz ötüb keçməyib, sadəcə zaman qırıntılarını toplayaraq onu yoxdan var etmək lazımdır və bu işi ədəbiyyatda, fəlsəfədə məhz M.Prust yerinə yetirir. Onun bu axtarışı fəlsəfə sahəsində də canlanma yaratdı. Bir çox filosfların (hətta antik dövr filosoflarının) zamanla bağlı nəzəriyyələri yenidən çözülməyə başladı. Aristotel, Platon, Kant və başqa mütəfəkkirlərin zaman hərəkətliliyi konsepsiyası M.Prustun roman mətnlərinin təhlili zamanı bəzən təsdiq, bəzən isə inkar edildi.

Zaman insan şüurunun, yaddaş və düşüncəsinin bir formasıdırmı, yoxsa, bizdən asılı olmyaraq özlüyündə mövcud olan bir həyati kateqoriyadır? Bizmi zamanda, zamanmı bizdə inikas olunur? Fəlsəfənin, fizikanın, psixologiya və ya astronomiyanın zamanla bağlı sualları həmişə eyni mahiyyət daşımayıb. Lakin ədəbiyyatda bu sualın cavabını axtaran C.Coys və M.Prust kimi tədqiqatçı, filosof yazarlar sübut etdi ki, zaman insan şüurunun funksiyalarından biridir. İnsan şüuru, düşüncəsi və yaddaşı sferasından kənarda zaman miqyası, təsəvvürü mümkün ola bilməz. Dünyanı dərk şərtlərindən biri kimi insan beynində gedən proseslərin tədqiqatçıları bunu birmənalı şəkildə təsdiq edir. Zamanın bizim düşüncəmizdə hərəkətliliyi həmişə gələcək zamana doğru irəliləyiş qənaəti yaradıb. Biz həm psixoloji, həm də fizioloji olaraq gələcəyi “inkişaf xətti” relslərininnin üstündə olduğumuz kimi zənn edirik. Zamanın keçmişə işləməsi, ümumiyyətlə keçib gedən zaman anlayışının olub-olmaması məsələsi isə mübahisəli şəkildə qalır. 1 saat dediyimiz zaman kəsimi hamı üçün eyni ölçüdədirmi?

“Ümumi nisbilik nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki “dayanma” nöqtəsinə yaxınlaşır... Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və Dünyada qalan oğlu üçün də düşünülə bilər. Eynşteynə görə “Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq”. (Paul Strathern, Einstein ve Görelilik Kuramı, Gendaş Yayınları, 1997)

“İtmiş zamanın sorağında” romanında məkana münasibət məsələsi də eynən C.Coysda olduğu kimidir. Doğma bir şəhərin küçələrini, “tərəflər”ini, ərazisini, obyektlərini, ağaclarını və parklarını adı, ünvanı, xarici və daxili görünüş xırdalıqları ilə təsvir etmək mükəmməlliyi müşahidə olunur. “Kombre  ərazisində iki gəzməli tərəf vardı. Bunlar bir-birinə o qədər əks  yönlərdə idi ki, ikisinə getmək üçün evdən bayıra iki ayrı qapıdan çıxardıq. Biri, M.Svanın həyətinin qabağından keçdiyimiz üçün “Svan tərəf” – deyə anlatdığımız Mezeqliz - la Vinez tərəfi idi. O biri isə Germanta tərəfi idi. Düzünə qalsa, Mezeqliz - la Vinezi “o tərəf” olaraq tanıdım sadəcə, bir də bazar günləri Kombreyə gəzməyə gələn insanlarını tanıdım. Bunlar, xalam kimi Mezeqliz - la Vinezdən  gəlmiş (bəziləri də heç tanımadığı bir yerə gəlib çıxan) yabançılardır. Germantaya gəlincə  isə onu bir gün, amma çox sonralar daha yaxından tanıyacaqdım.Yeniyetməlik illərində Mezeqliz mənim nəzərimdə üfüq kimi əlçatmaz, nə qədər uzaqlara gedirsə gedilsin, Kombreyə bənzəməyən bir ərazinin dolanbacları ilə gözdən itən bir şeydi. Germanta isə daima “o tərəf”in, həqiqətən, daha çox düşüncə sərhəddi, ekvator xətti, qütb, Şərq, mücərrəd bir coğrafiya idi”. 

Küçə və kənd adları, ərazilər  yaddaş səhifələrində qorunub saxlanır. Tansonvil, Sent-Espri küçəsi, Perşan küçəsi, Monjuven, Şampye kəndi,  Müqəddəs Sent -Andre-de Şan eyvanı, “Atıcılar evi” və s.

“Yaşamaq üçün Kombre bir qədər kədərli yer idi, evləri yerli qara daşdan inşa edilmiş, çöl tərəfdə olan pilləkənləri və uzun kölgələr salan damları artıq qaralmağa başlayırdı. Salonlarda pərdələri qaldırın, müqəddəslərin təntənəli adlarını daşıyan küçələr (Kombrenın ilk senatorlarının tarixi ilə əlaqəli xeyli sayda adlar) görəcəksiniz. Sent-İler, Sen-Jak küçəsi, xalamın evi, hasarının da daxil olduğu Sent-Gildeqrad, və Sent-Espri bağının kiçik bir qapısından çıxış... Yaddaşımın çox  dərin bir küncündə mövcud olan bu küçələrin rəngləri  indi dünyanı mənim üçün bəzəyən rənglərdən o qədər fərqli idi ki, həqiqətən,  mənə elə gəlir ki, hamısı meydanda onları əsir edən kilsə ilə birlikdə sehrli rəsmlərdən ibarətdir”.

Roman bildiyimiz süjet xətləri strukturunda, hadisələrin “əvvəl-orta və son” sxemi üzrə  qurulmayıb. Sonu gözlənilən və ya roman boyu izlənilən bitkin süjet elementi yoxdur. Lakin bütün pərakəndəliklərin, xaotik səpələnmələrin mücərrəd, hiss olunmayan zaman seli kontekstində sistemli düzülüşü var. Tarixin dolanbaclığında gəzinmək, müasir dünya mənzərəsinin sosial-siyasi baxımdan rəsmini çəkə bilmək, fərqli estetik nəzəriyyələr tezislərindən istifadə edərək müxtəlif dünyagörüşləri qarşılaşdırmaq, müqayisə etmək, fəlsəfənin zaman-məkan qanunlarını yenidən nəzərdən keçirmək və ən əsası da sevgi növlərinin obrazlarını, sevgi hisslərinin epopeyasını qələmə almaq  fenomenallığı məhz M.Prust istedadının xarakteristikasını ifadə edirdi. Normal cinsi qabiliyyətə malik olmayan, homoseksual M.Prust kişi-qadın münasibətləri, sevgisi haqqında çox böyük istedadla, hissləri təhrif etmədən yazırdı.

M.Prust bizdən uzaqlaşan zamanı qaytarmaqla həm də insanı, özünü, daxili “mən”ini tərk etmiş insanı özünə qaytarır. İtmiş, təhrif olunmuş hisslərin istiliyini təzələyir. Uzun mütaliədən sonra ortada “boş keçmiş zaman” obrazının yarandığını görürük.  Y.Şulman “boş keçmiş zamanın romanı”  ifadəsini təhlil edərkən hətta 1-ci kitabla 7-ci kitab arasındakı kitabları xatırladır. Ortadakı kitablarda durğunluq dövrü yaşanırmış kimi təəssüratını açıqlayır. Əslində isə boşluğun romanlarında əsl həqiqət və əsl həyat romanlarının mahiyyəti çözülür.

 “... bizi tərk edən zamanın bütün bu məqamlarını və zamanla birlikdə getmiş hissələrimizi bərpa edirik, yenidən dirildirik. Prust üçün əsas sual budur: ümumiyyətlə bir metod, ən azı bu qədər “özünüzə qayıtmaq” üçün imkan verən bir yol varmı? Prustun cavabı belədir - bəli, belə bir yol mövcuddur və hər hansı bir sənət əsərinin (kitablar, rəsmlər, musiqi) yaradılması qaydası, onları yaradan yazıçı, rəssam və musiqiçini bu prosesi öz daxilində çağırmağa məcbur edən sirli metoddur. Yəni kitabı yazan müəllif əvvəlcə özünü bu yazı prosesi ilə ortaya qoyur. Buna görə də təsadüfi deyil ki, romanda mərkəzi yer dənizlərin, xəyalların təsvirləri, zamanın görüntüləri ilə əhatə olunur. Bütün bunlar həyat ünsürləridir. Bu prosesdə geri qayıtma yuxudan oyanışa bənzəyir, oyananda isə əldə edilən, qazanılan yaddaş “itmiş zaman”la bağlı olur”. (Илья Ерошенков. О Прусте и поисках утраченного времени).

M.Prust öz zamanında və daha sonralar da kəskin tənqidlərə məruz qalıb. Hətta nəşriyyatlar onun romanından imtina edib. A.B.Lunaçarski “Ən müasir fransız ədəbiyyatının xüsusiyyətləri” məqaləsində A.Jermenin “Pustdan Dada qədər” adlı kitabından sitatlar gətirir. A.Jermen Prustu XX əsrin əvvəllərində tənqid edən müəlliflərdən idi. “Bu romanların müəllifinin kim olduğunu soruşsaydılar, cavab verərdim: yaşlı və deyingən bir qulluqçu...”

 

İradə Musayeva

Ardı var...

07.08.2019

 

loading...
Ermənistan ordusunun nə üçün əlavə vaxt istədiyi ortaya çıxdı...+ VİDEO
"Ermənilər Türkiyə və Azərbaycan bayraqlarının, üstəlik latın hərfləri ilə yazılmış “Şuşa” sözünün...”
Ermənilər sülhməramlılara Rusiya və  xunta bayrağı sancılmış tortla təşəkkür etdi...-VİDEO
"YUNESKO saxta erməni propoqandasına aldanmamalıdır"
“Övladlarımıza normal şərait yaradın”- Erməni əsgərlərinin anaları fəryad etdi...
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
“İlk işim evimizə getmək, atamın, nənəmin, babamın, bacımın qəbirlərini ziyarət etmək olacaq”
Cəmiyyət
Ağdamdan maraqlı görüntülər: Mənsum İbrahimov oxudu, Aqil Abbas rəqs etdi - VİDEO
Dünya
Rusiyadan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım: "Böyük bir müharibə başlaya bilər...
Cəmiyyət
"Qızım, hərbçilər pensiyaya çıxmaz, onlar Şəhid olurlar..." - FOTO+VİDEO
Maraqlı
"7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik" - Serjik Paşikdən uzaqgörən imiş...

Yazar
İlham İsmayıl
Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə... - İLHAM İSMAYIL
Dr. Rəşad Mahmudov
Qafqaz ermənilərinə bir neçə söz...
Həftənin ən çox oxunanları
Şuşa meşəsində şok hadisə: 6 gün yaralı vəziyyətdə gizlənən erməni polisi tapıldı
“Öncə Şuşanın qala divarlarına 6 azərbaycanlı snayper dırmaşıb və...” - Rusiya mediası 
"Armenian Report"dan iddia: “Paşinyanın anası onu türkdən dünyaya gətirib..?”
Ermənistan Xankəndinin bərpası üçün 200 min dollar ayırdı – HƏYASIZLIQ...
"Zibil Nikolun imzaladığı sənədə əsasən Laçın dəhliz kimi qalmalıdır, əgər onu da versələr..."
“Bu son deyil, biz geri dönəcəyik”  - Laçının Zabux kəndindəki  silahlı erməni arvad-VİDEO
“Sülhməramlılar Azərbaycan hərbçilərinin harasa girişini qadağan edə bilməz”- Rus ekspert
Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın... - MARAQLI FAKTLAR
Elxan Mehdiyevdən həyəcan siqnalı: "İndi Laçın, növbəti zəng Hadrut üçün olacaqmı?.."
“Laçın şəhəri, Zabux və Sus kəndlərindəki ermənilər öz evlərində qalıb yaşaya bilərlər...”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
e-mail: moderator_az@mail.ru
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247