Yaponiya İmperatorunun ən böyük nəvəsi sevgisi üçün şahzadə titulundan imtina etməyə hazırdır. Məsələ odur ki, şahzadə-25 yaşında olan xanım Mako 5 il öncə tanış olduğu Kei Komuro ilə evlənməyə qərar verib. Ancaq ölkədə əsl-nəcabətli biri ilə evlənməyən soylu-köklü ailənin övladı titulunu itirir.
Kei Komuro əsl-nəcabətli bir ailənin övladı deyil, hüquq məsləhətxanasında işləyir.
Mako əslində şahzadə kimi yaşamır.
“İnternational Christian Universty”nin məzunu olan Mako Leichester Üniversitetində master oxuyub. Hazırda bir muzeydə araşdırmaçı kimi çalışır.
Əlbəttə şahzadə kimi bir çox xüsusi səlahiyyətlərə sahibdir, amma bütün bunlardan imtina edəcək.
Əslində babası da onun kimidir. İmperator Akhito da bu günlərdə öz istəyi ilə taxtını oğlu şahzadə Naruhitoya verəcək.
Çox yaşlandığını və vəzifələrini layiqincə yerinə yetirə bilmədiyini əsas gətirən Akhito son 200 ildə taxtından könüllü imtina edən ilk imperator olacaq.
Deyilənlərə görə, şahzadə Makoya sadə xalqın yaşayışına uyğunlaşması üçün xüsusi dərslər veriləcək.
Rəşad