Denis Şmıqal:
İqtisadiyyat
215
15:59, Bu gün

Denis Şmıqal: "Azərbaycan və Türkiyə ilə danışıqlar aparırıq"

"Ukrayna Avropa üçün enerji qapısı rolunu oynamaq istiqamətində Azərbaycan və Türkiyə ilə danışıqlar aparır. Bu, Ukraynanın böyük qaz anbarları və güclü elektrik şəbəkəsi ilə bağlıdır".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal Bakı Enerji Forumu çərçivəsində nazirlərin plenar sessiyasında deyib.
 
O qeyd edib ki, hazırda Ukrayna avropalı tərəfdaşlarla birlikdə həm elektrik, həm də qaz şəbəkələrinin inteqrasiya olunması istiqamətində işləyir:
 
“ Bu çərçivədə əsas diqqətimiz Avropanın böyük enerji bazarı ilə həm elektrik, həm də qaz sahəsində interkonnektorların inkişafına yönəlib.
 
Müharibə şəraitində dayanıqlığı artırmaq üçün ən vacib məsələlərdən biri elektrik istehsal sisteminin mərkəzdən uzaqlaşdırılmasıdır. Biz indi “enerji hüceyrələri” və ya “bal pətəyi” modelini inkişaf etdiririk ki, enerji sistemi daha dayanıqlı olsun. Daha çox qaz turbinləri və qaz əsaslı generasiya gücləri yaradırıq. Bu kontekstdə qeyd etmək istəyirəm ki, qazla elektrik istehsalı gələcəyin əsas istiqamətidir və strategiyamızda qaz generasiyası ümumi istehsalın ən azı 25%-ni təşkil edəcək".
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər