23:59
8°C
Bakı
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ÜDM-nin artımını 2026-cı ildə 2,2 %, 2027-ci ildə isə 2,5 % olaraq proqnozlaşdırıb.
Moderator.az xəbər verir ki, bu barədə BVF-nin hesabatında bildirilib.
Fond fevral qiymətləndirmələrinə nisbətən 2026-cı il üçün proqnozu 0,1 faiz bəndi artırıb, 2027-ci il üçün isə proqnozu dəyişməyib.
Beləliklə, fondun qiymətləndirmələrinə görə, qarşıdakı iki ildə ölkə iqtisadiyyatının orta illik artımı 2,35 % təşkil edəcək.