16:08
21°C
Bakı
2023-cü ilin birinci rübündə nəqliyyat və anbar təsərrüfatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 2.9 dəfə və ya 720 mln. manat artaraq 1,098 mln. manat təşkil edib.
Bu sahə üzrə artıma töhfə verən əsas qruplar poçt fəaliyyəti (497.6 mln. manat), hava nəqliyyatı vasitəsilə sərnişinlərin daşınması (79.2 mln. manat) və şəhərlərarası dəmiryolu xətti ilə sərnişin daşınması (38.4 mln. manat) olub.
Qeyd edək ki, sektorda yeganə azalma quruyol nəqliyyatının fəaliyyəti (-4.8%) qrupunda qeydə alınıb.