01:12
19°C
Bakı
UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməyən İtaliya təmsilçisi "Milan" mövsümün məyusedici sonluğundan sonra klubun idarəetmə strukturunda dəyişikliklər etməyi nəzərdən keçirir.
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi baş direktor və idman direktoru vəzifələrində mümkün dəyişikliklərlə bağlı müzakirələr aparır.
"Milan" A Seriyasının başa çatan mövsümünü turnir cədvəlinin beşinci pilləsində tamamlayıb. Komanda növbəti mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək.