Türkiyə klublarının Avropa yolu bəlli oldu
İdman
231
10:50, Bu gün

Türkiyə klublarının Avropa yolu bəlli oldu

Türkiyə klublarının 2026/27 mövsümü üçün UEFA avrokuboklarında iştirak formatı rəsmən açıqlanıb.

Moderator.az xəbər verir ki, Türkiyə Kubokunun həlledici final qarşılaşmasından sonra komandaların Avropa arenasındakı marşrutuna tam aydınlıq gəlib.

Məlumata görə, son Türkiyə çempionu "Qalatasaray" birbaşa UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib.

Gərgin keçən Superliqanı ikinci pillədə tamamlayan "Fənərbağça" isə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək.

Türkiyə Kubokunu başı üzərinə qaldıran "Trabzonspor" qitə miqyasında çıxışını UEFA Avropa Liqasının həlledici pley-off mərhələsindən davam etdirəcək.

Məhz "Trabzonspor"un kubok zəfərindən sonra yaranan yeni mənzərəyə əsasən, "Beşiktaş" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində iştirak hüququ əldə edib.

Türkiyəni Avropada təmsil edəcək digər klub "Başakşehir" isə öz qüvvəsini UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində sınayacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər