Yeniyetmə cüdoçulardan ibarət millimiz Polşada təlim-məşq toplanışında iştirak edib
İdman
204
12:30, Bu gün

Yeniyetmə cüdoçulardan ibarət millimiz Polşada təlim-məşq toplanışında iştirak edib

Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət millisi Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Federasiyasının Mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan hazırlıq prosesində cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
 
Qeyd edək 18-20 mayda keçirilən təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər