Avropa Liqasında final həyəcanı: “Frayburq” və “Aston Villa” üz-üzə gəlir
İdman
211
09:15, Bu gün

Avropa Liqasında final həyəcanı: “Frayburq” və “Aston Villa” üz-üzə gəlir

Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcək.
 
Moderator.az xəbər verir ki, final görüşündə "Frayburq" (Almaniya) və "Aston Villa" (İngiltərə) komandaları üz-üzə gələcək.
 
Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının finalı hər iki komanda üçün tarixi əhəmiyyət daşıyır. “Frayburq” tarixində ilk dəfə bu turnirin kubokunu qazanmağa çalışacaq. “Aston Villa” isə uzun illərdən sonra Avropa səhnəsində böyük uğura imza atmaq istəyir. İngiltərə klubu mövsüm boyu stabil çıxışı ilə diqqət çəkib və finala qədər güclü rəqibləri mübarizədən kənarlaşdırıb.
 
İstanbulda baş tutacaq oyuna saat 23:00-da start veriləcək.

Avropa Liqası

Final

20 may

23:00, "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)

İstanbul, "Beşiktaş Park Arena"

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər