Bizi sosial şəbəkələrdən izləyin:
"Santos"un hücumçusu Neymar Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin 2026-cı il dünya çempionatı üçün təqdim etdiyi iştirak ərizəsinə salınmış futbolçular arasında yer alıb.
Moderator.az bu barədə championat.com-a istinadən xəbər verir.
Neymar vurduğu qolların sayına görə Braziliya millisinin rekordçusudur. Onun aktivində 79 qol var. O, Braziliyanın əsas komandasında 2010-cu ildən bəri çıxış edir.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində Ançelottinin rəhbərliyi altında Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya komandaları ilə qarşılaşacaq.