İdman
145
13:41, Bu gün

"CBC Sport" Çempionlar Liqasının oyununu yayımlamamağının SƏBƏBİNİ AÇIQLADI

"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Bavariya" - PSJ matçının yayımında yaranan problemə görə bəyanat yayıb.
 
Moderator.az xəbər verir ki, telekanalın məlumatında bildirilir ki, mayın 6-da baş tutan qarşılaşmanın yayımı texniki səbəblərdən mümkün olmayıb.
 
Qeyd olunub ki, gün ərzində aparılan ənənəvi testlər zamanı heç bir problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problemin aradan qaldırılması üçün dərhal zəruri tədbirlər görülsə də, bütün səylərə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb.
 
Telekanal baş verən hadisəyə görə məsuliyyətini tam dərk etdiyini bildirərək futbol azarkeşlərindən üzr istəyib və belə halların təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını qeyd edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər