Edin Terziç İspaniya klubuna baş məşqçi təyin olundu
İdman
192
17:47, Bu gün

Edin Terziç İspaniya klubuna baş məşqçi təyin olundu

"Atletik Bilbao" klubu rəsmən baş məşqçi postuna Edin Terziçin təyin olunduğunu elan edib.

Moderator.az xəbər verir ki, tərəflər 2028-ci ilin yayına qədər davam edəcək ikimövsümlük müqaviləyə imza atıblar.

Terziçin son iş yeri "Borussiya Dortmund" olub. O, 2018-2024-cü illər aralığında həmin klubda köməkçi, baş məşqçi və texniki direktor kimi çalışıb. Mütəxəssis daha əvvəl isə "Vest Hem" və "Beşiktaş"da fəaliyyət göstərib.

Buna qədər "Atletik Bilbao"ya 2022-ci ildən etibarən Ernesto Valverde rəhbərlik edirdi. O, cari mövsümün sonunda klubu tərk edəcək. Komanda onun rəhbərliyi altında ümumilikdə 192 oyun keçirib. Bu matçlarda 91 qələbə, 43 heç-heçə və 58 məğlubiyyət qeydə alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər