İdman
198
14:47, Bu gün

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başlandı

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
 
Bu barədə Moderator.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
 
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.
 
Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
 
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər