Halkın yeni klubu bəlli oldu
İdman
140
12:11, Bu gün

Halkın yeni klubu bəlli oldu

Braziliya yığmasının sabiq hücumçusu Halkın (Givanildo Souza) futbol karyerasındakı növbəti dayanacağı bəlli olub.
 
Moderator.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
 
Bildirilib ki, bu yaxınlarda "Atletiko Mineyro" ilə yollarını ayıran 39 yaşlı ulduz futbolçu bundan sonra "Fluminense" klubunun uğurları üçün çalışacaq. Hazırda bu maraqlı keçidin rəsmi təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat verilməyib.
 
Xatırladaq ki, mayın 2-də komandası ilə rəsmən vidalaşan Halk 2021-ci ildən etibarən "Atletiko Mineyro"nun şərəfini qoruyurdu.
 
Ulduz hücumçu bu müddət ərzində iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 309 dəfə yaşıl meydana çıxaraq, 140 qol və 56 məhsuldar ötürmə ilə möhtəşəm statistika ilə yadda qalıb.
 
Qeyd edək ki, zəngin karyerası ərzində Portuqaliyanın "Portu" və Rusiyanın "Zenit" kimi tanınmış klublarında forma geyinən hücumçu eyni zamanda Yaponiya və Çin çempionatlarında da legioner həyatı yaşayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər