Premyer Liqa:
İdman
229
18:27, Bu gün

Premyer Liqa: "Sabah" "Şamaxı"ya qalib gəldi

 

Misli Premyer Liqasının 30-cu turunda "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib.

Moderator.az xəbər verir ki, cari mövsüm çempionluğu rəsmiləşdirən "bayquşlar" səfərdə 3:0 hesablı qələbəyə seviniblər.

Qolları Stiv Solvet (37), Coy-Lens Mikels (77) və Umarali Raxmonaliyev (90+1 pen.) vurublar.

Bu nəticədən sonra lider "Sabah" xallarının sayını 75-ə çatdırıb. "Şamaxı" isə 35 xalla səkkizinci sırada qalıb.

Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.

Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

Moderator.az xəbər verir ki, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər