Bu oyun
İdman
190
30 Apr 2026 | 23:10

Bu oyun "suyumuzu çıxardı" - Vernidub

Xahiş edirəm ki, bu gün suallar verməyəsiniz. Bu oyun məni emosional cəhətdən çox yordu. Necə deyərlər, "suyumuzu çıxardı".

 

Moderator.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 

“Neftçi” azarkeşlərini təbrik edirəm. Bizim üçün çox önəmli qələbə idi. Eyni zamanda, 1:5 hesabı ilə uduzduğumuz oyuna görə onlardan üzr istəyirəm. Bu oyundan nəticə çıxardıq və bu gün belə oyun alındı. Qələbə münasibətilə hər kəsi təbrik edirəm.

 

Bu gün suallara cavab vermək istəmirəm, çünki oyunla bağlı fərqli hisslər keçirirəm. Oyundan bir qədər uzaqlaşmaq istəyirəm. Bu qarşılaşma məni emosional olaraq çox yordu. Qalan 4 oyunda hər bir sualı cavablandıracağam. Bunu hörmətsizlik kimi qəbul etməyin” - baş məşqçi qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər