London marafonunda rekord qıran atletə xüsusi nömrə nişanlı avtomobil verildi
İdman
216
30 Apr 2026 | 22:10

London marafonunda rekord qıran atletə xüsusi nömrə nişanlı avtomobil verildi

Keniya Prezidenti Uilyam Ruto London marafonunda dünya rekordu qıran atlet Sebastyan Saveni pul mükafatı və xüsusi nömrə nişanlı yeni avtomobillə mükafatlandırıb.

Moderator.az "Capital FM" radiosuna istinadən xəbər verir ki, hökumət Saveyə ümumi məbləği səkkiz milyon Keniya şillinqi (təxminən 62 min dollar) olan iki çek ayırıb.

Həmçinin ona rekord göstəricini dəqiqliklə təkrarlayan "1:59:30" fərdi nömrə nişanlı yeni avtomobil hədiyyə edilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər